Azərbaycan diasporu
inamla
inkişaf edir
Rauf
Zeyni: “Biz mütləq
yeni
texnologiyalar
işləyib
hazırlamalı, onu
həyata keçirməliyik”
Dünya Azərbaycanlılarının
Əlaqələndirmə Şurasının üzvü Rauf Zeyninin
“OLAYLAR”-a müsahibəsi
-Rauf müəllim, bu
günlərdə Bakıda
prezident
İlham
Əliyevin iştirakı ilə diplomatik nümayəndəlik rəhbərlərinin dördüncü müşavirəsi
keçirildi. Bu müşavirə Azərbaycanın
xarici
siyasətində yeni
hədəflərin müəyyən
edilməsi ilə yanaşı diaspora həyatı üçün də əhəmiyyətli hesab
edilir. Dünya
Azərbaycanlılarının
Əlaqələndirmə Şurasının üzvü kimi bu
toplantını və onun diaspora
həyatında
əhəmiyyətini necə qiymətləndirirsiniz?
-Ölkə prezidenti cənab İlham Əliyevin həm Azərbaycan Diplomatik Akademiyasının yeni binasının açılış mərasimində iştirakı, həm də diplomatların dördüncü müşavirəsi zamanı etdiyi çıxış geniş təhlil olunmalıdır. Çünki ölkə prezidenti xarici və daxili siyasətə, Azərbaycanın dünya üçün açıq, şəffaf bir məmləkət olmasına, dövlət olaraq həyata keçirdiyimiz siyasətimizin bütün məqamlarına öz çıxışında geniş, əhatəli şəkildə toxundu. Dövlət başçısı ölkəmizə qarşı aparılan təcavüzkar siyasətin, bütövlükdə Azərbaycan Respublikasının beynəlxalq aləmdə apardığı və gələcəkdə aparmaq niyyətində olduğu siyasətin bütün aspektlərini açıq şəkildə səfirlərə, diplomatlara, eləcə də orada iştirak edən digər qonaqlara bəyan etdi. Dövlət başçısının çıxışına diqqətlə qulaq asdım. Həmin çıxışda prezident səfirlərin xarici ölkələrdə hansı işləri aparmaqlarının vacibliyi, eyni zamanda diaspora sahəsində, xüsusilə xarici ölkələrin kütləvi informasiya vasitələri ilə iş sahəsində hansı işlərin görülməsi əksini tapırdı. Həmçinin qeyri hökumət təşkilatları ilə sıx əməkdaşlığın edilməsi məsələsi cənab prezident İlham Əliyevin çıxışında xüsusi vurğulandı. Ümumiyyətlə, dövlət başçısının çıxışında Azərbaycan Respublikasının azad, müstəqil, demokratik bir dövlət olduğu, onun siyasətinin yalnız Azərbaycan rəhbərliyi tərəfindən formalaşdırıldığı, heç bir kənar qüvvənin Azərbaycanın siyasətinə təsir göstərmək imkanı olmaması, hansısa təsir olacağı təqdirdə adekvat cavabın veriləcəyi bir daha təsdiqini tapdı. Həmin istiqamətlərdə qeyd edilən məsələlərdən hər kəs, dövlət qurumları, ictimai sektor və media lazım olan məqamları götürüb gələcək planlarını, fəaliyyət proqramını müəyyən etməlidir.
-Dünya
Azərbaycanlılarının
üçüncü qurultayı zamanı
çıxışında da
prezident
İlham
Əliyev səfirliklərə diaspora ilə yaxından
əməkdaşlıq
etməyi tapşırmışdı. Diplomatların dördüncü müşavirəsi
zamanı da eyni
tövsiyyələr səsləndirildi.
Sizcə bundan sonra
səfirliklərlə diaspora arasında sıx əməkdaşlıq
daha
sağlam şəkildə qurulacaqmı?
-Diplomatik
nümayəndəlık rəhbərlərinin
dördüncü müşavirəsində
çıxışı zamanı cənab prezident İlham Əliyev
qeyd etdi ki, Azərbaycan diasporu inamla inkişaf edir, formalaşır,
güclənir. Eyni zamanda dövlət
başçısı qurultayda çıxışı
zamanı vurğuladı ki, yeni dövr, mühit yaranır.
Hər yeni dövr üçün də yeni çağırışlar
meydana çıxır. Bu yeni
çağırışları isə biz dinləməli, fəaliyyətimizdə
tətbiq etməliyik. Nəticə etibarilə
hər bir məqamda Azərbaycan inkişaf etməlidir. Yəni bir yerdə dayanmaq qeyri-mümkündür.
Bizim də siyasətimiz yenilənməli, hər
bir məsələ ilə əlaqədar olaraq yeni münasibətlərimiz
formalaşmalıdır. Bütün
bunlardan irəli gələrək inkişaf etməliyik.
Həmçinin prezident İlham Əliyev Azərbaycan
diasporunun fəaliyyətini, çox böyük əhəmiyyətli
rolunu qeyd etdi. Eyni zamanda xarici ölkələrdə
çox böyük bir qüvvə olan media orqanları, səfirlik,
diaspora, qeyri hökumət təşkilatlarının bir vəhdətdə
fəaliyyət göstərməsi, Azərbaycanın milli,
dövlətçilik maraqlarının hər şeydən
üstün tutulmasının vacibliyi qeyd edildi. Azərbaycan
həqiqətləri, Dağlıq Qarabağ problemi və Xocalı
soyqırımının dünya ictimaiyyətinə
çatdırılmasında birgə fəaliyyət göstərməyin
xüsusi əhəmiyyət daşıdığı
vurğulandı. İndiyə qədər əldə
edilən nəticələri də prezident İlham Əliyevin
dilindən eşitdik. Ancaq o da qeyd olundu ki,
bizim ildən-ilə gücümüz artır və
gücümüz artdıqca da biz daha böyük işlər
görməyə malik oluruq. Dövlət
başçısı dedi ki, biz bu işləri görməliyik.
Bütün bunları nəzərə alaraq
qeyd etmək istərdim ki, səsləndirilən bütün
fikirləri təhlil etməli, öz imkanlarımız,
potensialımıza yenidən baxmalıyıq. Baxmalıyıq ki, Milli Qeyri Hökumət Təşkilatları
Forumu olaraq daha nələr edə bilərik, daha hansı beynəlxalq
təşkilatlarla əməkdaşlıq qura bilərik.
Xüsusilə beynəlxalq media ilə hansı
istiqamətlərdə əməkdaşlığı
inkişaf etdirmək mümkündür. Bu
günlərdə Bakıda “Neft, qaz və media” adlı beynəlxalq
konfrans keçirildi. Qeyd edim ki, Bakıda
belə bir mötəbər konfransın keçirilməsi
çox təqdirəlayiq bir məsələdir.
Çünki 27 ölkədən neft və qaz haqqında
yazan media nümayəndələri Azərbaycana gəldi, real
vəziyyəti görərək onunla tanış
oldular. Səfərdən sonra isə onlar gedib
öz ölkələrində Azərbaycanla bağlı məqalələr
dərc edəcəklər. Hesab edirəm
ki, həm daxildə, həm də ölkədən kənarda
dünya siyasətinə, dünya birliyinə Azərbaycan
gerçəkliklərini daha yüksək səviyyədə
çatdıra bilən tədbirlər görülməlidir.
Xüsusi qeyd etmək istərdim ki, Fransanın
paytaxtı Parisdə Azərbaycan Mədəniyyət Mərkəzinin
açılması çox böyük bir hadisədir.
Həmin Mədəniyyət Mərkəzində
hər hansı bir tədbirlərin keçirilməsi, Azərbaycan
mədəniyyətinin təqdim edilməsi üçün
bütün şərait var. Ona görə də biz
bunların hamısını təhlil edərək özümüz
üçün nəticə çıxarmalıyıq ki,
bundan sonra daha geniş miqyasda hansı işlər görə
bilərik. Eyni zamanda hansı beynəlxalq
təşkilatlarla əlaqələr yarada bilərik. Bütün bunların hamısını fəaliyyət
proqramlarımıza əlavə etməliyik.
-Dünya Azərbaycanlılarının Əlaqələndirmə
Şurasının üzvü kimi sizin təklifləriniz nədən
ibarətdir? Bundan sonra daha hansı addımları
atmaq lazımdır ki, keyfiyyət baxımından yüksək
nəticələr əldə edək.
-Həm
Dünya Azərbaycanlılarının üçüncü
qurultayı, həm də diplomatik nümayəndəlik rəhbərləri
ilə görüşdə dövlət
başçısı tərəfindən bir çox məsələlər
vurğulanıb. Səmimi olaraq qeyd edərdim ki, ölkə prezidenti
çox açıq və aydın bir çıxış
etdi və həmin çıxış zamanı bütün
məqamları əhatə etdi. Mənim
isə Dünya Azərbaycanlılarının Əlaqələndirmə
Şurasının üzvü kimi təklifim ondan ibarətdir
ki, ilk növbədə dövlət
başçısının çıxışını
daha diqqətlə oxumalı və oradakı bütün məqamları
özümüz üçün əğz etməliyik.
Təbii ki, paralel olaraq indiyə qədər
görülmüş işləri, fəaliyyətimizi təhlil
etməliyik. Bu gün dünyaca tanınan
aparıcı diaspor təşkilatları, beynəlxalq təşkilatlar,
aparıcı ölkələr hansı metodlardan istifadə
edib öz ölkəsi, millətini, diasporasını
qabağa aparıbsa, biz də həmin imkanlardan istifadə etməliyik.
Hansı ölkələrdə imkan varsa orada Azərbaycan
televiziyası, radiosu açmalıyıq. Eyni zamanda cənab prezident göstəriş verib ki,
hansı ölkələrdə mümkündür Azərbaycan
Mədəniyyət Mərkəzi açmalıyıq. Bütün bunlar bizim üçün geniş
imkanlar yaradır. Biz də
yaradılmış imkanlardan istifadə edib həmin ölkələrin
müvafiq təşkilatları, tanınmış kütləvi
informasiya vasitələri, qeyri hökumət təşkilatları
ilə geniş əlaqələr qurmalıyıq. Həmin əlaqələrdən istifadə edib Azərbaycan
həqiqətləri, Azərbaycan Respublikasının bu
günkü real inkişafını, eləcə də
üzləşdiyi problemləri dünya ictimaiyyətinə
çatdırmağı bacarmalıyıq. Dünyada
mövcud olan elektron imkanlar, kütləvi informasiya vasitələrindən
istifadəni dəyərləndirsək görərik ki, bu
gün erməni diasporu az xərc qoymaqla
ondan səmərəli istifadə etməyi bacarır. Düşmənimiz olsa da bunu etiraf etmək
lazımdır. Azərbaycan diasporunun
potensialı erməni diasporunun potensialından qat-qat çox
olsa da, biz elektron imkanlar, dünyada fəaliyyət göstərən
nüfuzlu kütləvi informasiya vasitələri və
televiziyalardan lazımı səviyyədə bəhrələnə
bilmirik. Bunun üçün aparılan
işlərə, həyata keçirilən fəaliyyətə
qısa nəzər salmaq lazımdır ki, Qarabağ problemi,
ermənilərin azərbaycanlılara qarşı həyata
keçirdiyi soyqırımların dünya ictimaiyyətinə
çatdırılması istiqamətində
apardığımız işlər nə dərəcədə
böyük nəticə verib. Təbii ki,
malik olduğumuz imkanlar və potensial
qarşılığında əldə edilən nəticələr
qaneedici səviyyədə deyil. İstər
Qarabağın tarixi, istər Ermənistan-Azərbaycan
münaqişəsi, istərsə də bu günkü
gerçəkliklər və ermənilərin azərbaycanlılara
qarşı zaman-zaman həyata keçirdikləri
soyqırımlarla bağlı elə texnologiyalar işləyib
hazırlamalıyıq ki, diasporamızın həmin ölkələrdə
apardığı işlər, antierməni təbliğatı
yalnız bayram və matəm günlərində həyata
keçirdikləri tədbirlərdən ibarət olmasın.
Diasporamızın fəaliyyəti nəticəsində il ərzində bütün internet
resursları bu məsələyə cəlb edilsin. Ona görə də biz mütləq yeni texnologiyalar
işləyib hazırlamalı, onu həyata keçirməliyik.
-Azərbaycan diasporunun
hazırkı fəaliyyətindən razısınızmı?
-Son illər
Azərbaycan diasporu qürbətdəki fəaliyyətini xeyli
gücləndirib. Əgər ölkəmiz
müstəqillik əldə etdikdən sonrakı 20 ilə nəzər
yetirsək görərik ki, diasporamızın son iyirmi ildəki
fəaliyyəti kifayət qədər aktiv olub. Azərbaycan diasporu bu illər ərzində antierməni
təbliğatının aparılması istiqamətində
xeyli işlər görüb və bu işlər hazırda
da davam etdirilir. İndi artıq Azərbaycan
diasporu 50-fən artıq ölkədə
formalaşmış, kifayət qədər təşkilatlanmış,
müxtəlif kütləvi informasiya vasitələri, eləcə
də regional televiziyaları olan mütəşəkkil bir
quruma çevrilib. Azərbaycan diaspor təşkilatları
artıq bir neçə konqresdə birləşib ki, bu da
aparılan ümumi işin xeyrinə, antierməni təbliğatının
sürətləndirilməsinə gətirib
çıxarır.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafınamDövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2012.- 25
sentyabr.- S.15.