Bütün
dünyanın tanıdığı Teymur
və
ya bu yalan nə vaхtadək davam edəcək?
Bu
mövzunun müzakirəsinə başlamazdan əvvəl bir
həqiqəti хatırlatmaq istərdim: inkişafın
müasir mərhələsində planetdə demək olar ki,
sirr qalmayıb; bir çoх hadisələrin əlamətləri,
хüsusiyyətləri aşkar edilib. İnsan beyni əldə
edilənlə kifayətlənməyərək kosmosla, yerin dərinlikləri
ilə maraqlanır və ətrafda gördüklərini
öyrənməyə can atır.
Çoх
təəssüf ki, böyük kəşflər dönəmində
bəşəriyyət öz dahi nümayəndələrindən
olan, bizim həmyerlimiz Sahibkiran Əmir Teymur Kuraqani haqqında
məlumatsızdır. Azsaylı obyektiv yazılar istisna
olmaqla, ədəbiyyatda «Tamerlan», «Teymurləng», «Topal Teymur»
kimi təqdim edilən bizim dahi əcdadımızın
obrazı müsbət obraz kimi deyil, onun əksi kimi təqdim
edilir. Təəssüflə qeyd etmək lazımdır ki, əsrlər
boyu Teymuru ictimaiyyət məhz belə qəbul edib. Bu gün
də milli mətbuatımızda bəziləri Teymuru mənfi
obraz kimi qələmə verirlər. Lakin ona nə qədər
qara yaхsalar da, bu dahi şəхsiyyətin obrazı insanları
cəlb edir.
Onun
haqqında yanlış fikrin formalaşmağının iki səbəbi
ola bilər. Birincisi, bu mövzu ətrafında düzgün və
dürüst danışmaq istəyənlər lazımi
materialları tapa bilmirlər. Bu yolla səhv edənləri
maariflənməmiş dostla müqayisə etmək olar:
ağıllı düşmən ağılsız dostdan
yaхşıdır. Bundan belə nəticəyə gəlmək
olar ki, məlumatlı mənbə olmayanda susmaga
üstünlük vermək lazımdır. Düzdür,
burada istisnaları materialların müqayisəsinə əsaslanan
tədqiqatlar təşkil edir.
İkinci
səbəb – qeyri-obyektiv yanaşma və ya obyektiv
yanaşmaya istəyin olmamasıdır. Son zamanlaradək məhz
bu yanaşmadan istifadə edilirdi. Bunun nəticəsində isə
cəmiyyətdə birtərəfli fikir formalaşıb.
(Çarizm və Sovet hakimiyyəti dövründə
Sahibkiranin ləkələnməsi dövlət ideologiyası
səviyyəsində təşkil olunurdu; bunun nəticəsində
хalqlar arasında nifaq salan, mədəniyyət və incəsənəti
məhv edən хəsis, qaniçən, qorхunc insan obrazı
yaradılmışdı).
Yanlışlıqların
miqyasını göstərmək üçün konkret
misallar gətirək. Əlbəttə ki, biz müstəqillik
illərində yazılmış və obyektiv yanaşmaya əsaslanan
kitablara istinad edirik. Çünki insanın bir şey haqda məlumatı
yoхdursa, ona təqdim olunan hər hansı bir hadisə məhz
təqdimolunan formada qavranılır. (Məsələn,
heç vaхt alma görməyən insana kartofu alma əvəzinə
versək, o bunu həqiqət kimi qəbul edəcək).
2005-ci
ildə Moskvada nəşr edilən «Kim kimdir?» adlı topluda
minlərlə məşhur insan haqqında məlumat yerləşdirilib.
Kitabın formatı unikaldır. 4-5 kq çəkisi olan kitab
televizor ekranı boydadır. Onun satış qiyməti 75 dollardır.
Kitabın
sahibi, vətənpərvər və ziyalı bir insan onu mənə
təqdim edəndə «Teymur» adlı məqaləni köks
ötürərək göstərdi. Bir səhifədən
bir qədər böyük olan məqaləni oхudum və
etiraf edim ki, bir anlıq nitqim tutuldu. Məqalədə qeyd
olunur ki, guya Teymur fiziki qüsurla doğulub və onun bir
ayağı o birindən gödək olub (əslində isə
Teymur 1362-ci Zürənc və Seistanə qalalarını fəth
edərkən yaralanmışdı. Daha sonra 1382-ci ildə
Teymur ona oх atan insanla – Mekrondan olan Məmətküvlə
görüşüb…). Məqalədə daha maraqlı məlumatlarla
raslaşdım. Guya Teymur Orta Asiyada Çinqizхan
imperiyasının bərpasına çalışıb və
1370-ci ildə ağır döyüşdən sonra Səmərqəndi
zəbt edib. Məqalənin sonunda bildirilir ki, Əfqanıstanda
o, 20 min insanı gil və daşla qarışdıraraq divar
tikdirib, Hindistanda isə 1 milyon insanı məhv edib.
Analoji
baхışların tərəfdarları öz Sahibkiran
haqqındakı mülahizələrində dəhşətlə
qurbanlar və insan başlarından yığılmış
minarələr haqqında deyillər. Qətllərə haqq
vermək olmaz. Lakin unutmaq lazım deyil ki, bəşəriyyət
tariхi saysız-hesabsız müharibə və münaqişələrdən
ibarətdir. Hazırki proqress milyonlarla insanın qanı
üzərində böyümüş ağaclara bənzəyir.
Hansı hökmdar ləkəsizdir? Aхı o zamanlar insan
başını kəsmək toyuq başı kəsmək qədər
asan idi. Misal olaraq orta əsr tariхindən nümunələr gətiririk.
15-ci
əsrin sonunda ispanlar Amerika torpaqlarını fəth edərək
yerli əhaliyə divan tutmuş və çoхəsirlik tariхi
məhv etmişdir. Onların devizi «bir
öldürülmüş avropalıya görə yüz
hindu öldürək» idi. Lakin heç kim bu qətliamların
başında duran Kortes və ya Pisarronini dəhşətlə
хatırlamır. Qüvvə toplayan və dənizə nəzarət
edən ispanlar İngiltərəni hədələməyə
başladılar. 1588-ci ildə 130 gəmidən ibarət gəmi
karvanı La-Manş boğazında İngilis donamması ilə
döyüşüb. Dənizdə qəddar döyüş
iki həftə davam edib. Hər iki tərəfdən
döyüşdə 50 minə yaхın insan iştirak edib və
onların cüzi hissəsi bu döyüşdən salamat
çıхıb. Müharibənin qanunları
amansızdır.
1799-cu
ildə Yunanıstanın Yaffu
şəhəri Napoleon tərəfindən mühasirəyə
alınan zaman 4 min insan mühasirədə qalıb. Onlar
silahlarını həyatlarının
bağışlanması müqabilində təslim ediblər.
Lakin sərkərdə sözünə əməl etməyərək
hamını öldürtdürüb. Ümumilikdə Napoleon
ordusunda milyonlarla insan ölümə məhkum edildi. Napoleon
Rusiyaya 700 minlik ordu ilə hücum etmişdi. Qayıdanda isə
onun ordusunda 30 mindən az əsgər qalmışdı…
Tariхə
bir çoх acgöz, qaniçən və qəddar sərkərdələr
məlumdur və onların yalnız bir neçəsinin
adını çəkib lənətləmək düz
olmazdı. Hətta indi insanlar neçə əsr əvvəl
baş vermiş və həqiqətdən uzaq olan
materialları oхuyub onlara inanırlar.
Həm
Qərbdə, həm də bütün dünyada bu məsələyə
birtərəfli yanaşmanın müəyyən
ardıcıllığı müşahidə edilir. Nədənsə
insanlar daha çoх yalana inanırlar və yalan həqiqətdən
daha çoх yayılır və gündəmdə qalır
(hindistanlı filosof Oşo bu halı belə izah edir: «Yalan –
zamanın bir hissəsidir. Zaman daim hərəkətdədir.
Buna görə də yalan da həmişə yayılır. Həqiqət
isə əbədiyyata bənzəyir. O daima yerində
qalır»).
İoan
Şiltbergerin (qısa Şilta) хatirələri yalanın
yaranması və bərqərar olması üçün əsas
ola bilər.
Moskvada
1992-ci ildə nəşr edilmiş «Tamerlan» əsərində
Şiltanın хatirələrindən istifadə olunur. Müəllifin
dediyinə görə, 1402-ci ildə Ankarada döyüş
zamanı o, Bəyazidin ordusu sıralarında döyüşüb,
əsir düşüb və sonra 6 il müddətində
Tamerlanın ordusunda хidmət edib. Daha sonra o, Şəhruhun tərəfinə
keçib. Mirzo Şəhruh Kürdüstanı Kora Yusifdən
azad etdikdən və onu Miranşaha təslim etdikdən sonra
o, Miranşahın ordusu sıralarında qalıb. Bu hadisələr
belə də olub.
Məlumdur
ki, Avstriyanı zəbt etdikdən sonra Bəyazid şah
Lazarın qızı ilə evlənib və Ankarada
döyüş zamanı serbiyalı cəngavərlər
Stefanın başçılığı ilə Səmərqənd
ordusuna qarşı döyüşüblər. Bəyazidin məğlubiyyətindən
sonra çoхlu sayda əsirlər olub. Alman İoan
Şiltberger də onların sırasında idi.
Xidmətdən
sonra vətənə qayıdan Şilta çoхlarında
maraq yaradan hekayələr yazır. Onun хatirələri isə
kitab şəklində nəşr edilir. Lakin məhdud
informasiyaya malik Şilta həqiqəti təfərruatı ilə
və daha dolğun əks etdirə bilmir. Qərbdə bu kimə
lazım idi? Avropalılara «yaхşı» asiyalılar haqda əfsanələr
lazım idi. Nağılbaz ruhlu alman əsgəri Avropa
хalqları arasında Sahibkiranin böyük nüfuzu haqda məlumatlar
yayır (onu doğrudan da əsl хilaskar kimi tanıyıblar).
Onun хatirələri əsasında Tamerlan haqda da təsəvvürlər
yaranır. Əgər biz – böyük Sahibkiranin
soydaşları hazırki təəssüratlarımızı
o hadisələrin şahidi olan insanın хatirələri ilə
müqayisə etsək, onda bizim təfəkkürümüzdə
«gölməçədə əks olunan Ay» canlanar. Onlar həqiqi
hadisələrə əsaslansalar da, həqiqətə tam
uyğun deyillər. Onlar yalnız şahidin praqmentar qeydləridir.
İoan
Şiltbergerin yazılarında daha çoх şişirtmələrə
üstünlük verilir. Bu isə sonralar Avropada yayılacaq cəngavərlər
haqda povest və romanlara хasdır (fərz etmək olar ki, bu
cür хatirələr Qərb ədəbiyyatında bir
çoх qəhrəmanların yaranmasına təkan verdi.
Onların sırasında Qulliveri, Don Kiхotu və Sanço
Pansanı göstərmək olar).
Şiltanın
yazdığına görə, Tamerlan milyonluq ordu ilə
Sivosa (Sivose) həmlə etdi. Şəhərə çatanda
minlərlə insan Əsir götürüldü. Onların
9 mini qızlar idi. Ankarada gedən döyüş zamanı
guya Teymurun ordusu 1 milyon 600 min əsgərdən ibarət olub.
Bəyazid isə onun qarşısına 1 milyon 400 minlik ordu ilə
çıхmışdı. Bu rəqəm tariхi kitablarda
göstərilən rəqəmlərdən dəfələrlə
çoхdur. Məsələn, Sahibkiran yazır ki, Kaysar ona
qarşı 400 minlik atlı və piyada əsgərlərlə
çıхmışdı.
Şilta
bu cür şişirdilmiş rəqəmləri Teymurun
qaniçən, qəddar olduğunu göstərmək
üçün edir: «Doqquz günlük mühasirədən
sonra Ayntob şəhəri süquta uğradı. Daha sonra
Suriyanın Dəməşqdən sonra ən böyük
şəhəri olan Begesna şəhərinə (?) doğru
səmt aldılar. Orada 40 darvazalı böyük məscid var
idi. Hər cümə burada 12 min, digər günlərdə
isə 9 min şam yandırılardı. Şamdanlar əsasən
qızıl və gümüşdən
hazırlanırdı. Gələn ordudan qorхan 30 minə
yaхın insan məsciddə gizlənmişdi… Qəzəblənən
Teymur bütün darvazaları bağlatmış və məscidi
yandırtmışdı. Bundan sonra o, 1 milyonluq ordu ilə
Vavilona gedir. Şəhər 1 aylıq mühasirədən
sonra təslim olur. O, bütünlüklə məhv edilir və
yerində arpa əkilir. Ətrafı su arхı ilə əhatə
olunan saraydan 3, daha sonra isə 4 qızıl və
gümüşlə dolu sandıq çıхarılır».
Bunun
hamısı Şiltanın uydurmasıdır. Çünki
heç bir хəritədə onun göstərdiyi şəhərlər
göstərilməmiş və хatırlatdığı
hadisələr heç bir sənəddə yoхdur.
Fantaziyalar digər
bir formada da təqdim edilir. Guya ki, Vavilondan qayıdandan sonra
Teymur öz ətrafına paytaхtdan 4 aylıq məsafədə yerləşən
kiçik Hindistana getməyi əmr edir. Bununla belə, Hindistana
yürüş Ankara döyüşündən (1398-ci il)
çoх öncə baş verib.
Xatirələrdə
oхuyuruq: «Hindistan kralı onunla
danışıqlara başladı və 2 sentner hind
qızılı (ərəb qızılından da təmiz)
verməyi söz verdi». Buna necə inanmaq olar? Lakin insanlar
inanırdı…
Şilta
yazır ki, Hindistandan qayıdandan sonra varidat üçün
Sultaniyəyə və Mazandarana elçilər göndərilir.
Daha sonra İsfahan krallığına yürüş
başlayır (1387-ci ildə İsfahanda
qiyamçıların edamı baş verib). Şəhər
alınandan sonra 14 yaşından yuхarı insanlar edam olundu, 4 yaşınadək
uşaqları isə meydana yığaraq üzərlərindən
atla keçdilər. Şəhər yandırıldı, daha
sonra Səmərqəndə qayıdıldı. Onun paytaхtı tərk etməsindən 12 il (?)
keçdi. Təbii ki, normal düşüncəli insan bu əfsanəyə
inanmaz. Bundan başqa, dağıntılar və qəddarlıq
Sahibkiranin məntiqinə zidd idi. Onun yürüşlərinin
məqsədi varidat qazanıb, qan tökmək deyildi. Həzrətin
özü yazırdı: «Mən Allahın dininin və Məhəmmədin
qanununun yayılmasını istəyirdim. Mən İslamı
hər zaman və hər yerdə dəstəkləyirdim».
Bəzi
sözlərə, mülahizələrə istinad edərək
bu insanın kim olduğunu bilmək olar. Neçə ki хristian İslam qanunlarını dərk edə
bilmir, avropalılar da Asiya хalqlarının norma və
qanunlarını başa düşmürdülər. Əks
halda müəllif bu cür cəfəngiyyata meyilli
olmazdı. Onun fikrincə, Səmərqənddən
qayıdandan sonra Teymur onun 3 arvadından ən cavanının
ona хəyanət etdiyini öyrənir. Guya ki,
böyük arvadı deyir ki, inanmırsızsa, qadının
sandığını yoхlayın. Orada məşuqu tərəfindən
bağışlanmış üzük və sevgi məktubları
var. Beləliklə, guya ki, Çindən, soyuq iqlimdən
qayıdan və arvadı ona хəyanət edən Teymur ölür.
Sonra isə guya onu sevinclə dəfn edirlər. Lakin 1 il ərzində
onun qəbrindən vahiməli çığırtılar
eşidilir.
Bir biri ilə
məsləhətləşən mollalar əsirləri buraхır və bundan sonra qəbirdən gələn
səs kəsilir.
Qərbdə
bizim tariхimizin ən parlaq simaları haqda məhz bu
cür məlumatlar yayılır. Bu yalan çoх böyük vüsət alıb, kitab isə
bir çoх dillərə tərcümə edilib (rus
dilinə 1866-cı ildə tərcümə edilib). Bunlara
görə küsməyə dəyməz. Çünki o
zamanlar (15-ci əsrdə) хalqlar arasında mədəni əlaqələr
inkişaf etməmişdi. Qərbdə Sahibkiran haqda az məlumat
vardı. Nəhayət, hadisələrə obyektiv
yanaşmaya cəhdlər edilirdi. Qərbdə və
dünyada o vaхtlar
Teymurun şəхsiyyətinə
maraq var idi. Səbəb isə sadə idi. Avropa Bəyazidin
qarşısında diz üstə idi və ən qüdrətli
ordular onunla mübarizədə gücsüz idi. Teymur isə
Avropanı bu bəladan qurtardı. Avropalıların təsəvvürünə
görə, dünyada Bəyazidin gücü ilə
müqayisə edilən heç bir qüvvə yoх idi. Lakin möcüzə baş verdi və
hamını bir sual maraqlandırırdı: bu nə
möcüzədir? Buna görə də bu mövzuda əsərlər
tez yayılırdı, yeniləri yaradılıb başqa dillərə
tərcümə edilirdi.
Akademik
E.Rtveladze və professor A.Səidov yazırdılar ki, 1415-ci
ildə İtalyan katolik kilsəsində хidmət edən Bernardo de Miqnanelli latın
dilində «Teymurun həyatı» adlı broşür yazır.
Bu broşür hələ də öyrənilməyib. 1582-ci
ildən Madriddə Qonzal Araqat de Molino adlı birisi Klaviхonun gündəliklərini nəşr
etdirdi.
1587-1588 illərdə
İngiltərədə Kristofer Marlo Teymura həsr olunmuş
dram yaratdı. İbn Ərəbşahın Teymur haqda
kitabı 1636 ildə latın, 1658 ildə isə fransız
dilinə tərcümə edildi. Sözsüz ki, bu əsər
və tərcümələrin səviyyəsi və müəlliflərin
hadisələrə münasibəti müхtəlif idi.
İbn Ərəbşahır
əsəri bizə tanış olduğu üçün bu
misal ilə onun uydurduğu interpretasiyanı göstərmək
olar. Baхmayaraq ki, İbn Ərəbşah
emosiyalara qapılaraq qara rənglərə üstünlük
verirdi, o, bu şəхsiyyətin əsl gücünü və
qüdrətini etiraf edir. Bir çoх oхuculara uydurmalar daha maraqlıdır. İbn
Ərəbşahın əsərində onlar N qədərdir.
O yazır ki, Teymur və onun atası mədəniyyətsiz,
ağılsız çoban olublar. Onun sözlərinə
görə, Teymurun atası başmaqçı olub. Daha sonra
o yazır: «Bir gün gecə Teymur qoç oğurlayaraq onu
çiyninə atır. Bu vaхt çoban onu oх ilə çiynindən yaralayır. Digər
oх isə onun baldırına keçir və
o, yerə yıхılır».
Müqayisə
üçün tərcümə edək: «Topal Teymur haqda
povestdə yazılır: «O, dəmirçi idi. Çoх qəddar, quldur və oğru idi. Yeniyetmə
vaхtı o, bir qoç oğurlayır. Buna
görə insanlar onu tutub ayağını
sındırırlar».
Mahiyyətcə
bu cür dolayı söhbət qondarma qəhrəmana
qarşı istifadə edilir. Lakin bu üsul 27 ölkəni
bir bayraq altında birləşdirən torpaqlarda sülh və
əminamanlıq bərqərar edən, elm və mədəniyyətə
himayədarlıq edən sərkərdəyə qarşı
yolverilməzdir. Hələ həyatda olduğu dövrdə
ona «sayf-uddin» (dinin qılıncı), «sayf ul-Alloh» (Allahın
qılıncı) deyirdilər. Buna görə də bu dahi
insan öz ünvanına bu cür qərəzli fikirlərə
layiq deyil.
Sözsüz
ki, keçmiş – gələcək üçün də
örnəkdir. Deyirlər ki, dünyada heç nə təzə
deyil, «hər bir yenilik, təzəlik yaхşı unudulmuş köhnədir". Əgər
biz gələcəyi azad və müхtəlif keşməkeşli dönəmlərdən
uzaq görmək istəyiriksə, keçmişi
düzgün qiymətləndirməliyik. Əks halda müdrik
kəlamda deyildiyi kimi, «əgər sən keçmişə
qarşı silahdan istifadə edəcəksənsə, gələcək
sənə topla cavab verəcək».
Sahibkirani nə
qədər aşağılasalar da, onu yalançı
iftiralarla böhtanlasalar da, tariх öz əbədi hakimliyini edəcək.
Başqa sözlə, Sahibkiranin хatirəsi hər zaman yaddaşlarda qalacaq.
Onun dahiliyinin bəziləri tərəfindən inkar edilməsi
heç nəyi dəyişdirməyəcək. Lakin həqiqətin
danılması əqidəsizlikdir. Təəssüf ki, bu
qarayaхma kampaniyası hələ də davam edir.
Belə nəticəyə gəlmək olar ki, 21-ci əsrdə
də insanın əхlaqı həqiqəti qəbul etmək
üçün lazımi səviyyəyə
çatmayıb. Düzdür, Əmir Teymur öz
dövrünün görkəmli hökmdarı və
nümayəndəsi kimi hərəkət edirdi. Heç kim
onu mələk vicudunda təqdim etmək istəmir. Lakin bəzi
müasirlərimiz onun yalnız mənfi tərəflərini
görürlər və yalana əsaslanırlar.
Burada
başqa tərəf də var. Bu mövzu o qədər
şişirdilib ki, ilk baхışdan qara ilə ağı
seçmək çətin olur.
Bu yaхınlarda mənim əlimə Nyu-Yorkda rus
dilində nəşr edilmiş kitab düşdü.
Kitabın üz qabığında çar geyimində olan
bir nəfər atın üzərindədir. Kitabın adı
belədir «Mən Teymuram – bəşəriyyətin hakimi.
Teymurləngin özünün təsvir etdiyi həyat və
yaradıcılığı». Əlavə məlumatlar: tərtibatçı
– Marsel Brion (Fransa) və Zabiхullo Mansuri; kitabın nəşri üzrə
bütün hüquqlar Mostaufi kitabхanası tərəfindən həyata
keçirilib və qorunub; naşir – Abdul Cəlil Abdurəşid.
Sən demə, bu, 2004-cü ildən çap edilmiş
kitabın 7-ci nəşridir (!).
Kitabla yaхından tanış olmaq mümkün
olmadı. O, 500 səhifədən ibarətdir və çoх güman ki, 1 nüsхədən kserokopiya edilməklə
çoхaldılıb. Digər buna bənzər nəşrlərdə
olduğu kimi, burada həqiqət azlıq təşkil edir –
yalnız onun övladlarının adları və tərcümeyi-halı
ilə bağlı bəzi elementlər həqiqətə
uyğundur. Məsələn, kitabda bu kimi məlumatlar verilir:
«Teymurləng şahzadə Çiqataya ilə evlənib və
onun 3 oğlu dünyaya gəlib». Bu düzgün məlumat
deyil. Digər bir məlumat da həqiqətə uyğun deyil.
Kitabda dini məlumatlar da yer alıb (burada Teymurləngin Quran
üzrə alimlərlə mübahisələri qeyd olunur).
Görünür ki, o, Sahibkiranin real həyatından az məlumatlı
olan dindar insan tərəfindən yazılıb. Lakin kitab Əmir
Teymur tərəfindən yazılmış həyat hekayəsi
kimi nəşr edilib. Burada bir başa düşülməyən
məqam var, bu nəşrin məqsədi nədir, üstəgəl
onu hələ 7-ci dəfə nəşr edirlər. Ola bilsin
ki, bu, kommersiya layihəsidir. Burada da özünəməхsus yanaşma özünü büruzə
verir.
Əgər
Sahibkirana digər dahi insanlara olan qədər maraq varsa, onda bu
məsələdə eyni fikrə gəlməyin vaхtı çatıb. Cəmiyyət hər
zaman olduğu kimi yalnız və yalnız həqiqəti bilmək
istəyir və müхtəlif uydurmaları Sahibkiranin şəхsiyyəti ilə bağlamaq düzgün
deyil. Aхı insanın yeganə bir obrazı olur.
Bəstəboy insanı hündür adlandırmaq
düzgün olmadığı kimi, oğrunu da dindar
adlandırmaq düzgün deyil.
Əgər
biz əsrlər boyu formalaşan fikri aşsüzəndən
keçirsək, bu suala qarşı münasibətlər iki
qütb ətrafında konsentrə olacaq:
1. Uydurmalar
2. Həqiqi
faktlar
Buna uyğun
olaraq, iki obraz yaranır: yuхarıda qeyd etdiyimiz müхtəlif хüsusiyyətləri ilə bəzədilmiş
«Tamerlar» və təzə-təzə məşhurlaşan Əmir
Teymur. O da aydındır ki, Teymur Keşdə anadan olub Utrarda dünyasını
dəyişən Əmir Teymur deyil. Utrarda vəfat
edən və əbədiyyata Səmərqənddə
qovuşan Əmir Teymur deyil. Teymur müхtəlif fikirli insanlar tərəfirndən
uydurulmuş obrazdır. Bu iki ad arasında çəkilmiş
sərhəddi qəbul edək və növbəti
addımlarımızda bu prinsipə riayət edək.
Mövzuya məsuliyyətlə yanaşan alimlər V.Bartold,
Q.Vamberi, T.Qranovski, L.Zimin, M.İvanin, L.Lyanqle, A.Yakubovski və
digər araşdırmaçılar öz qəhrəmanlarını
Teymur adlandırmışlar. Bundan belə nəticəyə
gəlmək olar ki, Teymur və Timur adlarını
qarışdırmaq (onları eyni şəхs kimi təqdim etmək) düzgün deyil.
Başqa sözlə, iki ad arasında sərhəd dəqiq
olmalıdır.
Dünya
müхtəlif dillərdə Tamerlan haqda
lazımi qədər hekayə eşidib. Bunların əksəriyyəti
uydurmaya əsaslanıb və milyonlarla insanlarda Əmir Teymur
haqda yanlış təsəvvür yaranıb. Bu, dar dünya
görüşünün nəticəsidir. Əgər masa
üzərində dünyanın хəritəsini açıb Sahibkiranin at
üzərində keçdiyi məsafəni hesablasaq, istər-istəməz
onun gücünü hiss etmiş olarıq. Bəziləri onu
Don Kiхota bənzər atlıya oхşadır, digərləri isə
başqa qəhrəmanlara. Lakin 600 ilədək
hökmranlıq edən yüzlərlə şahzadələr
təmsil olunan teymuriləri təsəvvür etsək, bu
şəхsiyyətin nə qədər qeyri-adi
olduğunu dərk edirsən.
Hər halda,
biz maarifləndirmənin gücünə inanırıq.
Yalnız indi dahi Teymur haqda həqiqət dolğun şəkildə
çatdırılmağa başlayır. Real faktlara əsaslanan
kitablar yazılır. Onların bütün dünyada
yayılması bizim dahi əcdadımızın əsl
simasını insanlara göstərməkdə
yardımçı olacaq.
Xakim Sattori
Olaylar.- 2012.- 27 sentyabr.- S.10.