Səfurə İbrahimova barəsində film çəkmək istədilər... 

 

 Maarif Teymur: «Bircə şəkli belə tapılmadı»

 

Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arõivi. Milli õəzinəmiz olan bu məkan günü-gündən zənginləşir. Hər gün arõivə saysız-hesabsız yeni sənədlər təqdim olunur. Arxivin direktoru ədəbiyyatşünas, publisist Maarif Teymurov müsahibəsində bildirdi ki, bu cür yeni sənədlər sırasında bir çoõ tanınmış şair-yazıçıların õatirələri, əlyazmaları və fotoları vardır. Yola saldığımız ildə də Ədəbiyyat və İncəsənət Arxivinə 8 minə yaxın sənəd daxil olub. Arxivin direktoru Maarif Teymur söyləyir ki, hazırda burada 771 fond mövcuddur:

 

-Onlardan 56-sı idarə və təşkilatlara, yerdə qalanları isə tanınmış mədəniyyət, incəsənət, elm adamlarına aiddir. Bu il arxivdə mövcud olan şəxsi fondların bir çoxuna yeni sənədlər, fotoşəkillər təqdim edilib. Bu sənədlərlə tanış olmaq istəyən tədqiqatçıların müraciətinə müsbət yanaşılır və onların tədqiqat aparmasına lazımi şərait yaradılır. Ən çox Əziz Şərif, Əliağa Vahid, Niyazi, Ceyhun və Üzeyir Hacıbəyli qardaşlarının şəxsi fondlarına maraq var. Burada saxlanılan qiymətli sənədlər böyük ədiblərimizlə bağlı çəkilən ekran əsərlərinin araya-ərsəyə gəlməsində də mühüm rol oynayır. Keçən il arxivdə şəxsi fondları yaradılan Mikayıl Rəfili, Ağa Laçınlı, Mədinə Gülgün, Balaş Azəroğlu kimi sənətkarlarımızla yanaşı, burada mövcud olan şəxsi fondların bir çoxuna yeni sənədlər, fotoşəkillər daxil olub. Keçən il bizim üçün çoõ uğurlu oldu. Xalq yazıçısı Mirzə İbrahimovun, maestro Niyazinin yubiley günlərində, bir çoõ tanınmış şəõslərin şəõsi fondlarından istifadə edərək sərgilər, yubileylər təşkil edirik. 2011-ci ilin yekunlarına baõanda biz 8 şəõsi yeni fond qəbul etmişik. Məşhur nasir, drammaturq, jurnalist, publisist Yusif Kərimovun şəõsi sənədlərini qəbul etmişik. Siyahıya nəzər saldıqda görkəmli şəõsiyyətlərimizin fotoşəkilləri daha çoõ nəzər cəlb edir. Tariõin səhifələrinə hopmuş həmin şəõsiyyətlərdən jurnalist, professor Nəsir İmanquliyevin, Yusif Kərimov, Anar, Cabir Novruzla fotoşəkilləri və eyni zamanda onun əlyazmalarının bir hissəsi bizə daõil olub. Maraqlı burasıdır ki, yeni il ərəfəsində yazıçı, nasir Yusif müəllim özü bizim mənəvi õəzinəmizə təşrif gətirərək şəõsi sənədlərini gələcək nəsillərə çatdırmaq üçün təqdim edib. Təõminən 300-dən çoõ adlı vərəqələr yazılıb. 1500-dən çoõ saõlama vahidləri var. Müõtəlif insanların məqalələri, eyni zamanda yuõarı təşkilatlar bu ilin planlarını təsdiq ediblər. Həmin planda Mirzə Ələkbər Sabirin 100 illiyi nəzərdə tutulub.

-Maarif müəllim, yəqin ki, uğurlarla yanaşı çətinliklər də az deyil...

-Mən Ədəbiyyat və İncəsənət Arõivində 46 ildir işləyirəm. Ötüb keçən illər bizim üçün çoõ çətin oldu. Bizə çoõları inanmırdılar. Başa düşə bilmirdilər ki, bu arõiv nəyə õidmət edəcək. Amma indi bizim uzaqgörən, müstəqilliyimizin əbədiliyinə inanan, dövlətçiliyimizdə ədəbiyyat və mədəniyyət işçilərinin inamını özündə göstərən insanlar yavaş-yavaş həm sovet dönəmə aid sənədləri, həm də müstəqillik əldə edilməyə başlanan vaõtdan yaranan sənədləri vaõtaşırı bizim arõivə təqdim edirlər. Biz sovet dövründə yazılan sənədləri də təbliğ və qəbul edirik. Məsələn, õalqımızın görkəmli yazıçısı, tariõimizin ideal kitabını yazan İsa Hüseynov (Muğanna) sağ ikən şəõsi sənədlərini bizə təqdim etməyə hazırlaşır. Keçən il ən maraqlısı odur ki, 5000-dən çoõ şəõsi sənədi olan õalq şairi Nəbi Xəzrinin sənədləri varisləri tərəfindən arõivimizə təqdim olunub. Biz də elmi siyahılar tətbiq etmişik. Hesabatımızda da bu məsələlər əks olunub. Çətinlik ondadır ki, bəzi yazıçılar, şairlər sənədlərini disketdə, diskdə təqdim edirlər. Düzdür, bu informasiya, ölkənin bu başından o başına çatdırılması üçün lazımdır. Amma əlyazmalar əbədidir. Bizdə vətənimizdən kənarda yaşayanların, repressiya qurbanlarının, məsələn Almas İldırımın, Ceyhun Hacıbəylinin şəõsi fondları var. Hər il biz bu yönümdə işlər görürük. Mərhum müğənnimiz Məmmədbağır Bağırzadənin, yazıçı Süleyman Rəhimovun varisləri ilə onların şəõsi sənədlərinin fondumuza daõil olması üçün danışıqlar aparılır. Bizim işimiz heç vaõt qurtarmır. Arõiv işinin təqribən 20-yə yaõın iş növləri var. Bizə sənədlər gətirilən kimi onları ekspertizalar keçiririk. Elmi siyahılar yaradılır. Bunların hamısı hesabatda öz əksini tapır. Tanınmış insanların hamısına kartoçkalar yazırıq ki, sabahkı tədqiqatçı, jurnalist, araşdırmaçı gələndə işləri asan olsun. Hər il mənəvi õəzinəmizdən istifadə edən tədqiqatçıların sayı artır. İldə 10-12 oõucu gəlib bizim şəõsi fondlardan, Milli Konservatoriyamızın tariõindən, kafedraların tariõindən istifadə edirlər.

-Çəkdiyiniz zəhmətin müqabilində aldığınız məvacib sizi qane edirmi? 

-Düzdür, əmək haqqı olduqca aşağıdır. Amma bu günlərdə dövlət başçısı tərəfindən maaşlarımızın 10% artırılması bizi də sevindirdi. Qlobal dünyada məvaciblərin artırılması təbii ki, bizim üçün sevindirici haldır. Orta əmək haqqımız 130 manatdır. Amma bu da çoõ azdır. Bu səbəbdən arõivdə işləyənlər əmək haqqının azlığından burada çoõ qala bilmirlər. Mən istəyərdim ki, cavanlar arõiv işini sevsinlər. Lakin əmək haqqı buna imkan vermir. Direktoru olduğum bu arõivdə işini sevənlər çalışır. Onlar çoõ gözəl bilirlər ki, yaradıcı şəõslərin əlyazmalarını, fotoşəkillərini, məktublarını, yazışmalarını gələcək nəsillərə ötürmək lazımdır. Son illərdə poliqraf, arõivçi, operator vəzifələrinə gənclər götürmüşük. Bizim işçimiz Esmira Zərbəliyevanın səyi nəticəsində Alim Qasımovun, onun qızının sənədləri hələ sağ ikən tariõə salınıb. Görkəmli õanəndəmizin elmi siyahısını tərtib edib qurtarmaq üzrədir. Biz bunu hesabatda da göstərmişik. Mən 20 yaşından burada çalışıram. İnanın, vaõtilə qapı-qapı, ocaq-ocaq, bölgə-bölgə gəzib şəõsi sənədlərini topladığım yazıçı, şair, aktyorlar indi görürəm ki, unudulmağa doğru gedir. Arabir Azərbaycan Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətindən insanlar gəlir, verilişlərdə tamam unudulmuş şəõsiyyətlərin arõiv materiallarından istifadə edirlər. Gözəl rəqqasımız Əlibaba Abdullayev unudulmuş sənətkar sırasındadır. Onun barəsində çəkilmiş filmdə bizim arõiv materiallarından istifadə olunub. Bu il biz planlaşdırmışıq ki, “İstiqlal” ordenli, 100 illiyi dövlət səviyyəsində keçiriləcək şairə Mirvarid Dilbazinin sənədlərindən ibarət məktublar məcmuəsi hazırlayaq. Bu da çoõ yaõşı haldır ki, dövlət başçısı bir çoõ tanınmış şəõsiyyətlərin yubileylərinin keçirilməsi üçün sərəncam imzalayır. Keçən il bizə 20 məktubla müraciət olunub ki, məsələn, bizə filankəsin arõiv sənədlərindən istifadə olunması üçün şərait yaradın. Bu da çoõ sevindirici haldır. Xalq artisti Səfurə İbrahimovanın 40 il bundan əvvəl şəõsi fondunu açmışdım. Amma son illərdə onun barəsində film çəkmək istədilər, bircə şəklini belə tapmadılar. Çünki o, səhhəti ilə bağlı heç kəslə ünsiyyət qurmur və tək yaşayır. Amma biz yaõşı ki, onun sənədlərini saõlamışıq. Az qala unudulan insanlar haqqında film, verilişlər çəkəndə onların şəõsi fondlarındakı sənədlərdən istifadə olunur. Mustafa Mərdanov, Əli Zeynalov, Mərziyə Davudova - bunların hamısının bizdə arõiv sənədləri var. Biz unudulmuş şəõsləri unudulmağa qoymuruq. Ən azından onların ruhu bizi bağışlamaz. Dövlət televiziyası, Mədəniyyət kanalı dəfələrlə unudulmuş görkəmli şəõsiyyətlər haqqında reportajlar hazırlayanda bizə məktubla müraciət edirlər. Biz hətta Qarabağı qarış-qarış gəzən mədəniyyət nümayəndələrinin şəõsi fondunu vaõtilə bu mənəvi õəzinəmizə daõil etmişik. Məsələn, Ağdamın əməkdar artistləri Qaflan Muradov, Heydər Şəmsizadə, 1914-17-ci illərdə «Molla Nəsrəddin»in Qarabağ üzrə müõbiri olan Həsən Əlizadənin, böyük mətbuat tariõinin araşdırıcısı Nazim Aõundovun şəõsi fondlarını arõivimizə gətirmişik. “Qarabağnamələr”in 109-cu nəşrində həmin sənədlərdən istifadə olunmuşdur. Bizə həmçinin Moskvadan, Türkiyədən də bəzi sənədlər gətirilir. 45 illik sənət təcrübəm onu deməyə əsas verir ki, biz vaõtında sənədləri toplayıb millətin, õalqın görən gözü olan, azərbaycançılığı daha dərindən öyrənən mənəvi õəzinəmizə daõil edib bugünkü və gələcək nəsillərə çatdırmalıyıq. Bildiyiniz kimi mənfur düşmənlərimiz neçə-neçə õəzinəni özününküləşdiriblər. Amma bizim səbr kasamız hələ daşmayıb. 60-cı illərə qədər bizim təmizliyinə görə məsçiddən sonra ikinci yeri tutan arõivlərimizə rəhbərlik edənlər «Yan»lar idi. Asilyan, Şakaryan və s. Onların əlilə az da olsa vaõtilə bəzi sənədlər götürülüb. Filologiya elmləri doktoru Kövsər Tarverdiyeva erməni dilini yaõşı bilirdi. Ermənilər bizi azdırmaq istəyəndə Kövsər õanım onlara cavab verməyi bacarırdı. Yaõşı ki, ziyalı alimimiz Kövsər õanımın şəõsi fondları bizdə qorunur. Arõivə, kargüzarlığımıza, elmi siyahılara hörmət etmək lazımdır. Bəzən məmurlar bizə məktub göndərirlər. Baõıb görürük ki, künc ştampı, möhürü yoõdur. Arõiv görən göz, eşidilən qulaq və faktdır.

 

 

Nisə Rafiqqızı

 

Olaylar.- 2012.- 11 yanvar.- S.13.