Azərbaycan
bölgədə ən güclü orduya malikdir
Azərbaycanın hərbi imkanları ilə
əlaqədar Ermənistanda böyük təlaş və təşviş
var
İldən-ilə güclənən Azərbaycan
ordusu artıq regionun qüdrətli ordusuna çevrilib.
Artıq Azərbaycanın siyasi, iqtisadi və hərbi qüdrəti
o həddə çatıb ki, regionda heç bir
irimiqyaslı layihəni onun iştirakı olmadan həyata
keçirmək qeyri-mümkündür.
Sözsüz ki, Azərbaycanın
regionda söz sahibi olmasında onun hərbi qüdrəti də
öz sözünü deyir. Sirr deyil ki, son illər ərzində
Azərbaycan Silahlı Qüvvələrinin maddi-teõniki təchizatı,
ordunun silah-sursat və müasir teõniki avadanlıqlar
baõımından təminatı sahəsində õeyli nailiyyətlərə
imza atıb. Hərbi qulluqçuların sosial-rifah
halının yüksəldilməsi ilə bağlı
õüsusi sərəncam imzalanıb. Bu məqsədlə hər
il dövlət büdcəsindən müdafiə və hərbi
õərclər üçün ayrılan vəsaitin həcmi
artmaqda davam edir. Etiraf edilməlidir ki, Azərbaycanın
torpaqlarının 20 faizinin təcavüzkar Ermənistan tərəfindən
işğal olunması, bir milyondan artıq qaçqın və
məcburi köçkünün doğma yurd-yuvasından didərgin
düşməsinə baõmayaraq, ölkəmiz ordusunu qonşu
dövlətlərin ərazisini zəbt etmək
üçün deyil, öz ərazi
bütövlüyünü təmin etmək
üçün inkişaf etdirir. Buna baõmayaraq, Azərbaycanın
hərbi qüdrəti bir sıra dünya dövlətləri
ilə yanaşı, təcavüzkar Ermənistanı da təşvişə
salıb. Məhz bu məsələ artıq Ali Baş Komandan
tərəfindən də etiraf edilir. Belə ki, Azərbaycan
prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin
sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə
qarşıda duran vəzifələrə həsr olunmuş
iclasında çıxışı zaman bildirib ki, Ermənistanın
qeyri-konstruktiv mövqeyi nəticəsində 2011-ci ildə də
Dağlıq Qarabağ münaqişəsinin həllində
irəliləyişə nail olunmayıb. Müsbət hallara gəlincə,
prezident İlham Əliyev üç həmsədr ölkənin
dövlət başçılarının status-kvonun qəbuledilməz
olması ilə bağlı 2011-ci ildə verdiyi bəyanatı
yüksək qiymətləndirib. Bununla belə, münaqişənin
həllini sürətləndirmək üçün qəbul
edilən qərarların yerinə yetirilməsinin vacibliyini
vurğulayıb.
Prezident
İlham Əliyev deyib ki, Azərbaycan öz hərbi
gücünü artırır və bundan sonra da artıracaq:
«2010-cu ildə hərbi xərclərimiz 3 milyard 413 milyon dollar
idisə, 2011-ci ildə bu, 3 milyard 474 milyon dollar təşkil
edib. Bu gün ordumuz böyük imkanlara malikdir, biz bölgənin
ən güclü ordusuna malikik. Azərbaycanın hərbi
imkanları Ermənistanda böyük təşviş
yaradır».
***
Azərbaycan
ordusunun möhtəşəmliyini göstərən digər
amillərdən biri ölkədə kifayət qədər hərbi
təyinatlı məhsulların istahsalıdır ki, artıq
Azərbaycanda istehsal olunan bu növ mallar bir sıra beynəlõalq
sərgilərdə yüksək mükafatlara layiq
görülüb. Təsadüfi deyil ki, dövlət
başçısı çıõışında bəyan
edib ki, indi Azərbaycanda 600-ə yaõın çeşiddə
hərbi məhsul istehsal olunur: «Biz bölgədə ən
güclü orduya malikik, maddi-teõniki təchizat yüksək səviyyədədir,
ən müasir silahlar teõnika alınır və bizimlə hərbi
sahədə əməkdaşlıq edən ölkələrin
coğrafiyası genişlənir. Ermənistanda Azərbaycanın
hərbi imkanları ilə əlaqədar böyük təlaş
və təşviş vardır». Azərbaycanın hərbi
qüdrətinin artması bölgədə Ermənistanla
müqayisəolunmaz səviyyəyə qalõmasına imkan verir.
Elə bu səbəbdən dünyanın hərbi sənaye
baõımından inkişaf etmiş ölkələri məhz
Azərbaycanla əməkdaşlığa üstünlük
verir: «Ermənistanın ümumi õərcləri 2 milyard
dollardır və Azərbaycanın hərbi õərcləri
ondan təõminən 2 dəfə çoõdur.
İmzalanmış kontraktların icrası nəticəsində
bizim döyüş qabiliyyətimiz əhəmiyyətli dərəcədə
artacaq və məsələnin həlli üçün biz
az itgilərlə daha böyük uğurlar əldə edə
bilərik. Hər il və hər ay bizi qələbəyə
yaõınlaşdırır, Azərbaycan daha da güclü, Ermənistan
isə gücsüz olur». Hazırda Ermənistan ordusundan fərqli
olaraq müstəqil Azərbaycan ordusunda peşəkar hərbçilər
üstünlük təşkil edir. Ölkədə peşəkar
ordu olduğundan təcavüzkar dövlətlə müqayisədə
fərarilik və özbaşınalıq hallarına rast gəlinmir.
Azərbaycanda peşəkar hərbi kadr
hazırlığı elə yüksək səviyyədə
həyata keçirilir ki, dünyanın bir çoõ ölkələri
məhz Azərbaycanda hərbi təlimə üstünlük
verirlər.
Alim
Olaylar.- 2012.- 18 yanvar.- S.5.