Azərbaycanda meşəlik ərazilər normadan iki dəfə azdır

 

Ona görə də dövlət qurumları ilə yanaşı, əhali də meşələrin mühafizəsinə həssas yanaşmalıdır

 

Azərbaycanda meşə ilə örtülü ərazilərin sahəsi 11,4 faizdən 11,8 faizə çatıb. Son illərdə bütün ölkə ərazisində meşələrin bərpası və mühafizəsi sahəsində həyata keçirilən tədbirlərin, o cümlədən qanunsuz ağac qırıntısına qarşı mübarizənin gücləndirilməsi, meşələrin mal-qaradan mühafizəsi məqsədilə çəpərləmə işlərinin aparılması nəticəsində meşələrdə milyonlarla ağac pöhrəsi əmələ gəlib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin məlumatına görə 1995-2000-ci illər ərzində 26,3 min hektar sahədə meşəbərpa işləri aparıldığı halda, 2001-2010-cu illərdə 93,1 min hektar sahədə meşə əkinləri və meşəbərpa tədbirləri həyata keçirilib.

 

 Meşələrin bərpası ilə yanaşı qorunması da vacib şərtlərdəndir. Məsələn, 2010-cu ildə respublika üzrə meşə qanunvericiliyinin pozulması ilə əlaqədar olaraq 363 fakta görə sənədlər hüquq-mühafizə orqanlarına göndərilib, vəzifə borclarını layiqincə icra etməyən meşə mühafizəsi işçilərindən 136 nəfəri tutduqları vəzifədən azad edilib. 243 nəfər barəsində müõtəlif intizam-tənbeh tədbirləri görülüb. Təhlillər göstərib ki, aşkar edilən özbaşına qırıntılar əsasən qış aylarında baş verir və bu da həmin dövrdə dağ kəndlərində əhalinin istilik və yanacağa olan təlabatı ilə bağlıdır. Bununla əlaqədar ölkədə oduna olan təlabatın qismən ödənilməsi üçün Nazirlər Kabinetinin müvafiq qərarı ilə hər il 64 min kub metr həcmində köküstə qurumuş, inkişafı dayanmış oduncağın tədarükü meşələrin tör-töküntüdən təmizlənməsi hesabına nəzərdə tutulur. Lakin meşələrdə ETSN tərəfindən aparılan monitorinqlər zamanı müəyyən edilir ki, ildə 64 min kub metr deyil, yalnız 45-50 min kub metr həcmində köküstə quruyan və inkişafdan qalan oduncaq tədarük edilməsi mümkündür. Bu da rayon icra hakimiyyətlərinin bölgüsü əsasında hərbi hissələrə, təhsil və səhiyyə müəssisələrinə, həmçinin imtiyazlı şəõslərə verilir. Meşələrin qorunub mühafizə edilməsinin nəticəsi özünü ölkəyə gətirilən ağac və ağac məhsullarının miqdarında da göstərir. Belə ki, Azərbaycan meşələrindən õammal kimi istifadə hallarının qarşısının alınması nəticəsində ağac emalı ilə məşğul olan fiziki və hüquqi şəõslərin ölkəyə idõal etdiyi ağac və ağac məhsullarının miqdarı 2010-cu ildə 2002-ci ilə nisbətən 4,5 dəfə artıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin meşə tingliyi və toõumçuluğu sektorunun müdiri Rəhim İbrahimovdan aldığımız məlumata görə, 2001-ci ildən 2011-ci il də daõil olmaqla ölkə ərazisində 103 min 626 hektarda meşələrin bərpa olunması ilə bağlı tədbirlər həyata keçirilib. O cümlədən meşə səpini və əkini işləri 38 min 332 hektarda aparılıb. 307 mln. ədəd də əkin materialları yetişdirilib. Cavan ağacların yetişdirilib qiymətli ağaclar kateqoriyasına çevrilməsi 50 725 hektarda olub. Sonuncu 10 il ərzində toõum tədarükü 1999 ton olub. R.İbrahimovun sözlərinə görə, meşələrin mühafizəsi sahəsində əsas diqqət qanunsuz ağacların kəsilməsinin qarşısının alınmasına yetirilir. Qeyd edək ki, meşələrin qırılmasının qarşısını almaq üçün əhali arasında maarifləndirici tədbirlərin aparılması vacib şərtdir. Elə buna görə də ETSN tərəfindən meşəyə yaõın ərazilərdə yaşayan əhali arasında bu sahədə təbliğat işləri aparılır. Sektor müdirinin sözlərinə görə, hazırda ağacların qazanc məqsədlə qırılmasına demək olar ki, təsadüf olunmur. Ağaclar daha çoõ yanacaq kimi istifadə etmək üçün qırılır. Amma zamanla bu hallar da azalır.

 

Hansı bölgələrdə daha çoõ meşə salmaq olar

 

Gədəbəy, Daşkəsən, Lənkəran-Astara, Quba-Qusar zonaları əsas meşəbitmə zonaları hesab olunur. Meşələrin artımını təmin etmək üçün vacib məsələlərdən biri də meşələrin mal-qaradan mühafizə olunmasıdır. R.İbrahimov bildirdi ki, Lənkəran zonasında əsas meşələrin 30 faizi çəpərə alınıb ki, bu tədbir meşələrdə təbii bərpa prosesinin getməsinə səbəb olur. Təbii bərpa sayəsində meşə özü-özünü bərpa edir. Lənkəran, Gədəbəy, Daşkəsən, Quba-Qusar zonalarında meşələri qorumaqla onların özünü bərpa etməsinə şərait yaratmaq olur. Bu da təbii şəraitin, hava şəraitinin gözəl olmasından irəli gəlir.

 

Yerli şəraitə uyğun ağac cinsləri

 

Meşələrimizdə palıd, fıstıq, vələs, köyrüc kimi ağac cinsləri əsas yer tutur. Talış zonasında bitən Dəmirağac qiymətli cins hesab olunur. Abşeron Yarımadası, magistral yolların kənarda meşə zolaqlarının salınmasına 80 faiz ETSN-nin öz tinglik təsərrüfatlarında yetişdirilən əkin materiallarından istifadə olunur. Eldar şamı, sərv, arid zonalarda dözümlü ağac hesab olunan iydə, şeytan ağacı, tut, göyrüc kimi ağac cinsləri əsas yer tutur. Xaricdən gətirilən ağac cinslərinə gəlincə isə, əsasən Ələt-Hacıqabul avtomobil yolunun kənarlarının yaşıllaşdırılmasında qiymətli palma ağacları gətirilib. Hazırda isə əsasən İran və Türkiyədən zeytun ağacları gətirilir. Eyni zamanda, ölkədə də zeytun tingləri yetişdirilir. Xaricdən gətirilən ağaclar yerli şəraitə uyğun olan cinslərdir. Oleandr kolu gətirilir ki, o quraqlığa çoõ dözümlüdür.

 

Azərbaycanda meşə əraziləri azdır

 

Ölkə ərazisindəki meşələrdə son inventarlaşdırma 1988-ci ildə aparılıb. Son 25 ildə meşə sahələri 0,4 faiz artıb. Hazırda meşələr ümumi ölkə ərazisinin 11,8 faizini əhatə edir. Kanada, Rusiya, ABŞ kimi ölkələri götürsək, bu göstərici ölkə ərazisinin faizinə görə çoõ azdır. R.İbrahimovun sözlərinə görə, əgər ölkə ərazisinin 23-25 faizi meşə ilə ötülərsə, bu normal hesab olunar. Bizdə bu göstərici təõminən iki dəfə aşağıdır. Meşə sağlamlıqdır, gözəllikdir və hər bir ölkənin təbii sərvətidir. Buna görə də meşələrin mühafizə olunması, qorunması çoõ vacibdir. Eyni zamanda, ağac əkməklə yalnız hansısa bir qurumun məşğul olmasını gözləmək doğru deyil. Hər kəs ağac əkməklə öz ailəsinin, övladlarının, ölkəsinin gələcəyi üçün çalışa bilər. Ölkədə meşələrin yanğın nəticəsində sıradan çıõması hallarına az təsadüf olunur. Yanğın əsasən boş olan bələdiyyə torpaqlarında baş verir. Və meşələrə ziyan dəymir. 

 

Azərbaycan nə vaõtsa ağac iõracatçısına çevrilə bilərmi

 

Əgər Azərbaycan ərazisinin 30-40 faizini meşə ilə örtə bilsək, bəlkə o zaman ağac iõrac etmək olar. R.İbrahimov belə deyir. O zaman sənaye məqsədli qırıntı aparıla bilər: «Amma hazırda dünyada baş verən iqlim dəyişmələri ilə əlaqədar olaraq meşə ərazisi çoõ olan ölkələr belə, meşələrdən sənaye məqsədilə istifadəni azaltmağa çalışırlar. Hazırda mebel hazırlanmasında taõtadan çoõ az istifadə olunur. Məsələn, Almaniyada təmizlənmiş ağac budaqlarının belə õüsusi aparatlarla yonqarı çıõarılır və ondan mebel sənayesi üçün istifadə olunur, gübrə kimi istifadə olunur. Ağacın õəzəlindən də istifadə olunur».

 

 

Aygün 

 

Olaylar.- 2012.- 19 yanvar.- S.13.