Şəhidlərin narahat ruhu bizi birliyə səsləyir

 

İşğal altındakı torpaqları azad etməliyik

 

Zaman yetişdi. Yenə də qələmlər işə düşdü. Daha bir ilin tozunu qəmli õatirə albomumuzun üstündən çırpıb, vərəqləyirik. Uşaqdan böyüyə, cavandan qocaya hamı Şəhidlər Xiyabanına yollanır. Öndə gələn İlhamla Fərizənin toy şəklidir. Sonra İlqar, daha sonra Larisa, Ülvi… Onların surətləri bizi önlərində dayanmağa, ötüb keçməməyə, düşünməyə çağırır. Bacaranlar bu düşüncələrə və õatirələrə göz yaşı da qatmağa çalışır, bacarmayanlar sadəcə vicdan ağrısı. Sonra bircə-bircə bu məkanı tərk edirik. Arõamızca şəhid ruhlarının narazı nəzərləri boylanır. Biz düşünürük, daşınırıq, yenə də bu nəticəyə gəlirik ki, bircə gün bəsdir. Qanlı 20 Yanvar faciəsinə təqvimlərdə ayırdığımız bircə gün… İllər öz işini görür. Daha yazılarımızın kəsəri də qalmayıb. Azadlıq mücahidlərinə layiqli cümlələrimiz azalıb.

 

 O gecənin qanı-qadası, gurultusu, o gecənin uğultusu, dəhşət və vahiməsi yeni ulduz, yeni star, yeni istedad aõtarışlarının iştirakçısı olan bizlərin beyinlərinin dərinliyində donub. Beynimizi təmizləməyə cəhd etmişik. Üzücü, ağrıdıcı, yandırıcı hər nə varsa ildə bircə gün õatırlamağa çalışmışıq. Tanklar altında əzilənləri, ayaqlar altında tapdananları, bir canın əsiri olmayanları bir günün çərçivəsinə necə salmışıqsa, çıõara bilmirik.

Bir vaõtlar sevənlərin ən sevimli gülü idi qərənfil. İndi də çoõ sevilir bu gül. Ancaq indi qərənfillər daha çoõ şəhid məzarlarının üstünə qoyulur.

21 ildir ki, harda əlində qərənfil tutmuş bir insan görürəmsə, elə bilirəm Dağüstü parka-Şəhidlər Xiyabanına gedir. O müdhiş gecədə yağış tək yağan gülləri sinəsinin al qanı ilə qərənfilə çevirib, küçələrə səpdi igid, cəsur oğullarımız. Səhər açılanda düşmən yağdırdığı güllələrin əvəzində küçələrə qərənfil yağışı yağdığının şahidi oldu. O gündən bu güllər haqqında şeirlər, mahnılar yazıldı…

 

Qərənfil şəhid qanı,

Ağla qərənfil, ağla.

Ağla, inlət meydanı,

Ağla, qərənfil, ağla.

 

 İllər ötəcək, əsrlər keçəcək, al qırmızı qərənfillər haqqında nağıllar, əfsanələr də danışılacaq. Bu nağılların, əfsanələrin, rəvayətlərin qəhrəmanları İlham, Fərizə, Ülvi, Larisa və daha neçə-neçə şəhidlər olacaq.

Hələlik 21 il keçməsinə baõmayaraq bu õiyabanda uyuyan igid qəhrəmanlarımızın narahat ruhlarını sevindirə bilmirik. Hələ də onlar bizdən küsülüdürlər. Ziyarətlərinə başıaşağı, utana-utana gedirik. Gücümüz təkcə ona çatır ki, hər il məzarlarını al qırmızı qərənfillərə qərq edək. Və hər il onların məzarları qarşısında and içib söz verək ki, bu qan yerdə qalmayacaq.

Bəli, onlar hələ ki, susurlar. Təkcə daşların üzərinə həkk olunmuş şəkillərindən qəmli, küskün, incik baõışları ilə bizi mübarizəyə səsləyirlər. Biz isə hələlik onların bu lal çağırışlarını, lal fəryadlarını cavabsız qoyuruq.

Onlar yenə gözləyirlər. Əslində onlar öz sözlərini əməlləri ilə deyiblər. İndi söz bizimdir. Onlar öz sözlərini elə deyiblər ki, Azərbaycan durduqca bu qəhrəmanların «Azadlıq» sədaları hər yanda eşidiləcək.

Şəhidlər Xiyabanı ildə bircə yol birləşdirir görüşdürür bizi. Ora gedəndə azərbaycanlı olduğumuzu bir daha dərk edirik elə bil. Ancaq õiyabanı tərk edib bir-birimizdən kənarlaşan kimi hər şey unudulur, yaddan çıõır.

Hərdən unuduruq ki, canını vətən, torpaq yolunda fəda edən bu igid oğullar azad müstəqil Azərbaycan uğrunda mübarizəyə qalõmışdılar. Biz isə bu qədər şəhid verəndən sonra da müstəqillik qazansaq da torpaqlarımız itirdik.

Neçə ildir sakit oturmuşuq. Bu qədər şəhidimiz, qaçqınımız, itirilmiş torpaqlarımız, əsir qız-gəlinlərimiz, əlillərimiz ola-ola sevinib gülürük . Hətta bəzən bir-birimizin ətini yeməyə vaõt da tapırıq. Halal olsun bizlərə!

Bu gün uşaqdan böyüyə heç kəs unutmamalıdır ki, Azərbaycanın Şəhidlər Xiyabanı boyda ucalığı var. Bizi o ucalığa aparan yollarda birləşdiyimiz kimi, birlikdə qələbəyə gedən yolumuz da elə oradan başlamalıdır.

Qalõın ayağa, ey insanlar. Qalõın torpaqlarımızı azad edək. Çünki bunu mən demirəm. Torpaq altda uyuyan şəhidlərimizin ruhu deyir. Yenə həmin gün yetişdi. Bizi inkar edənlərin önündə özünütəsdiq günümüz. 20 Yanvar. Bu rəqəm yenə təqvimdə qara ilə yazılıb. Hələ Yəqin ki, özümüzü dərk etməyə başlayanda qırmızı ilə yazacağıq. Al qırmızı ilə 

 

 

Nisə Rafiqqızı

 

Olaylar.- 2012.- 19 yanvar.- S.11.