Diaspor təşkilatları
20 Yanvar faciəsini qeyd edirlər
Soydaşlarımız yaşadıqları ölkələrin
ictimaiyyətinə sovet
qoşunlarının Azərbaycanda
törətdikləri vəhşilikləri
təfərrüatları ilə
çatdırırlar
20 Yanvar faciəsinin 22-ci ildönümü
xarici ölkələrdə
fəaliyyət göstərən
diaspor təşkilatları
tərəfindən də
qeyd ediləcək, dünyanın müxtəlif
ölkələrində anım
tədbirləri təşkil
olunacaq. Diasporla İş üzrə Dövlət Komitəsindən
verilən məlumatda
bildirilib ki, Avropanın ayrı-ayrı
ölkələrində yaşayan
soydaşlarımız da
20 yanvar faciəsi qurbanlarının xatirəsini
yad edəcəklər.
Almaniyanın Berlin, Maqdeburq,
Drezden şəhərlərində
fəaliyyət göstərən
Almaniyadakı Azərbaycanlıların
Koordinasiya Mərkəzi,
Azərbaycan Evi, “Xəzər” Hannover cəmiyyəti,
“Alm.Az“ Cəmiyyəti,
tərəfindən keçirilmiş
tədbirlərdə şəhidlərin
ruhu anılıb, 20 yanvar hadisələrinin Azərbaycan tarixindəki yeri və rolu
ətrafında yerli ictimaiyyətə, eləcə
də digər millətlərin diasporlarının
nümayəndələrinə ətraflı məlumat verilib.
Yanvarın 14-də
Maqdeburq şəhərində
“Demokratiya yolları” adlı tədbirdə Saksen-Anhalt vilayəti üzrə Alman-Azərbaycan
Mədəniyyət Cəmiyyətinin
sədri Yaşar Niftəliyev, Hannover şəhərində
fəaliyyət göstərən
Xəzər Cəmiyyətinin
sədri Etibar Qəniyev 20 yanvar faciəsinə dair toplaşanlara ətraflı
məlumat vermiblər.
Tədbirin sonunda Almaniyadakı
Azərbaycanlıların Koordinasiya
Mərkəzinin təqdim
etdiyi 20 yanvar faciəsinə dair sənədli film nümayiş
etdirilib. Yanvarın
18-də Almaniyanın Drezden
şəhərində „Alm.az“ cəmiyyətinin təşkilatçılığı
ilə baş tutmuş tədbirdə cəmiyyətin sədri Ağahüseyn Babayev toplaşanlara keçmiş
SSRİ rəhbərliyi tərəfindən
Azərbaycan xalqına
qarşı törədilən
görünməmiş terror aktı barədə məlumat verib, daha sonra „Azadlığa aparan
yollar“ sənədli
filmi nümayiş etdirilib. Tədbirdə soydaşlarımızla yanaşı alman ictimaiyyətinin, o cümlədən
Saksoniya parlamentinin nümayəndələri, Drezdendə
fəaliyyət göstərən
konsulluqların, eləcə
də rus, yəhudi, ukrayna, qazax icmalarının təmsilçiləri də
iştirak ediblər.
20 yanvar hadisələrinin
22-ci ildönümü ilə
bağlı tədbirlər
Almaniyanın Kassel, Marburq,
Höttingen şəhərlərində
fəaliyyət göstərən
Azərbaycan diaspor təşkilatları tərəfindən
də təşkil olunacaq.
İsveç Krallığında fəaliyyət göstərən
“Durna” dərnəyi, Azərbaycan Federasiyası
İsveç, “Xəzər”
Azərbaycan-İsveç Dostluq
Cəmiyyəti tərəfindən
müvafiq olaraq Stokholm, Yöteborq, Malmö şəhərlərində
20 yanvar şəhidlərinin
ruhu yad ediləcək, sovet hərb maşınının
Azərbaycan xalqına
qarşı törətdiyi
misli görünməmiş
cinayət barədə
məlumat veriləcək.
Tədbir zamanı faciəni
əks etdirən foto və video materiallar da nümayiş etdiriləcək.
20 yanvar faciəsinin
22-ci ildönümünə həsr olunmuş tədbirlər Fransa, Danimarka, Niderland, İtaliya, Böyük Britaniyada da keçiriləcək. Norveç Krallığında
Norveç Azərbaycanlıları
Gənclər Təşkilatı
tərəfindən “20 Yanvar
– Qan Yaddaşımız”
adlı konfrans, Finlandiyada “Azəri-Fin” Dostluq Cəmiyyəti tərəfindən “Qara Yanvar” adlı ədəbi-bədii
kompozisiya nümayiş
etdiriləcək. 20 yanvar Ümumxalq hüzn günü Gürcüstan, Qazaxıstan,
Özbəkistan, Qırğızıstanda
yaşayan azərbaycanlılar
tərəfindən də
qeyd olunacaq. Türkiyənin Ankara, İstanbul,
İzmir, Kocaeli, Balıkesir, Adana, Antalya, Edirne və
digər şəhərlərində
20 yanvar hadisələrinə
həsr olunmuş konfrans və dəyirmi masalar keçiriləcək, fotosərgilər
təşkil ediləcək.
20 Yanvar faciəsinin
22-ci ildönümü ərəfəsində
Birləşmiş Ərəb
Əmirliklərində fəaliyyət
göstərən “Azərbaycan”
Cəmiyyətinin sədri
Samir İmanov Dubay Əmirliyinin hökumət nümayəndələri
ilə görüşərək
onlara 20 yanvar faciəsi barədə ətraflı məlumat verib. Cəmiyyət sədri həmçinin
Birləşmiş Ərəb
Əmirliklərinin hökumət
nümayəndələrinə kitab və jurnallar
təqdim edib. Misir Ərəb Respublikasında da fəaliyyət göstərən
Azərbaycan diasporunun
nümayəndələri tərəfindən
bu ölkənin ictimaiyyətinə, həmin
ölkələrdə məskunlaşmış
digər millətlərin
diaspor nümayəndələrinə
20 yanvar faciəsi barədə məlumat veriləcək, Küveytdə
isə faciənin ildönümü ilə əlaqədar “20
Yanvar Şəhidləri”
adlı foto sərgi təşkil olunacaq. Birləşmiş Ştatlarda fəaliyyət
göstərən Hyuston-Bakı
Qardaşlaşmış Şəhərlər
Assosiasiyası yanvarın
14-də 20 yanvar faciəsi
barədə yerli ictimaiyyəti məlumatlandırmaq
məqsədi ilə tədbir keçirib.
İsveç Krallığında fəaliyyət göstərən
“Yeni Azərbaycan” Cəmiyyəti də 20 yanvar hadisələrinin
22-ci ildönümünə həsr olunmuş tədbir keçirəcək.
Tədbirdə 20 yanvar
şəhidlərinin xatirəsi
yad olunacaq, sənədli film nümayiş
etdiriləcək, 22 il əvvəl baş vermiş qanlı hadisələrin canlı şahidləri xatirələrini danışacaqlar.
“Yeni Azərbaycan” cəmiyyətinin sədri
Tahir Əsədullayevin
təşkilatçılığı ilə baş tutacaq tədbirdə İsveç Krallığında
fəaliyyət göstərən
digər Azərbaycan diaspor təşkilatlarının,
o cümlədən Azərbaycan
Federasiyası İsveç,
İsveç Azərbaycanlıları
Konqresinin nümayəndələri
də iştirak edəcəklər. ABŞ azərbaycanlıları şəbəkəsi
eyni zamanda 20 Yanvar hadisələrinin
22-ci ildönümü ilə
bağlı yeni kampaniyaya – məktub göndərmə kampaniyasına
start verib. Birləşmiş
Ştatların rəsmi
şəxslərinə ünvanlanan
məktublarda deyilir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən
gecə sovet qoşunlarının Bakıya
hücumu nəticəsində
170 dinc sakin qətlə yetirilib, 321 nəfər itkin düşüb, 700-dən çox
adam yaralanıb, yüzlərlə insan həbs edilib. Kanadada fəaliyyət göstərən Alberta-Azərbaycan
Mədəniyyət Mərkəzi
və Kanada-Azərbaycan
Təşkilatlar Assambleyasına
daxil olan təşkilatlar tərəfindən
müvafiq olaraq ölkənin Kalqari və Ottava şəhərlərində 20 yanvar faciəsi qurbanlarının xatirəsi
yad ediləcək. Latın Amerikasındakı Azərbaycan
Assosiasiyası Azərbaycanın
Meksikadakı səfirliyi
ilə birlikdə 20 yanvar şəhidlərinin
xatirəsini yad etmək məqsədilə
anım mərasimi keçirəcək. 20 Yanvar faciəsinin 22-ci ildönümü Avstraliyada
da qeyd ediləcək.
Belə ki, Avstraliyada fəaliyyət göstərən Avstraliya
Dostluq Cəmiyyəti
20 yanvar hadisələrinin
22-ci ildönümünə həsr olunmuş konfrans keçirəcək,
ictimaiyyətə sovet
hərb maşınının
Azərbaycan xalqına
qarşı xüsusi
amansızlıqla törətdiyi
terror aktı barədə
məlumat verəcək.
20 Yanvar faciəsinin
22-ci ildönümü ilə
bağlı Rusiya Federasiyası və onun subyektlərində də genişmiqyaslı tədbirlərin keçirilməsi
nəzərdə tutulub.
Belə ki, Rusiya Federasiyasının
Moskva, Sankt-Peterburq, Yakaterinburq və digər şəhərlərində
faciənin ildönümü
qeyd olunacaq, şəhidlərin ruhu ehtiramla yad ediləcək.
Ümumrusiya Azərbaycan
Konqresi, Rusiyanın Azərbaycanlı Gənclər
Təşkilatı və
digər Azərbaycan təşkilatlarının iştirakı
ilə keçiriləcək
konfrans, dəyirmi masa və seminarlarda
Azərbaycan tarixinə
faciə ilə yanaşı həmçinin
qəhrəmanlıq salnaməsi
kimi həkk olunmuş 22 il əvvəl baş vermiş hadisələr təhlil olunacaq. Murmanskda isə Azərbaycan tələbələri,
Ümumrusiya Azərbaycan
Konqresinin regional şöbəsinin
və Rusiyanın Azərbaycanlı Gənclər
Təşkilatının fəalları
tərəfindən 20 Yanvar
faciəsinə həsr
olunmuş elmi-praktik konfransın keçirilməsi
nəzərdə tutulub,
Tədbir zamanı 20 Yanvar faciəsini özündə əks etdirən sənədli
film nümayiş etdiriləcək,
fotosərgi təşkil
olunacaq. Ukrayna, Belarus və Moldovada da 20 yanvar faciəsinin
22-ci ildönümünə həsr olunmuş tədbirlər keçiriləcək,
şəhidlərin əziz
xatirəsi böyük
ehtiramla anılacaq.. Ümumiyyətlə, dünyanın müxtəlif
ölkələrində yaşayan
azərbaycanlıların 20 yanvar hadisələrinin
22-ci ildönümünə və şəhidlərimizin
xatirəsinə həsr
olunmuş tədbirləri
yanvar ayının sonunadək davam edəcək.
Süleyman İsmayılbəyli
Azərbaycan Respublikası Prezidenti yanında
KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap
edilmişdir
Olaylar.- 2012.-
20-23 yanvar.- S.15.