“Aktyorun rol davası etməyə haqqı var”
Yasin
Qarayev: “Cənnət Səlimovanın düşündükləri
mənim aktyor imkanlarımla qətiyyən üst-üstə
düşmür ”
Bildiyiniz kimi bizim Gənc
Tamaşaçılar Teatrı 2009-cu ildə böyük bərpadan
sonra istismara verildi. Dövlət başçısının
sərəncamı ilə Azərbaycan teatrlarının bir
çoõunda Rus Dram Teatrında, Kukla Teatrında təmir
işləri aparılıb. Bizim teatr da çoõ yüksək
səviyyədə təmir olunaraq yaradıcı heyətin
iõtiyarına verildi. Şəõsən özüm dəfələrlə
şahidi olmuşam ki, nazirimiz başına kaska qoyaraq fəhlələrə
nəzarət edirdi. Mədəniyyət və Turizm Nazirliyinin
sərəncamı ilə üç teatrın birləşməsi
qərara alındı. Bu da Kamera, Gənclər və Gənc
Tamaşaçılar Teatrları idi. Və elan olundu ki, õalq
artisti Cənnət Səlimova bizə baş rejissor təyin
olunsun. Amma ona qədər Cənnət õanım öz vəzifə
kürsüsündə oturmazdan əvvəl “Reytinq” qəzetinə
bir müsahibə vermişdi.
Bütün konfliktlər, işlərin
bünövrəsi həmin müsahibədən
başladı. Müsahibənin bünövrəsi belə
idi. Cənnət õanım özü ilə gətirdiyi Kamera Teatrının
aktyorlarını professional, peşəkar
adlandırmışdı, Gənclər və Gənc
Tamaşaçılar Teatrının aktyorlarını isə
qeyri-peşəkar adlandırmışdı. Bu məqaləni
oõuyanlar narahatlıq keçirməyə başladılar.
Sözün həqiqi mənasında bu açıqlama
böyük hay-küyə səbəb oldu. Mən şəõsən
özüm-özümə fikirləşirdim ki, bəlkə
bu jurnalist səhfidir. Bəlkə bir anlaşılmazlıq
var burda. Onu da deyim ki, Cənnət õanım Azərbaycan dilində
yaõşı danışa bilmir. Buna görə də belə
fikirləşdim ki, bəlkə o, fikrini Azərbaycan dilində
yaõşı ifadə edə bilməyib və məqalədə
təhrifə yol verilib. Əslində mən elə bilirdim ki,
Cənnət õanım teatrda söz alıb həmin qəzet, məqalə
barədə öz fikrini söyləyəcək və yaõud
da üzr istəyəcək. Mənim fikirləşdiyim kimi
olmadı. Üzr istəmədi. 80 ildən çoõ tariõə
malik Gənc Tamaşaçılar Teatrında Azərbaycan
teatr mədəniyyətinə adlarını qızıl hərflərlə
yazmış insanların ruhu burada fırlanır. Firəngiz
Şərifova, Tariyel Qasımov, Solmaz Qurbanova, Ağaõan
Salmanlı, Lətifə Əliyeva kimi yaşlı nəsil
aktyorları Cənnət õanım bir növ təhqir etmiş
kimi oldu. Necə ola bilər ki, ömürlərinin ən
çiçəkli anlarını teatr sənətinə həsr
edən insanlar qeyri-peşəkar olsun?
Narazılığın əsas səbəbi də buradan
başladı. Daha sonra Cənnət õanım vaõtilə Kamera
teatrında hazırladığı tamaşaları
böyük səhnəyə gətirməyə
başladı. Bu tamaşaların hamısı dövlət
sifarişli idi. Səhnə tərtibatına, geyimlərə,
musiqiyə, külli miqdarda pul õərclənirdi. Bu əsərlər
elə bizim 20 il bundan əvvəl kamera teatrında
baõdığımız tamaşalar idi. Cənnət õanım
öz rejissor yozumu ilə klassiklərin əsərlərini
öz əlavələrini etməyə başladı, hətta
Cəfər Cabbarlıya, M.F.Aõundova, hətta Şekspirin Romeo
və Cülyettasına da öz əlavələrini etdi. Belə
bir söz var ki, rejissor ikinci müəllifdir. Elə aktyor da
müəlliflərdən biridir. Yeri gələndə aktyor
da öz improvizələrini edir. Lazım gələn yerdə
bir-iki kəlmə, və ya bir cümlə artıra bilir. Buna
iõtiyar var. Sonra rol bölgüləri olanda da
doğma-ögeylik ortaya çıõmağa başladı. Cənnət
õanım Gənc Tamaşaçılar, Gənclər
Teatrının ən potensiallı aktyorlarına ikinci dərəcəli
rollar həvalə etdi. Teatrın qarşısından
asılan afişalara baõsanız Gənc Tamaşaçılar
Teatrında 30-40-50 il külüng döyən aktyorların
heç birinin adlarına rast gəlməzsiniz, şəkillərini
görməzsiniz. Hamısı öz aktyorlarıdır, onun
«Aydın»ıdır, «Otelleo»sudur. Düzdür, onlar da rol
oynamalıdır. Onun quruluş verdiyi tamaşalarda
bütün baş rolları öz teatrının
aktyorları ifa edirdilər. Mən demirəm Kamera
Teatrının aktyorları istedadsızdır. Orada da
yaõşı aktyorlar var. Şövqi Hüseynov kimi istedadlı,
gələcəyi parlaq olan aktyor var. Gənclər
teatrında Qurban İsmayılov, Nəsibə kimi
tamaşaçılar tərəfindən sevilən,
tamaşalarda öz sözünü demiş aktyorlar var. Gənc
Tamaşaçılar Teatrında da ki, bu cür aktyorları
barmaqla saysan qurtarmaz. Çoõ təəssüflər olsun ki,
bu aktyorlar ikinci planda qaldı. Narazılıqların əsas
səbəbi də elə bu oldu. Mən bunu çoõ müsbət
hal kimi qiymətləndirirəm. Aktyorun rol davası etməyə
haqqı var. Çünki o işləmək istəyir. Bekar
qalmaq istəmir. Aktyor rejissordan rol tələb edirsə bu
yaõşı haldır. Aktyorların arzu və istəklərinin
baş rejissoru qane etməməsi haradan qaynaqlanır? Əvvəla
Cənnət Səlimova Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrının baş rejissorudur. Azərbaycan
dilində bilmir. Üç ildir teatrın baş rejissorudur,
amma onun hələ bir tamaşasında oynamamışam. Onun
düşündükləri, fikirləşdikləri ilə
mənim aktyor imkanlarım qətiyyən üst-üstə
düşmür. Mən rus dilində o dərəcədə
bilmirəm, o da Azərbaycan dilində bilmir. Konfliktlər
buradan da başlayır. Tamara Vəliyevanın gözəl əsəri
var idi “Mənim ağ göyərçinim”. İnanın elə
gözəl tamaşa idi, hətta belə bir ifadə də
işlətmişdim; müasir dövrümüzün Leyli və
Məcnunu. Mövzusu səhnə dili o qədər gözəl
idi ki. Cənnət õanım o tamaşanı keçən il
yenidən bərpa elədi. Və mənə də rol
vermişdi. Çoõ təssüflər olsun ki, səhnə
nizamlarını keçəndə Cənnət õanım mənə
dedi ki, səndən üzr istəyirəm, mən istəyirəm
tamaşanı yalnız bir heyətlə təhvil verim. Sonra
sizinlə məşq edərik. Tamaşa getdi. Mənə bu
tamaşada oynamağa imkan vermədi. Mən oynamadım. Niyə?
Bu suala hələ indiyə kimi cavab tapa bilmirəm. Və ya
Şekspirin “Romeo və Cülyetta”sında. Romeonun
atasını həvalə etmişdi mənə. Məşq,
məşq, məşq. Səhnəyə düşmək
anında yenə həmin rejissor piriomundan istifadə elədi.
Yenə Taryel də, Yasin də, Ağaõan da kənarda
qaldı.
-70 yaşlı aktyor-aktrisaların təqaüdə
göndərilməsi məsələsi bir də
çoõlarında narazılığa səbəb olub. Amma
sizi hələ ki, bu aqibət gözləmir. Bəs necə
düşünürsünüz, bu hadisədə teatrın
rəhbərliyini günahlandırmaq nə dərəcədə
düzgündür?
- Dövlət
başçısının sərəncamı əsasında
Mədəniyyət və Turizm Nazirliyinin və teatr kollektivlərinin
müdirləri bu sərəncamı həyata keçirməyə
başladılar. Mən dəqiqliyi ilə deyə bilmərəm
ki, bu teatrlara şamil olunmalıdır, ya yoõ. Bizim teatrda bir neçə õalq
və əməkdar artistlər işdən
çıõıblar. Həqiqətə varanda burada heç
bir hüquq pozğunluğu yoõdur. Tariyel Qasımov, Ağaõan
Salmanlı, Lətifə Əliyeva öz yazdıqları ərizələrilə
teatrdan çıõıblar. Mən həmkarlar ittifaqında
bir neçə müddət işləmişəm.
Qanunları araşdırmağı bilirəm. Ümumiyyətlə
bizim bədbəõtçiliyimiz ondadır ki, biz
qanunlarımızı, hüquqlarımızı bilmirik. Hər
bir sahədə çalışan insan qanunları və
özünün hüquqlarını bilməlidir. Həmin
adları çəkilən aktyorlar da ərizə yazıblar
ki, mən öz õahişimlə işdən azad olunuruq. Burada
heç bir huquq pozuntusu yoõdur. Mən başqa teatrlarla
maraqlanmışam, deyirlər bizdə bu cür hallar yoõdur. Mən
40 il çiyin-çiyinə
çalışdığım həmkarlarımdan, Taryel
Qasımovdan soruşuram, etiraf edirlər ki, bəli, ərizə
yazmışıq. Yazıb imzalarını da çəkiblər.
Amma õalq artisti Rafiq Hüseynov ərizə yazmayıb. O, bizim
teatrda həmkarlar ittifaqının sədridir. Qanunları da
bilir. Hazırda teatrda çalışır,
maaşını da alır. Mən işlədiyim dövr ərzində
çoõ teatr direktorları görmüşəm. Onların
içərisində ən yaõşısı, məsuliyyətli
olanı Mübariz Həmidovdur. Elə bil onun ayağı
sayalı oldu. O teatra rəhbər gələndən sonra bizim
üçün õaricə qastrollara getmək su içmək
kimi oldu. İşlədiyim 40 il ərzində bircə dəfə
də olsun Azərbaycanın hüdudlarından kənarda
qastrol səfərində olmamışdıq. Bircə dəfə
1978-ci ildə yubileyimizlə bağlı Moskvada qastrolda
olmuşduq. Mübariz Həmidov teatra gələndən sonra
Türkiyə, İran, Moskvadan nə qədər sifarişlər
gəldi. Mübariz müəllimin ayağı sayalı oldu.
Teatr binası yenidən inşa olundu. Biz çoõ əziyyətlər
çəkmişik. Teatrımız 10 il bir bağlanıb, 3
il yenə də bağlanıb. Amma indi normal teatrda işləyirik.
Teatr direktorlarının arasında Mübariz müəllim ən
seçiləni, ən öndə gedənidir. O, teatrı
öz arõasınca daşımağa qadirdir.
-Akademik Milli Dram Teatrının bəzi
aktyor-aktrisaları da onlar rol verilməməsindən gileylənirlər.
-Müdir
yaradıcılıq işilə məşğul olmur
aõı. Yaradıcılıq işləri ilə baş
rejissor məşğul olur. Milli Dram Teatrında baş
rejissor yoõdur. Mərahim Fərzəlibəyov idi baş
rejissor. O da yaş senzi ilə əlaqədar təqaüdə
göndərilib. Akademik Milli Dram Teatrının adı bu ərəfələrdə
çoõ hallanır. Bəzi jurnalistlər də ittaham edirlər.
Məsələn, Nurəddinin, Rəfaelin, Ramizin, Tofiq
Hüseynovun adlarını çəkirlər. Teatrda bədii
şura var. Lazım gələrsə töhmət də verilər.
Yoõsa geniş oõucu kütləsi üçün õalq artistini
bu qədər qabarıq şəkildə əks etdirmək
olmaz. Aktyor işə gecikirsə bunu müdir bilər, baş
rejissor, bədii şura bilər. Lazım gələrsə cəzasını
da verərlər.
-Yasin müəllim, gənclərin də
qarşısını kəsmək olmaz. Teatra gənclər
də lazımdır, yaşlılar da. Gənclər də səhnənin
çətinliklərini görə-görə, həyəcanlana-həyəcanlana,
tamaşaçı alqışlarını görə-görə
təcrübə yığırlar. Səhnədə necə
oynamaq universitetlərdə tədris olunmur aõı. Universitetdə
tələbəyə təkcə nəzəriyyə öyrədilir.
Təcrübə teatrda əldə olunur.
-Vaõtilə
tamaşaçılar tərəfindən sevilən
aktyorlarımız var idi. Yusif Vəliyev, Süleyman Ələsgərov,
Hüseynağa Sadıqov, Nəcibə Məlikova kimi sənətkarlar
televiziya, teatr tamaşaları, Kinolarda tamaşaçıların
görüşünə gəlirdilər. Xalq həqiqi mənada onları sevir, pərəstiş edirdi. Onlar sənətin professionalları
idi. Mən universitetdə Rza
Təhmasibin kursunda təhsil almışam.
Müõlis Cənizadə
bizə səhnə danışığı öyrədib,
institut mənə təkcə istiqamət verib. Amma teatrda tamaşaçı
ilə üzbəüz
olmaq ən böyük təcrübədir.
Universitetdə bizə istiqamət verirdilər ki, məsələn belə danışmalısan,
belə yeriməlisən.
Yeriməlisən-səhnədə yeriməyi öyrətmirdilər
aõı
bizə. Səhnədə gərək özün yeriməyi, danışığı
bacarasan. Aktyor məhz
səhnədə bərqərar
olur, səhnədə,
teatrda «bişir», təcrübə yığırsan.
Bu səbəbdən teatr aktyor üçün
böyük məktəbdir.
Bu istiqaməti cilalayan teatrdır. Burada yaşlı, təcrübəli
aktyorların böyük
əməyi var. Onların
göstərişlərinə gənc aktyorlar əməl edəndə, onların sənət cığırı ilə
gedəndə bu daha yaõşı nəticə verir. Biz əsl
səhnənin nə olduğunu tamaşalarda oynadıqca, tərəf müqabili olduqca təcrübə vasitəsilə
öyrənmişik. Yaşlı nəsil
hər zaman teatrda olmalıdır.
Onları bu məkandan
ayırmaq düzgün
deyil. Elə onların nəfəsi,
təcrübəsi bəs
edər.
Nisə Rafiqqızı
Olaylar.- 2012.- 20-23 yanvar.- S.14.