Azərbaycan diasporunun tarixi
Bir neçə mərhələni
əhatə
edən bu tarix öz zənginliyi ilə seçilir
Azərbaycan
diasporunun tarixinin nə
zaman başlaması barədə
ayrı-ayrı mənbələrdə müxtəlif fikirlər
yer alır. Həmin mənbələrə
istinadən diasporamızın formalaşması tarixi bir neçə mərhələyə
bölünür. Diaspora
tarixində ilk dövr
İslama qədərki dövr
kimi xarakterizə edilir.
Azərbaycan diasporuna dair
tədqiqatlarda İslam dininə qədərki
dövr barədə məlumatlara rast gəlmək olmur. Ehtimal olunur ki, həmin tarixdə azərbaycanlılar tək-tək
və ya kiçik qruplarla Asiya və Avropa ölkələrinə mühacirət
ediblər. Sonrakı dövr
isə İslam dininin
qəbulu ilə əlaqədar Azərbaycanda ərəbdilli elm və mədəniyyətin inkişafı
və bununla bağlı olaraq
yüzlərlə azərbaycanlı şair,
alim, mütəfəkkir, sənət
xadimlərinin İslam dinli
dövlətlərə və digər ərazilərə
mühacirəti dövrü kimi qiymətləndirilir.
Məlum
olduğu kimi VII əsrin sonundan etibarən Azərbaycanda
İslam dininin yayılması prosesi başlandı. Nəticədə
yerli atəşpərəstlərin çox hissəsi
İslam dinini qəbul etməyərək Hindistan, Çin və
digər ölkələrə mühacirət etməli
oldular. Həmin dövr Azərbaycan ərazisində İslam
dininin bərqərar olması, ərəbdilli elm və ədəbiyyatın
yayılması ilə xarakterizə edilir. Azərbaycanın Məkkə,
Bağdad, Mədinə və digər ərəb şəhərləri
ilə ticarət, mədəni, elmi əlaqələrinin
yaranması nəticəsində soydaşlarımızın bəziləri
bu şəhərlərə köçməli olmuşdular.
Bağdad, Kufə, Bəsrə, Hələb, Dəməşq,
Qahirə və başqa şəhərlərinin mədəni
və iqtisadi inkişafında mühüm rolu olan
soydaşlarımız bütün sahələrdə özlərinə
layiqli yer tutmağa çalışır, ümumi mədəni
xəzinəyə öz töhfələrini verirdilər. Ərəb
mənbələrində Azərbaycanın elm, ticarət və
müxtəlif peşə sahibləri barədə məlumatlara
rast gəlmək olur. Bu dövrdə Azərbaycanın elm və
ədəbiyyat xadimləri ətraf regionlarda da
tanınırdı. İbn
Qüteybənin “Kitab əş-şeir və şüara”, Əbdülfərəc
İsfahaninin “Kitab əl-acani” və 1875-1954-cı illərdə
yaşayıb-yaratmış azərbaycanlı ədib Mirzə Məhəmmədəli
Tərbiyyətin “Danişməndane-Azərbaycan”
kitablarında xəlifəlik dövründə
tanınmış azərbaycanlıların adları çəkilir.
Azərbaycan
diaspora tarixində növbəti mərhələ Yaxın
Şərqdə elm və mədəniyyət mərkəzlərində
azərbaycanlıların çalışması, ticari, mədəni
əlaqələrin inkişafı, Azərbaycan milli təfəkkürünün
region xalqlarının intibahında rolu, eyni zamanda cəmiyyətlər
və təriqətlər, dövlətlərarası
münasibətlər, eləcə də diplomatik əlaqələr
dövrüdür. X əsrdən başlayan bu dövr XIX əsrə
qədər müxtəlif tarixi hadisələrin
inkişafı ilə müşayiət olunur. Bu dövrdə
Azərbaycan, Asiya və Avropanın bir sıra dövlətləri
ilə hərtərəfli əlaqələri var idi. XII əsrdən
başlayaraq Azərbaycanda ictimai-siyasi həyatda müxtəlif
təriqətlər və dini qruplar yaranmışdı ki,
onların fəaliyyətində tək Azərbaycanda deyil,
başqa şəhərlərdə yaşayan azərbaycanlılar
da fəal iştirak edirdilər. Xüsusilə, “Əxi qardaşları birliyi”nin
üzvləri sırasına xaricdə və daxildə
yaşayan tanınmış azərbaycanlılar daxil idi.
Kiçik Asiya, İran, Cənubi Qafqaz, Türkiyə,
Yaxın Şərqdə ardıcılları və
filialları olan “Əxi qardaşları birliyi” azərbaycanlıların
feodal zülmünə qarşı mübarizəsini dəstəkləyir,
azərbaycanlı gənclərin elm və mədəniyyət
mərkəzlərində çalışmasına
yardımçı olurdu. Bu dövrdə Azərbaycan ərazisi
Əmir Teymur və Qızıl Ordanın hücumlarına məruz
qalmışdı. Bir çox şəhərlər yerlə
yeksan edilmiş, əhalisinin bir hissəsi qətlə yetirilmiş,
sənətkarlar, elm və mədəniyyət xadimləri əsir
götürülərək aparılmışdı. Həmin
ərəfədə əsir azərbaycanlılar
sürgün edildikləri dövlətlərdə öz
icmalarını yaradırdılar. Azərbaycanlı memarlar, ixtiraçılar,
ədəbiyyatşünaslar, tacirlər, elm xadimləri,
musiqiçi və hərbiçiləri yaşadıqları
ölkələrin ictimai həyatında mühüm yer
tuturdular. Bəhmənyar ibn Mərziban
və Nəsrəddin Tusi
kimi azərbaycanlı alimlərin adları bütün
dünyada məşhur idi. Nəsrəddin Tusi və Bəhmənyarın
əsərləri ilə hətta Avropada da tanış idilər.
Xristofor Kolumbun Amerikaya üzərkən əlində Nəsrəddin
Tusinin çəkdiyi xəritə, onun ixtirası olan
astronomik cihazların olması barədə məlumatlar
müxtəlif mənbələrdə qeyd olunur. Azərbaycan
memarlıq məktəbinin nümayəndələri Orta Asiya
və Yaxın Şərqin Səmərqənd, Ürgənc,
Buxara, Hələb, Məşhəd, İsfahan, Bağdad kimi
zəngin şəhərlərində əzəmətli abidələrin
tikintisində də iştirak edirdilər. Ayrı-ayrı
Avropa və Şərq mənbələrində xüsusilə,
azərbaycanlı memarların yaratdıqları möhtəşəm
memarlıq nümunələrindən geniş söhbət
açılır. Ümumiyyətlə, azərbaycanlıların
yayılma coğrafiyası genişmiqyaslı olub. Azərbaycanlılar
məskunlaşdıqları ölkələrin ictimai-mədəni
həyatında fəal rol oynayır, yerli əhali ilə
qaynayıb-qarışırdılar. Belə azərbaycanlılar
barəsində Qərb mənbələrində də məlumat
verilirdi. XIX əsrə qədər davam edən bu dövr Azərbaycan
mədəniyyəti, elmi, memarlığı, ədəbiyyatının
inkişafı kimi tarixdə xüsusilə qeyd olunur. Bu
dövrdə azərbaycanlıların köçürülməsi
prosesi nəticəsində Səmərqənd, Hindistan,
İraq, Orta Asiya, Türkiyə, İran kimi ərazilərdə
çoxsaylı həmvətənimiz məskunlaşmışdı.
Diaspor
tarixində növbəti mərhələ Azərbaycanın
Rusiya tərəfindən işğalı illərində azərbaycanlıların
Rusiya, Türkiyə, Avropa və Asiya ölkələrində
məskunlaşması dövrünü əhatə edir.
1918-ci ilə qədər davam edən bu dövr Azərbaycanın
Çar Rusiyası tərəfindən işğalı illərindən
başlayır. Bu illərdə Azərbaycan diasporunun Rusiya,
Türkiyə, Avropa və Asiya ölkələrində
formalaşması prosesi getmişdi. Rusiya zadəganları və
tacirlərinin mənafeyi keşiyində duran Çar
Rusiyası yeni torpaqlar tutmaqla imperiyanın sərhədlərini
genişləndirmək istəyirdi. Qafqazın
işğalı strateji və iqtisadi önəm
daşıyırdı. 1801-ci ildən başlanan
genişmiqyaslı əməliyyatlar Şərqi
Gürcüstanın Rusiyaya birləşdirilməsi və
Qafqazın tam ələ keçməsi planının ilk mərhələsi
idi. Tədqiqatçılar Rusiya işğalı illərində
Avropa və Asiya bölgələrində baş verən Azərbaycan
mühacirətini dörd dövrə bölür. Bu
mühacirət prosesi Azərbaycan diasporunun
formalaşmasına təkan verməklə yanaşı,
diasporda ziyalı təbəqənin artmasına səbəb
olur.
1.Bu
dövr 1813-cü il “Gülüstan” müqaviləsindən
başlanır. Bu mühacirət zəif, pərakəndə
olsa da, ruslara qarşı ölkə xaricində və daxildə
müqavimət hərəkatının yaranması ilə əlamətdar
oldu.
2.1828-ci il
“Türkmənçay” müqaviləsindən sonra mühacirətin
ikinci mərhələsi başlayır. Bu müqavilənin
imzalanmasından sonra yüzlərlə azərbaycanlı vətəni
tərk edərək xarici ölkələrdə məskunlaşmağa
üstünlük verir. Artıq ikiyə parçalanmış
Azərbaycan diasporunda Şimali və Cənubi azərbaycanlılar
termininin yaranmasına səbəb olan “Türkmənçay”
müqaviləsi diasporda da psixoloji-mənəvi dəyişiklik
yaratmağa, mühacir azərbaycanlıların dünya
görüşündə müəyyən fərqlərin
meydana gəlməsinə səbəb oldu.
3.1853-1856-cı
illər Krım, 1877-78-ci illər Rus-türk müharibələri
azərbaycanlıların digər ölkələrə
mühacirət etməsinə gətirib çıxardı.
4.1908-1918-ci illəri əhatə
edən dördüncü mərhələni
Azərbaycan diasporu nümayəndələrinin
ictimai fəaliyyətə marağının
artması kimi səciyyələndirmək
olar. Türkiyə, İran, Rusiya və Avropa ölkələrində siyasi
mübarizəyə başlayan azərbaycanlılar
ictimai təşkilatlar yaradaraq
diasporumuzun birləşməsi, həmrəylik
istiqamətində çalışırdılar. Əli bəy
Hüseynzadə, Məmməd Əmin Rəsulzadə, Əhəmd
bəy Ağaoğlu kimi
tanınmış azərbaycanlılar diaspora
sahəsində aktiv ictimai-siyasi
fəaliyyətin başlanmasında mühüm
rol oynayıblar. Bu
dövrdə Cənubi Azərbaycandan Avropa
ölkələrinə köçən
soydaşlarımız arasında elm, ədəbiyyat
və incəsənət xadimləri yetişmiş
və yaşadıqları ölkələrdə nüfuz sahibi olmuşlar. Bu konteksdə
xüsusilə “Danişməndane-Azərbaycan”
adlı sanballı bir əsər
nəşr etmiş Məhəmməd Əli Tərbiyyətin
adını qeyd etmək yerinə
düşər. Azərbaycan diasporunun
bu dövrdə yaşamış görkəmli
nümayəndələrindən Mirzə
Kazım bəy, Mirzə Cəfər Topçubaşov,
Abuturab Vəzirov, Mirzə Məhəmməd
Şəfi, Sadıq bəy Cəfərov, Mirzə Abdulla Vəzirov, Mirzə Həsən Tahirov, Məhəmməd Əliyev, Mirzə Cəfər Rzayev, Mirzə Abdulla Qafarov kimi şərqşünaslarla yanaşı həkim
İbrahim Mehmandarov, elm xadimi
Nəcəfqulu oğlu Şahtaxtinski, hərbiçi
İbrahim bəy Aslanbəyov, ticarətçi Zeynalabdin
Məşədi Əli oğlu və digər şəxslər Rusiya, Gürcüstan, Polşa kimi ölkələrdə
yaşamış və tanınmışlar. Həmin
dövrdə yaşamış varlı azərbaycanlıların
bəziləri Fransa, Almaniya,
Polşa, Finlandiya,
Türkiyə, İsveçrə, İsveç
kimi ölkələrdə malikanələr
almış və sonradan həmin ölkələrə
köçərək orada daimi yaşamışlar. Avropa
ölkələrində təhsil almaq məqsədilə
gələn azərbaycanlı gənclərin çoxu
tarixi-siyasi hadisələr səbəbindən
Vətənə geri dönə bilməyib
və Avropa məkanında məskunlaşıblar.
Ardı
növbəti sayımızda
Süleyman İsmayılbəyli
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyilə çap
edilmişdir
Olaylar.- 2012.- 25 yanvar.- S.15.