«Eurovision»-Azərbaycanın təbliğinə meydan açır

 

 Azərbaycan hərtərəfli zəngin ölkədir. Böyük bir millətin vətəni kimi qədim tariõi, zəngin mədəniyyəti var. Nə yazıq ki, mənfi õüsusiyyətlərimizdən biri də bəzən özümüzdə olan müsbət õüsusiyyətlərə barmaqarası baõmaq, bizə məõsus dəyərlərə yuõarıdan aşağı baõmağımızdır. Elə başa düşürük ki, nə olursa-olsun əcnəbi bizdən daha səviyyəlidir. Bəlkə də öz dəyərlərimizlə bağlı daõildə də az təbliğatın aparılması belə bir vəziyyət yaradıb. «Eurovision» mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsi istər əcnəbilər və istərsə də özünə məõsus olanları bəyənməyənlərə geniş şəkildə təbliğat aparmaq üçün gözəl bir şans yaradıb.

 

 Torpaqlarımızda özünə kök salan ermənilər təbii ki, yalnız torpaqlarımıza yiyələnməklə kifayətlənməyiblər. Mədəniyyətimizin gözəl numunələrini, musiqlərimizi istifadə etməklə etməklə yanaşı, öz adlarına çıõırlar. Sözsüz ki, onlar bu mahnıları, mədəniyyət nümunələrini õarici ölkələrdə də nümayiş etdirir və onlara məõsus olduğunu bildirirlər. Bir millət kimi hansısa õarici bir vətəndaşı küçədə tutub filan mahnı bizimdir, deyə bilmərik və sadəcə bu mümkün də deyil. Bu baõımdan da bu il «Eurovision-2012»yə Azərbaycanın ev sahibliyi etməsi ölkəmizlə bağlı hərtərəfli təbliğatın aparılması üçün gözəl fürsətlər yaradıb. Və demək olar ki, artıq bu fürsətlərdən yararlanmağa başlanılıb. Yanvarın 25-də Bakıda müsabiqə ilə bağlı olan bir neçə mərasim baş tutdu. «Buta Palace» da mahnı müsabiqəsinin açar təqdimetmə, müsabiqədə təmsil olunan ölkələrin yarımfinal mərhələləri üzrə püşkatması və Eurovision Mahnı Müsabiqəsi 2012-nin Loqo və şüarının prezentasiyası baş tutdu. «Eurovision 2011» ə ev sahibliyi etmiş Düsseldorf şəhərinin meri Dirk Elsbers mahnı müsabiqəsinin rəmzi açarını Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova təqdim etdi və bununla da Bakı «Eurovision 2012»yə ev sahibliyini rəsmən qəbul etdi. Rəsmi mərasimlər öz yerində. Mərasimin ən yadda qalan hissəsi bədii hissə oldu. Mahnı müsabiqəsinin açar təqdimetmə mərasimi İctimai Televiziya ilə əməkdaşlıq edən 6 ölkənin televiziyasında canlı yayımlandı. Eyni zamanda, dünyanın müõtəlif ölkələrindən bu mərasimi yüzlərlə tamaşaçı izlədi. Mahnı müsabiqəsi ilə bağlı olan ilk genişmiqyaslı tədbirdən də göründü ki, əldə olunan bu fürsətdən Azərbaycanın təbliği naminə yüksək səviyyədə istifadə olunacaq. Qeyd etdiyim kimi küçədə hansısa bir insanı saõlayıb «Sarı gəlin» mahnısı bizim õalqımıza məõsusdur, amma ermənilər bunu öz adlarına çıõırlar» deyə bilmərik. Amma bu cür geniş tamaşaçı auditoriyasının ızlədiyi bir mərasimdə gözəl õanəndə Alim Qasımovun ifasında õalqımızın əsrlərdən bəri yaddaşından süzülüb gələn «Sarı gəlin» mahnısının ifası artıq bu ifanı izləyən tamaçanın gözündə ona Azərbaycan musiqisi möhürünü vurmuş oldu. Eləcə də qonaqlara və canlı yayımlanan proqramı izləyən tamaşaçılara õalq rəqslərimizin gözəl nümunələrinin təqdim olunması da gözəl haldır. Təşkil olunan konsert proqramı rəngarəng olmağı ilə yanaşı, həm də maraqlı oldu. Tamaşaçının onu izləməmək kimi bir bəhanəsi ola bilməzdi. Nəinki milli musiqi nümunələri, eləcə də digər janrlarda təqdim olunan mahnılar da gözəl təəssürat yaratdı. Mahnı müsabiqəsinin 2010-cu ildə iştirakçısı olan Səfurə Əlizadənin çıõışı da qalan nömrələrdən oldu. Qeyd edim ki, onun çıõışı müsabiqənin qalibi olmuş müğənnilərin çıõışlarından daha gözəl idi. Hər halda bu subyektiv fikirdir. Səhnədə görünüşü, gözəl səsi ilə S.Əlizadə müasir musiqi janrında da Azərbaycanın Avropadan geri qalmadığını nümayiş etdirdi. Mərasimlə bağlı görüntüləri izlədikcə insanın özü belə musiqisinə, rəqslərinin gözəlliyinə bir daha heyran olur. Düşünürsən ki, doğrudan da õalqımız çoõ gözəl ürəyə, istedada malik olub. Onu qoruyub saõlayanlar və təbliğ edənlər isə bu işi layiqincə yerinə yetirəndə əsl təbliğata çevrilir. Hər hansı bir üzdəniraq erməninin «Sarı gəlin» mahnısını Alim Qasımovdan gözəl ifa edə biləcəyini ağıla belə gətirmək mümkün deyil. Və yaõud da õalqımıza məõsus musiqi alətlərini, rəqslərini peşəkarlarımız kimi ifa edə bilsinlər. Yüksək səviyyəli ifa o dəqiqə seçilir və insanı istər-istəməz özünə cəlb edir. Bu gözəlliklərimizi nümayiş etdirmək üçün şans yaranıb və görünür ki, bu şansdan doğru istifadə oluncaq. Televiziya verilişlərindən birində kinoşünas Aydın Kazımzadə ermənilərin çəkdiyi bir cizgi filmində Azərbaycan milli musiqisinin hansı şəkildə istifadə olunduğunu nümayiş etdirdi. Bu, musiqinin bizə məõsus olduğunu yalnız özümüz bilirik. Bəzən sadə insanlar da bunun bizə məõsus olduğunu anlamaqda çətinlik çəkirlər. Yalnız peşəkar bu işin əslini bilir. Bu baõımdan yanaşsaq düşünmək olar ki, milyonların õərclənəcəyi «Eurovision» mahnı musabiqəsi Azərbaycanın daha qiymətli olan mədəniyyətinin, õəzinə dəyərində olan mənəvi sərvətlərinin təbliği üçün meydan olacaq. Hansıki həmin təbliğata çoõ böyük ehtiyac var.

 

 

Aygün  

 

Olaylar.- 2012.- 27 yanvar.- S.13.