Güney Azərbaycanda ana dili hərəkatı

 

Fars şovinizmi türk düşmənçiliyini davam etdirir

 

Güney Azərbaycan türkünün ən önəmli haqlarından olan öz dilində danışmaq yazmaq, öyrətmək, öyrənmək və rəsmi olaraq öz rəsmi və milli idarələrində işlətmək haqqı onlara tanınmayıb. Bu insana və insanlığa qarşı yönəlik siyasətə etiraz edənlər isə ən ağır şəkildə cəzalandırılır. Keçən 80 ildə, İranın separatçı qüvvələri Güney Azərbaycanı hər yöndən, nizami, siyasi, dil və mədəniyyət baxımından sıxışdırıb. Onlar hər zaman Böyük Azərbaycandan qorxaraq bu kimi addımlar atırlar. İndi, İran düşüncəsi, Azərbaycan düşüncəsi ilə rəsmən qarşı qarşıyadır. Güney Azərbaycan, öz türkcəsinə sarılaraq Böyük Azərbaycan düşüncəsini gerçəkləşdirib. Özünə, keçmişinə, və gələcəyinə hörməti olan Güney Azərbaycan Türkünün ən kəskin silahlarından biri də onun öz türkcəsidir. Bu güclü və dəyərli silah istifadə olunmalıdır. Türkcə bir silah olaraq düşünülməlidir. Bu düşüncə hər Güney Azərbaycan Milli Hərəkatçının savaş taktikası olmalıdır.

İran işğalına qarşı, hərtərəfli dirəniş göstərilməlidir. Bu dirəniş və bu qarşı savaş, İran yanlısı olan hər kəsə və əsasən Güney Azərbaycanı ''İran Federal sistemi'' adı altında, İran işğalı altında tutmağa çalışanlara açılmalıdır. Güney Azərbaycan Türkünün müstəqilliyinə gedən yol bu savaşdan və Böyük Azərbaycandan keçir. Buna və bu səadətə varmaq üçün dilimiz olan bu güclü silahın dəyərini bilməliyik.

İllər öncə, biz Güney Azərbaycanda və Türk yaşayan başqa bölgələrdə, dərs ilinin ilk günündə onların məktəbə getmədiyinin şahidi olmuşuq. Bu düşüncə yavaş-yavaş hər siyasi qrupun mənimsənmiş taktikasına dönüb. Bu düşüncəni həyata keçirmək üçün bütün siyasi qruplar ciddi olaraq, əməkdaşlıq etməlidirlər. Bu bir günü bir həftəyə qədər uzatmaq və bununla da Güneyi işğaldan azad etmək olar. Məktəblərdə və rəsmi yerlərdə türkcə danışmağa və yazışmağa israrlı olmaq və bunun üstündə dirənmək gərəkli və yararlıdır.

Analar, ''Farsca bilməyən savadsız olar və geridə qalar'' düşüncəsinin boş və düşmən və düşmənə uyanların oyunu olduğunu bilməli, öz uşaqlarına öz Ana Dillərini öyrətməlidirlər. Atalar ''evdə Türkcə danışılar'' qərarını yerinə yetirməklə, hakim Fars millətinin evlərə uzanan iyrənc əlini kəssinlər. Yeni doğulan uşaqların adlarını Türkcə qoymaqda israrlı olmaqla və hətta hər kəs öz adını və ya iş yerinin adını Türkcəyə dəyişdirmək üçün işğalçı dövlətin ''sebt ahval'' idarəsinə getməklə böyük bir siyasi dalğa yarada bilər.

İşğalçı millətin dilini işlətməkdən çəkilmək ən böyük milli baş əyməməkdir. İşğalçı millətin dilində radio, televiziya və qəzetləri boykot etmək və maraqlanmamaq, Güney Azərbaycan Türkünün farslaşdırıcılıqdan qurtulmağa istiqamətlənmiş ən düzgün addımı olar. Milli Hərəkatımızın baş bilənləri və bağlı olduqları qruplar, hər kəs və hamı, Türkcəyə İrandan qurtulmaq üçün bir silah olaraq baxmalıdır və bu kəsərli, dəyərli və yararlı silahın istifadə yollarını bilməlidir.

Kişinin (insanın) ən ciddi haqlarından olan ''Ana Dili''ndən məhrum qalmaq heç bir kimsəyə, əsasən də Türkə yaraşmaz. Amma keçmiş 80 ildə fars millətinin üstünlüyünü qoruyan ''İrançılar'' qondarma İran yaratmaqla və qondarma iranlı milləti yaratmaqla, yavaş-yavaş Türkü və əsasən də Güney Azərbaycan Türkünü Türksüzləşdirilməyə və Farslaşdırılmağa sürükləyiblər. İndi qondarma İranda, 35.000.000 Türkün öz ''Ana Dili''ndən məhrum olması və bu qədər təhqir olunub aşağılanması, hər kəsə bir normal qəbul olunmuş durum olsa da, dünya dilçilik alimlərinə görə bu böyük bir faciədir. Güney Azərbaycan Türkünün İran içində günbəgün əriyib getməsi və yavaş-yavaş yox olması, insan tarixində ən böyük itkilərdən biri və ən böyük faciələrdəndir. Bu ''dilqırımı'' soyqırıma bənzərdir və sonları eynidir. Bu böyük faciənin bizim günahsız millətin başına yavaş-yavaş gəlməsi onun hiss edilməsini daha çətinləşdirmişdir.

Keçən yüz ildə İranı qoruyan və Türk varlığını Fars millətinin ayağına salan, sözdə aydınların çoxu Türk kökənli olmuşlar. Həyatlarını Farsa və İrana bağlamış və Türk düşmənlərınə siyasi və ya ədəbi ədəbiyyat yaradanlar, işğalçı, təcavüzçü Fars ordusundan daha da zəhərlidir. Güney Azərbaycan Türkünün qarşısında duran və onu öz ''Ana Dili''ndən məhrum edən, onun xain, satılmış, manqurt, vətənsiz, sözdə aydınıdır. Milli Hərəkatın başda oturanları bu təhlükəyə hazır olmalı və ona qarşı durmalıdırlar. Bacardıqca işğalçı millətin dili Farsca yazmaqdan çəkinməli və hər yerdə Türkcəni rəsmi olaraq istifadə etməliyik. Türkcəyə və onun bizə verə biləcəyi gücə inanıb türkcə yazmalıyıq. ''Ana Dil''i bizə hər şeydən önəmli və müstəqilliyə aparan yol kimi görünməlidir.

Bu gün, ''Dünya Ana Dili Günü''ndə, Güney Azərbaycanda işğal altında olan Türk millətinin ''Ana Dili''nin hakim Fars millətinin əlilə yox edilməsinə qarşı olaraq bir yerə yığışırıq və günahsız millətimizin səsini hər kəsə bildirmək istəyirik.

 

 

Oğuz Türk

 

Olaylar.- 2012.- 31 yanvar.- S.11.