İsveçdə
Azərbaycan diasporu
Azərbaycan
diasporunun fəaliyyət göstərdiyi
ölkələrdən biri də İsveçdir. İsveçdə yaşayan soydaşlarımızın təqribi
sayı 30 minə çatır. Azərbaycandan İsveçə
mühacirəti XIX əsrin sonu - XX əsrin
əvvəllərindən başlayıb.
Əsasən
Cənubi Azərbaycandan bu ölkəyə köçən azərbaycanlılar artıq XX əsrin
ortalarında burada icmalarını yarada biliblər. Hazırda
çoxsaylı media orqanları və təşkilatlarının
fəaliyyət göstərdiyi İsveçdə
soydaşlarımız fəal təbliğat işi apara bilir.
İsveçdə Azərbaycanla bağlı bir çox
tarixi sənədlərə və məlumatlara rast gəlmək
olar. Xüsusilə, Upsala Universitetində Azərbaycan ədəbiyyatı,
folkloru və tarixinə aid onlarla sənəd və material
var. Azərbaycanlılar İsveçin bir cox şəhərlərində
məskunlaşmışlar. İsveçin "Dag lus Nyh+-
-7+yer" ("Gundəlik xəbərlər") qəzetində
verilən məlumata görə, təkcə 2002-2003-cu illər
də İsveç vətəndaşlığına 1000-dən
cox azərbaycanlı daxil olmuşdur. İsveçdə cənubi
azərbaycanlılar çoxluq təşkil edir. Onların əksəriyyəti
20 ildən çoxdur İsveçdə yaşayır və
bu ölkənin cəmiyyətinə artıq
uyğunlaşıb. Azərbaycan Respublikasından olan
miqrantlar, əsasən, son illər ərzində
İsveçə mühacirət etmişlər. Azərbaycanın
dəstəyinə ehtiyaclarını gizlətməyən
İsveç azərbaycanlıları informasiya sahəsində
bir qədər fəaldırlar. Soydaşlarımız burada
“Tribun”, “Varlıq”, “Azərbaycan”, “Araz” və s. qəzet və
jurnallar nəşr edirlər. İsveç Parlamentində “Azərbaycan
dostları” qrupu mövcuddur.
İsveçdə
çoxsaylı Azərbaycan diaspor təşkilatları fəaliyyət
göstərir ki, bunlardan da biri AFİ-Azərbaycan
Federasiyası İsveçdir. Federasiya ölkə üzrə
milli təşkilatların əksəriyyətini
("Durna", "Ulduz", "Az link", "Gunəş",
"Ərk", "Savalan", "Azərbaycan Dostluq",
"Yanar", "Azər", "Təbriz",
"Akademik Mərkəz", "Oyanış",
"Varlıq", "Türk-Az", "Babəkin
şopinq", "21 Azər" və başqa təşkilatları)
özündə birləşdirə bilib. Azərbaycan
Federasiyası İsveç bu ölkədə fəaliyyət
göstərən milli təşkilatlar tərəfindən
1998-ci ildə təsis edilib. Təşkilatın məqsədi
İsveçdə yaşayan azərbaycanlılar və burada
fəaliyyət göstərən milli təşkilatlar vasitəsilə
Azərbaycan mədəniyyətini, tarixini, dilini, adət-ənənələrini
yaşatmaq, Qarabağ və digər bölgələrin
işğal edilməsini, Cənubi Azərbaycanda yaşayan
soydaşlarımızın problemlərini ölkə ictimaiyyətinə,
eləcə də İsveçdə fəaliyyət göstərən
beynəlxalq təşkilatlara və dövlət
strukturlarına çatdırmaqdır. Azərbaycan və onunla
bağlı problemləri İsveç toplumu və quruluşlarına
tanıtmaq, İsveçdə yaşayan azərbaycanlıların
bu topluma inteqrasiyasına çalışmaq da
federasiyasının başlıca prioritetləridir. Eyni zamanda AFİ İsveçdə
fəaliyyət göstərən Azərbaycan dərnəkləri,
fəal şəxslər arasında əlaqələrin
qurulmasına yardım edir. İsveç mediasında Azərbaycan dilində
proqramların yayımının təşkili də
AFİ-nin qarşısına qoyduğu vəzifələrdəndir.
Azərbaycan Federasiyası İsvec
hazırda Səttar Sevigin rəhbərliyi altında fəaliyyət
göstərir.
“Babək” Kültür Dərnəyi=“Babək”
Kültür Dərnəyinin əsası İsveçin
Linşoping şəhərində 1990-cı ildə
qoyulmuşdur. Zaman-zaman dərnəyin fəaliyyətində
fasilələr yaranmış, hətta dövlət
orqanlarındakı rəsmi qeydiyyatı ləğv
edilmişdir. Lakin bu ləğvolunma uzun sürməmiş,
2007-ci ilin sentyabr ayında 48 nəfər üzvün iştirakı ilə dərnək
yenidən formalaşdırılmışdır. Dərnəyin
Linşopingdə yaşayan azərbaycanlılarla bərabər
qonşu qəsəbə və şəhərlərdən
olan üzvləri də vardır. Dərnəyin məqsədi
Azərbaycan mədəniyyət kursları təşkil etmək,
gənclərin mədəni şüurunu istiqamətləndirmək,
bununla bağlı müxtəlif təşəbbüslər göstərməkdir. “Babək”
Kültür Dərnəyinin rəhbəri Aslan Ərəbluidir.
“Xəzər” Azərbaycan-İsveç
Dostluq Cəmiyyəti-“Xəzər” Azərbaycan-İsvec Dostluq Cəmiyyəti
1999-cu ildə İsvecin Malmo şəhərində
yaradılmışdır. Cəmiyyətin uzvləri həm cənubdan,
həm də şimaldan olan kimliyini
danmayan, Azərbaycan türkü olması ilə fəxr
edən insanlardan ibarətdir. Cəmiyyəti yaratmaqda məqsəd
azərbaycanlıları bir araya gətirmək, milli adət-ənənələrimizi
qoruyub yaşatmaq, İsveç cəmiyyətinə inteqrasiya
olmaq, isveçlilərlə sıx əlaqə saxlamaq və
onlara ölkəmizi, tariximizi, mədəniyyətimizi, musiqimizi
tanıtmaqdır. “Xəzər” Azərbaycan-İsvec Dostluq Cəmiyyəti
yalnız Malmodəki dərnəklərlə deyil, digər
şəhərlərdəki təşkilatlarla da əlaqə
saxlayır. Son illərdə isə Danimarkada fəaliyyət göstərən
“Vətən” Cəmiyyəti ilə sıx əməkdaşlıq
edir, Malmodəki türk, türkmən cəmiyyətlərinin
tədbirlərində fəal iştirak edir. “Xəzər” Azərbaycan-İsveç
Dostluq Cəmiyyətinə Leyla Kiani rəhbərlik edir.
İsveç
Azərbaycanlıları Konqresi-İsveç Azərbaycanlıları
Konqresinin təsis qurultayı 2010-cu ilin iyununda İsveçin
paytaxtı Stokholm şəhərində
keçirilmişdir. Tədbir 15 Azərbaycan diaspor təşkilatının
iştirakı ilə baş tutmuşdur. İsvec
Krallığında fəaliyyət göstərən bir necə
diaspor təşkilatının bu qurumu yaratmaqda məqsədi
Azərbaycan həqiqətlərini, tarixini, mədəniyyətini
yaşadıqları ölkənin ictimaiyyətinə
çatdırmaqdan ibarətdir. Eyni zamanda, vahid diaspor təşkilatı
kimi bu yolla Azərbaycan icmaları, cəmiyyətləri
arasında əlaqələri inkişaf etdirmək, onların
imkanlarını və güclərini səfərbər etmək,
bu qurumların fəaliyyətini koordinasiya etmək, mövcud
problemləri birlikdə çözməkdir. İsveç Azərbaycanlıları
Konqresinin sədri Emil Mirzəyevdir.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2013.- 17 aprel.- S.15.