Heydər Əliyev-müasir dövlət qulluğu sisteminin banisi
Bu mövzuda elmi-praktik konrfans keçirilib
Aprelin 17-də Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət
Qulluğu Məsələləri
üzrə Komissiyanın
təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “Heydər Əliyev-Azərbaycanın dövlət
qulluğu sisteminin banisi” mövzusunda nəzəri-praktik konfrans
keçirilib.
Tədbiri giriş sözü
ilə açan Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə
Komissiyanın sədr
müavini Vəfadar Misirov ümummilli liderin Azərbaycan dövlətçiliyinin qorunub-saxlanması
istiqamətindəki xidmətlərindən
danışıb. Bildirib ki,
Heydər Əliyev görkəmli siyasi xadim olmaqla yanaşı,
müasir Azərbaycan
dövlətinin qurucusu,
böyük azərbaycançı
və bir nömrəli dövlət
qulluqçusu kimi tarixə düşüb.
Vəfadar Misirov
ulu öndərin Azərbaycanda dövlət
qulluğunun inkişafı
sahəsində gördüyü
işlərdən söz
açaraq qeyd edib ki, bu
siyasət cənab prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Sonra komissiyanın sədri Bəhram Xəlilov “Heydər Əliyev- Azərbaycanın müasir
dövlət qulluğu
sisteminin banisi” mövzusu ilə çıxış edib. Bildirib ki, Heydər Əliyev hələ Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olduğu dövrdə Azərbaycan dilinin dövlət, sovet və partiya
orqanlarında işlək
dilə çevrilməyə
başlayıb: “Məhz
Heydər Əliyevin sayəsində 1978-ci il Konstitusiyasında Azərbaycan dili rəsmən dövlət
dili elan olunub”. Bəhram Xəlilov çıxışı
zamanı hələ
SSRİ dövründə gənclərin
xaricə oxumağa göndərilməsi, milli
kadrların dövlətin
idarə edilməsində
irəli çəkilməsinin
ümummilli liderin adı ilə bağlı olduğunu vurğulayıb. Bildirib
ki, müstəqil Azərbaycan Respublikasının
Konstitusiyasının hazırlanması
da məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır: “Belə
ki, 1995-ci ildə Heydər Əliyevin sədrliyi ilə Konstitusiya layihəsinin hazırlanması məqsədilə
komissiya yaradıldı.
Həmin il noyabr ayının 12-də
Konstitusiya layihəsi ümumxalq
səsverməsi yolu ilə qəbul edildi və noyabrın 27-də qüvvəyə
mindi. Bununla da müasir
dövlət idarəçiliyi
və dövlət qulluğu sisteminin yaradılmasının hüquqi
layihəsinin özülü
qoyuldu”. Ümummilli
liderin müstəqillik
dövründə dövlət
qulluğunun təkmilləşdirilməsi
məqsədilə atdığı
addımlardan
bəhs edən komissiyanın sədri deyib ki, “Dövlət Qulluğu Haqqında” Azərbaycan Respublikası
Qanunu da daxil olmaqla dövlət
qulluğuna dair bir sıra qanunvericilik
aktları məhz Heydər Əliyevin hakimiyyəti dövründə
qəbul olunmuş və “dövlət qulluğu” və “dövlət qulluqçusu”
anlayışları gündəmə
gəlmişdir. Bəhram Xəlilov
ümummilli liderin başlamış olduğu
siyasətin bu gün cənab prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirildiyini söyləyib.
Bildirib ki, dövlət başçısının bu
sahəyə göstərdiyi
diqqət və qayğı nəticəsində
Dövlət Qulluğu
Məsələləri üzrə
Komissiyanın fəaliyyəti
genişlənib, komissiya
tərəfindən dövlət
qulluğuna qəbulla
bağlı müsabiqə
və müsahibələr
keçirilib. Komisiya sədri
dövlət qulluqçularının
da öz növbəsində dövlətin
və onun prezidenti İlham Əliyevin etimadını
doğrultmağa çalışdıqlarını
vurğulayıb. Daha
sonra çıxış
edən Azərbaycan Respublikasının Prezidenti
yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov ümummilli liderin milli kadrların hazırlanması məqsədilə
hər il müxtəlif xarici ölkələrə təhsil
almaq üçün
yüzlərlə gəncin
göndərildiyini diqqətə
çatdırıb. Bildirib ki,
məhz Heydər Əliyevin xarici ölkələrə göndərdiyi
həmin gənclər
bu gün ölkənin müxtəlif
sahələrində çalışaraq
dövlətə qulluq
edirlər. İnam Kərimov
Heydər Əliyev siyasətinin bu gün cənab prezident İlham Əliyev tərəfindən
davam etdirildiyini qeyd edib. Bildirib ki, rəhbərlik etdiyi qurumun yaradılması da məhz bunun bariz nümunəsidir.
İnam Kərimov çıxışında
qurumun fəaliyyət
istiqamətləri və
vətəndaşlara göstərdiyi
xidmət barədə
ətraflı məlumat
verib. Daha sonra çıxış
edən digər natiqlər də Heydər Əliyevin milli kadrların hazırlanmasında xidmətlərindən
söz açıblar.
Süleyman İsmayılbəyli
Olaylar.- 2013.- 18 aprel.- S.8.