Azərbaycan diasporunun görkəmli nümayəndəsi - Şəfi bəy
Rüstəmbəyli
Azərbaycan diasporunun görkəmli
nümayəndələrindən biri də Şəfi bəy
Mustafa bəy oğlu Rüstəmbəylidir.
O,
1893-cü ildə Gəncə şəhərində
dünyaya göz açmışdır. Orta təhsilini Gəncə
gimnaziyasında alan Şəfı bəy ali təhsil almaq
üçün Rusiyaya getsə də, 1910-cu ildə o, Kiyev
universitetinin hüquq fakültəsinə daxil olmuşdur.
Şəfi bəy Rüstəmbəyli həmin ilin sonunda
Kiyevdə təhsil alan tələbələrlə bir yerə
yığışaraq özlərinin “Həmyerlilər Cəmiyyəti”ni
“Zemlyaçestvo”) yaratmışdır. Cəmiyyətin sədri
Kiyev Universitetinin tibb fakültəsinin tələbəsi Mir Əbülfət
xan Talışlı, katibi Xəlilulla Yenikeyev, xəzinədarı
Şəfı bəy Rüstəmbəyli
seçilmişdir. Tələbələr Rusiya
imperiyasında təhsil alan müsəlman tələbələrin
arasında əlaqə yaratmaq və onların
qurultayını çağırmaq üçün
xüsusi komissiya təşkil etmişlər. Kiyevdə təhsil
aldığı illərdə “Həmyerlilər Cəmiyyəti”
nin yaranmasında və fəaliyyətində yaxından
iştirak edən Şəfi bəy, eyni zamanda, Ümumrusiya
müsəlman tələbələrinin qurultayının
nizamnaməsini hazırlayanlardan biri idi. Kiyevdə təhsilini
başa vuran Şəfi bəy 1915-ci ildə Gəncəyə
qayıtmışdır. Burada şəhər məhkəməsində
vəkil kimi çalışmışdır. 1917-ci ilin mart
ayında Nəsib bəy Yusifbəylinin rəhbərliyi
altında Gəncədə “Türk-ədəmimərkəziyyət”
Partiyası yaradılmış, onun ən fəal üzvlərindən
biri Şəfi bəy olmuşdur. 1917-ci ilin iyununda Məmməd
Əmin Rəsulzadənin rəhbərliyi altında Bakıda
fəaliyyət göstərən “Müsəlman Demokrat Müsavat” Partiyası ilə Gəncədəki
“Türk-ədəmi-Mərkəziyyət” Partiyası birləşərək
“Türk- ədəmi-Mərkəziyyət Müsavat”
Partiyası adlanır. Həmin partiyanın Mərkəzi Komitəsi
səkkiz nəfərdən ibarət idi. Bunun da dörd nəfəri
Gəncə bürosunda fəaliyyət göstərirdi: Bunlar
Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev,
Şəfı bəy Rüstəmbəyli və Məhəmməd
Axundzadə idi. İctimai-siyasi baxışlarına görə
Şəfi bəy müsəlman fraksiyasına daxil idi. 1917-ci
ilin aprelində Bakıda, həmin ilin may ayında Moskvada
keçirilən Rusiya Müsəlmanlarının
qurultayında Şəfı bəy fəal iştirak etmişdir.
1918-ci ilin may ayının 28-də Azərbaycan Xalq
Cümhuriyyəti elan olunduqdan sonra Şəfi bəy
İstiqlal Bəyannaməsini – Azərbaycanın müstəqilliyi
barədə sənədi imzalayan Milli Şuranın 27 nəfər
üzvündən biri olmuşdur. Şəfi bəy Rüstəmbəyli
rus dilində nəşr olunan “Azərbaycan” qəzetinin ilk
redaktoru olmuşdur. Azərbaycanın milli istiqlalı
uğrunda gedən mübarizənin fəal
iştirakçısı Şəfi bəy 1918-ci ilin
dekabrında fəaliyyətə başlayan Azərbaycan
parlamentinin deputatı olmuşdur. 1919-cu ildə Azərbaycan
hökumətində mətbuat qanununun hazırlanmasında və
parlamentdə müzakirə edilməsində Şəfi bəyin
xidmətləri böyükdür. O, bir müddət Azərbaycan hökuməti daxili
işlər nazirinin müavini kimi məsul vəzifədə
çalışmışdır. Milli hökumətin
süqutundan sonra Şəfibəy Rüstəmbəyli xaricə
mühacirət etmək məcburiyyətində
qalmışdır. O, uzun müddət Türkiyədə
yaşamış, bir sıra məsul vəzifələrdə
çalışmışdır. Görkəmli dövlət
və ictimai xadim tanınmış jurnalist və
hüquqşünas, tərcüməçi Şəfibəy
Mustafa bəy oğlu Rüstəmbəyli 1960-cıildə 61 yaşında
Türkiyədə vəfat etmiş və orada da dəfn
olunmuşdur.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2013.- 20-22 aprel.- S.15.