“Ölkədən kənarda gənclərin fəaliyyəti...”
Samir Musayev: “Dövlətimizin təbliği,
xalqımızın tarixi həqiqətlərinin dünya
ictimaiyyətinə düzgün çatdırılması
üçün görülən işlərdən ibarətdir”
Litva Azərbaycanlı Gənclər Təşkilatının
sədri Samir Musayevin “OLAYLAR”-a müsahibəsi
-Samir bəy, Litva Azərbaycanlı Gənclər
Təşkilatı olaraq bu il
üçün fəaliyyət proqramınızda nələr
nəzərdə tutulub və cari ildə əsas fəaliyyət
istiqamətləriniz nədən ibarət olacaq?
-Ümumiyyətlə
ölkədən kənarda gənclərin fəaliyyəti
dövlətimizin təbliği, xalqımızın tarixi həqiqətlərinin
dünya ictimaiyyətinə düzgün
çatdırılması üçün görülən
işlərdən ibarətdir. Bu işin tərkib hissələrindən
biri də təqvimimizdə xalqımız və dövlətimiz
üçün mühüm olan günlərin qeyd edilməsidir.
Bundan əlavə bir Litva Azərbaycanlı Gənclər Təşkilatı olaraq
yaradıcılığımızdan irəli gələn
yenilikçi ideyaları reallaşdırmaq üçün
digər tədbirlərin təşkilini nəzərdə
tuturuq.
-Yaxın aylarda təşkilat olaraq
Litvada hansısa tədbirlər və ya layihələr
keçirməyi nəzərdə tutursunuzmu və bu tədbirlər
hansılardır?
-Litva Azərbaycanlı
Gənclər Təşkilatının həyata keçirəcəyi
tədbirlərin siyahısına Litvanın 6 şəhərində
Azərbaycan istehsalı olan qısametrajlı və ingilis
dilli alt yazılı filmlərdən ibarət film gecələrinin
keçirilməsi daxildir. Həmçinin Azərbaycanın
turizm potensialını, mətbəxini, mədəniyyətini
əks etdirən foto şəkillərdən ibarət sərgi,
orta təhsil müəssisələrində isə “məktəblilərdən
ibarət baza hazırlanması üçün uzunmüddətli
tədbirlərin həyata keçirilməsi bu ilki icra
planımızda əsas yer tutur. Ümid edirəm ki, qeyd
etdiyim tədbirləri cari il ərzində Azərbaycan
Respublikasının Litva Respublikasındakı fövqəladə
və səlahiyyətli səfirliyi başda olmaqla, tələbələrimizin
birgə iştirakı və dəstəyi ilə uğurla həyata
keçirəcəyik.
-Bir müddət öncə sizin də
iştirak etdiyiniz Dünya Azərbaycanlı Gənclər
Birliyinin bir ili tamam oldu. Azərbaycan kənarda diaspora fəaliyyəti
ilə məşğul olan bir təşkilat rəhbəri
olaraq Dünya Azərbaycanlı Gənclər Birliyinin bir illik
fəaliyyətini necə qiymətləndirirsiniz?
- Öncədən
onu nəzərinizə çatdırım ki, sizin
vurğuladığınız həmin birliyin
yaradılması ilə nəticələnən qurultayın
mən də iştirakçılarından idim və
müzakirə olunan məsələlər, qəbul edilən
qərarların şahidi və iştirakçısı
oldum. Dəyər vermək baxımından isə, ölkə
xaricində Azərbaycanı təbliğ edən bir gənc
kimi qurultayı və nəticələrini yüksək qiymətləndirdim.
Tədbirdə Azərbaycanda və xaricdə fəaliyyət
göstərən gənclər təşkilatlarının
nümayəndələrindən, dünyanın nüfuzlu ali
təhsil müəssisələrində təhsil alan fəal
azərbaycanlı gənclərdən, həmçinin Azərbaycan
diaspor təşkilatlarının rəhbərlərindən
ibarət 500-dək nümayəndə və qonaq iştirak
edirdi. Qurultayda xaricdəki diaspor təşkilatlarının
işi və Azərbaycanın lobbiçilik fəaliyyətinə
dair məsələlər müzakirə edildi və
müvafiq qərarlar qəbul olundu. Dünyanın müxtəlif
ölkələrində yaşayan və fəaliyyət
göstərən azərbaycanlı gəncləri vahid mərkəzdən
koordinasiya etmək və onları bir-biri ilə sıx əlaqələndirmək
üçün Dünya Azərbaycanlı Gənclər
Birliyinin Nizamnaməsi qəbul edildi, rəhbər orqanlar
seçildi. Həmçinin, azərbaycanlı gənclərin
yaşadıqları cəmiyyətə inteqrasiyası məsələləri,
Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılmasında yeni təbliğat
üsullarından istifadə və müasir informasiya
texnologiyalarının tətbiqi, Azərbaycan gənclərinin
lobbi quruculuğu və digər məsələlər
qurultayda geniş müzakirə edildi. Nəticədə
sadaladığım bu məsələlər Azərbaycan gənclərinin
xaricdəki uğurlu fəaliyyətlərinin qurulmasında və
davamlı fəaliyyətində özünü göstərdi.
Bütünlüklə bunları Dünya Azərbaycanlı Gənclər
Birliyinin illik fəaliyyəti kimi qiymətləndirmək olar.
Ümumiyyətlə, Dünya Azərbaycanlı Gənclər
Birliyinin təsis edilməsi Azərbaycandan kənarda təhsil
alan və ya yaşayan gənclərimizin diaspora işinə
daha yaxından cəlb edilməsi, onların potensialından səmərəli
istifadə olunması baxımından mühüm əhəmiyyət
daşıyan bir hadisə sayıla bilərdi.
-Litva Azərbaycanlı Gənclər Təşkilatının
ümummilli lider Heydər Əliyevin anadan olmasının 90
illiyi və Respublika Günü ilə bağlı hansısa
tədbirləri nəzərdə tutulurmu?
-
Vurğuladığınız mühüm günlərlə
əlaqədar olaraq Litva Azərbaycanlı Gənclər Təşkilatı
tərəfindən silsilə tədbirlər, icra planı
hazırlanıb və plana uyğun olaraq tədbirlərə
hazırlıq işləri yüksək səviyyədə həyata
keçirilir. Ümummilli lider Heydər Əliyevin anadan
olmasının 90 illik yubileyi ilə əlaqədar olaraq
Litvanın uşaq simfonik orkestri Azərbaycanın klassik,
simfonik mahnılarından ibarət böyük bir konsert
planı hazırlayır. Həmçinin, Heydər Əliyevin
uşaqlıq, gənclik ve siyasi xadimliyi dövrlərini əks
etdirən şəkillərdən ibarət Litvanın Kaunas
ve Vilnius şəhərlərində sərgi təşkil
ediləcək. Respublika günü üçün, musiqi
xadimlərimizin iştirakı ilə daha bir konsert proqramı
nəzərdə tutulub. Qeyd edilən tədbirlər səfirliyimizin
təskilati dəstəyi ilə həyata keçirildiyindən,
ümid edirəm ki, hər bir tədbirdə olduğu kimi
sonrakı ayda olacaq tədbirlərimizdə də istədiyimiz
nəticəni əldə etmiş olacağıq.
-Son aylar Azərbaycan diasporunu
parçalamağa cəhdlər göstərilir. Siz Litva Azərbaycanlı
Gənclər Təşkilatının sədri olaraq bunu necə
qarşılayırsınız?
-Bu təbii
qarşılana bilən bir məsələdir. Uğurla addımlayan,
öndə olan insanın, hətta dövlətin arxasınca
həmişə danışılır, yalan ifadələr
işlədilir və ya yolunu əngəlləməyə
çalışırlar. Bu bir insan psixologiyasıdır ki,
çox təəssüf öz əksini dövlətlərarası
münasibətlərdə də tapır. Çünki Azərbaycan
qürurla addımlayan, sürətlə yüksələn
bir yol keçən və təbii sərvətlərlə
bol bir ölkə olduğu üçün, bunu həzm edə
bilməyənlər sözsüz ki olacaq. Bunların da əksəriyyəti
kənar qüvvələrdir. Və onlar da hər vəchlə
ölkənin daxilində, regionda və beynəlxalq aləmdə,
həmçinin xalq diplomatiyamız olan diasporanın işlərini
əngəlləməyə çalışırlar. Amma
inanın ki, ciddi nəticə əldə edə bilməyəcəklər.
Çünki işimizi düzgün qurulmuş və
hazırlanmış bir fəaliyyətlə davam edirik. Ona
görə şairin qəzəlində də deyildiyi kimi,
“düşmən olan dünya qədəri bizlərə
batmaz, əgər ki bizlərin arası möhkəm olanda.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2013.- 20-22 aprel.- S.15.