Korrupsiyaya qarşı mübarizədə gənclər
daha fəaldır
Vasif Mövsümov:
“Artıq vətəndaşlar çəkinmədən anonim deyil, ünvanlı
şəkildə müraciət edirlər”
Azərbaycanda
korrupsiyaya qarşı mübarizə bir sıra istiqamətlərdə
aparılır. İnzibatı, iqtisadi və
ictimai nəzarət formaları səmərəli
nəticə verdiyindən bu vasitələr
daha qabarıq müşahidə olunur. Bəs, korrupsiyaya
qarşı mübarizədə daha effektli nəticə əldə edilməsi üçün daha
hansı üsullardan istifadə etmək mümkündür? Müsahibimiz
Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru
Vasif Mövsümovdur.
-Vasif müəllim,
korrupsiyaya qarşı mübarizədə
vətəndaşların mövqeyini qənaətbəxş
hesab etmək olarmı?
-
Açığı korrupsiyaya
qarşı mübarizədə vətəndaşların fəallığı
heç də ürəkaçan deyil. Bu məsələdə
vətəndaşların fəallığı sanki kompaniya xarakteri daşıyır. Dövlət
başçısının hər hansı bir
çıxışı, rişxənd addımından sonra həm dövlət orqanları, həm də
vətəndaşlar bir az
fəallaşırlar. Korrupsiyaya
qarşı mübarizə o demək deyil ki, hər dəfə
dövlət başçısı çıxış etməli,
bu məsələləri yada
salmalıdır. Vətəndaşlardan fərqli olaraq dövlət orqanları belə
çıxışlardan sonra bir az fəallaşır,
müəyyən tədbirlər keçirərək
danışmağa başlayırlar. Məsələ bir az səngidikdən sonra sanki hər şey dövlət orqanlarının
yadından çıxır. Əslində isə korrupsiyaya qarşı mübarizə mütəmadi
aparılmalıdır. Axı bu məsələlər
bizim qəbul edilmiş
qanunlarımızdı, Milli Fəaliyyət
Planında var. Təkcə antikorrupsiya qanunları kifayət edir ki, mübarizə tədbirləri
mütəmadi olaraq davam
etdirilsin. Vətəndaşlarda isə sadəcə
dövlət başçısının
çıxışından sonra inam yaranır, problemlərlə bağlı
şikayət edirlər, müqavimət göstərirlər.
Yenə də bir müddət keçdikdən
sonra belə hərəkətlər səngiyir.
Amma fakt ondan ibarətdir ki, əvvəlki
illərlə müqayisədə bu gün vətəndaşların korrupsiya hallarına qarşı müqavimətlərinin
artması müşahidə olunur.
Artıq vətəndaşlar çəkinmədən anonim deyil, birbaşa
ünvanlı şəkildə müraciət edirlər. Belə
hallar daha çox gənclərdə qeydə
alınır. Korrupsiyaya qarşı
mübarizədə müsbət tendensiyadır ki, gənclər daha çox bu işdə iştirak edirlər.
-
Dövlət orqanlarında islahatların aparılması korrupsiyaya qarşı mübarizədə
hansı effekti verə bilər?
-
Əslində dövlət orqanlarının elə bir səlahiyyəti olmamalıdır ki, onlar vətəndaşlar
üzərində hökmranlıq etsinlər. Dövlət
orqanlarının səlahiyyətləri o
həddə olmalı deyil ki,
onlar vətəndaşların taleyi ilə oynasınlar. Dövlət
orqanlarının fəaliyyəti ictimaiyyət, kütləvi
informasiya vasitələri
qarşısında şəffaf olmalıdır. Onların əlindən korrupsiya
əməlində iştirak səlahiyyəti
alınmalıdır. Əks halda belə orqanlar korrupsiya əməlində,
dövlət vəsaitlərinin mənimsənilməsində iştirak edəcəklər, vətəndaşlara
qarşı hansısa özbaşınalıq hallarına yol verəcəklər.
-
Siz ixtisaslaşmış bir vətəndaş cəmiyyəti olaraq
korrupsiyaya qarşı mübarizədə hansı tədbirlərin
görülməsini təklif edərdiniz?
-
Bu gün bizim azsyaşlı uşaqlarla
birgə həyata keçirdiyimiz tədbirlərin
korrupsiyaya qarşı mübarizədə
çox güclü
təsirə malikdir. Digər tərəfdən
Azərbaycanda qəbul edilmiş antikorrupsiya qanunları kifayət edir ki, hər bir sahədə korrupsiyaya
qarşı ciddi mübarizə
aparılsın. Sadəcə mövcud
qanunların işlənməsinə məmurlarımızı
məcbur etmək lazımdır. Düzdür,
korrupsiyaya qarşı mübarizədə
cəza tədbirlərindən geniş
istifadə edilir, lakin
bu, korrupsiyanın nəticəsinə
qarşı mübarizədir. Göründüyü
kimi korrupsiyaya
qarşı mübarizə cəza tədbirlərisiz bir o qədər effekt verməz. Dövlət orqanlarında islahatlarla paralel olaraq cəza tədbirləri də davam etdirilməlidir. Xüsusən,
məmur özbaşınalığı ilə əlaqədar
şikayətlərə düzgün
baxılmalı və ədalətli qərar qəbul edilməlidir.
Çünki, bəzən dövlət
orqanlarının özündə daxili nəzarət
orqanları demək olar ki,
ərizə və şikayətlərə baxılması məsələsində
vətəndaşlara kömək etmirlər. Nətisədə vətəndaş məcbur olur ki, digər qurumlara müraciət etsin.
Əslində isə dövlət orqanlarının nəzdində
fəaliyyət göstərən daxili nəzarət
orqanları vətəndaşların ərizə və
şikayətlərinə aidiyyatı üzrə
baxmalıdırlar. Təklif edərdik ki,
vətəndaşların ərizə və şikayətlərinə
baxılması məsələsində təkmilləşmə
aparılsın. Baxmayaraq ki,
bu məsələ dəfələrlə
dövlət orqanları qarşısında tələb kimi qoyulub, lakin
hələlik bu sahədə müsbət
addımları az-az görürük.
Eyni zamanda, “qaynar xətt”lərin fəaliyyəti yetərincə
güclü və kəskin
olmalıdır. Ancaq bütün
bunlar ictimai nəzarətdən
kənarda deyil, hesabatlılıq və
şəfaflıq prinsipləri əsasında
olmalıdır. Belədə bütün
dövlət orqanlarının fəaliyyəti ictimaiyyət
qarşısında açıq olmalıdır ki, onların hansı layihələri həyata
keçirmələri, dövlət vəsaitlərini ncə
xərcləmələri şəffaf olsun.
Əgər bu hesabatlılığı
dövlət orqanlarından
tələb edib onlardan
ala bilsək, korrupsiyaya
qarşı mübarizə səmərə verər.
- Korrupsiyaya qarşı mübarizədə siyasi iradənin olması vacib
amil kimi qəbul olunur. Sizcə, Azərbaycanda belə siyasi iradə varmı?
- 2003-cü ildə cənab prezident dövlət başçısı
seçiləndən sonra korrupsiyaya
qarşı mübarizə məqsədilə
çoxsaylı qanunlar qəbul edilib, beynəlxalq sənədlər ratifikasiya edilib. Əslində
Azərbaycanda korrupsiyaya qarşı
mübarizədə siyasi iradə
2004-cü ilin yanvar
ayından ortaya qoyulub. O vaxtdan mütəmadi olaraq
korrupsiyaya qarşı mübarizənin hüquqi bazası təkmilləşdirilir.
Digər tərəfdən, dövlət başçısı bütün çıxışlarında korrupsiyaya qarşı mübarizə ilə
bağlı öz fikirlərini bildirir, tövsiyələrini verir,
tələblərini qoyur. Sanki
bütün
çıxışlarında hamının yadına
salır ki, korrupsiyaya
qarşı mübarizədə səngimə
olmamalıdır. Mən bu mövqeyi korrupsiyaya
qarşı mübarizədə ciddi siyasi iradə kimi qəbul
edirəm. Çünki dövlət
başçısı bununla bəyan etmiş olur ki, siyasi iradə
ortadadır, korrupsiyaya qarşı
mübarizə dövlətin siyasətidir.
Alim
Azərbaycanın
Bütövlüyü Uğrunda
Cəmiyyətin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi
ilə həyata keçirdiyi “Korrupsiyaya qarşı mübarizədə vətəndaş
cəmiyyəti institutlarının və medianın birgə mübarizəsinin
təşkili” layihəsi çərçivəsində çap olunur.
Olaylar.- 2013.- 26 aprel.- S.6.