Azərbaycan diasporunda müstəsna xidmətləri olan insan-Züleyxa
Əsədullayeva
Azərbaycan diasporunun formalaşıb inkişaf
etməsində dünyanın
müxtəlif ölkələrində
yaşayan fəal Azərbaycan qadınları
da yaxından iştirak edib. Müəyyən sahələrdə fəaliyyət göstərən
azərbaycanlı qadınlar
bu yolla Azərbaycanı dünyada
təbliğ etməyə
müvəffəq olublar.
Belə şəxsiyyətlərdən
biri də Züleyxa Əsədullayevadır.
Təsadüfi
deyil ki, onun da adı bu gün diaspor təşkilatlarımız
tərəfindən böyük qürurla çəkilir və
xüsusilə okeanın o tayındakı diaspor nümayəndələrimiz
Züleyxa Əsədullayeva ilə fəxr edirlər. Azərbaycanda
sovet hakimiyyəti qurulandan sonra Züleyxa xanım Əsədullayeva
valideynləri ilə birlikdə Türkiyəyə mühacirət
etmişdir. 1952-ci ildə amerikalı mühəndisə ərə
gedəndən sonra Züleyxa Əsədullayeva
ömrünün sonunadək həyatını Birləşmiş
Ştatlarda, Vaşinqton ətrafında keçirmişdir.
Züleyxa xanım uzun ayrılıqdan sonra 1990-cı ildə
doğma torpağa, Azərbaycana ayaq basmışdır. O,
jurnalistlər və tələbələr
qarşısında etdiyi çıxışında belə
demişdi: “Heç vaxt unutmayın: doğma torpaqdan şirin
heç nə yoxdur. Mənim ən səmimi arzum öz
xalqımı anlamaq və ona mümkün olduğu qədər
kömək etməkdir. Bu arzu sadəcə bir hisslə - əcdadlarımın
yurduna, doğulduğum şəhərə sevgi və
bağlı olduğum millətdən duyduğum qürurla
bağlıdır”.
XX
əsrin 90-cə illərində Bakıya gələn Züleyxa Əsədullayeva sakit
otura bilmir. O, humanitar yüklə Sumqayıtdakı uşaq evinə, Sabirabadda
qaçqınlar düşərgəsinə, Zaqulbada
professor Z.Qindes
adına sümük vərəmi
dispanserinə getmişdir. Jurnalistlərlə
görüşü zamanı ona verilən “ən güclü
uşaqlıq xatirələri” haqqında suala
Züleyxa xanım belə cavab
vermişdir: “1918-ci ildə ermənilər
tərəfindən törədilən qətliamı
aydın xatırlayıram. Bu baş verəndə bizi–
uşaqları neft istehsalçısı
Mövsüm Səlimovun evinin
qarşısında yaşayan nənəmgilə
apardılar. Birdən ora atlarda
daşnaklar gəldilər və həyətə
soxularaq, qışqırmağa
başladılar: “Azərbaycanlı qadın və
uşaqları bizə verin!”. Həmin vaxt möcüzə ilə xilas
olduq. Sonra bizi gecə Yuxarı məhəllə adlanan yerə apardılar. Orada
bizim arabaçı, aşpaz
və digər xidmətçilərimiz yaşayırdı. Orada zirzəmilərdə bizi
kömür və atlar
üçün taxıl kisələrinin
arasında gizlətdilər. Yadımdadır ki,
qışqırıq, dava-dalaş və
atışma səsləri gəlirdi. Çox
dəhşətli vaxtlar idi.
Təəccübləndirici hal bu idi ki,
ermənilər bu qeyrətsizliyi bizim öz
torpaqlarımızda törədirdilər. Sonradan
biz uşaqlar
böyüklərdən öyrəndik ki,
həmin dəhşətli vaxtlarda bir çox azərbaycanlıların
nəsli kəsilmişdi. Böyüyəndən sonra mən tez-tez həmin
vaxtları dəhşət içində yada
salırdım. Xaricdə yaşayanda
mən heç vaxt azərbaycanlı
olmağımdan nə qorxmuşam, nə
də utanmışam. Əksinə, sosial
tədbirlərdə və Vaşinqtonda, Ankarada, Parisdə səfirliklərdə qəbul
zamanı, mənim fransız, ingilis, türk, portuqal, rus dillərini bilməyimdən təəccüblənərək
soruşanda ki, “Siz haralısız?”, mən cavab verirdim ki, “Mən Bakıda anadan olmuşam!”.
Keçən
əsrin 90-cı illərində Amerikanın “BMB.A.sh.”
şirkətinin prezidenti Əlirzabəy Bozqurt bizim
yurddaşımız haqqında bu cür sözlər demişdir:
“Züleyxa xanım bizim
ümumi fəxrimizdir. O, Birləşmiş
Ştatlarda Azərbaycan diasporunu
şərəflə təmsil edir. O, tarixi şəxsiyyətdir”.
Xaricdəki mühacirlər
arasında nüfuzlu xadim
kimi Züleyxa
xanım Veber-Əsədullayevanın Azərbaycan haqqında, tariximizin əhəmiyyətli hadisələri
və faciəvi səhifələri,o cümlədən
1918-ci ildə baş vermiş
soyqırım haqqında reallıqların Amerika
və dünya ictimaiyyətinə
çatdırılmasında böyük
xidmətləri var.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2013.- 27-29 aprel.- S.15.