Dövlətin diqqətində olan diaspor nümayəndələri
Dünyanın müxtəlif ölkələrində
yaşayan və həmin ölkələrdə Azərbaycan
diasporunu formalaşdıran dəyərli
soydaşlarımız hər zaman dövlətin diqqət və
qayğısını öz üzərilərində hiss
edib, göstərdikləri fəaliyyətə görə
müxtəlif vaxtlarda Azərbaycanın ən ali
mükafatları ilə təltif olunublar. Belə şəxslərdən
biri də Nurəddin Arasdır.
Məlumat
üçün qeyd edək ki,
Nurəddin Aras 1954-cu il martın 6-da İqdır şəhərində
anadan olub. O, ilk, orta və lisey təhsilini İqdırda alıb.
Liseyi bitirdikdən sonra Almaniyaya gedib və Hote İnstitutunda
dil təhsili alıb. Sonra Erlanqen Universitetinin İdman
Akademiyasında təhsilini davam etdirib. 1980-ci ildə
İqdırda coğrafiya müəllimi təyin olunub. 1999 və
2004-cü illərdə keçirilən seçkilərdə
qalib gələrək 10 il İqdır bələdiyyə sədri
olub. 2011-ci ildə keçirilən Türkiyə Ümumi Seçkilərində
Ədalət və İnkişaf Partiyasından II nömrəli
millət vəkili namizədi olaraq göstərilib. Azərbaycanla
münasibətə həmişə böyuk önəm verən
Nurəddin Arasın təşəbbüsu və dəstəyi
ilə hər il Xocalı soyqırımının ildönümü
ilə əlaqədar Avropa ölkələrində beynəlxalq
konfrans keçirilir. Türkiyə-Ermənistan sərhədlərinin
açılmasına qarşı çıxan Nurəddin
Aras İqdırın Azərbaycanla, xüsusi ilə blokada
şəraitində olan Naxçıvan Muxtar Respublikası ilə
əlaqələrinin genişlənməsində önəmli
rol oynayıb. Nurəddin Aras 2006-cı il martın 13-də Azərbaycan
Respublikası prezidentinin sərəncamı ilə dünya azərbaycanlılarının
həmrəyliyi sahəsində fəaliyyətinə görə
“Tərəqqi” medalı ilə təltif olunub.
Nobert Yevdayev-1929-cu ildə Bakı şəhərində
anadan olub. İlk ali təhsilini Bakı şəhərində
Xarici Dillər İnstitutunda, ikinci ali təhsilini isə Moskva
şəhərində alıb. Tələbəlik illərində
caz və rəssamlıqla məşğul olub, Qərbin incəsənət
tarixi ilə maraqlanıb. Moskvada müxtəlif xarici şirkətlərdə
texniki məsləhətçi olub. 1956-cı ildən müasir
texnologiya sahəsində tərcümə və nəşr
etmə üzrə calışır. 1989-cu ildən Birləşmiş
Ştatlarda yaşayan həmyerlimiz orada Azərbaycanın AZEM
Həmyerlilər Birliyinin sədridir. 2003-cu ildən Nyu-Yorkda təsis
etdiyi, rus və ingilis dillərində nəşr olunan
“Novıy Rubej” qəzetinin baş redaktorudur. Azərbaycan mədəniyyətinin
Amerikada təbliğ olunması istiqamətində bir sıra
tədbirlər təşkil edib. 2006-cı il martın 13-də
Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə
dunya azərbaycanlılarının həmrəyliyi sahəsində
fəaliyyətinə görə “Tərəqqi” medalı ilə
təltif olunub.
Niyazi Hacıyev-1964-cu ildə iyulun 15-də Ermənistan
SSR-nin Sisiyan rayonunun Vaqudi kəndində anadan olub. 1981-ci ildə
Vaqudi kənd orta məktəbini bitirib. 1993-cü ildə
Tallin Texniki Universitetində ali təhsil alıb. 1988-ci ildə
Estoniya Azərbaycan İcmasının (“Ocaq” Cəmiyyətinin)
sədri seçilib. 1994-cu ildən “Turan-N” şirkətinin
sahibidir. 1995-ci ildə Eston İslam İcmalarının
(Tatar, Azərbaycan, Ozbək, Qazax İcmaları daxildir) sədrinin
birinci müavini seçilib. 1996-cı ildə Estoniya
Respublikası prezidenti yanında İnsan Hüquqlarının
Qorunması İnstitutuna üzv seçilib. 2000-ci ildə
Estoniya Azərbaycan İcmasının fəxri sədri,
2001-ci ildə Estoniya Demokratlar Partiyasının İdarə
Heyətinə üzv, həmcinin, Estoniya türkdilli (Azərbaycan)
məktəbinin Şurasına sədr secilib. 2001-ci ildə isə
9-10 noyabr tarixində keçirilən Dünya azərbaycanlılarının
I qurultayında Əlaqələndirmə Şurasına
üzv, 2002-ci ildə isə Estoniya Respublikası Prezidenti
yanında Milli Azlıqlar üzrə “Dəyirmi masa”ya üzv
seçilib. 2004-cü ildən Estoniya “Aydan” Mədəniyyət
Mərkəzinin sədridir. Tallin “Bakılı” klubunun həmsədrlərindən
biridir. 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası
prezidentinin sərəncamı ilə xalqlar arasında
dostluğun möhkəmləndirilməsi və Azərbaycan
diasporunun inkişafı sahəsindəki xidmətlərinə
görə “Tərəqqi” medalı ilə təltif olunub.
Natiq Atakişiyev-1939-cu il fevralın 15- də Bakı şəhərində
anadan olub. 1961-ci ildə Bakı Dövlət Universitetinin
fizika fakültəsini bitirib. Fizika-riyaziyyat elmləri
doktorudur. 1994-cü ildən Meksikada tədqiqatçı kimi
işə başlayan alim 1996-cı ildən Meksika Milli Muxtar
Universiteti (Universidad Nacional Autonoma de Mexico) nəzdində
Riyaziyyat İnstitutunun Kuernavaka şəhərində yerləşən
bölməsində çalışıb. Elə həmin
ildən Meksika Elmlər Akademiyasının üzvüdür.
Onun dünyanın nüfuzlu jurnallarında 112, beynəlxalq
konqreslərin materiallarında isə 51 məqaləsi dərc
edilib. 80-dən çox çapdan çıxmış elmi əsəri
var. AMEA-nın Fizika İnstitutunda böyük elmi işçidir.
Natiq Atakişiyevin rəhbərlik etdiyi Latın Amerikası Azərbaycanlıları
Assosiasiyası 2008-ci ilin sonunda fəaliyyətə
başlayıb. 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı ilə elm sahəsindəki
nailiyyətlərinə görə “Əməkdar elm xadimi” fəxri
adına layiq görulüb.
Natiq Ağamirov-1958-ci il noyabrın 6- da Ağdam rayonunda
anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət Universitetinin
hüquq fakültəsini fərqlənmə diplomu ilə
bitirib. Ali məktəbi bitirdikdən sonra Azərbaycan ədliyyə
orqanlarında işləyib. 1983-cu ildə Rusiya
Federasiyasının ədliyyə orqanlarına - Moskva Vilayəti
üzrə Ədliyyə İdarəsinə
keçirilmiş, orada idarənin məsləhətçisi,
baş mütəxəssisi - notariat şöbəsinin rəisi
işləyib. 1990-cı ildən Rusiya Federasiyasının Ədliyyə
Nazirliyinə – Huquqi Yardım İdarəsinin İdarəsinin baş mütəxəssisi
vəzifəsinə kecirilib. 1991-ci ildə RSFSR Ədliyyə
Nazirliyinin İdarə rəisinin müavini – hüquqi
yardımın təşkili şöbəsinin rəisi vəzifəsinə
təyin edilib. 1991-ci ildən Rusiya notariuslarının birinci
təsis qurultayında Rusiya Notariusları
Assosiasiyasının sədri, 1992-ci ildə isə
Ümumrusiya Peşəkar Notariusları İttifaqı Mərkəzi
Şurasının sədri seçilib. Hüquq nəzəriyyəsi
və hüquq tətbiqi fəaliyyəti sahəsində bir
sıra elmi məqalələrin və yazıların müəllifidir.
Rusiya Federasiyası Məhkəmə və notariat sistemi
islahatının təşəbbüskarlarından biridir.
Siyasi və hüqüq elmləri namizədir. Ümumrusiya Azərbaycan
Konqresi İqtisadi İnkişaf Fondunun İdarə Heyətinin
sədridir. 2007-2009-cu illərdə Avropa Azərbaycanlıları
Konqresinin prezidenti olub. Hazırda Avropa Azərbaycanlıları
Konqresinin Prezidentlərinin Məşvərət
Şurasının üzvüdur. 2006-cı il martın 13-də
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə
dünya azərbaycanlılarının həmrəyliyi sahəsində
fəaliyyətinə görə “Tərəqqi” medalı ilə
təltif edilib.
Natiq Bağırov- 1964-cu il sentyabrın 7-də Bakı şəhərində
anadan olub. 1971-1981-ci illərdə Bakı şəhəri 211
saylı orta məktəbdə təhsil alıb. 1981-ci ildə
M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya
İnstitutunun neft mədənləri fakültəsinə qəbul
olunub və 1986-cı ildə həmin institutu bitirib. 1983-cu ildə
SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə
təltif edilib. 1986-1987-ci illərdə “Qiproneftqaz” ETİ-də
mühəndis vəzifəsində çalışıb. 1987-ci
ildə Belarus Respublikasının İdman Komitəsinin dəvəti
ilə Minsk şəhərinə köçüb, orada idmançı
və məşqçi kimi fəaliyyət göstərib.
İdman Nazirliyində mütəxəssis vəzifəsində
calışıb. 1992-1993-cu illərdə İtaliyada məşqçi
kimi fəaliyyət göstərib. 1995-ci ildə Belarus hökuməti
tərəfindən Əməkdar idman ustası adı ilə
təltif olunub. 1996-1997-ci illərdə Xorvatiyada işləyib,
sambo və dzu-do üzrə 4 dəfə dünya, 5 dəfə
Avropa çempionu olub. 2002-ci ildən Belarus
Respublikasının dzu-do üzrə Milli komandasının
baş məşqçisi vəzifəsində işləyir.
1996-2002-ci illərdə Minsk şəhərində Beynəlxalq
Humanitar-İqtisadi İnstitutunun “Beynəlxalq münasibətlər”
üzrə mütəxəssisi, ingilis və alman dillərinin
referent-tərcüməçisi mutəxəssisi
ixtisasını alıb. 1997-ci ildə Minsk şəhərində
fəaliyyət gostərən “Qobustan” Mədəni-Maarif
İctimai Birliyinin sədri secilib. 2002-ci ilin noyabr ayından
Belarus Azərbaycan İcmaları Konqresinin sədridir. 2004-cu
ildə Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti seçilib.
2006-cı il martın 13-də Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı ilə dunya azərbaycanlılarının
həmrəyliyi sahəsində fəaliyyətinə görə
“Şöhrət” ordeni ilə təltif edilib.
Məzahir Həsənov-1962-ci il iyulun 14-də Qərbi Azərbaycanın
Qafan rayonunun Yuxarı Gödəkli kəndində anadan olub.
Rusiya Federasiyası DİN Sankt-Peterburq Ali siyasi məktəbini,
RF DİN Akade- miyasını və İ.A.Voznesenski adına
Sankt- Peterburq Maliyyə-İqtisad İnstitutunu bitirib. Hal-hazırda
Sankt-Peterburq Farfor zavodunun baş direktoru, “Sankt-Peterburqun Azərbaycan
diasporu” Regional İctimai təşkilatı sədrinin birinci muavinidir.
“Rusiya DİN-in 200 illiyi” və “Sankt- Peterburqun 300 illiyi” xatirə
medalı ilə təltif olunub. 2011-ci il iyulun 4-də Azərbaycan
Respublikası prezidentinin sərəncamı ilə Azərbaycan
diasporunun inkişafı sahəsindəki xidmətlərinə
görə “Tərəqqi” medalı ilə təltif olunub.
Murad Ömərov-Xarici Vətəndaşların Tədris
Mərkəzinin direktoru, Xarkov Milli Radio Elektronika Universitetinin
Təbiət Elmləri Kafedrasının rəhbəri, texniki
elmləri doktoru, professordur. 1963-cü ildə Kürdəmir
rayonunun Xırdapay kəndində anadan olub. 1980-ci ildə
Xarkov Radio Elektronika İnstitutuna qəbul olunub, 1985-ci ildə
institutda müxtəlif vəzifələrdə çalışıb.
1991-ci ildə İnformasiya ötürulməsi üzrə
fiber-optik rabitə sistemləri sahəsində namizədlik
dissertasiyasını müdafiə edib. 2004-cu ildə Ukrayna Tətbiqi
Radio Elektronika Akademiyasının akademiki seçilib. 2009-cu
ildə professor adını qazanıb. 2009-cu ildən etibarən
Xarkov Milli Radio Elektronika Universitetinin Xarici Vətəndaşların
Tədris Mərkəzinin direktorudur. 2000-ci ildən etibarən
Xarkov vilayəti Azərbaycan Ukrayna “Dostluq” cəmiyyətinin üzvü
olub, 2001-ci ildə isə bu cəmiyyətin sədri seçilib.
2002-ci ildə Murad Ömərov Ukrayna Milli Mədəni Birlik
Assosiasiyasının vitseprezidenti seçilib. 2004-cü ildə
“XXI əsrin liderləri” beynəlxalq imic proqramının
ekspertlər şurasının qərarı ilə
Ukraynanın sosial-iqtisadi inkişafındakı xidmətlərinə
görə “Ukrayna iş adamı” medalı və diplomu ilə
mükafatlandırılıb. 2006-cı ildə Xarkov şəhər
Şurasının İcraiyə Komitəsinin “Millətlərarası
sülh və razılığın möhkəmləndirilməsi”
nominasiyasında mükafata layiq görülüb.
2002-2006-cı illərdə Xarkov şəhəri Kiyev rayon
şurasının IV çağırış deputatı,
İqtisadi inkişaf və sahibkarlıq daimi
komissiyasının sədri olub. 2011-ci il iyulun 4-də Azərbaycan
Respublikası prezidentinin sərəncamı ilə Azərbaycan
diasporunun inkişafı sahəsindəki xidmətlərinə
görə “Tərəqqi” medalı ilə təltif olunub.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.-
2013.- 30 aprel.- S.15.