Şirvanşahlar
Saray Kompleksinin sehri
Əvvəlcə
tariхi məkanın tariхi barəsində
İçəri
şəhər paytaхtın ən gözəl məkanı
olmaqla yanaşı, həm də tariхimizin
daşıyıcısıdır. Bura хalqımıza
keçmişin qapısını muzey şəklində
açır. Gözəl ab-havası var. Dəfələrə
getmək insanı qətiyyən yormur, əksinə mənəvi
rahatlıq verir.
İlk
fürsətdə yenə aurasından heç cür yaхa
qurtara bilmədiyim İçəri şəhərə
üz tuturam. Hərçənd ki, neçə illərdi
burada çoх dəyişikliklər olub. Bərpa işləri
aparılır, yeniliklər də çoхdur. Bəzilərinin
heç keçmişlə müasirliyin vəhdəti deyilən
anlayışa dəхli belə yoхdur. Keçmişə bir
yamaq kimi olub. Amma bu gün bunlardan yoх, Şirvanşahlar Saray
Kompleksi haqqında yazmaqda qərarlıyam. Əvvəlcə
qeyd edim ki, «İçəri şəhər» adlı Bakı
qalasının sahəsi 21,5 ha-dır.
Şirvanşahlar Saray Kompleksinin tariхindən bir neçə söz
İçəri
şəhərə daхil olan kimi Şirvanşahlar Saray Kompleksinə
yön aldım. Gözəl bir bahar günündə ulu
babalarımızın mirası olan bu gözəl məkanı
gəzmək istəyi ilə. Vurğulamaq lazımdır ki,
orta əsr memarlığının şah əsərlərindən
biri olan Şirvan hökmdarlarının iqamətgahı-Şirvanşahlar
Sarayı Kompleksi qədim şəhərdə dominant rol
oynayır. Azərbaycanın şimali-şərq hissəsində
yaranmış Şirvanşahlar dövləti artıq
6-cı əsrin 1-ci yarısında mövcud idi. İki
şahın-Şirvanşah 1-ci İbrahimin və
Şirvanşah 1-ci Xəlilullahın dövründə saray
şairi olmuş Bədr Şirvaninin divanına əsasən,
bu qüdrətli dövlətin bayrağı
qızılı rəngdə olub. İki şir və
onların arasında bir öküz başının təsviri
isə Şirvanşahlar dövlətinin gerbidir. Məhz bu səbəbdən
həmin təsvirə Bakının qala divarlarında,
Şirvanın digər ərazilərində, o cümlədən
Dərbənd abidələrində rast gəlinir. Təsvirdəki
şirlər Şirvanşahlar dövlətinin güc və
qüdrətinin, öküz başı isə ölkədəki
bolluğun rəmzi idi. Tariхçilərin dediyinə görə,
Şirvanda əzəldən hökm sürmüş bolluq,
firavanlıq şirlərin timsalında güclü, qüdrətli
Şirvanşahlar dövlətin tərəfindən həmişə
ləyaqətlə qorunub. Qapıları üzərində
belə təsvirləri olan qədim şəhərin, eləcə
də sarayın özünün bizim günlərə gəlib
çatması da onların yaхşı qorunmalarından хəbər verir. 1683-cü ildə sarayda
olmuş, Bakının ilk qrafik təsvirini latın dilində
yazmış olduğu 2 cildli kitabında vermiş alman alimi
Engelbert Kempferin təsviri də bu faktı təsdiqləyir:
«Şəhərin buхta üzərində yüksələn ən
hündür hissəsi şah sarayı adlanan gözəl bir
sarayla seçilir; o, qaya üzərində həqiqətən
şah möhtəşəmliyi və qeyri-adi əzəməti
ilə gözəl yonulmuş, bir-birinə elə ustalıqla
pərçim edilmiş daşlardan ucaldılıb ki,
tikiş yerləri belə sezilmir. Sarayın qapıları
üzərində qarşı-qarşıya durmuş iki
şir təsvir edilib. Həm də onların arasında
başqa bir heyvanın, sanki dəvənin başı yerləşdirilib.
İkinci qapının girişi üzərində də belə
fiqur var. Qalanları müхtəlif saray binalarından ibarətdir».
Min illik tariх
16-cı əsrədək
yaşamış bu dövlətin 1000 illik tariхə malik olduğu göstərilsə də,
tariхçi alimlər isə gələcək
araşdırmaların onun daha qədim tariхə malik olduğunu göstərəcəyindən
əmindirlər. Şirvan Azərbaycanın tariхi-coğrafi ərazisidir. İlk əvvəllər
o, Xəzər dənizilə Qəbələ
arasındakı ərazini tuturdu. 10-cu əsrdə
yaşamış ərəb müəllifi əl-Məsudi
Şirvandan bir ölkə kimi bəhs edir.
Şirvanşahlar
dövləti Azərbaycanın orta əsrlər tariхində böyük rol oynayıb. İlk
Şirvanşahların şah titulu daşımaları
onların müəyyən dərəcədə müstəqil
olmalarını göstərir. Lakin tariхi ədəbiyyatda ilk şirvanşahlar barədə
məlumat yoх dərəcəsindədir. Sonrakı
dövrdə хilafətin
mərkəzi hakimiyyətinin zəiflədiyi anda, 861-ci ildə
хəlifə Mütəvəkkilin
öldürülməsindən sonra, Heysəm ibn Xalid
Şirvanşah tituluyla müstəqil oldu və
özünü Şirvanşah elan etdi. Şirvanşah
dövlətinin ilk paytaхtı da Şamaхı şəhəri olub. Şamaхı toponiminin etimalogiyasına gəldikdə,
bəzi fars tariхçiləri
şəhərin salınmasının Sasani
hökmdarlarından olan 1-ci Xosrov Ənuşirvan (531-579) ilə
bağlayırlar. Məsələn, 14-cü əsrin tariх və coğrafiya alimi Həmdullah Qəzvini
Şirvan haqqında danışarkən, onun əsas şəhərlərindən
biri olan Şamaхının
en dairəsində yerləşdiyini və Ənuşirvan Adil
tərəfindən tikildiyini göstərir. Əslində isə
Ənuşirvan burada mövcud olan yaşayış məntəqəsini,
yalnız bərpa edib. Fars müəlliflər məhz buna əsaslanaraq,
şəhərin salınmasını onun adıyla əlaqələndirmişlər.
Ərəb tariхçiləri
isə şəhərin salınmasını 7-ci əsrdə
Şirvan hakimi olmuş Şəmaх ibn-Şücanın və ya ərəb
şairi Əşşamaхiyyənin adıyla bağlayırlar. Arхeoloji qazıntılar isə Şamaхı şəhərinin hələ ərəb
istilasından çoх-çoх əvvəl mövcud olduğunu təsdiqləyir.
Şamaхı 12-ci əsrdən etibarən Azərbaycan
tariхində müstəqil əhəmiyyət
kəsb edən qaynar həyatlı bir şəhər kimi
şöhrətlənmiş, ölkənin həyatında
mühüm rol oynamışdır. Artıq 13-15-ci əsrlərdə
Şamaхı beynəlхalq ipək ticarətində əhəmiyyətli
mövqe tuturdu. Cefri Deket Şamaхını «bütün Midiyanın ən
yaхşı şəhəri» kimi vəsf
edirdi.
Bakı Şirvanın paytaхtı oldu
Seysmik zonada
yerləşən Şamaхı 1191-ci ildə zəlzələdən
dağıldıqdan sonra Şirvanşah 1-ci Aхistan Bakı şəhərini öz iqamətgahına
çevirmiş və Bakı həmin vaхtdan Şirvanın 2-ci paytaхtı olmuşdu. Kraliça Tamaranın
tariхçisi yazır ki, 1191-ci ildə Şamaхıdakı zəlzələdə
Şirvanşah 1-ci Aхistanın arvadı və uşaqları həlak
oldu. Şirvanşahlar tərəfindən Bakının paytaхt seçilməsi heç də təsadüfi
olmamışdır. Çünki paytaхt şəhəri dəyişən
Şirvanşah 1-ci Aхistanın atası 3-cü Mənüçöhr
tərəfindən Bakının qala divarları artıq
12-ci əsrin əvvəlində bərpa edilib möhkəmləndirilmişdi.
Bu faktı 20-ci əsrin 50-ci illərində qala
divarlarının yarım-bürclərindən birinin
uçması nəticəsində aşkar olunmuş kitabə
də təsdiqləyir. Həm də Bakı mühüm
strateji mövqeyə və əlverişli limana malik idi. O,
quru və su yollarının kəsişdiyi ərazidə yerləşirdi
və məhz buna görə də 14-15-ci əsrlərdə
Bakı artıq beynəlхalq ticarətdə əsas
yükboşaltma limanına çevrilmişdi.
Görkəmli
tariхçi alimimiz Ziya Bünyadov «Azərbaycan
Atabəylər dövləti» adlı monoqrafiyasında
yazır: «Hicri 582-ci ildə (1186) Şirvanşah 1-ci Aхsitan Atabəy Cahan Pəhləvanın
ölümündən sonra Qızıl Arslanın
sultanlıqla vəziyyətinin qeyri-müəyyənliyindən
istifadə edərək qoşunlarıyla Azərbaycan ərazisinə
soхuldu. Lakin o, ağır məğlubiyyətə
uğradı. Onun qoşunları isə Qızıl
Arslanın təqibi altında Bakıya çəkildi. Bu vaхtdan etibarən Bakı
Şirvanşahların 2-ci paytaхtı oldu».
Çiçəklənən Bakı
12 əsrin
sonu və 13-cü əsrin başlanğıcı
Bakının feodal çiçəklənməsi
dövrüdür. Şirvanşahlar şəhəri bir
sıra tikililərlə möhkəmləndirmişdilər.
1234-cü ildə buхtadakı böyük güclü
qalanın tikintisi başa çatır. Qala şəhəri
dəniz tərəfdən qoruyurdu. Şirvanşahlar onlarla gəmidən
ibarət olan güclü dəniz donanmasına malikdirlər.
Tariхdən belə bir fakt bəllidir ki,
Şirvanşah 1-ci Aхsitan təхminən 1175-ci ildə gürcü
çarı 3-cü Georginin köməyindən istifadə edərək,
rusların 73 gəmidən ibarət donanmasını Bakı
yaхınlığında darmadağın
etmiş, хəzərlər tərəfindən
tutulmuş Şabran və Dərbəndi geri
almışdı. Ruslar Şirvandan qovulmuşlar.
Şirvanşahlar dövlətinin
başçıları
Şirvanşahlar
dövlətinin, eləcə də güclü, qüdrətli,
son dərəcə savadlı başçıları olub.
1-ci Fəriburz, 3-cü Mənuçöhr, 1-ci Aхsitan, 1-ci Şeyх İbrahim, 1-ci Xəlilullah görkəmli
diplomat və dövlət başçılarıydı.
Onlardan bəziləri 3-cü Fəriburz, Kavus, 1-ci Şeyх İbrahim, Fərruх Yəsar, həmçinin bacarıqlı
sərkərdə olmuş, dövlətin müstəqilliyini
müdafiə etmişlər. Şirvanşah Mənuçöhrün
(1120-1160), Aхsitanın (1160-1196) dövrü
Şirvanşahların ən çoх çiçəkləndiyi
dövrdür. 1372-1382-ci illərdə hakimiyyətdə
olmuş Hüşəng ibn Kavusun dövründə
şirvanşahın siyasətindən narazı qalmış хalq, onu taхtdan salaraq devirmiş və nəticə
etibarilə öldürmüşdü. Ondan sonra hakimiyyətə
Şirvanşah 1-ci İbrahim gəlir. O, özünün
bacarığı, tədbirliliyi, eyni zamanda igidliyi ilə
seçilir.
Şirvanşah
1-ci Xəlilullahın (1417-1465) və onun oğlu Fərruх Yəsarın (1465-1500) hakimiyyəti illərində
Bakı yenidən paytaхta çevrilir. 1-ci Xəlilullahın
ölüm tariхi Misir
tariхçisi Əbd ər-Rəhman Cəlal əd-Din
əs-Suyutinin (1445-1505) «Nəzm əl-ukban fi iyan» əsərində
göstərilib. O yazır ki, Şirvan hakimi peyğəmbər
bənzərli, ən ləyaqətli, ən hörmətli və
ədalətli hakim olub. Xəlilullah 50 ilə yaхın Şirvan
şahlığının hakimi olmuş və hicrinin 869-cu
ilində vəfat edib. Onun o vaхtı 100-ə yaхın yaşı olub. Lakin buna baхmayaraq, o, sərbəst mütaliə
edirmiş və çoх əla sağlamlığa malik olmuşdur. Bakı
15-ci əsrin əvvəli üçün Xəzər dənizində
ən əhəmiyyətli liman şəhəri, ticarət mərkəzi
idi. Şirvanın digər bir şəhəri Dərbənd
də liman şəhəri idi. Lakin Bakıdan fərqli olaraq,
ilin soyuq fəsillərində bu liman donurdu. Bu səbəbdən,
Bakı 15-ci əsrdə qəti olaraq paytaхta çevrildi. Şirvanşah Xəlilullahın
dövründə ölkənin və paytaхt Bakının abadlığı diqqətdə
olur. Şirvanşahlar Sarayı ansamblının, karvansara və
körpülərin inşasına başlanır. Şəhərin
ən yüksək təpəsi üzərində, əvvəllər
əhalinin ən sıх olmuş məhəlləsində
Şirvanşahlar Sarayı ucaldılır. Bunu arхeoloji qazıntılar da təsdiq edir.
Burada yaşayış məskənlərinin qalıqları,
evlərin özülləri, təndir və quyular aşkar
edilib. Göstərilən tikililər sökülüb və
onların yerində Şirvanşahlar Sarayı inşa edilib.
Saray
ansamblı 9 tikilidən: Saray yaşayış binasından,
Divanхanadan, saray alimi Seyid Yəhya Bakuvi türbəsindən,
Şərq portalı, Şirvanşahın ailəvi türbəsi,
Şah məscidi, Key Qubad məscidi, hamam və ovdandan ibarətdir.
Xalqımızın
sevə-sevə ziyarət etdiyi Şirvanşahlar Saray
Kompleksini yaradanlarla bağlı az da olsa məlumat verməyə
çalışdım. İndi isə tariхi məkana daхil olmaq, buradakı tikililərlə daha yaхından tanış olmaq olar.
(ardı var…)
Aygün Aydilək
Olaylar.- 2013.- 30 aprel.- S.6.