Azərbaycan diasporunun gənc siması – Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı
Azərbaycan diasporunun inkişafında müstəsna xidmətləri olan təşkilatlardan biri də Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatıdır. Təşkilatın yaranma tarixi və fəaliyyət istiqamətlərinə nəzər salmamışdan əvvəl onu qeyd edək ki, Rusiyada azərbaycanlıların sayının kütləvi şəkildə artması 90-cı illərin əvvəllərində soydaşlarımızın əməkçi miqrant kimi bu ölkəyə işləməyə gəlməsi ilə bağlıdır. Təxminən 20 il əvvəl Azərbaycandan Rusiyaya gəlmiş soydaşlarımız həmin vaxt Rusiya cəmiyyətinə inteqrasiya etməkdə böyük problemlər yaşayırdılar. Dil bilməmək və digər səbəblərdən onlar sıxışdırılır, incidilirdilər. Təəssüf ki, həmin nəslin inteqrasiya problemi indi də qalmaqdadır. Onları bəzən cəmiyyət içinə buraxmır, bəzən də onlar sürətlə yenilənən Rusiya cəmiyyətinə inteqrasiya etməkdə lazımi imkanlara sahib ola bilmirdilər. Soydaşlarımız min bir əziyyətlə qazandıqları pulu övladlarının təhsilinə yatırdılar. Nəticə bu gün göz qabağındadır. İndi 17-20 yaşında olan gənc soydaşlarımız Rusiyanın ən prestijli ali məktəblərinin tələbələridir. Lakin bu gənclər ayrı ayrılıqda, təklikdə Rusiyada azərbaycanlıların bir çox halda şişirdilmiş bazar adamı, davakar obrazını dağıda bilməzlər. Yeni Azərbaycan, yeni azərbaycanlı simasını Rusiyaya tanıtmaq üçün onları bir araya toplamaq, real qüvvəyə çevirmək lazım idi. Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı məhz bu səbəbdən yarandı. Gənc soydaşlarımız AMOR adı altında bir araya toplanaraq Azərbaycan xalqının tolerantlığını, bəşəriliyini, sevgisini dünyaya bəyan etdilər. AMOR-un yaranması ilə Rusiyadakı Azərbaycan diasporunun yeni nəsli yarandı. Yaxın tarixə nəzər salsaq görərik ki, Rusiya Azərbaycan Gənclər Təşkilatı (AMOR) 2009-cu il aprelin 18-də Moskva şəhərində təsis edilmişdir. Bu təşkilat Azərbaycan həqiqətlərinin Rusiya və dünya ictimaiyyətinə çatdırılmasında xüsusi fəaliyyət göstərir. Təşkilatın məqsədi Azərbaycan mədəni irsinin Azərbaycan milli-mədəni dəyərlərinin qorunması, sosial, bədii, təhsil təşəbbusləri, Azərbaycan gənclərinin dəstəklənməsi, Azərbaycan gənclərinin inkişafının təbliği, Rusiya cəmiyyətinin mədəni həyatında Azərbaycan gənclərinin daha yaxşı inteqrasiyası, təhsilin inkişaf etdirilməsi, ailə və cəmiyyətin mənəvi və əxlaqi əsasları qorumaq və möhkəmləndirmək, dostluq, etimad və xalqlar arasında anlaşmanın təşviqidir. Rusiya Azərbaycan Gənclər Təşkilatının Mərkəzi ofisi Moskva şəhərində yerləşir. Bundan başqa təşkilatın bir neçə regional bölmələri – Şimal-qərb, Volqa ətrafı, Şimali Qafqaz, Cənub, Uzaq Şərq və Sibir bölmələri fəaliyyət göstərir. AMOR Rusiya Azərbaycan Gənclər Təşkilatının sədri Leyla Əliyevadır. Rusiyanın Azərbaycanlı Gənclər Təşkilat fəaliyyət göstərdiyi çox qısa bir vaxt ərzində Rusiyada yaşayan və təhsil alan soydaşlarımızı öz ətrafında birləşdirən, onların Rusiya cəmiyyətinə inteqrasiyasına dəstək verən güclü bir quruma çevrilib. Bundan başqa təşkilat Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ problemi və xalqımızın zəngin tarixi-mədəni irsinin Rusiya ictimaiyyətinə çatdırılması istiqamətində də aktiv fəaliyyət göstərib, müxtəlif layihələr, tədbirlər reallaşdırıb. Belə ki, 2010-cu ildə qurumun sədri Leyla Əliyevanın başçılıq etdiyi Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı növbəti dəfə "Qanın milləti yoxdur" xeyriyyə aksiyası keçirmişdir. Həmin vaxta qədər Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı artıq üçüncü il idi ki, İ.M.Seçenev adına Birinci Moskva Dövlət Tibb Universitetinin Azərbaycanlı Gənclər Klubunun dəstəyi ilə "Qanın milləti yoxdur, həyat bəxş et - donor ol!" devizi altında xeyriyyə aksiyası təşkil edirdi. Aksiya azərbaycanlı tələbə klubları üzvlərinin iştirakı ilə universitetin həmvətənimiz Əliheydər Rəhimovun başçılıq etdiyi Kliniki transfuziologiya və hematologiya kafedrasında baş tutmuşdur. Xeyriyyə aksiyasında 60-dan çox azərbaycanlı tələbə iştirak etmişdir. Dünya Qan Donoru Gününə həsr olunmuş aksiyaya ilk dəfə Kaluqa vilayətindəki azərbaycanlı gənclər klubunun nümayəndələri də qatılmışlar. 2011-ci il, may ayının 8-də isə Rusiyanın Rostov vilayətində Azərbaycanlı gənclərin möhtəşəm mitinqi olmuşdur Belə ki, Rusiya Federasiyası Rostov vilayətindəki ən böyük abidə olan “Sambek memorialı” önündə 9 may faşizm üzərində qələbənin ildönümüylə bağlı möhtəşəm mitinq baş tutmuşdur. Mitinqi Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı və “Ìèð íà Çåìëå” millətlərarası təşkilatı keçirmişdir. Tədbirin təşkilatçısı Taqanroq parlamentinin vitse-spikeri, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının Rostov bölməsinin rəhbəri Fuad İbrahimov olub. Tədbirdə əbədi məşələ od vurulmuş,memorialın qarşısına çiçəklər qoyulmuş, Taqanroq şəhərini faşistlərdən azad etmiş, əsasən azərbaycanlılardan ibarət 130 və 416-cı diviziyaların əsgərlərinin ruhuna dua oxunmuşdur. Tədbirin sonunda Taqanroq və Rostov şəhərləri arasında Rusiya və Azərbaycan bayraqlarını dalğalandıraraq avtoyürüş keçirilmişdir. Avtoyürşün məqsədi Azərbaycan və Rusiya xalqlarını bir-birinə daha da yaxınlaşdırmaqdır. Qeyd edək ki, Taqanroq şəhərindəki Şöhrət Memorialı 1980-ci ildə Heydər Əliyevin rəhbərliyi altında açılmışdır.
Rusiya Milli Tədqiqatlar Universitetinin Ali İqtisadiyyat Məktəbində (MTU AİM) Rusiya Azərbaycanlı Gənclər Təşkilatının və Ali İqtisadiyyat Məktəbinin Millətlər Palatasının təşkilatçılığı ilə Azərbaycan mədəniyyəti gecəsi keçirilib. Məktəbin foyesində Azərbaycanın qədim və müasir tarixini özündə birləşdirən sərgi təşkil olunub. Sərgidə XVI əsrə aid qadın geyimləri, kələğayı, müxtəlif məişət əşyaları, eyni zamanda, Azərbaycan rəssamlarının modern art üslubunda əsərləri nümayiş etdirilib. Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu mədəniyyət gecəsini açaraq bildirib ki, humanitar əməkdaşlıq, o cümlədən mədəni əlaqələr xalqlar arasında dostluq münasibətlərinin inkişafının ən başlıca istiqamətidir. Gənclərin bu sahədə fəaliyyəti olduqca əhəmiyyətlidir və hərtərəfli dəstəklənməlidir. Səfir Rusiya Azərbaycanlı Gənclər Təşkilatının Azərbaycan mədəniyyətinin və incəsənətin təbliğində rolunu yüksək qiymətləndirib. Tədbirin bədii hissəsində “Odlar Yurdu” rəqs ansamblı, Beynəlxalq Muğam Festivalının laureatı Mirpaşa Şükürov və başqaları Azərbaycan incəsənətini ən müxtəlif janrlarda təqdim ediblər. Rusiya Azərbaycanlı Gənclər Təşkilatının əlaqələndiricisi Natiq Əliyev bildirib ki, MTU AİM-in Millətlər Palatası indiyədək müxtəlif millətlərin mədəniyyətinə həsr olunmuş onlarla tədbir keçirib. Azərbaycan mədəniyyətinə həsr olunmuş gecə isə burada ilk dəfə təşkil olunur. Məqsədimiz Azərbaycan mədəniyyətinin təbliği ilə yanaşı, azərbaycanlı abituriyentlərin diqqətini bu ali təhsil ocağına cəlb etməkdir.
Sankt-Peterburq şəhərində isə Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının yaradılmasının ikinci ildönümünə həsr edilmiş təntənəli tədbir keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyeva, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Prezidenti Administrasiyasının rəsmiləri və Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlunun daxil olduğu nümayəndə heyəti iştirak edib. Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatınin sədri Leyla Əliyeva tədbirdə çıxış etmişdir. O, təşkilatın iki illik fəaliyyəti barədə məlumat verərək vurğulamışdır ki, bu dövrdə kifayət qədər yaxşı nəticələr əldə edilmişdir. Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri bildirmişdir ki, təşkilatın coğrafiyası genişlənir, indi Moskva və Sankt-Peterburq ilə yanaşı Arxangelsk, Tver, Yekaterinburq və bir sıra başqa regionlarda da azərbaycanlı gənclərin klubları fəaliyyət göstərir. Leyla xanım Əliyeva Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatınin iki illik fəaliyyəti dövründə keçirilmiş aksiyalar, tədbirlər və görüşlər barədə də məlumat vermişdir. O, “Xocalıya ədalət” kampaniyasına xüsusi diqqət yetirərək qeyd etmişdir ki, bu aksiya sayəsində dünyada insanların getdikcə daha çox hissəsi Azərbaycan xalqına qarşı törədilmiş bu faciədən xəbər tutur. Leyla Əliyeva əmin olduğunu bildirmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ədalətli həllini tapacaq və Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir.
Konfransın açılışında MDB
Parlamentlərarası Assambleyasının baş
katibi Mixail Krotov, Sankt-Peterburq Dövlət
Universitetinin prezidenti Lyudmila Verbitskaya da çıxış ediblər. Həmçinin
Tavrida sarayında “Azərbaycan: Müstəqilliyin
bərpasının 20-ci ildönümü"
və "Azərbaycan - Sankt-Peterburq” sərgiləri
də təşkil olunub.
Sankt-Peterburqdakı konfransın işində Rusiyanın 80 regionundan Rusiyanın Azərbaycanlı Gənclər
Təşkilatının 400-ə yaxın nümayəndəsi
iştirak edib. Axşam isə Petropavlovsk
qalasında Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının
yaradılmasının ikinci
ildönümünə həsr olunmuş
bayram konserti keçirilib. Konsertdə "Eurovision
2011" mahnı müsabiqəsinin azərbaycanlı qalibləri
Eldar və Nigar, “Eurovision 2010”-un
iştirakçısı Safura Əlizadə,
“Fabrika” qrupu, Yuliya Saviçeva, Timati, “Quest Pistols” və Azərbaycan və Rusiya estradasının digər ulduzları iştirak ediblər. Konsertin
təşkilatçıları Azərbaycan Gənclər və
İdman Nazirliyinin və
Sankt-Peterburq Administrasiyasının dəstəyi
ilə Heydər Əliyev Fondunun
Rusiyadakı nümayəndəliyi olub. Ertəsi gün isə Tavrida sarayında Rusiya
regionlarından olan Rusiyanın Azərbaycanlı
Gənclər Təşkilatının nümayəndələri
“Regionlardakı gənclər: şəxsi artım və sosiallaşma”; “Qloballaşma,
informasiya cəmiyyəti, sosial
şəbəkələr və gənclik”; “RAGT-nin beynəlxalq fəaliyyətinin inkişaf perspektivləri”; “Mədəniyyət,
milli özünüdərk və idman”; “Gənclərin məşğulluğu.
Biznes və sahibkarlıq”; "Təhsil, elm və innovasiyalar"
seksiyalarında plenar müzakirələrdə
iştirak edibklər. Elə həmin gün Nizami Gəncəvinin
anadan olmasının 870 illiyi
münasibətilə şairin
adını daşıyan bağın
açılışı keçirilib.
Məlumat üçün qeyd etmək yerinə düşər ki, 2002-ci il iyunun 9-da Kamenoostrovski
prospektində bağda XII əsrin dahi şairinə qoyulan abidənin
açılışında Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti
Heydər Əliyev iştirak etmişdi.
Olaylar.- 2013.- 2 avqust.- S. 7.