Kulinariya mədəniyyəti haqda qanun layihəsi hazırlanıb

 

Bu haqda “OLAYLAR”a açıqlamasında Milli Məclisin Mədəniyyət Komitəsinin üzvi Nizami Cəfərov deyib.

 

Millət vəkili hazırda qanunun müzakirəsinin təşkil eidldiyini deyərək vurğulayır ki, kulinariya ilə bağlı ayrıca qanunun qəbulu da mümkündü: “Kulinariya mədəniyyəti haqda qanun nəzərdə tutulub. Qanun layihəsi Leyla Abdullayeva tərəfindən hazırlanıb. Hazırda qanunun da üzərində işlər gedir. Mədəniyyət və Turizm Nazirliyin yanında Tahir Əmiraslanovun rəhbərlik etdiyi Kulinariya Mərkəzi var. Qanun müzakirəsi məkəzlə birgə təşkil ediləcək. Ola bilər ki, qanun kulinariya haqda olsun, onun tərkibində ayrıca olaraq bu sahənin mədəni tarixi yer alsın. Yaxud da ki, ayrıca olaraq, kulinariya mədəniyyəti haqda ayrıca qanun hazırlansın”. N.Cəfərov kinemotoqrafiya ilə ayrıca qanunun qəbulunun vacibliyini vurğulayıb: “Mədəniyyət haqqında qanunun qəbulu çox vacib idi. Qanunda bir sıra yeniliklər əksini tapıb. Hazırda əsas işimiz mədəniyyətin ayrı-ayrı sahələri ilə bağlı mövcud qanunları təkminləşdirməkdi. Mədəniyyət və Turizm Nazirliyi ilə birgə Milli Məclisin Mədəniyyət Komitəsi Kinemotoqrafiya haqda qanun hazırlayır. Birinci sessiyadan keçən, yaradıcı şəxslər və yaradıcılıq aktları haqda qanunda bir sıra mübahisə doğuracaq məsələlər var ki, hazırda onlar üzərində gedir. Bundan başqa muğam, aşıq sənəti ilə bağlı qanun layihələri artıq hazır olmaq üzrədi. Hazırda qanun müzakirə olunur”. Millət vəkili Azərbaycanın böyük tarixi mədəniyyət mərkəzləri haqda müzakirələrin aparıldığını deyərək arxeloji abidələr folklor məsələlərinə dair qanun layihələrinin də hazırlana biləcəyini söyləyir.

 

Olaylar.- 2013.- 6 dekabr.- S.8.