“Məşhur olmaq üçün sifətimdən

məhrum olmalı idim”

 

İbrahim Salamov: “Bəzi şeylər var ki, ondan sonra qərar qəbul etmək insan üçün o qədər də asan olmur”

 

Mingəçevir Dövlət Dram Tetarının (MDDT-nın) aktyoru İbrahim Salamovun (Türksoyun) “OLAYLAR”a müsahibəsi.

 

- İbrahim müəllim, bildiyimə görə, teatra gəlişiniz maraqlı olub. Bu barədə danışardınız.

- Həqiqətən də teatr sahəsinə gəlməyim maraqlı və təsadüfi alındı. İxtisasımın teatrla heç bir əlaqəsi yoxdur. Qafqaz Universitetinin Şərqşünaslıq, Gəncə şəhərində Azərbaycan Müəllimlər İnstitutunun Tarix-hüquq fakültəsini bitirmişəm.

Lakin hər iki məktəbdə axıra kimi təhsilimi davam etdirməmişəm. Ştatdankənar jurnalist kimi fəaliyyətim olub. Bir müddət Rusiyada yaşadım. Azərbaycana qayıtdıqdan sonra isə işsiz qaldım. İş axtararkən, bir gün teatrın əməkdaşlarından biri mənə dedi ki, teatra işçi lazımdır. Teatrın müdiriyyətilə görüşdüm texniki istədim. O isə yaradıcılıq fəaliyyətimi, savad qabiliyyət səviyyəmi biləndən sonra mənə aktyorluq işini təklif etdi. Əvvəlcə tərəddüd etdikdən sonra qəbul etdim. Həvəskar kimi fəaliyyətə başladım. İlk gündən səhnəyə çıxdım. Kütləvi səhnələrdə rol almağa başladım. Lakin bir ay sonra rejissorlar məni daha ağır yükün altında qoyaraq, irihəcmli tamaşalara götürdülər. Səhnəyə çıxa-çıxa həm öyrənirdim. Səhnədə özümü göstərdikcə, dərəcəm artmağa başladım. Bir baxdım ki, artıq peşəkar aktyoram. Buna inanmaq mənim üçün çətin idi, çünki heç vaxt aktyor olmağı ağlımdan keçirməmişdim.

- Region teatrında çalışırsınız. Dəqiqdir ki, tamaşaçı auditoriyası azdır. Belə bir vəziyyətdə işləmək sizi qane edirmi?

- Düzdür, tamaşaçı sayı əvvəllərdə olduğu kimi o qədər çox olmur. Tamaşaçılarımızı təhsil ocaqlarından, bəzi idarə müəssisələrindən toplamağa çalışırıq. Sadə insanlar çox az hallarda teatr kassalarına bilet sifariş vermək üçün müraciət edirlər. Burada işləmək məni qane etməsə artıq gecdir. İndən sonra Bakı teatrlarına üz tutmaq fikrim yoxdur. Bəlkə buna həvəs göstərmirəm. Bəzi şeylər var ki, ondan sonra qərar qəbul etmək insan üçün o qədər asan olmur. Haradasa sınanmaq artıq gecdir, deyə düşünürəm.

- Tez-tez Bakı teatrlarında olursunuz. Paytaxtla rayon teatrlarını fərqləndirən cəhətlər nələrdir, hansını üstün hesab edirsiniz?

- Bakı teatrlarında çoxlu dostlarım tanış həmkarlarım var. Paytaxt teatrları ilə region teatrlarını fərqləndirən əsas cəhət birincidə peşəkar kadrların çox olmasıdır. Orada ali təhsillilər sənətin dərinliyini bilənlər daha artıqdır. Onlar həqiqətən aktyorluq sənətinin mahiyyətini başa düşürlər. Lojada oturan tamaşaçıya gözəl oyun təqdim edə bilirlər. Səviyyəli tamaşaçı kütləsi çoxdur. Amma oxşar cəhətləri var. Məsələn, intriqalar, paxıllıqlar, qısqanclıqlar s. kimi mənfi hallar eyniyyət təşkil edir. Regionda sənəti dərindən qavramaq istəyənlərin sayı olduqca azdır. Məsələn, Mingəçevir teatrına üz tutanların əksəriyyəti işsizlikdən buraya üz tutublar. Valideynlərinin evdə “get özünə tap” sözündən sonra teatrımıza üz tutan o qədər kadr var. Əksər işçilər az maaşın müqabilində əlavə gəlir yerləri tapıblar ki, bu da teatra üzqaralığı gətirir. Bu isə teatrın inkişafına imicinə ləkə yaxır.

- Televiziyalarda yayımlanan serialların sayı kifayət qədərdir. İnsanlar yerli serialların peşəkar şəkildə çəkilmədiyini iddia edirlər. Siz necə düşünürsünüz?

- Son bir neçə ildə serial çəkilişləri baş alıb gedir. Çəkilən serialların kəmiyyəti çoxdur, keyfiyyət gəldikdə isə bunun səviyyəsi çox aşağıdır. Əksər rejissorlar pis məhsullarla insan zövqünün terroru ilə məşğuldurlar. Hesab edirəm ki, bir-iki serial daha peşəkar səviyyədə çəkilib tamaşaçılara təqdim olunsa, daha yaxşı olardı. Qazanc xatirinə nəyisə etməkbu düşüncələrin zövqlərinöldürülməsideməkdir.

- Uzun illərdir ki, teatr sahəsində çalışırsınız, heç məşhur olmaq ağlınızdan keçibmi?

- Artıq aktyorluq karyeramın 12-ci ilində yaşayıram. Fəaliyyətim həmişə tamaşaçı rejissorların gözünün qabağında olub. Özümü o qədər sənətkar hesab etmirəm, hələ nəsə öyrənirəm. Daha yaxşı olmaq üçün üzərimdə çalışıram. Əsl aktyor olmaq hər adama nəsib olmur. Bunun üçün həqiqi mənada fədakar olmaq lazımdır. Populyarlıq reklamı heç vaxt sevməmişəm. Bir az üzdə olmaqla kifayətlənmişəm. Məşhur olmaq üçün öz sifətimdən bəzi keyfiyyətlərimdən məhrum olmalı idim. Bu isə xarakterimə tərsdir. Məşhurluğumsənətin dərinliyində özümü özüm kimi qoruyub saxlamaqdır. Bu məni sevindirir.

- İbrahim müəllim, dediniz ki, jurnalist kimi fəaliyyət göstərmisiniz. Hər ikisi yaradıcılıqla bağlıdır. Sizin üçün hansı daha rahat idi?

- Bir neçə il qəzetdə çalışmışam. Həmin illər ərzində yüzlərlə məqaləm mətbuatda dərc olunub. Bu işdə reallıq, düzlük dəqiq faktlara üstünlük verirdim. Jurnalistika sevdiyim ixtisaslardan biridir. Bəli, jurnalistlik , aktyorluq da yaradıcılığın tərkib hissələridir. Amma fərqləri kifayət qədərdir. Əsas fərqləndirici meyar odur ki, teatr aləmindəkitapmacaoyun”lar jurnalistikada o qədər qabarıq deyil. Teatrgörəcəklər ocağı”dır.

- MDDT-ya cəlb olunan yeni aktyorların səhnədə özlərini aparmaq qabiliyyətini qənaətbəxş saymaq olarmı?

- Teatr gənc kadrların əksəriyyətinin gəlişi mənimlə bağlıdır. Onları oraya mən gətirmişəm. Teatrda qurulan studiyanın rəhbəri də mən idim. Çoxusunun elə ilk gündən yerinin səhv düşdüyün bilirdim. Çünki onların yeri çətin tərbiyə olunan uşaqların məktəbi olmalı idi. Amma içərisində davranış qaydalarını və səhnədə özlərini yaxşı mənada sübut edənlər də var. Məsələn, Eyvaz Əliyev, Asim Muxtarov, Rizvan Əzimzadə, Amil Fərzəliyev və sənin də adını çəkmək istərdim ki, heçpis aktyorlar olmamasınız. Üzə demək kimi olmasın, sənin davranışın, etikanaktyorluq qabiliyyətin məni tamamilə qane edirdi. Hal-hazırda isə teatra cəlb olunanların 90%-i üzqarasından başqa heçdeyil. Tərbiyəsizlik təcəssümüdürlər. Sadəcə utanıram.

- Səhnədə hansı məşhur adın tərəf müqabiliniz olmasını istərdiniz?

- Səhnədə aktyorluq ürəyi olan hər kəsin müqabilim olmasını istəmişəm. Populyar olmağın o qədər də əhəmiyyəti yoxdur, əsas odur ki, işini bilən adam olsun. Səni də yaxşı oynamağa məcbur etsin. Teatrımızın əməkdar artisti Elmira Yaqubovanın tərəf müqabilim olması məni sevindirərdi. Şəki teatrının bütün aktyor heyətilə, əməkdar artist Vaqif Kərimov (İrəvan Teatrından), gənc aktyor Vüsal Mehrəliyevin (Gənc Tamaşaçılar Teatrından) səhnədə tərəf müqabilim olması mənim üçün sevindirici olardı. Çox təəssüf ki, digər sənətini sevdiyim korifeylərimizlə nəinki tərəf müqabili, heç bir məkanda olmaq qismət olmadı.

- Hansı personajı canlandırmaq istərdiniz?

- Təvazökarlıqdan uzaq olmasın, hansı rolu təklif etsələr onu da oynayıram. Mənim üçün hansı obrazı canlandırmağın o qədər də əhəmiyyəti yoxdur. Əsas odur ki, lazım olduğu qədər tamaşaçının zövqünü oxşamağı bacarasan. Aktyor üçün rolun böyük, ya kiçik olması vacib deyil.

- Azərbaycan teatr tarixinin ilk gənc xanım baş rejissoru sizinlə bir yerdə çalışır. Adına layiq işlər görə bilirmi?

- Doğrudur, Günay Səttar bizimlə bir yerdədir. Günay xanımın fəaliyyətinin hansı həddə olduğunu tam açıqlığı ilə deyə bilməyəcəm. Çünki o dərəcədə analitiklik qabiliyyətim yoxdur. Onun özünəməxsus səhnə quruluş forması var. Ssenarilərini fərqli şəkildə tamaşaçıya çatdıra bilir. İşini sevən qızdır. Savadına söz ola bilməz. Teatr nəzəriyyəsini və praktikasını əla bilir. Günay xanımın işləri barədə heç yerdə danışmamışam. Özün də bilirsən ki, Günay xanımla bizim kiçik mübahisəmiz olub, bir-birimizdən incik düşdük. Amma həmişə ağız dolusu demişəm ki, mən baş rejissorumuzla bəzi əməkdaşların fərqini bilirəm. Bəziləri “reketçilik”lə məşğuldurlarsa, Günay xanım bu günədək ölkə xaricinə çıxmayan teatrımızı Türkiyədə tanıtdırıb. Bu, bizim qələbəmiz və uğurumuzdur. Lakin baş rejissoru normal fəaliyyət göstərməyə qoymayanqara yaralar var. Onun hazırladığı tamaşaları satışa çıxarmağa qoymurlar. Bu, teatrın ən böyük bəlasıdır.

- Teatrda hansı aktyor, ya da ki, aktrisanın kaprizlərinə dözmək olmur?

- MDDT-ya oluqca, çox kaprizli adamlar yığışıb. Onların içərisində mənim adımı çəkənlər də var. Əgər bu müsahibəni onlardan birindən götürsəydin və bu sualı ona versəydin, dəqiqdir ki, mənim adımı çəkəcəkdi. Onları yaxşı tanıyırsan. Sən özün də bilirsən ki, mənim kaprizlərim düzgünlük üçündür. Ədaləti sevirəm. Teatrda bu gün eləyaralarvar ki, saman altından su yeridirlər.

- Məsələn,

- Onların adlarını çəkmək istəməzdim. Çünki, onların adlarını çəkmək səviyyəmi qaldırıb yerə çırpmaq deməkdir. İkincisi onlar heyətin 99%-ni təşkil edir. Heyətdəqızışdırıcı katalizator”lar çoxdur. Bu bəlalardan vaxt teatrımızın canı qurtarsa, MDDT əsl yaradıcılıq ocağı ola bilər.

- İbrahim müəllim, söhbətimizi ənənəyə uyğun olaraq bitirimək istərdim. Son olaraq demək istərdiniz?

- Redaksiyanıza minnətdarlığımı bildirirəm. Qəzet saytınıza çoxlu oxuyucu kütləsi arzu edirəm. Hörmətli Yunus Oğuza dərin minnətdarlığımı bildirirəm. Ədəbiyyatda yazıçı, mətbuatda jurnalist kimi böyük işlər görür. Teatrımıza da gələcəkdə uğurlar arzulayıram. İstərdim ki, MDDT “zavodfəaliyyətindən qurtarıb, bir az da yaradıcılıqla məşğul olsun. Müsahibəyə görə təşəkkür edirəm.

 

Mənsur Rəğbətoğlu

 

Olaylar.- 2013.- 13 dekabr.- S.10.