Niderlanddakı Azərbaycan
Diasporundan daha
bir uğurlu layihə
Niderland Krallığında fəaliyyət
göstərən “Ana Vətən”
Niderland Azərbaycanlı
Qadınlar Birliyinin yeni ofisinin və
birliyin təşkil etdiyi Nizami Gəncəvi
adına Azərbaycan məktəbinin
açılış mərasimi
keçirilib.
Açılış
mərasimində Azərbaycan
Respublikasının Niderland
Krallığında fəaliyyət
göstərən səfirliyinin
nümayəndələri, Benilüks Azərbaycanlılar
Konqresinin, Hollandiyada Azərbaycan Türk Kültür Dərnəyinin,
Azərbaycanın Hollandiyalı
Dostları Cəmiyyətinin,
eləcə də Niderlandda fəaliyyət göstərən başqa
cəmiyyətlərin üzvləri,
ziyalılar, Türkiyə
mətbuatının nümayəndələri
iştirak edib. Tədbiri giriş sözü ilə açan “Ana Vətən”
Niderland Azərbaycanlı
Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva iki gün öncə ümummilli lider Heydər Əliyevin vəfatının 10 illiyinin
böyük hüznlə
qeyd edildiyini diqqətə çatdıraraq
ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad etməyi xahiş edib. Cəmiyyət sədri daha sonra cəmiyyətin yaranma tarixindən, fəaliyyətindən söz
açaraq qeyd edib ki, 2004-cü ildə yazıçı
və ziyalı xanım Gülşən Lətifin rəhbərliyi
ilə yaranan və fəaliyyət göstərən birliyin əsas məqsədi Azərbaycanın tarixini, mədəniyyətini, elmini,
milli-mənəvi zənginliklərini
və eləcə də problemlərini Niderland cəmiyyətinin diqqətinə çatdırmaq
olub. Cəmiyyət həmçinin bu
illər ərzində
müxtəlif festivallarda
ölkəmizi ləyaqətlə
təmsil etməklə
yanaşı, Xocalı
soyqırımı qurbanlarının
anılması, Qarabağ
müharibəsini əks
etdirən kitab və rəsm əsərləri sərgilərinin
təşkilində də
fəallıq göstərib.
Mayisə Ağamirzəyeva
həmçinin Nizami
Gəncəvi adına
Azərbaycan məktəbi
haqqında məlumat verib: “Azərbaycan dilini və ədəbiyyatını Niderlandda
yaşayan həmvətənlərimizin
uşaqlarına öyrətmək
və bununla da yeni nəslin
millətini, xalqını,
tarix və ədəbiyyatını daha
dərindən tanımasına
şərait yaratmaq üçün bazar günləri fəaliyyət
göstərən kiçik
bir məktəb yaratdıq və bu gün açılışına
toplaşdığımız məktəbimizə dahi Azərbaycan şairi N. Gəncəvinin adının
verilməsini qərara
aldıq”. Cəmiyyət
sədri sonda cəmiyyət adından göstərdikləri hər
cür dəstəyə
və məktəbin açılışı münasibətilə
göndərdiyi təbrik
məktubuna görə
Azərbaycan Respublikasının
Diasporla İş üzrə Dövlət Komitəsinə, Azərbaycan
Respublikasının Niderland
Krallığındakı Səfirliyinə,
eləcə də məktəbin lazımi əyani vəsait və kitablarla təmin edilməsində yardım etdiyinə görə Azərbaycanda fəaliyyət göstərən
“Təhsil” nəşriyyat-poliqrafiya
müəssisəsi və
“AzPoliqraf” nəşriyyat-poliqrafiya
müəssisəsinə təşəkkürünü
bildirib. Məktəbə
dahi şairin rəsmi toxunmuş xalça və bir neçə şəxsi kitabını
bağışlayan “Ana Vətən”
Niderland Azərbaycanlı
Qadınlar Birliyinin fəxri sədri, yazıçı Gülşən
Lətif öz çıxışında doqquz
il öncə yaratdığı təşkilatın
bu günkü fəaliyyəti ilə qürur duyduğunu bildirərək YUNESKO tərəfindən
800 illik yubileyi qeyd edilən Nizami Gəncəvinin adının bu məktəbə verilməsinin
xüsusi əhəmiyyət
kəsb etdiyini vurğulayıb. Azərbaycan
Respublikasının Niderland
Krallığındakı Fövqəladə
və səlahiyyətli
səfirinin müavini
Fərid Zeynallı, səfirliyin nümayəndəsi
Nahid Cəfərov tədbirdə çıxış
edərək əsası
Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan
diaspormuzun təşkilatlanması
tarixindən, əldə
olunan nailiyyətlərdən
danışmış, prosesə
dəstək verilməsinin
bir dövlət qurumu olaraq diplomatik
nümayəndəliklər üçün daim prioritet olduğunu və “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinə və Nizami Gəncəvi adına Azərbaycan məktəbinə bundan sonra da lazımı
dəstək göstərəcəklərini
qeyd ediblər. Daha sonra müstəqil
jurnalist Elnaz Sanqin, Benilüks Azərbaycanlıları Konqresinin
nümayəndələri Elsevər
Məmmədov və Ofeliya Babayeva, məktəbin direktoru Almaz Kərimli və digərləri öz ürək sözlərini söyləyərək
cəmiyyətə və
məktəbə uğurlar
diləyiblər.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun
maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.- 2013.- 18 dekabr.- S.15.