2013-cü ildə diaspor sahəsində
baş verən mühüm
hadisələr
Başa vurmaqda olduğumuz 2013-cü il bütün sahələr kimi diaspor sahəsi üçün də uğurlu il oldu desək yanılmarıq. İl ərzində bu sahədə keçirilən müxtəlif səviyyəli görüşlər və toplantılar diaspor sahəsinin bir qədər də inkişaf etdirilməsi, soydaşlarımız arasında həmrəyliyin daha da möhkəmləndirilməsinə xidmət etdi. 2013-cü ildə həm Azərbaycanda, həm də ondan kənarda bu istiqamətdə keçirilən tədbirlərə qısa nəzər saldıqda müsbət tendensiyasını açıq görmək olur.
2013-cü il, yanvar ayının 24-də
Türkdilli Ölkələrin Əməkdaşlıq
Şurasının Diaspor Məsələlərinə
Cavabdeh Dövlət Qurumları Rəhbərlərinin
Bakıda I Toplantısı keçirilib.
Azərbaycan, Türkiyə, Qazaxıstan və
Qırğızıstandan olan nümayəndələrin
iştirak etdiyi
toplantıda yekun sənəd layihəsi qəbul
olunub. Yekun sənəd layihəsində türkdilli
ölkələrin əməkdaşlıq şurasına üzv dövlətlərin diaspora
məsələlərinə cavabdeh
dövlət qurumlarının gələcək əməkdaşlığının
əsas istiqamətləri öz əksini
tapıb. Sənəd layihəsində Türkdilli ölkələrin diaspor
təşkilatlarının ortaq
strategiyasının müəyyən edilməsi üçün Türkdilli
Ölkələrin Əməkdaşlıq
Şurasının diaspora məsələrinə
cavabdeh dövlət qurumlarının
mütəxəssislərindən ibarət Təmas Qrupunun yaradılmasına dair
müddəa öz əksini tapıb. Bundan başqa sənəddə
Türkdilli Ölkələrin Əməkdaşlıq
Şurasına üzv dövlətlərin
diaspor təşkilatlarının rəhbərlərinin
Forumunun təşkil edilməsi də nəzərdə
tutulub. Həmçinin
toplantıda Türkdilli Ölkələrin
Əməkdaşlıq Şurasının III Sammiti
ilə əlaqədar Türkdilli Ölkələrin
Əməkdaşlıq Şurasına üzv
dövlətlərin diaspor təşkilatlarının
rəhbərlərinin I Forumunun 2013-cü
ildə Azərbaycanda keçirilməsinə dair
fikir mübadiləsi aparılıb.
Mart ayının 8-də Diasporla İş üzrə Dövlət Komitəsinin
dəstəyi və Avropa Azərbaycanlıları
Konqresinin təşkilatçılığı
ilə Frankfurt şəhərində “Avropada Azərbaycan diasporu:
yeni dövrün
şərtləri və qarşıda duran
vəzifələr” mövzusunda diaspor nümayəndələrinin
müşavirəsi keçirilib. Görüşdə Avropada
Azərbaycan diasporunun fəaliyyəti, qarşılaşdığı
problemlər, Azərbaycan həqiqətlərinin Avropa ictimaiyyətinə
çatdırılması istiqamətində görüləcək
tədbirlərlə bağlı geniş
müzakirələr aparılıb. Diasporla
İş üzrə Dövlət Komitəsinin
sədri Nazim İbrahimov
tədbirdə çıxış edərək, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyələrinə uyğun olaraq diasporumuzun öz fəaliyyətini
hücum taktikası əsasında qurduğunu bildirib. O,
ötən müddətdə Azərbaycan diasporunun
bir çox istiqamətlərdə
mühüm uğurlara
imza atdığını qeyd
edib. Nazim İbrahimov bildirib ki, Azərbaycan dövlətinin getdikcə artan iqtisadi və siyasi gücü diasporun da sərbəst fəaliyyət
göstərməsi üçün
yaxşı stimul yaradır. Dövlət
Komitəsinin sədri Azərbaycan diasporunun
qarşısında bir sıra vacib vəzifələrin durduğunu
vurğulayıb. Komitə sədri bu vəzifələrin
uğurla yerinə yetirilməsi üçün Azərbaycan diaspor
təşkilatlarının böyük potensiala malik olduğunu bildirib. Avropa Azərbaycanldıları Konqresinin
fəxri prezidenti Bahəddin Kaya çıxışında Avropada yaşayan azərbaycanlıların
diaspor quruculuğu
prosesində iştirakı haqqında danışıb. O, Azərbaycan
həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılması üçün
Dağlıq Qarabağ haqqında müxtəlif
dillərdə filmlərin çəkilməsinin zəruri olduğunu bildirib. Bahəddin Kaya Frankfurt
şəhərində Azərbaycan Respublikasıının Konsulluğunun açılması, habelə
azərbaycanlı tələbələrin çox
olduğu ölkələrdə fəaliyyət
göstərən diplomatik nümayəndəliklərin
nəzdində təhsil müşavirliyinin
yaradılmasını təklif edib. Görüşdə
Azərbaycan həqiqətlərinin avropa
ictimaiyyətinə çatdırılması, parlament və hökumət üzvləri ilə
əlaqələr, soydaşlarımızın hüquq və azadlıqlarının
qorunması, kütləvi informasiya vasitələri
ilə iş və digər istiqamətlərdə
mövcud olan problemlərdən
danışılıb, müxtəlif təkliflər səsləndirilib.
Görüşün sonunda
Avropa Azərbaycanlıarı Konqresinin bəyanatı qəbul olunub. Bəyanatda qeyd olunub ki, Azərbaycan
Respublikasında yürüdülən uğurlu
xarici və daxili siyasət,
həyata keçirilən islahatlar və
irimiqyaslı layihələr əsasında iqtisadi
və sosial-siyasi sahələrdə
sürətli inkişafa nail
olunub. Sənəddə bu uğurların diaspor quruculuğu işinə də müsbət təsir
göstərdiyi, ötən dövrdə Azərbaycan diasporunun güclənməsinə xidmət edən
bir sıra əhəmiyyətli tədbirlərin
həyata keçirildiyi vurğulanıb.
Bəyanatda Azərbaycanın daxili siysətinə
aid məsələlərin xarici ölkələrdə yaşayan
bəzi soydaşlarımız tərəfindən müzakirə
obyektinə çevrilməsindən də narahatlıq ifadə
edilib. Bəyanatda qeyd
olunub ki, xaricdə yaşayan azərbaycanlıların mütləq
əksəriyyəti Azərbaycanın tutduğu
yolun düzgün və
uğurlu olduğuna
inanır.
May ayının 6-7-də Diasporla
İş üzrə Dövlət Komitəsinin
dəstəyi, Nizami Gəncəvi Beynəlxalq
Mərkəzi və Madrid Klubunun
təşkilatçılığı ilə Cənubi Qafqaz Forumu keçirilib. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun rəsmi
açılış mərasimində iştirak
ediblər. Nizami Gəncəvi Beynəlxalq
Mərkəzi idarə heyətinin həmsədri, Misirin İsgəndəriyyə
Kitabxanasının direktoru İsmail Serageldin Forumu açaraq tədbirin
əhəmiyyəti haqqında danışıb. Forumda Madrid Klubunun, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
üzvləri, dünyanın müxtəlif ölkələrindən
300-dən çox ekspert,
yüksək səviyyəli rəsmilər, sabiq
dövlət və hökumət başçıları,
alimlər iştirak ediblər.
Mayın 7-də isə Cənubi Qafqaz Forumu öz işini yekunlaşdırıb. Azərbaycan
Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin
sədri Nazim İbrahimov
Azərbaycanın dünyanın sabiq
dövlət və hökumət
başçılarının ən böyük
Forumu olan Madrid Klubunun bu möhtəşəm tədbirinə ev sahibliyi etməkdən qürur hissi keçirdiyini bildirib.
Nazim İbrahimov ölkəmizin qadın
hüquqları, insan haqları, demokratik dövlət quruculuğu
istiqamətində mühüm yol qət etdiyini vurğulayaraq müsəlman şərqində
ilk dəfə olaraq
qadınların azadlığı, onlara
səsvermə hüququnun Azərbaycanda verildiyini diqqətə çatdırıb.
Dövlət Komitəsinin sədri dini etiqad
azadlığı, dini, etnik
dözümlülüyün mövcud olduğu və vətəndaş
cəmiyyətinin qurulması istiqamətində önəmli
addımlar atan Azərbaycanın bu mötəbər tədbirin keçirilməsi
üçün seçilməsini
ölkəmizə inamın göstəricisi kimi səciyyələndirib. Cənubi Qafqaz Forumunun sonuncu günü Madrid Klubu və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi
arasında əməkdaşlıq protokolu
imzalanıb.
Mayın 14-də isə Ankarada Türkdilli Ölkələrin Əməkdaşlıq
Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin
II toplantısı keçirilib. Türkiyə
Baş Nazirinin müavini Bəkir Bozdağın ev sahibliyi ilə keçən
toplantıda Azərbaycan, Qazaxıstan,
Qırğızıstan və Türkiyənin diaspor təşkilatlarının rəhbərləri
qatılıb. Toplantıda Azərbaycan tərəfini
Diasporla İş
üzrə Dövlət Komitəsi sədrinin birinci
müavini Valeh
Hacıyev təmsil edib. İclasda
“Türkdilli ölkələrin diaspor təşkilatlarının ortaq fəaliyyət strategiyası”nın əhəmiyyəti
vurğulanıb. İlk
çıxış edən Xaricdə Yaşayan
Türklər və Əqrəba İcmalar
Departamentinin rəhbəri Kemal
Yurtnaç bu
toplantını indiyidək keçirdikləri iclasların ən
önəmlisi olduğunu, onun
əhəmiyyətli qarşıdakı illərdə
aydın olacağını deyib.
Toplantıda çıxış edən Diasporla
İş üzrə Dövlət Komitəsi
sədrinin birinci müavini
Valeh Hacıyev də türk
dünyasının problemlərini həll etmək üçün türk
xalqlarının vahid diaspor
altında birləşməsinin vacibliyini
vurğulayıb. O deyib ki,
soydaş xalqların ortaq
fəaliyyəti onların güclü
addımlarla irəliləməsini, gələcəkdə türk xalqlarının fərqli mövqedə
yer almasını təmin edəcək. Valeh
Hacıyev Türkdilli Ölkələrin
Əməkdaşlıq Şurasına üzv
ölkələrin diaspor təşkilatları
rəhbərlərinin I Forumunun Bakıda
keçirilməsini də Azərbaycanın bu
məsələni əhəmiyyətli hesab
etməsi ilə əlaqələndirib. Çıxışlardan sonra Türkdilli Ölkələrin
Əməkdaşlıq Şurasına üzv
ölkələri – Türkiyə, Azərbaycan, Qazaxıstan və
Qırğızıstan arasında “Türkdilli
ölkələrin diaspor təşkilatlarının
ortaq fəaliyyət strategiyası”
imzalanıb. Toplantı çərçivəsində iyunun 21-də Bakıda keçiriləcək
isə Bakıda Türkdilli Ölkələrin
Əməkdaşlıq Şurasına üzv
ölkələrin diaspor təşkilatları
rəhbərlərinin I Forumunun
proqramına dair müzakirələr də
aparılıb. Qərara alınıb ki, Forumda ümumi iclasdan əlavə üç
istiqamətdə - Amerika, Kanada;
Avropa; Asiya və MDB
üzrə panel müzakirələr də
təşkil olunsun.
Qeyd edək ki, Türkdilli Ölkələrin Əməkdaşlıq
Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin
ilk iclası bu il yanvarın 24-25-də Bakıda keçirilmişdi.
Ardı növbəti sayımızda
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.-
2013.- 19 dekabr.- S.15.