Yeni hədəflərə, yeni
zəfərlərə doğru
Dövlət başçısı möhtərəm İlham Əliyevin
10 ildəki fəaliyyəti,
reallaşdırdığı
layihələr
və ulu öndər Heydər Əliyev siyasətindən
qaynaqlanan
yeni-yeni
ideyalar ölkənin hərtərəfli inkişafını
təmin edir
İqtisadi inkişaf tempinə
görə son
10
ildə Azərbaycan qədər inkişaf
edən
ikinci ölkə yoxdur
Dövlət başçısı İlham Əliyevin andiçmə mərasimində böyük inamla səsləndirdiyi bu fikir təbii ki, reallıqlara əsaslanır. Müasir Azərbaycan dövlətinin qurucusu ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanı uğurla
həyata keçirən möhtərəm Prezidentimiz İlham Əliyev iqtisadiyyatın şaxələndirilməsini prioritet məsələ kimi qarşıya qoydu. Son on ildə qeyri-neft sektorunun inkişafı
istiqamətində atılan addımların uğurlu nəticələri rəqəmlərdə öz əksini taparaq, gələcək barədə aydın təsəvvür yaradır. Bu gün özəl sektor iqtisadiyyatın 85 faizini təşkil edir. İşsizliyin səviyyəsi 4,8 faizə, yoxsulluğun səviyyəsi 5,5 faizə enib. Dövlət büdcəsinin 25 milyard dollardan çox olması uğurlu
sosial-iqtisadi islahatların nəticəsidir.
Valyuta ehtiyatlarımız 50 milyard dollara yaxındır.
Adambaşına düşən valyuta
ehtiyatlarına görə Azərbaycan dünya
miqyasında ön sıralardadır. Son
on ildə ölkə
iqtisadiyyatına qoyulan
investisiyaların həcmi
150 milyard dollardır. Təkcə cari ilin ötən dövründə ölkə
iqtisadiyyatına 17,7 milyard dollar sərmayə qoyulub ki, bunun
da 10,5 milyardı daxili investisiyalardır. Dövlət
başçısı İlham
Əliyev bu əminliyi ifadə edir ki, daxili
və xarici investisiyaların həcminin
artması ölkə
iqtisadiyyatının inkişafına
daha böyük təkan verəcək.
Beynəlxalq maliyyə qurumlarının
hesabatlarında da Azərbaycan uğurlu sosial-iqtisadi göstəriciləri
ilə liderliyini qoruyur. Məlum olduğu kimi, Ümumdünya İqtisadi
Forumunun «Qlobal Rəqabət Qabiliyyəti
İndeksi 2013-2014» hesabatında
Azərbaycan 7 pillə
irəliləyərək 39-cu yerə layiq görüldü. Bu, bir tərəfdən ölkənin iqtisadi inkişafının düzgün
istiqamətdə aparıldığının,
digər tərəfdən
isə xarici sərmayədarlar üçün
bir fəaliyyət istiqaməti olduğunun göstəricisidir. Belə ki,
Avropada iqtisadi böhran fonunda Azərbaycan investisiyalar üçün yüksək
gəlir vəd edən bir iqtisadi
məkan kimi təqdim olunur. Sərmayəlar isə yüksək
rəqabətqabiliyyətlilik məkanlarına istiqamətləndirilir.
Yüksək rəqabətqabiliyyətlilik böyük gəlir vəd edən amildir. Eyni zamanda bu bütövlükdə Azərbaycan
iqtisadiyyatının, o cümlədən
Azərbaycanın özəl
sektorundakı şirkətlərin
qiymətləndirilməsi və
beynəlxalq reytinqidir.
Belə qiymətləndirmə isə
onlara olan beynəlxalq marağı artırır. Prezident İlham
Əliyev iqtisadiyyatın
modernləşdirilməsini, bütün istiqamətlər
üzrə yeni texnologiyaların tətbiqini
iqtisadi siyasətin prioritetlərindən biri elan edib. Artıq bu siyasət real nəticələrini verir.
Sözügedən hesabatda texnoloji
səviyyə üzrə
indeks bu istiqamət üzrə Azərbaycanın mövqeyinin
beynəlxalq səviyyədə
etirafıdır. Belə
ki, hesabatda texnoloji səviyyə parametri üzrə Azərbaycanın 148 ölkə
sırasında 11 pillə
yüksəlməsi ölkə
iqtisadiyyatına yeni texnologiyaların cəlbi siyasətinin artıq müsbət nəticələr
verməsinin sübutudur.
Bu gün müstəqil
Azərbaycanımızın beynəlxalq aləmdə iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirməsi,
beynəlxalq qurumların
hesabatlarında islahatçı
ölkə kimi yer tutması, dünyanın nüfuzlu təşkilatlarının Azərbaycanın
mövqeyini dəstəkləyən
qərar və qətnamələr qəbul
etməsi bir həqiqəti ortaya qoyur ki, ölkəmizin
seçdiyi yol düzgündür və bu yol bizi
daha uğurlu gələcəyə aparır.
Azərbaycanın reallığa çevirdiyi
layihələr ölkələr,
xalqlar arasında
körpü rolunu oynayır
«Bizim qərarlarımız,
Bakıda verilən qərarlar enerji təhlükəsizliyi məsələlərində
həlledici rol oynayır. Biz bunu bilirik. Bu reallığı öz siyasətimizlə, cəsarətli addımlarımızla
və müstəqil siyasətlə biz yaratmışıq.
İki neft və qaz
kəmərinin tikintisi
demək olar ki, bölgədə yeni enerji xəritəsini
yarada bilmişdir.
Bu gün enerji xəritəsinin yaradılması,
o xəritəyə düzəlişlərin
edilməsi məsələləri
də Azərbaycanda həll olunur.» Bu günlərdə
Bakıda «Şahdəniz-2» layihəsi üzrə yekun investisiya qərarının imzalanması
mərasimi bir daha dövlət başçısı İlham
Əliyevin qeyd etdiyimiz fikirlərinin təsdiqidir. Bu mühüm hadisə Azərbaycanın dünyanın
enerji təhlükəsizliyinin
təminatında artan
rolunun təsdiqidir.
Layihə Azərbaycan və
Gürcüstan ərazisi
boyunca Cənubi Qafqaz boru kəmərinin
genişləndirilməsinə xidmət etməklə Transanadolu və Transadriatik qaz boru kəmərlərinin tikintisi ilə bağlı planların reallaşmasına təkan
verəcək, Avropaya
yeni qaz dəhlizi açacaq.
İlk qazın Avropaya 2019-cu ildə çatdırılması
planlaşdırılır.
Göründüyü
kimi, ölkəmiz malik olduğu təbii resurslardan səmərəli istifadə
etməklə iqtisadi və siyasi mövqeyini günbəgün
möhkəmləndirir. Bu gün böyük
inamla qeyd edirik ki, Azərbaycanın
iştirakı olmadan bölgədə hansısa
iqtisadi və siyasi layihənin həyata keçirilməsi
qeyri-mümkündür. Artıq bu rol regional çərçivədən çıxaraq
qlobal xarakter daşıyır. «Əsrin
müqaviləsi»nin imzalandığı 1994-cü ildən
bu günə qədər ölkəmizin
böyük və uğurlu yol keçdiyini ötən dövrə qısaca nəzər salmaqla aydın görərik. Bu gün reallıq
sayılan layihələr
o illərdə əfsanəvi
ideyalar kimi təqdim edilirdi. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələri
nəinki Azərbaycanın
inkişafını müəyyən
etdi, eyni zamanda, regionda tamamilə yeni situasiya yaratdı. Prezident İlham Əliyev həmin dövrün xarakteristikasını
belə ifadə edir: «1994-cü ildə Azərbaycan böyük işlərin astanasında
idi. Ölkə iqtisadiyyatı o vaxt
böyük çətinliklərlə
üzləşmişdi. Ölkədə sabitlik yaradılması
üçün addımlar
atılırdı. Ancaq
1994-cü ildə Azərbaycanın,
ümumiyyətlə, gələcəyi
haqqında birmənalı
fikir yox idi: Azərbaycan hansı yollarla inkişaf edəcək? Azərbaycan iqtisadiyyatı nəyin hesabına formalaşacaq?
Azərbaycan öz strateji
inkişaf yolunu hansı istiqamətdə görür? Bütün bu
suallar ölkə qarşısında durmuşdu.
O illərdə edilən
strateji seçim Azərbaycanın bugünkü
uğurlu inkişafını
təmin etdi.» Bir məqam da hər zaman önə çəkilir
ki, «Əsrin müqaviləsi» imzalanan illərdə qaz təchizatı amili, ümumiyyətlə, dünya
neft və enerji siyasətində o qədər də mühüm yer tutmurdu. Ancaq bu gün dünya enerji siyasətində bu yanaşmada böyük dəyişiklik edildi.
Hazırda qaz təchizatı
amili nəinki iqtisadi maraqları təmin edir, eyni zamanda, enerji
təhlükəsizliyi məsələlərinə
mühüm təsir göstərir. «Şahdəniz-2»
layihəsi əbəs
yerə XXI əsrin müqaviləsi kimi dəyərləndirilmir. 2006-cı
ildə BTC neft, 2007-ci
ildə BTƏ qaz kəmərlərinin istifadəyə
verilməsi, 2011-ci ildə
Azərbaycanla Avropa İttifaqı arasında strateji enerji əməkdaşlığına dair Memorandumun imzalanması ölkəmizin
uğurlu enerji strategiyasının təsdiqidir.
Ölkəmizdə enerji
sahəsinin iki strateji tərəfdaşı
olan ARDNŞ və bp şirkətinin rolunu yüksək dəyərləndirən dövlət
başçısı İlham
Əliyev «Şahdəniz-2» layihəsi üzrə yekun investisiya qərarının imzalanmasının
bu əməkdaşlığın
40 il və hətta ondan da uzun müddət
davam edəcəyinə
böyük imkanlar yaratdığını diqqətə
çatdırdı. Ölkə iqtisadiyyatının
inkişafına öz
töhfələrini verən
ARDNŞ-in bu gün malik olduğu imkanlar ən mürəkkəb layihəni
belə həyata keçirməyə stimul
verir. ARDNŞ-in artan nüfuzu və önəmi mərasim iştirakçılarının
hər birinin çıxışında xüsusi
qeyd olundu. Zəngin enerji ehtiyatlarına malik Azərbaycanın çox
xoşbəxt ölkə
olduğunu qeyd edən ABŞ-ın enerji nazirinin müşaviri Conatan Elkind bildirdi ki, bu gün
SOCAR başda olmaqla müxtəlif şirkətlər
bu ehtiyatları dünya bazarlarına çıxarırlar. Bu ehtiyatlarda marağı olan ölkələrə
təbii qazın nəqli çox vacib bir elementdir.
Avropa İttifaqının
enerji məsələləri
üzrə komissarı
Günter Ottinger «Şahdəniz-2» layihəsinin yekun investisiya qərarının
imzalanmasını gələcəyin
inkişafını təmin
edən siyasi təməl kimi dəyərləndirdi və
bu inamı ifadə etdi ki, «Şahdəniz-2» və
onunla birləşəcək
digər kəmərlər
Avropa İttifaqında
ehtiyac duyulan nəhəng qaz infrastrukturu olacaq.
ardı var…
Vüqar
Rəhimzadə,
YAP Siyasi Şurasının üzvü,
«İki sahil» qəzetinin baş redaktoru,
Əməkdar journalist
Olaylar.- 2013.- 24 dekabr.-
S.4.