Yeni hədəflərə,
yeni zəfərlərə doğru
Dövlət başçısı möhtərəm İlham Əliyevin 10 ildəki fəaliyyəti, reallaşdırdığı layihələr və ulu öndər Heydər Əliyev siyasətindən qaynaqlanan yeni-yeni ideyalar ölkənin hərtərəfli inkişafını təmin edir
Əvvəli
ötən sayımızda...
Enerji sahəsində qazanılan uğurlar bir daha bu reallığın təsdiqidir ki, möhtəşəm başlanğıc növbəti uğurlar üçün möhkəm bazadır. 1994-cü ildə «Əsrin müqaviləsi»nin imzalanması ilə əsası qoyulan enerji strategiyasının uğurlarını yaşayırıq. Ulu öndər Heydər Əliyevin vaxtilə söylədiyi «Dünya təcrübəsi göstərir ki, heç bir ölkə beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi olmadan, səylər və ehtiyatlar birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz» proqram xarakterli fikri dövlətimizin iqtisadi siyasətinin əsasını təşkil edir.
Bizim sözümüzün imzamız
qədər qüvvəsi vardır
Xarici siyasətində ikitərəfli və çoxtərəfli əməkdaşlığı əsas amil
kimi önə
çəkən dövlətimizin son on
ildə qazandığı
uğurların miqyası böyükdür. Ölkəmizlə əməkdaşlıqda
maraqlı olan
dövlətlərin
sayı artır. Azərbaycan dünyada öz prinsipial mövqeyi
ilə seçilir. «Bizim
sözümüzün imzamız qədər qüvvəsi vardır» söyləyən dövlət başçısı İlham Əliyev
bildirir ki, nəzərə alsaq ki, dünyada ölkəmizə qarşı
əks təbliğat kampaniyası aparan ermənilər və erməni diasporu fəaliyyət göstərir, inam
qazanmağın heç də asan
məsələ olmadığını görərik. Azərbaycanın 2011-ci
ildə 155 ölkənin
dəstəyini qazanaraq, BMT
Təhlükəsizlik Şurasına
qeyri-daimi üzv seçilməsi bu inamın təsdiqi, Azərbaycanın bütün sahələrdə qazandığı
uğurların göstəricisidir. Bu
uğur, eyni zamanda, Azərbaycanın ədalətli mövqeyinin təntənəsidir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini dəstəkləyən dövlətlərin
və təşkilatların sayının artması Prezident
İlham Əliyevin qətiyyət və səyinin nəticəsidir. Möhtərəm İlham Əliyev ən yüksək tribunalardan Azərbaycanın dəyişməz mövqeyini bəyan edir. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil. Münaqişə beynəlxalq
hüququn
norma və prinsipləri əsasında
həllini
tapmalıdır. Qəbul olunan sənədlərdə
ölkəmizin
ədalət prinsiplərinə əsaslanan mövqeyi öz əksini tapıb. Hətta
indiyədək seyrçi mövqedə dayanan hərbi-siyasi təşkilat NATO-nun
Lissabon, Çikaqo
sammitlərində Ermənistanın işğalçılıq siyasətini
pisləyən qətnamə qəbul
olunub. Dövlət başçısı İlham Əliyev
bəyan
edir ki, məsələ ilə bağlı diplomatiyamız bundan sonra da hücum diplomatiyası olacaq. Dağlıq Qarabağ probleminin həlli ilə bağlı hüquqi
baza mövcuddur.
Diplomatik mübarizədə qələbə qazanan ölkəmizin münaqişənin həllində hərb
siyasətini
seçərsə, qələbəsi şübhəsizdir. Bu gün tam əminliklə deyə bilərik
ki, Azərbaycanın çox güclü, qüdrətli ordusu var.
Ulu öndər Heydər Əliyev bildirirdi ki, sülh danışıqlarını cəsarətli aparmaq üçün güclü, qüdrətli
ordu gərəkdir. Hər il Silahlı Qüvvələr günündə keçirilən hərbi
parad bir daha
Azərbaycan ordusunun nəyə qadir olduğunu
nümayiş etdirir. Bu
gün ordunun güclənməsi
üçün bütün lazımi
tədbirlər görülür, peşəkarlıq artır. Azərbaycan ordusu ən yüksək standartlara cavab verir. Prezident
İlham Əliyevin mütəmadi
olaraq regionlara səfərləri, sərhəd bölgələrində hərbi
hissələrdə olaraq zabitlərlə, əsgərlərlə görüşməsi, onların qayğıları ilə maraqlanması təbii ki, gənclərdə daha böyük ruh yüksəkliyi
yaradır, işğal altında olan torpaqlarımızın azad olunması
üçün səylərini artırmalarına stimul verir.
Son on ildə hərbi büdcəmiz 20 dəfədən
çox artıb. Dövlət büdcəsində müdafiə
xərclərinin artırılması bu sahəyə diqqətin
bariz nümunəsidir. Ordu müstəqilliyimizin, suverenliyimizin
qarantıdır.
Böyük enerji layihələrinin əsas
iştirakçısı və təşəbbüsçüsü
olan Azərbaycan daha qüdrətli dövlətə
çevrilir. Ermənistan isə öz
işğalçılıq siyasəti nəticəsində
bütün iqtisadi layihələrdən kənarda qalıb,
iqtisadi böhran içərisində çapalayır. Bu
gün Azərbaycanın hərbi büdcəsi Ermənistanın
ümumi büdcəsindən iki dəfə çoxdur.
Son on ildə Azərbaycanda müasir və çox
güclü hərbi sənaye kompleksi yaradılıb. «Biz istəyirik
ki, Azərbaycana lazım olan hərbi texnika və silah-sursat
maksimum dərəcədə ölkəmizdə istehsal
olunsun», deyən dövlət başçısı bunun
üçün yeni texnologiyaların gətirilməsinin,
peşəkar mütəxəssislərin
hazırlanmasının vacibliyini önə çəkir. Bu
işlərin yüksək səviyyədə görülməsi
üçün maliyyə də əsasdır. Bütün
bu amillər bu gün ölkəmizdə mövcuddur. İldən-ilə
artan dövlət büdcəmiz qarşıya qoyulan məqsədlərə
yüksək səviyyədə nail olmağa əsas verir.
Dövlət başçısı İlham Əliyev bildirir:
«Daha da güclü orduya malik olmaq üçün əlbəttə
ki, Azərbaycanda bundan sonra da iqtisadi islahatlar davam etdiriləcəkdir.»
Azərbaycanda
bütün
azadlıqlar
təmin olunub
«Mən bu fikirdəyəm
ki, ölkəmizin davamlı və uzunmüddətli
inkişafı, bütün digər cəhətlərlə
yanaşı, ilk növbədə, demokratiyanın inkişaf
səviyyəsindən və hər bir vətəndaşın
hüquq və azadlıqlarının təmin edilməsindən
asılıdır» söyləyən Prezident İlham
Əliyev ölkədə insan hüquqlarının, söz,
mətbuat, vicdan azadlığının qorunmasına
xüsusi diqqət və qayğı ilə yanaşır.
Ölkəmizdə keçirilən beynəlxalq səviyyəli
tədbirlər demokratik inkişafın əsas göstəricilərindəndir.
Azərbaycanda son on il ərzində dinlərarası, millətlərarası
münasibətlər artıq dünya üçün bir
örnək olub. Keçirilən çoxsaylı konfranslar,
forumlar Azərbaycanı dünyada demokratik ölkə,
tolerantlıq məkanı, dözümlülük və
multikulturalizm mərkəzi kimi təqdim edir. Demokratiya, insan
haqları, hüquqi dövlət quruculuğu ilə
bağlı atılan biri-birindən əhəmiyyətli
addımlar ölkəmizi daha da gücləndirir,
dayanıqlı inkişafa stimul verir.
İmzalanan əfv fərmanları bir daha bu
reallığı ortaya qoyur ki, insan hüquqlarının
qorunması dövlət siyasətinin əsasını təşkil
edir. Bu siyasətə dəstəyini həyata keçirdiyi
biri-birindən əhəmiyyətli tədbirləri ilə təsdiqləyən
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə
amnistiya aktlarının imzalanması da ölkə ictimaiyyəti
tərəfindən yüksək dəyərləndirilir,
insan amilinə verilən yüksək qiymət kimi önə
çəkilir. Fond dünyada Azərbaycan həqiqətlərinin
- mədəniyyətinin, incəsənətinin, tarixinin və
s. məsələlərin təbliğində mühüm
rol oynayır. Fond eyni zamanda Azərbaycan həqiqətlərinin
təbliğatçısı kimi, ən mühüm
problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin əsil mahiyyətinin dünya ictimaiyyətinə
çatırılmasına, bir milyondan artıq
soydaşımızın pozulmuş hüquqlarının təmin
edilməsinə səy göstərir.
Azad
medianın səviyyəsi hər
bir
ölkənin səviyyəsini göstərir
Demokratik cəmiyyətin mövcudluğunu təsdiqləyən
amillərdən biri də ölkədə söz, mətbuat
azadlığını təmin etməkdir. Ulu öndər
Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən
Prezident İlham Əliyevin bu sahədə atdığı
addımların davamlılığı göz
qabağındadır. Bu diqqətin bariz nümunəsi
möhtərəm Prezidentimizin iki dəfə «Jurnalistlərin
dostu» mükafatına layiq görülməsidir. Möhtərəm
Prezidentimiz İlham Əliyev ikinci dəfə «Jurnalistlərin
dostu» mükafatına layiq görülməsini təqdimat mərasimində
belə səciyyələndirdi: «Bu mükafatın verilməsi
böyük məna daşıyır. Çünki ölkə
Prezidentini «Jurnalistlərin dostu» adına sizin tərəfdən
layiq görməyiniz, əlbəttə ki, Azərbaycanda azad mətbuatın
inkişafında görülən işlərə işarə
vurur. Mən bundan sonra da çalışacağam ki, Prezident
kimi Azərbaycanda azad medianın inkişafı
üçün dəstəyimi verim və beləliklə,
ölkəmizin sürətli və uğurlu
inkişafını təmin edim. Çünki müasir
dünyada inkişaf etmiş ölkələrdə azad
medianın səviyyəsi hər bir ölkənin səviyyəsini
göstərir.»
Möhtərəm Prezidentimiz İlham Əliyevin ulu
öndər Heydər Əliyevin ənənələrinə
sadiqlik nümayiş etdirərək, azad mətbuatın inkişafı
istiqamətində atdığı addımlar daim media
ictimaiyyəti tərəfindən rəğbətlə
qarşılanır.
Ardı
var…
Vüqar
Rəhimzadə,
YAP Siyasi
Şurasının üzvü,
«İki sahil»
qəzetinin baş redaktoru,
Əməkdar
jurnalist
Olaylar.-
2013.- 25 dekabr.- S.10.