Diaspor təşkilatları
Həmrəylik
Gününə hazırlaşır
31 dekabr-Dünya Azərbaycanlılarının
birlik şüarının simvolik günüdür. Bu bayram ayrı-ayrı
ölkələrdə yaşayan azərbaycanlılarla
əlaqələr qurmaq, onlar
arasında birlik və həmrəylik yaratmaq işində mühüm
rol oynayır. Dünya
Azərbaycanlılarının Həmrəylik gününün
qeyd edilməsi bütün
dünya azərbaycanlıları tərəfindən
artıq bir zərurətə və mənəvi
ehtiyaca çevrilib.
Azərbaycanlıların
yaşadıqları, fəaliyyət göstərdikləri və
çoxluq təşkil etdikləri Avropa ölkələrində
bu tendensiya özünü yüksək səviyyədə
göstərir. Bu da ondan
irəli gəlir ki, Avropadakı Azərbaycan
diaspor təşkilatları öz qüvvələrini səfərbər
etməkdə ardıcıldırlar və bu
ayrı-ayrı cəmiyyət üzvləri üçün
bir araya gəlmək,
cəmiyyət və qurumlar halında birləşmək
baxımından dünyanın sivil nöqtələrindən biri olan Avropada
mühüm əhəmiyyət kəsb edir. 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik
Günü bayramı dünyanın 100-dən
çox ölkəsində azərbaycanlılar
tərəfindən qeyd olunur.
Həmrəylik günü Azərbaycan diasporu üçün ən
mühüm bayrama çevrilib, Yeni il isə ikinci plana keçib. Həmrəylik
gününü hətta milliyyətcə
azərbaycanlı olmayıb, lakin Azərbaycanda
doğulub böyümüş,
Azərbaycan əsilli diaspor nümayəndələri
də qeyd edirlər. Dünya Azərbaycanlılarının
Həmrəylik Gününün əsası
1989-cu il dekabrın axırlarında
Naxçıvanda sərhədlərin (SSRİ-İran
sərhədləri) dağılması zamanı qoyulub. Şimali və Cənubi
Azərbaycan arasındakı sərhəd dirəkləri
dağıdıldı. Bu vaxt
İstanbulda türk
dilli xalqların Konfransı keçirilirdi. Konfrans da dünya
azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verdi.1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sədri Heydər Əliyev dünya azərbaycanlılarının
birliyini yaratmağın əhəmiyyətini
nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik
Günü elan etdi. Beləliklə, bütün
azərbaycanlılar üçün əziz
olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik
Günü bayram edilir. Azərbaycanlılar bu
gün ilə fəxr edir
və onu qürurla qeyd edirlər.
Bu günlərdə Azərbaycandan kənarda
müxtəlif ölkələrdə fəaliyyət göstərən
fəaliyyət göstərən diaspor təşkilatları
da 31 dekabr-Dünya Azəırbaycanlılarının
Həmrəylik Gününə hazırlaşır. Artıq
bu istiqamətdə xarici
ölkələrdə müxtəlif tədbirlərə start da verilib.
Azərbaycan-Rumıniya
Gənclər və Mədəniyyət Assosiasiyasının
təşəbbüsü və Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin
Rumıniya nümayəndəliyinin dəstəyi ilə
Buxarestdə Dünya Azərbaycanlılarının
Həmrəylik Günü münasibətilə
geniş tədbir keçirilib. Tədbirdə Azərbaycan
Respublikasının Rumıniyadakı səfirliyi, Heydər
Əliyev Fondunun, Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin
Rumıniya nümayəndəliklərinin əməkdaşları,
Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti,
Rumıniya-Azərbaycan İkitərəfli Sənaye və
Ticarət Palatası, Rumıniya-Azərbaycan Mədəniyyət
və Gənclər Assosiasiyasının üzvləri, diasporun təmsilçiləri, Rumıniyada yaşayan, təhsil alan azərbaycanlılar
və Azərbaycansevər rumınlar iştirak
ediblər. Dövlət Neft Şirkətinin
Rumıniya nümayəndəliyinin direktoru
Həmzə Kərimov iştirakçıları salamlayaraq, tədbirin əhəmiyyətindən
danışıb. Həmzə Kərimov bayramın Azərbaycan
xalqının birlik rəmzi olması, bu günün
ayrı-ayrı ölkələrdə yaşayan
azərbaycanlılarla əlaqələr qurmaq,
onlar arasında həmrəylik yaratmaq prosesində mühüm
rol oynamasını vurğulayıb. O bildirib ki, Dünya
Azərbaycanlılarının Həmrəylik gününün
qeyd edilməsi dünya
azərbaycanlıları tərəfindən bir
zərurətə, mənəvi ehtiyaca çevrilib. Həmzə Kərimov Dövlət
Neft Şirkətinin Azərbaycan diasporuna hər zaman dəstək
olacağını qeyd edib.
Azərbaycan Respublikasının
Rumıniyadakı səfir Fərid Abdinbəyov ilk növbədə azərbaycanlıları
həmrəylik günü münasibətilə
təbrik edərək, xarici ölkələrdəki,
eyni zamanda,
Rumıniyadakı azərbaycanlılara, onların problemlərinin
həllinə münasibətdə həmişə dövlət
qayğısının olduğunu bildirib. O, Azərbaycanın gündən-günə
inkişaf etdiyini, düşünülmüş iqtisadi siyasət nəticəsində dünya maliyyə və iqtisadi
böhranının nəticələrinin ölkəmizdə
minimuma endirildiyini diqqətə
çatdırıb. Tədbir iştirakçılarına
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli istiqamətində atılan
addımlar, keçirilən görüşlər barədə
məlumat verilib. Həmçinin, səfir
Fərid Abdinbəyov Azərbaycan dövlətinin taleyüklü məsələsinin həllində
icma nümayəndələrimizi sıx
birliyə və həmrəyliyə çağırıb. Mərasimdə çıxış edən Azərbaycan-Rumıniya
Gənclər və Mədəniyyət Assosiasiyasının
sədri İqbal Hacıyev
Rumıniyadakı Azərbaycan diasporu
adından Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə tədbirin keçirilməsi
üçün verdiyi
dəstəyə görə təşəkkürünü
bildirib. İqbal
Hacıyev Dünya azərbaycanlılarının
həmrəyliyi və birliyi üçün ümummilli
lider Heydər Əliyevin böyük
səylər göstərdiyini vurğulayıb. Sədr qeyd edib
ki, hələ 1991-ci ildə
Naxçıvanda ulu öndərin təşəbbüsü
ilə 31 dekabr Dünya
Azərbaycanlılarının Həmrəyliyi günü elan edilib, daha sonra
1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fərmanı ilə
31 dekabr tarixi rəsmi
olaraq Dövlət bayramı kimi tarixiləşdirilib. Bununla da
bütün azərbaycanlılar üçün əziz olan
31 Dekabr - Dünya Azərbaycanlılarının
Həmrəylik Günü hər il bayram edilir.
Çıxışlardan sonra tədbir
Azərbaycan və rumın musiqisindən ibarət konsert proqramı və ziyafətlə davam edib.
Dnepropetrovskdakı Mədəniyyət
sarayında Dünya Azərbaycanlılarının
Həmrəyliyi Gününə həsr edilmiş
festival keçirilib.
“Azərbaycan! Vətənim, doğma yurdum!” devizi altında
keçirilən II Ümumukrayna
Festivalında yaradıcı kollektivlər iştirak
edib. Tədbir Azərbaycan
Respublikasının Ukraynadakı Səfirliyi,“Ukrayna Azərbaycanlılarının
Birləşmiş Diasporu” Ümumukrayna İctimai Təşkilatı,
Müslüm Maqomayev
adına Azərbaycan Mədəniyyət Mərkəzi və
“Dnepropetrovsk vilayəti Azərbaycanlılar
Liqası” ictimai təşkilatı ilə
birgə Ukraynanın Mədəniyyət Nazirliyinin
və Dnepropetrovsk Regional
Administrasiyasının dəstəyilə həyata keçirilib. Tədbirdə iştirak edən Azərbaycan
Respublikasının Ukraynadakı fövqəladə və səlahiyyətli
səfiri Eynulla Mədətli qonaqlara bildirib ki, bu əlamətdar günü hər il
dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyona
yaxın azərbaycanlı qeyd edir: “1991-ci ildə Ümummilli
liderin təşəbbüsü
ilə təsis edilmiş Dünya
Azərbaycanlılarının Həmrəylik Günü
hər bir azərbaycanlı da xeyirxah hissləri, doğma vətənə olana
sədaqət və bağlılığı gücləndirir,
onun tarixinə və mədəniyyətinə
olan sevigisini
artırır və gələcək nəslə bizi birləşdirən mənəvi-əxlaqi
dəyərləri ötürülməsinə xidmət edir” deyə səfir qeyd edib. “Ukrayna
Azərbaycanlılarının Birləşmiş Diasporu” Ümumukrayna İctimai Təşkilatının sədri
Hikmət Cavadov isə öz
çıxışında vurğulayıb ki,
31 dekabr tarixi
dünyanın hansı hissəsində yaşamasından
asılı olmayaraq Azərbaycanı öz ölkəsi hesab edən
hər kəsi birliyə sövq edir. Dnepropetrovsk Regional Şurasının sədri Evqeniy Udod tədbir
iştirakçılarını qarşıdan gələn bayramlar münasibətilə təbrik edərək
Azərbaycana sonuncu səfərindən olan təəssüratlarını bölüşüb. “Dnepropetrovsk
vilayəti Azərbaycanlılar Liqası” ictimai
təşkilatının sədri Sərxoş
İsmayılov isə çıxışında həyata
keçirdikləri layihələr haqqında məlumat verib. Daha sonra
diasporumuzun nümayəndələri il ərzində aktiv fəaliyyətlərinə
görə təltif edilib. Tədbir
çərçivəsində Ukrayna Azərbaycanlılar
Diasporunun və Dnepropetrovsk
vilayəti Milli-Mədəni Cəmiyyətlər
Şurasının peşəkar və həvəskar
kollektivlərinin iştirakı ilə bayram
konserti olub. Sonda tədbir iştirakçıları Azərbaycan
və Ukrayna ənənələrinin rəmzi
birləşməsini nümayiş edən
xalq yaradıcılığı sərgisinin
ekspozisiyası ilə tanış olublar.
Qırğızıstanda
fəaliyyət göstərən Türkdilli
Dövlətlərin Siyasətinə Dəstək Fondu da 31 dekabr-Dünya
Azərbaycanlılarının Həmrəylik Günü
ilə bağlı tədbir keçirməyi nəzərdə
tutub. Bu məqsədlə
dekabrın 30-da paytaxt Bişkekdəki Aytmatov adına kitab evində
Dünya Azərbaycanlılarının Həmrəylik
Günü qeyd olunacaq. Həmrəylik Günü tədbiri ərəfəsində Türkdilli Dövlətlərin Siyasətinə
Dəstək Fondunun təşəbbüsü
ilə çap edilən “Azərbaycan-Qırğızıstan
münasibətlərinin inkişafında Heydər Əliyevin
rolu” kitabının təqdimat mərasimi
keçiriləcək. Bayram tədbiri
və təqdimat mərasimində Azərbaycandan bu ölkəyə səfər edəcək
nümayəndə heyəti də iştirak
edəcək.
Birləşmiş
Ərəb Əmirliklərində fəaliyyət göstərən
“Azərbaycan” Cəmiyyəti də Dünya
Azərbaycanlılarının Həmrəylik Gününü
qeyd edəcək. Bu məqsədlə
Dubay Əmirliyinin rəsmiləri də bayram tədbirinə dəvət olunacaqlar. Bayram tədbirində
Azərbaycanın keçdiyi inkişaf yolu və həmrəylik
istiqamətində atılan addımlardan
danışılacaq. Bundan başqa Dubayın KİV-lərində Azərbaycanla
bağlı silsilə məqalələr dərc ediləcək.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.-
2013.- 26 dekabr.- S.15.