Gənc
Tamaşaçılar Teatrında
Kiçik Səhnənin açılışı
olub
Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrında kiçik
səhnənin açılışı olub.
Bununla əlaqədar olaraq
Bekketin “Sözsüz”
tamaşası aktyor Şövqi
Hüseynovun təqdimatında ilk dəfə olaraq nümayiş edilib.
Monotamaşanın sujet xəttinə
görə, səhralıqda yaşayan, ibtidai insan təfəkkürlü
qəhrəman həyat uğrunda mübarizə aparır. Öncə uşaqtək
atılıb-düşən qəhrəmana Allahdan
müxtəlif işarətlər göndərilir. Allah ona su
göndərir, amma bunu
çox sadə bir yolla ona vermək istəmir.
Bacardığı qədər qəhrəmanı
sınağa çəkir. Ondan nisbətən
yüksəklikdə olan su
ilə dolu qaba əli
çatmaq üçün
Allah tərəfindən ona
göndərilən müxtəlif dördkünc
fiqurların üzərinə çıxır. Əli
çatdıqca qab bir
az da yuxarı
qalxır. Daha sonra kəndir
göndərilir. İbtidai şüurlu qəhrəman həmin kəndirlə
yuxarıya qalxdıqca yenidən həmin proseslər təkrarlanır.
Su bir az
da yuxarı qalxır. Amma
nədənsə qəhrəman belə qərara gəlir ki, kəndiri kəssin. Kəsir, kəndirin bir ucunu düyünləyib
başına salır. Amma intihar
etmir. Allah, belə desək
həyat onu dəfələrlə
yıxır, şillələyir. Dözümlü
olmağa vadar edir. Həyatda hər şeyi
əldə etmək üçün
mübarizə aparmağın gərəkli olduğunu
çatdıran tamaşada hər
mübarizənin də müsbət sonluqla
bitmədiyini göstərir. Oşonun əsərlərində
yazıldığı kimi desək hər
an axtarışda olduğumuz
üçün xoşbəxtlik qapımızı
döyəndə evdə olmuruq.
Tamaşanın sonu da
belə yekunlaşdı. Sonda yorularaq haldan düşən
qəhrəman yuxuya gedir.
Elə bu zaman uğrunda mübarizə apardığı su ilə dolu qab yerə enir. Hər zaman göyə əl açan,
ümidi tək Allaha
bağlı olan qəhrəman
yatmış vəziyyətdə olduğu
üçün susuz
qalır.
Kiçik səhnədə nümayiş
edilən tamaşa izləyicilər tərəfindən
də böyük rəğbətlə
qarşılandı. Tamaşanın sonunda
tər-qan içində olan aktyorumuza yaxınlaşdıq. Çox
uğurlu alınan premyera
ilə əlaqədar aktyor fikirlərini
“OLAYLAR”la bölüşdü: “Kiçik Səhnənin
açılışı bütün aktyorlar üçün böyük hədiyyədi. Səhnənin
açılışında ilk dəfə
mən rol aldığım üçün özümü
xoşbəxt hiss edirəm. Bu mənim üçün böyük
məsuliyyət, həm də şərəfdi ki, ilk işi
mənə həvalə ediblər”. 18 il kamera teatrının aktoru
olduğunu deyən Ş.Hüseynov
bu səbəbdən
tamaşaçıya yaxın olmağın çətin
olmadığını söyləyir: “Mənim üçün yox. Çünki 18 il kamera teatrının aktyoru
olmuşam. Yardıcılığım
belə səhnədən başlayıb. İlk
dəfə olmadığı üçün
mənə görə çətin deyil”.
Tamaşanın bu qədər maraq oyadacağını gözlədiyini deyən
aktyorumuz kiçik səhnənin
aktyor üçün
faydalı tərəflərindən söz
açıb. Aktyor yanvarda
olacaq yeniliklər haqda
məlumat verərək gələn ildən etibarən
mütəmadi olaraq kiçik
səhnədə tamaşaların nümayiş
etdiriləcəyini söyləyir. O, deyir
ki, istənilən aktyor,
o cümlədən gənc aktyorlar gərək ki, fəaliyyətlərinə
belə səhnələrdən başlasın: “Yanvarın
ortalarından etibarən mütəmadi olaraq
kiçik səhnədə tamaşalar olacaq. Yanvarda nümayişi olacaq altı tamaşadan dördü mono tipli olacaq. Mono
tamaşa oynamaq çox çətindi. Amma bir aktyor kimi mən bu cür tamaşalarda
mənəvi rahatlıq tapıram. Əsas çətinliyi
tamaşaçı ilə sənin bir
yerdə nəfəs almağındı. Mono
tamaşada ya oynaya bilirsən, ya da ki əksinə. Böyük səhnədən fərqli olaraq kiçik səhnədə
nəyisə gizlətmək mümkün
deyil. Kiçik səhnədən
keçmək hər bir aktyor
üçün böyük
məktəbdi. Məncə gənc aktyorlar
kiçik səhnədə püxtələşərək
böyük səhnəyə can atmalıdırlar”. Böyüz
səhnədə Şekspirin “lll Riçard” əsəri
əsasında hazırlanan tamaşasının məşqlərinin
getdiyini deyən Ş.Hüseynov
film və serial sahəsindəki
fəaliyyətindən də söz
açıb: “Son olaraq
Eldar Quliyevin “Dərvişin
qeydləri” filmində çəkilmişəm. Bu il də yəqin ki yeni filmlər çəkiləcək.
Eldar Qüuliyev yeni film çəkəcək,
ola bilər ki, filmdə
rol alım”. “Sonuncu Fəsil”
serialında çəkilişlərimiz davam
edir”.
Nigar Məhərrəm
Olaylar.-
2013.- 26 dekabr.- S.11.