Muğam pul gətirən sənət deyil

 

Mənsum İbrahimov: “Boş vaxtımı ailəmlə birgə keçirməyi sevirəm”

 

Müsahibimiz Xalq artisti, “Şöhrət” ordenli xanəndə, Azərbaycan Dövlət OperaBalet Teatrının solisti Mənsum İbrahimovdur. Mənsum İbrahimovla muğamımızın bügünki durumu, gələcək inkişafı və sənətkarın yaradıcılığı haqda danışdıq.

 

-Xalq artisti Mənsum İbrahimov bu pilləyə necə yüksələ bilib?

-Bu pilləyə qalxmağımda Allah-təalanın mənə verdiyi səs, daha sonra ailəm və müəllimlərimin böyük rolu olub. Mən həyatda nə istədiyimi bilirəm. Uşaqlıqdan kim olacağım, hansı peşə ilə məşğul olacağım haqda düşünmüşəm. Buna görə də məqsədimə çatmışam.

-Bir zamanlar siz də kimdənsə dərs almısınız. Hazırda həm sevilən xanəndə, həm də gözəl müəllimsiniz. Bu peşə necə, çətin deyil ki?

-Müəllimlik çox çətin, şərəfli, həm də məsuliyyətli işdir. Bizim sənətimiz ustaddan şagirdə keçən sənət olduğundan müəllimlərimizin xidmətini danmaq olmaz. Mənim ustadım mərhum Vahid Abdullayev olub. Opera Teatrına gəlməyimdə böyük sənətkarımız Şövkət Ələkbərovanın böyük rolu olub. Mən çox sevinirəm ki, 2009-cu ildə Beynəlxalq Muğam Müsabiqəsinin qalibi tələbəm Təyyar Bayramov olub. Bu müsabiqədə qalib olmaq, idmanda Olimpiya çempionu olmaqdır. Təyyar artıq OperaBalet Teatrının  solisti, Əməkdar artist, həm də Milli Konservatoriyada müəllimdir. Üç şagirdimprezident təqaüdçüsüdür. Bu mənim üçün böyük fəxrdir. Mən də ustadlarımızın yolunu davam etdirərək bu ənənəni yetişən gənclərə öyrədirəm.

-Ən istedadlı tələbəniz hansı olub?

-Ən istedadlı tələbəm Təyyar Bayramov olub. Bundan başqa Aytən Məhərrəmova, Elməddin İbrahimov, Arzu Əliyeva və digərlərinin də adını qeyd etmək olar.

-Azərbaycan muğamının bugünki durumunu necə qiymətləndirirsiniz?

-İntibah dövrünü yaşayan muğamımızın bugünki durumu ürəkaçandır. Bir çox dünya ölkələri atıq Azərbaycan muğamını tanıyır. Sənətin yüksək səviyyədə təbliğində dövlətin də rolu danılmazdır. Heydər Əliyev Fonduonun rəhbəri Mehriban Əliyevanın bu sahədə böyük rolu olub. 2005-ci ildən etibarən keçirilən muğam müsabiqələri, beynəlxalq muğam festivalları sayəsində bir çox istedadlı gəncləri üzə çıxardıq. Hazırda həmin müsabiqələrin iştirakçıları OperaBalet Teatrının, Azərbaycan Dövlət Televiziyasının solistləridir.

-Öncəki illərdən fərqli olaraq Azərbaycan muğamı bir çox xarici ölkələrdə də sevilərək dinlənilir. Muğamın xarici ölkələrdə tanıtımı üçün hansı addımı daha uğurlu hesab etmək olar?

-Beynəlxalq Muğam Müsabiqəsinin keçirilməsi bu istiqamətdə atılan ən uğurlu addım hesab olunur. 2009, 2011-ci illərdə keçirilən Beynəlxalq Muğam Müsabiqəsi gələn aydan etibarən yenidən təşkil olunacaq. Azərbaycan bu dəfə də müsabiqəyə ev sahibliyi edəcək. Dünyanın müxtəlif ölkələrinin xanəndələri, musiqi-şünasları və jurnalistləri Bakıda qonaq olacaqlar. Müsabiqə ərəfəsində müxtəlif elmi simpoziumlar, elmi konfranslar, konsertlər, muğam operaları təşkil olunacaq. Martın 15-də təkan veriləcək müsabiqə üç gün davam edəcək.

-Hər bir sahədə olduğu kimi yəqin ki, bu sahədə də müəyyən problemlər var. Bu haqda nə deyə bilərsiniz?

Hazırda bu sahədə heç bir problem yoxdur. Bu işləri davamlı olaraq görsək heç bir problem olmayacaq.

-Oynadığınız ilk Məcnun obrazının lent yazısını niyə gizlədirsiniz?

-Sənətə gələndə, hansısa rolu ifa edəndə ilk olaraq sənə tapşırılanları əzbərləməyə çalışırsan. Heç kəs ilk oynadığı rolun daha yaxşı olduğunu deyə bilməz. İllər keçdikcə həmin obrazı mənimsəməyə, onu yaşamağa çalışırsan. Öncə oynadığımMəcnun”la bu gün oynadığımMəcnunarasında yerlə göy qədər fərq var. Mən bu yaşda həmin obrazı 20 il öncəkindən yaxşı oynayıram.

-Bu vaxtacan Məcnun obrazını canlandıraraq müxtəlif Leylilərə tərəf müqabili olmusunuz. Bunlar arasında ən çox bəyəndiyiniz Leyli kim olub?

-Artıq 20 ildir ki, bu obrazı canlandırıram. Bu vaxtadək yeddiLeyli” tərəf müqabilim olub. Hamısı da tanınmış və sevilən xanəndələrdir. Hansını daha çox bəyəndim demək düzgün olmaz. Çünki hər birinin özünəməxsus dəsti-xətti var. Yüz iyirmi dəfə canlandırdığım bu obrazda daha çox Nəzakət Teymurova mənim tərəf müqabilim olub. Son vaxtlar isə Aygün Bayramova ilə bu rolu ifa edirəm.

- zamanMəcnun”luqdan əl çəkməyi düşünürsünüz?

-Opera tamamilə başqa sahədir. Kino deyil ki, deyəsən bu yaşda həmin rolu oynamaq olmaz. Gündə opera müğənnisi yetişdirmək olmur. Mən tamaşaçının istəyini nəzərə alıram. İki ay Məcnunu oynamayanda hər kəs teatra zəng edib bunun səbəbini öyrənir. qədər ki, formadayam, tamaşaçının istəyi var, mən bu rolu oynayacam. Sovet dövrü deyil ki, auditoriyaya nəyisə məcburi qəbul etdirəsən. Bizim tamaşalara heç bilet tapılmır.

-Sənətdə yeddi Leylisi olan səhnəmizin Məcnununun həyatda neçə Leylisi olub?

-Sənətdə yeddi Leylim olsa da həyatda bir Leylim var, o da mənim övladlarımın anası olan həyat yoldaşımdır. Mən hər kəsə belə sağlam, xoşbəxt ailə arzulayıram. Ailə sağlam olmasa sənətkar da inkişaf edə bilməz. Ailəmdən çox razıyam. Onlar hər zaman mənə dəstəkdirlər.

-Azərbaycan muğamı bir çox xalqlar tərəfindən sevilərək qəbul edilir. Bəs, ermənilər necə, sizin xaricdə təşkil olunan konsertlərinizə qatılıblarmı?

-Onlar hər zaman bizim musiqimizi dinləyiblər. Müxtəlif konsertlərimdə auditoriyada ermənilərin əyləşdiyindən xəbərdar olmuşam.

-Ümumiyyətlə xanəndəlikdə gəlir varmı?

-Yox. Burda əsas qazanc mənəvi qazancdır. Muğam pul  gətirən sənət deyil. Muğam bizim əxlaqımız, mənəviyyatımızdır. Bu sahə fədakarlığı sevir. Hətta başqa sahələrdən əldə edilən gəlirləri muğama yatırmaq lazımdır.

-Boş vaxtlarınızı necə keçirirsiniz?

-Demək olar ki, boş vaxtım olmur. İş vaxtımız sabit olmadığından, müxtəlif səfərlərdə, konsertlərdə olduğumdan gecə üçdə evə gəldiyim vaxtlar olub. Boş vaxtımı ailəmlə birgə keçirməyi sevirəm.

-Bəs, kitab oxumaqla aranız necədir?

-Çox yaxşıdır. Hazırda vaxtım olmadığından o qədər kitab oxuya bilmirəm. Mütaliəni çox sevirəm. Çünki bədii qiraət insanların ünsiyyətinə, fikrini daha aydın izah etməsinə kömək edir. Evdəki kitabxanamda təxminən minə yaxın kitab var.

-Bu cür səsiniz olmasaydı, hansı peşəni seçərdiniz?

- Həkim olardım. Xüsusilə cərrah olmağı düşünərdim. Həkimlə xanəndə arasında çox oxşarlıq var. Biri cismi, digəri isə ruhu müalicə edir. Övladlarımdan birinin həkim olmağını çox istəmişəm. Hazırda bir qızım Tibb Universitetinin tələbəsidir.

-Muğamın gələcək inkişafını necə görürsünüz?

-Muğamın gələcəyini çox nikbin görürəm. Lakin bu gün Qarabağsız muğamımız da yetim qalıb. Qarabağ hər zaman muğamımız üçün əsas baza olub. Ən böyük dərdimiz Qarabağdır. Bu problemi həll edə bilsək dünyanın ən xoşbəxt xalqlarından biri olacağıq.

 

 

Nigar Məhərrəm

 

Olaylar.- 2013.- 28 fevral.- S.10.