Mirzəbala Məmmədzadə
Azərbaycan diasporunun görkəmli şəxsiyyətləri
sırasında
Azərbaycan
diaspor tarixində müstəsna xidmətləri
olan tanınmış şəxsiyyətlərdən
biri də Mirzəbala Məmmədzadədir.
Mirzəbala Məmmədzadə 1898-ci ildə Bakı kəndlərinin
birində kasıb balıqçı ailəsində anadan olmuşdur. Hələ
uşaq ikən onun
atası vəfat etmiş, onu
və iki qardaşını anası böyütmüşdür. Atasının vəfatından
bir neçə il sonra onlar Bakı şəhərinə
köçmüşlər. İbtidai və
orta məktəbi bitirdikdən sonra Bakıda sənaye məktəbinə qəbul
olunmuşdur. Mirzəbala Məmmədzadə
sənaye məktəbində oxuduğu zaman qeyri-leqal “Məhəmədiyyə” komitəsinə
daxil olmuşdur. Rus
çarizminə nifrət və düşmən münasibət
bəsləyən və bu ruhda böyüyən Mirzəbala Məmmədzadə
gənclərin toplanışlarına
başçılıq etmiş, alovlu nitqlər söyləmiş, özünü gələcək inqilabi hadisələrə
hazırlamışdır. 1915-ci ildə Məmməd Əmin
Rəsulzadənin nəşr etdirdiyi
“Açıq söz” qəzetinə
ara-sıra məqalələr yazan Mirzəbala
Məmmədzadə, sonradan həmin qəzetin
işində fəal iştirak etmişdir. Eyni zamanda, həftəlik “Bəsirət”
jurnalının baş redaktoru
olmuşdur. 1917-ci il fevral inqilabından sonra
Mirzəbala Məmmədzadə Bakıda, Azərbaycan gəncliyinin
liderləri sırasında olmuşdur. O,
“İttifaqı Mütəllim”in və “Gənclər sədası”
jurnalının fəal yazarlarından biri
olmuşdur. Demokratik
Azərbaycan Respublikası qurulduqdan sonra Mirzə balaMəmmədazdə hökumətin
rəsmi orqanı olan “Azərbaycan” qəzetinin
müxbiri və uzun
müddət baş redaktoru
olmuşdur. Bakıda yaradılmış
mədəni-siyasi cəmiyyətlərdə
çalışmaqla yanaşı, Müsavat
Partiyasına daxil olmuş
və bu partiyanın nüfuzlu,
tanınmış üzvlərindən birinə çevirilmişdir. Azərbaycan Milli Hökuməti süqut
etdikdən sonra Mirzəbala Məmmədzadə
məsləkdaşları ilə birlikdə həbs edilmiş, sonradan təsadüf
nəticəsində həbsdən azad olunmuş və yoldaşlarının köməkliyi
ilə qeyri-leqal fəaliyyət göstərən
Müsavat partiyasına
başçılıq etmişdir. Qeyri-leqal Müsavat
Partiyasının Azərbaycanın bütün
vilayət və rayonlarında gizli fəaliyyət
göstərməsini başa düşən
kommunistlər şübhələnməyə
başlamışlar. Uzun təqiblərdən
sonra 1923-cü ilin
axırlarında qeyri-leqal Müsavat
Partiyasının “İstiqlal” qəzeti nəşr
olunduğu mətbəənin bütün işçiləri həbs olunmuşdur. Bu hadisədən
sonra Azərbaycan ziyalıları
arasında geniş miqyasda
həbs
başlamışdır. Mirzəbala Məmmədzadə
İrana sığınmaq məcburiyyətində
qalmışdır. Bir müddət İran şəhəri olan
Ənzəlidə yaşamış, lakin
burada da təqib olunduğunu hiss edən
Mirzəbala Məmmədzadə Tehrana, oradan da Təbrizə köçmüşdür. Həmin illərdə
Məmməd Əmin Rəsulzadənin İstanbulda
nəşr etdirdiyi “Yeni
Qafqaz” jurnalına məqalələr
yazmış və evlərdə müəllimlik etmişdir. Texnikum məzunu
olduğu üçün
Cənubi Azərbaycanın Sulduz
mahalında şosse yolunun
inşasında elmi-texniki nəzarət məsləhətçisi
vəzifəsində çalışmışdır.
1927-ci
ildə İstanbula gələn Mirzəbala
Məmmədzadə bütün ömrünü Azərbaycanın
azadlığı uğrunda mübarizəyə
həsr etmişdir. “Yeni
Qafqaz”, “Azəri Türk”,
“Odlu yurd”, “Bildiriş”, “İstiqlal”,
“Qurt” mətbu orqanlarında, “Müsavat” adlı bülletenində, “Azərbaycan” jurnalında bir sıra məqalələr çap
etdirmişdir. Mirzəbala Məmmədzadənin
siyasi məqalə və kitablarından başqa “İslam
ensiklopediyası”nda çap olunmuş elmi
yazıları, “Azərbaycan misakimillisi”
(1927), “Milli Azərbaycan hərəkatı–
Müsavat Partiyasının tarixi” (Berlin,1938) adlı elmi-siyasi
əsərləri də vardır. Müsavat
Partiyasının üzvü olduğu üçün
o öz
yazılarında partiyanın fikirlərini təbliğ etmişdir. O, 1932-ci ildə
Polşanın paytaxtı Varşavaya gəldikdən
sonra da mübarizəsindən
əl çəkməmişdir. 1939-cu ildə Polşa Almaniya ilə Sovet İttifaqı arasında gizli
bölündüyü zaman
Mirzəbala Məmmədzadə yenidən İstanbula
dönərək “Milliyət” və “Cümhuriyyət” qəzetlərində
Rusiyada əsir olan türklər haqqında məqalələr
yazmağa başlamışdır. 1955-ci
ildə Mirzəbala Məmmədzadə Münhendə
yaradılan Sovet İttifaqını
öyrənən instituta dəvət edilərək
institutun Elmi
Şurasının rəhbəri seçilmiş
və institutda nəşr olunan
jurnalın baş redaktoru
olmuşdur. Mirzəbala Məmmədzadə
1959-cu ildə İstanbulda ürək xəstəliyindən
vəfat etmişdir.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə
dəstəyilə çap edilmişdir
Olaylar.- 2013.- 12 iyul.- S.15