Samira Patzer-İsmaılovanın diaspora sahəsində xidmətləri
Azərbaycamn diasporunun Avropa məkanında,
xüsusilə Almaniyada
formalaşdırılıb inkişaf
etdirilməsində Samira
Patzer-İsmailovanın da müstəsna
xidmətləri var.
Hazırda
Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin
sədri olan Samir Patzer-İsmayılova 1963-cu il fevralın 26-
da Bakı şəhərində anadan olub. 1970-ci ildə
Bakı şəhərində Bulbul adına orta ixtisas musiqi məktəbinə
qəbul olub, 1981-ci ildə həmin məktəbi qızıl
medalla bitirib. 1981-ci ildə Uzeyir Hacıbəyov adına Azərbaycan
Dovlət Konservatoriyasına daxil olub, 1986-cı ildə isə
konservatoriyanı fərqlənmə diplomu ilə bitirib. O,
1986-1990-cı illərdə Bakı Mədəniyyət
Texnikumunda fortepiano ixtisası uzrə muəllim işləyib.
1989-1991-ci illərdə Muslum Maqomayev adına Azərbaycan Dovlət
Filarmoniyasında musiqi redaktoru kimi çalışıb, Azərbaycan
Dovlət Televiziyasında klassik musiqi proqramlarının muəllifi
və aparıcısı olub. 1990-1995-ci illərdə Uzeyir
Hacıbəyov adına Azərbaycan Dovlət Konservatoriyasında
muəllim vəzifəsində işləyib və mədəni-
ictimai fəaliyyət gostərib. 1995-ci ildə Almaniyanın
Koln Universitetində musiqişunaslıq kursu keçib.
1998-2007-ci illərdə Köln şəhərində Koln
Musiqi məktəbində fortepiano və musiqi uzrə muəllim
işləyib və pedaqoji fəaliyyətindəki peşəkarlığa
gorə Avropa Fortepiano Muəllimləri Cəmiyyətinin uzvu
seçilib. 2008-ci ildən Almaniyadakı Azərbaycanlıların
Koordinasiya Mərkəzinin icraçı direktorudur. 2009-cu ildə
Avropa Azərbaycan Konqresinin vitse-prezidenti seçilib. Həmin
ildən bu gunə qədər “Xocalıya Ədalət”
kampaniyasının Almaniya uzrə koordinatorudur. 2011-ci ildə
Almaniyadakı Turk-Azərbaycan Birliyinin sədr muavini
seçilib. 2012-ci ildə Avropa Azərbaycan Konqresinin
vitse-prezidenti, Avropa Azərbaycan Konqresinin prezidenti seçilib.
Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin
rəhbəridir. 2011-ci il iyulun 4-də Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan
diasporunun inkişafı sahəsindəki xidmətlərinə
gorə “Tərəqqi” medalı ilə təltif olunub.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.-
2013.- 8-10 iyun.- S.15.