Azərbaycan diasporunun görkəmli nümayəndələrindən Səid Əlizadə

 

Azərbaycan diasporunda tarixi şəxsiyyətlər sırasında adı keçən insanlardan biri də Səid Rizo Əlizadədir. O, 1887-ci il, aprelin 15-dədə Azərbaycanda toxucu ailəsində anadan olub.

Onun anası Xədicə bəyim çox ağıllı ziyalı qadın kimi tanınıb. O, uşaqlarına təhsil vermək arzusu ilə yaşamış, lakin Səidin iki yaşı olanda Xədicə xanım gözlənilmədən vəfat etmişdir. Bundan sonra Səidin atası uşaqlarını da götürüb Səmərqəndə köçmüş tezliklə mahir xalça ustası kimi ad-san qazanmışdır. Atası Səidin istedadını görüb onu mədrəsəyə göndərmişdir. Səid Rizonun oxuduğu məktəbdə dini fənlərlə yanaşı, dünyəvi elmlər tədris edilirdi. Qısa müddət ərzində o, ərəb fars dillərini mükəmməl öyrənə bilmişdir. Səid Əlizadə Səmərqənddə açılan yeni tipli məktəbdə oxumuşdur. Onun bu məktəbə cəlb olunmasında Səmərqənddə hörmət sahibi olan Şeyx Əbülqasımın xidmətləri böyükdür. Xatırladaq ki, ərəb dilinin tərcüməsində Səid Rizo öz müəlliminə kömək etmiş, o, aşağı sinif şagirdlərinə ərəb dilindən dərs keçmişdir. Bir neçə ildən sonra Səid RizoSəmərqəndqəzetinin mətbəəsində yığıcı şagirdi işləmişdir. Bu qəzetin redaksiyasındaAyna” (Misir), “Tərcüman” (Krım), “Molla Nəsrəddin” (Azərbaycan) kimi o dövrün nüfuzlu qəzet jurnalları ilə yaxından tanış olur onlardan müntəzəm bəhrələnirdi. Səid Əlizadənin dünyagörüşünün formalaşmasına 1905-1907-ci illərdəSəmərqəndqəzetinin redaktoru M.V.Morozovun böyük təsiri olmuşdur. Birinci rus inqilabı 18 yaşlı gəncin şüurunda dərin iz buraxmışdır. O, artıq Səmərqənddə yeni tipli məktəblərin sayının çoxaldılmasının təşəbbüsçüsü kimi çıxış etməyə başlamışdır. Elə bu vaxtlarda da (1904-1906-cı illər) bir neçə dərslik dərs vəsaiti çap etdirməyə müvəffəq olmuşdur. Türkmənistan vilayətində xalq təhsilinin reformator təbliğatçısı kimi çıxış edən Səid Rizo Azərbaycan, Krım, Buxara, Daşkənd, Səmərqənddə nəşr olunan qəzet jurnallarda maarifçiliklə bağlı çoxlu məqalələr dərc etdirmişdir. Səid Rizonun publisistik, yazıçılıq təşkilatçılıq bacarığıİnqilabın şəfəqlərijurnalına redaktorluq etdiyi vaxtda özünü daha bariz şəkildə büruzə vermişdir. O, siyasi satirik yazılarında 15 təxəllüs gizli imzadan istifadə etmişdir. On iki dil bilən Səid Rizo özbək tacik dillərində yazılmış ilk əlifbanın müəllifidir. O, bu dillərdə ilk qrammatika oxu kitablarının müəllifı kimi tarixə düşmüşdür.Tacik özbək dillərindəƏlifba”, “Tacik dilinin morfologiyası sintaksisi sair kimi qiymətli dərsliklər çap etdirən Səid Rizo rus xarici dillərdən bir sıra dərsliklər dərs vəsaitləri tərcümə etmişdir. Səid Rizo 1924-cü ildəZarafşannəşriyyatının rəhbəri təyin edilmiş, eyni zamanda o, Özbəkistan Kommunist Partiyası Mərkəzi Komitəsində nəşriyyat məsələləri üzrə səlahiyyətli nümayəndəsi olmuşdur. Səid Rizonun həyatının ən parlaq səhifələrindən birini Səmərqənd şəhərində Özbəkistan Dövlət Universitetində müəllimlik fəaliyyəti təşkil edir. Yazdığı məqalə monoqrafiyaların əksəriyyətində ingilis imperialistlərinin işğalçılıq siyasətini kəskin şəkildə tənqid atəşinə tutan Səid Rizo 1937-ci ildə ingilislərə satqınlıqda günahlandırılaraq həbs olunmuşdur. Bir neçə il həbsxanada qalan Səid Rizo 1945-ci il, dekabrın 24-də uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. Vəfatından sonra onun günahsız olduğu təsdiqlənərək bəraət verilmişdir. Böyük maarifçi pedaqoq, yazıçı publisist Səid Rizo Əlizadənin Azərbaycan, özbək, rus dünya pedaqoqlarının qarşılıqlı əlaqələri, müəllimlik metodları, təhsilin məzmunu, tərbiyənin məqsədi mahiyyəti, prinsip metodları haqqında əsərləri indi aktuallığını itirməmişdir.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

 Olaylar.- 2013.- 14 iyun.- S.15.