Bu həftə “Muğam aləmi” beynəlxalq musiqi festivalına start veriləcək

 

Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən Bakıda  9-19 mart tarixində "Muğam aləmi" adlı III Beynəlxalq Muğam Festivalı keçiriləcək.

 

 Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, festival çərçivəsində həm Bakıda, həm də ölkəmizin bir çox bölgələrində Azərbaycanın və xarici musiqiçilərin iştirakı ilə konsertlərin keçirilməsi, beynəlxalq muğam müsabiqəsinin (15-18 mart), beynəlxalq elmi simpoziumun (12-15 mart) və ustad dərslərinin təşkili nəzərdə tutulub.

Festivalda iştirak etmək üçün Türkiyə, İran, İraq, Özbəkistan, Tacikistan, Qazaxıstan, ABŞ, Fransa, Kanada, İngiltərə, Liviya, Braziliya, İspaniya, İtaliya, Almaniya, İordaniya, Yaponiya, Türkmənistan, Rusiya, Çin, Hindistan, Tunis, Misirdən dünya şöhrətli musiqiçilər və qruplar çıxış edəcəklər. Eyni zamanda, festival çərçivəsində bir sıra tədbirlər keçiriləcək. (“OLAYLAR”İA)

 

 

Olaylar.- 2013.- 6 mart.- S.11.