Azərbaycan
mədəniyyətinin Amerikadakı təbliğatçıları
Birləşmiş
Ştatlarda uğurlu fəaliyyət göstərən diaspor
təşkilatlarından biri də Azərbaycan Mədəniyyət
Ocağıdır. 1992-ci ildə ermənilərin ən
sıx məskunlaşdığı ştatlardan birində,
Şimali Kaliforniyada təsis edilmiş Azərbaycan Mədəniyyət
Ocağı bütün Amerika cəmiyyətinə vətənimizin
məruz qaldığı erməni qanicən xisləti,
xalqımızın humanizmi ilə bağlı həqiqətləri
çatdırır. Erməni diasporunun gerçəkliyi təhrif
edən hiyləgər təcrübəsi həqiqətlərin
yayılmasına mane olmağa çalışsa da, azərbaycanlıların
vətənlə, milli dövlətlə, Türk diaspor
qurumları ilə sıx əməkdaşlıq şəraitində
fəaliyyət göstərməsi qarşıya qoyulan məqsədləri
təmin edir.
Azərbaycan-Amerika
Mədəniyyət Assosiasiyası-Azərbaycan-Amerika Mədəniyyət
Assosiasiyası (AAMA) Amerika Birləşmiş
Ştatlarının Mayami şəhərindəki diaspor
nümayəndələrimiz tərəfindən
yaradılmışdır. Assosiasiyanın üzvləri
yalnız Mayami şəhərində yaşayan
soydaşlarımız deyil, bütün Florida ştatında
məskunlaşmış azərbaycanlılardır. Azərbaycan-Amerika
Mədəniyyət Assosiasiyasının məqsədi Azərbaycanı
Birləşmiş Ştatlarda daha yaxşı tanıtmaq
üçün birgə mədəniyyət tədbirlərinin,
festivalların təşkili, bu
istiqamətdə bütün
soydaşlarımızın fəallığını təmin
etməkdir. Azərbaycan-Amerika Mədəniyyət
Assosiasiyası Florida ştatındakı türk icmaları ilə
də sıx əməkdaşlıq əlaqələri
qurmuşdur. Azərbaycan-Amerika Mədəniyyət
Assosiasiyasının prezidenti Töhfə
Eminovadır.
Azərbaycan Nyu-York Assosiasiyası-Azərbaycan
Nyu-York Assosiasiyası 2005-ci ilin yanvarında ABŞ-ın
Nyu-York şəhərində təsis olunmuşdur. Fəaliyyətinə
“Bazar günü” məktəbinin təşkil edilməsi ilə
start verən Assosiasiya tərəfindən sonradan Amerika qitəsində
ilk dəfə olaraq “İnternetradio” açılmışdır.
Hazırda bəzi səbəblərdən radio öz fəaliyyətini
dayandırmışdır. Bundan başqa Azərbaycanımızın
zəngin və qədim mədəniyyətini digər
xalqların nümayəndələrinə çatdırmaq məqsədilə
cəmiyyətin nəzdində “Soydaş” rəqs ansamblı fəaliyyət
göstərir. Ansamblın bədii rəhbəri və quruluşcu rejissoru Azərbaycan Respublikasının
Əməkdar artisti Telman Cəlilovdur.
Ansambl öz milli geyimləri, gözəl musiqi seçimi və
dəyərli ifası ilə artıq Azərbaycan mədəniyyətinin
təmsilçisinə çevrilmişdir. Assosiasiyanın təsisçiliyi
ilə Nyu-Yorkda “Azerbaijan review”
qəzeti nəşr olunur. Qəzetin fəaliyyətinin məqsədi
Azərbaycan haqqında həqiqətləri,
Qarabağ dərdini, 20 Yanvar faciəsini,
torpaqlarımızın işğal altında olmasını
Amerika ictimaiyyətinə çatdırmaqdır. Azərbaycan
Nyu-York Assosiasiyası 2008-ci ildən Türk
Federasiyasının üzvüdür.
“Azərbaycan Evi”-Los-Anceles şəhərində
yaradılan “Azərbaycan Evi” rəsmi olaraq 1988-ci ilin
yanvarından fəaliyyətə başlamışdır. “Azərbaycan Evi”nin təxminən 5 minə
yaxın üzvü vardır. Onun üzvləri əsasən
həkim, mühəndis, tacir, müəllim, vəkil və
başqa peşə sahibləridir. Onların bir çoxu Cənubi
Azərbaycandan olan soydaşlarımızdır. Təşkilatda
İrandan, Türkiyədən, Almaniyadan, Çindən,
İtaliyadan, Kuveytdən, Yunanıstandan da üzvlər
vardır. İctimai təşkilat kimi fəaliyyət göstərən
“Azərbaycan Evi” dilimizin, mədəniyyətimizin, tariximizin
öyrənilməsində böyük səy göstərir,
vaxtaşırı Los-Ancelesdə Azərbaycan mədəniyyəti
gecələri təşkil edir. Azərbaycandakı demokratik hərəkat,
ictimai-siyasi dəyişikliklər təşkilatın üzvlərinin
diqqət mərkəzindədir.“Azərbaycan Evi”nin təşəbbüsü ilə 1993- cü ilin yazından
Los-Ancelesin Yueyels universitetində“Azərbaycan dili” fakültəsi açılmışdır. “Azərbaycan
Evi”nin prezidenti doktor Mahmud
Zaregeyvanidir.
Azərbaycan Mədəniyyət Mərkəzi-
Azərbaycan Mədəniyyət Mərkəzi 2010- cu ildən
Birləşmiş Ştatların Nyu-York şəhərində
fəaliyyət göstərir. Mərkəz Azərbaycanın
iqtisadi, milli və mədəni irsinin təbliği istiqamətində
bir çox işlər görmüşdür. Mərkəz
tərəfindən 2010-cu ilin may ayında www.azeiamerika.com yaradılmış şəbəkə
saytı aktiv fəaliyyət göstərir. Bu layihənin məqsədi
Kanada və ABŞ-da yaşayan azərbaycanlıların
diaspor həyatının
müxtəlif istiqamətləri,
onların yaratdıqları
saytlar haqqında məlumat
vermək, onların Birləşmiş Ştatlar və Kanadaya inteqrasiyasına köməklik göstərmək,
Azərbaycanın mədəniyyəti, incəsənəti, ədəbiyyatı,
tarixi, dili, yaşayış tərzi, müasir siyasəti
haqqında məlumatlar çatdırmaqdır.
Hyuston Azərbaycanlıları
Cəmiyyəti-Hyuston Azərbaycanlıları Cəmiyyəti
2004-cü ildə Birləşmiş
Ştatların Hyuston şəhərində yaranmışdır
və qeyri-kommersiya təşkilatı kimi fəaliyyət
göstərməkdədir. Cəmiyyətin məqsədi Birləşmiş
Ştatlarla Azərbaycan arasında olan mədəniyyət və
təhsil sahələrini genişləndirmək, bu istiqamətdə
Azərbaycanı təmsil etməkdir. Cəmiyyətin ən
uğurlu nailiyyətləri sırasında Milli Rəqs
Qrupunun yaradılması qeyd olunmalıdır. Milli Rəqs
Qrupu hər il ənənəvi olaraq Hyuston Beynəlxalq
Festivalında (İ-Fest) və Türk festivallarında Azərbaycanı
təmsil edir.
Hyuston-Bakı
Qardaşlaşmış Şəhərlər
Assosiasiyası - Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər
Assosiasiyası Birləşmiş Ştatların Texas
ştatının Hyuston şəhərindəki 36 il əvvəl
yaradılmışdır. 1976-cı ildə Bakı ilə
Hyuston arasında imzalanan memorandum əsasında bu şəhərlər
qardaşlaşmışdır. Elə həmin ildən də
adı çəkilən qurum fəaliyyətdədir.
Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər
Assosiasiyasının əsas məqsədi
Azərbaycanımızı istər iqtisadi, istər mədəni,
istərsə də təhsil cəhətdən Hyustonda təmsil
etməkdir. Əsas hədəf Amerika cəmiyyətini maarifləndirməkdən
ibarətdir. Assosiasiya təkcə azərbaycanlılardan ibarət
deyil. Burada Amerikadan, Hindistandan da xeyli insanlar təmsil olunur.
Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər
Assosiasiyasının maliyyə işləri üzrə
direktoru Maud S.Bech əslən amerikalıdır. Assosiasiya, həmçinin
San-Fransiskoda, Vaşinqtonda, Mayamidə, Kanadadakı Azərbaycan diaspor təşkilatları
ilə sıx əlaqələr qurur. Hyuston-Bakı Qardaş
Şəhərlər Assosiasiyasının prezidenti İradə
Axundovadır.
Qafqaz
Yəhudiləri Cəmiyyəti-Qafqaz Yəhudiləri Cəmiyyəti
2002-ci ildə yaradılmışdır. Cəmiyyətin Birləşmiş
Ştatlarda fəaliyyət göstərən digər Azərbaycan
və yəhudi icmaları ilə sıx əlaqəsi
vardır. Cəmiyyət mütəmadi olaraq “Noviy rubej”
adlı qəzet nəşr edir. Qafqaz Yəhudiləri Cəmiyyətinin
sədri Nyu-Yorkda yaşayan, Azərbaycan yəhudiləri
arasında böyük
nüfuza malik olan Yakov Abramovdur.
Mirvari Beynəlxalq Fondu-Mirvari Beynəlxalq Fondu 2007-ci
ildə Nyu-York ştatında bir qrup azərbaycanlı gənc
tərəfindən təsis edilmişdir. Fondun fəaliyyəti
əsasən Azərbaycandakı ehtiyacı olan uşaqlara yardım göstərməyə
yönəlmişdir. Mirvari Beynəlxalq Fondunun rəhbəri
Leyla İsmayılovadır.
Muğam Mədəniyyət Mərkəzi-Muğam Mədəniyyət Mərkəzi
1993-cu ildə Nyu-Cersi
ştatında yaşayan bir qrup muğamsevər tərəfindən
yaradılmışdır. Cəmiyyətin fəaliyyətində
məqsəd Azərbaycan mədəniyyətinin Birləşmiş
Ştatlarda təbliği, Azərbaycan mədəniyyət
günlərinin keçirilməsi, muğam dərnəklərinin
yaradılmasıdır. Cəmiyyətin
yaradılmasının təşəbbüskarı Azərbaycanın
dostu, Azərbaycan musiqi alətlərinin gözəl ifaçısı, məşhur Cefri Verbokdur. Cefri Verbok
özü bir sıra Amerika universitetlərində Azərbaycan
mədəniyyəti haqqında dərslər verir. O,
mülkünün bir hissəsini cəmiyyətin ofisi və
Azərbaycan Mədəniyyət Mərkəzi kimi istifadə
edir. Cefri Verbok səlis Azərbaycan dilində
danışır və həyat yoldaşı Azərbaycan
Respublikasındandır. Bu cəmiyyətin ən müsbət
tərəfi odur ki, onun qurucusu bir amerikalıdır və onun
biramerikalı kimi Azərbaycanı öz həmvətənlərinə təbliğ
etməsi daha cox effekt doğurur. Muğam Mədəniyyət
Mərkəzinin sədri Cefri
Verbokdur.
Şimali
Azərbaycan Mədəniyyət Mərkəzi-2002-ci ildə təsis
edilmiş Şimali Azərbaycan Mədəniyyət Mərkəzi
San-Fransisko şəhərində fəaliyyət gostərir.
Bu təşkilatda toplaşan azərbaycanlıların əsas
məqsədi miqrant həyatı
ilə bağlı qarşılaşdıqları cətinlikləri
birgə həll etməkdən ibarətdir. Şimali Azərbaycan
Mədəniyyət Mərkəzinin prezidenti Samir Lütfəliyevdir.
Şimali
Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyəti-Şimali
Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyəti
(ACSNC) Kaliforniyanın Los Gatos şəhərində yerləşən
qeyri-hökümət təşkilatıdır. Şimali
Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyəti
1992-ci ildə təsis edilmişdir. ACSNC Kaliforniya ictimaiyyətinə
Azərbaycan mədəni irsinin qorunması, zənginləşdirilməsini
təbliğ edir. Cəmiyyət, həmçinin, sosial, mədəni
və təhsil tədbirlərinin təşkili ilə Azərbaycan
mədəniyyətini təbliğ etmək üçün
calışır. Şimali Kaliforniya Azərbaycan Mədəniyyət
Cəmiyyətinin prezidenti Həmid
Əhmədidir.
“Vətən”
Amerika-Azərbaycan Mədəni Mərkəzi-“Vətən”
Amerika-Azərbaycan Mədəni Mərkəzi 1988-ci ilin
sentyabrında Nyu-York şəhərində
yaradılmışdır. Mərkəzin təsis
yığıncağında 300 nəfər həmvətənimiz,
müxtəlif ölkələrin
səfirliklərinin əməkdaşları, şəhər
bələdiyyə idarəsinin nümayəndələri
iştirak etmişlər. Mərkəzin təsis olunmasında
əsas məqsəd Azərbaycanla sıx əlaqələr
yaratmaq, milli tariximizi, mədəniyyətimizi, musiqimizi, ədəbiyyatımızı
amerikalılara tanıtmaqdır. “Vətən” Mərkəzinin
ilk sədri mərhum Rufa Əzizova
Odyurdlu olmuşdur.
Hazırda
məşhur Azərbaycan neft sahibkarı Şəmsi Əsədullayevin
qızı Zuleyxa Əsədullayeva
Veber “Vətən” Amerika Azərbaycan Mədəni Mərkəzinin
məsul katibidir.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2013.- 30 mart- 1 aprel.- S.15.