Sahil Qasımovun diasporun inkişafında xidmətləri

 

Müasir dövrümüzdə Azərbaycam diasporunun inkişafında müstəsna xidmətləri olan və ölkəmizin təbliği istiqamətində yorulmaz fəaliyyət göstərən insanlardan biriSahil Qasımovdur.

 

Sahil Qasımov 1961-ci il, aprelin 7-də Hacıqabul rayonunda anadan olmuşdur. 1978-ci ildə orta məktəbi bitirdikdən sonra Volqoqrad şəhərindən Dövlət İnstitutunun tarix-filologiya fakültəsinə daxil olmuş 1982-ci ildə bu fakültəni bitirmişdir. Bundan sonra o, Omsk şəhərindəki Ali Polis Akademiyasının Cinayət İşləri üzrə fakültəsini bitirərək 2-ci ali təhsilini almış Ali Hüquq ixtisasına yiyələnmişdir. Həmyerlimiz eyni zamanda Marksizm Leninizm Universitetini Altay Vilayətinin Barnaul şəhərində qiyabi olaraq bitirmiş, Barnaul şəhərini Yeleznodorojnıy Rayon Komsomol Təşkilatının Buro üzvü Altay Vilayəti Mərkəzi Komsomol Təşkilatının üzvü olmuşdur. 1990-cı illərin əvvəllərindən etibarən Hollandiyada əvvəlcəAzHolKommersiya şirkətinin təsisçilərindən biri olmuş, sonralar isə Niderlandın Amsterdam şəhərində “Caspian İnternationalBeynəlxalq Turizm şirkətini qeydiyyatdan keçirərək bu şirkətin prezidenti olmuşdur. 2000-ci ilin əvvəllərində Sahil Qasımov Amsterdam şəhərində Azərbaycan Niderland Cəmiyyətinin təməlini qoyaraq Niderlandda ilk Azərbaycan təşkilatını qeydiyyatdan keçirmişdir. 2003-cü ildən etibarən əvvəlcə "Azerbaijan - Netherlands News", sonralar isə "Azerbaijan Benelux News" qəzetinin təsisçisi baş məsləhətçisi olmuşdur. 2006-cı ilin noyabr ayında Benilüks ölkələrindəki 15 Azərbaycan təşkilatlarını bir araya gətirərək Benilüks Azərbaycanlıları Konqresini təsis etmiş 2008-ci ilə qədər bu quruma sədrlik etmişdir. Sahil Qasımov 2011-ci ildə yenidən Benilüks Azərbaycanlıları Konqresinin sədri seçilmişdir. Avropa Azərbaycanlıları Konqresinin I vitse-prezidenti, O, eyni zamanda Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvüdur. 2010-cu ildən etibarən Brüsseldə Avropa Parlamentində, Lüksemburqda Avropa Komissiyasında Strasburqda Avropa Şurasında Lobbist kimi akkreditə olunmuşdur. Hal-hazırda “Caspian İnternational Company”nin prezidentidir. Benilüks Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov uğurlu fəaliyyətinə görə, “QobustanBeynəlxalq Mükafatına layiq görülmüşdür.  2011-ci il iyulun 4-də Sahil Qasımov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görəTərəqqimedalı ilə təltif olunmuşdur.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2013.- 15 may.- S.15.