Gənclər Azərbaycan diasporunun hərəkətverici qüvvəsi kimi

 

Yarandığı bir ildən artıq müddətdə xeyli işlər görən Dünya Azərbaycanlı Gənclər Birliyi növbəti illər üçün öz hədəfləri və qarşısında duran vəzifələri müəyyənləşdirməyi qərarlaşdırıb.

 

Elə bu məqsədlə bu günlərdə Türkiyənin İstanbul şəhərində Dünya Azərbaycanlı Gənclər Birliyinin  Mərkəzi Şurasının iclası keçirilib. Dövlət himninin səslənməsindən sonra Mərkəzi Şura öz işinə başlayıb. İclasda 40 ölkədən 70-dən çox təşkilat rəhbərləri və üzvləri iştirak ediblər. Gündəlikdə olan məsələlər, əsasən, Mərkəzi Şuraya daxil olan üzv təşkilatların il ərzində gördükləri işlərin və həyata keçirilən layihələrin hesabatlarının dinlənilməsi, bu barədə müzakirələrin aparılması olub. Tədbirin əvvəlində Dünya Azərbaycanlı Gənclər Birliyi və Avropa Azərbaycanlıları Konqresi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Bildirilib ki, memorandumun imzalanmasında əsas məqsəd dünya azərbaycanlı gənclər təşkilatları ilə Avropa Azərbaycanlıları Konqresinə üzv olan təşkilatlar arasında müxtəlif sahələr üzrə əməkdaşlıq əlaqələrinin genişləndirilməsidir. Daha sonra məruzələr dinlənilib və Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri Ramin Məmmədov geniş məruzə ilə çıxış edib. Məruzələrdən sonra Dünya Azərbaycanlı Gənclər Birliyinin Mərkəzi Şurasına ünvanlanan təbrik məktubları iştirakçıların diqqətinə çatdırılıb.

Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) İdarə heyətinin üzvü Emin Hacıyev tədbirdə çıxış edərək Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın tədbir iştirakçılarına ünvanladığı təbriklərini çatdırıb, toplantının işinə uğurlar arzulayıb. Daha sonra Emin Hacıyev tədbirin əhəmiyyətindən danışaraq, təşkilatlar arasında əməkdaşlıq əlaqələrinin genişlənməsi, müxtəlif sahələr üzrə fəaliyyətin istiqamətlərinin koordinasiyası digər məsələlər ətrafında fikirlərini bildirib. O, qeyd edib ki, azərbaycanlı gənclərin nümayiş etdirdiyi fəallıq nəticəsində son illərdə əldə olunmuş nailiyyətlər gənclərin böyük potensiala malik olduğunu təsdiqləyir. Emin Hacıyev Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının dünyanın müxtəlif ölkələrində yaşayan, təhsil alan azərbaycanlı gənclərlə əlaqələrin gücləndirilməsinə xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırmışdır. Tədbir çərçivəsində Türkiyə Azərbaycan Dərnəyinin sədr müavini Ahmed Gencehan Babiş, “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyinin sədri Nürəddin Mehdiyev, Özbəkistan Azərbaycanlılarının Respublika Milli Mədəniyyət Mərkəzinin Gənclər Şurasının sədri Ayna Zeyniyeva, Ruminiya – Azərbaycan Gənclər və Mədəniyyət Assosiasiyasının sədri İqbal Hacıyev, Rusiya Federasiyası Dövlət Dumasının əməkdaşı Ramin Qasımov, Gürcüstan Azərbaycanlı Gənclər İttifaqının sədri Leyla Məmmədova, Azərbaycan Gənclər Federasiyası İdarə Heyətinin üzvü Ayda Amir Haşimi, Ukrayna Azərbaycanlı Gəncləri Birliyinin sədri Anar Tahirov, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, Norveç Azərbaycan Gənclər Assosiasiyasının (NAYO) sədri Ramil Əliyev, “Vətəndaş Cəmiyyətində Debatİctimai Birliyinin sədri Şahin Seyidzadə, Demokratik Azərbaycan Naminə” Gənclər İctimai Birliyinin sədri Elməddin Behbud tədbirin birinci hissəsində məruzə ilə çıxış edərək gündəlikdə duran məsələlərlə bağlı təkliflərini bildiriblər. Çıxış edənlər təşkilatlar arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, Azərbaycan tarixinindilinin xarici ölkələrdə tədris olunması, xarici ölkələrin gənclər təşkilatlarının azərbaycanlı gənclərlə hərtərəfli əlaqələrin qurulması, lobbiçilik fəaliyyətinin genişləndirilməsi və digər məsələlərlə bağlı təkliflər irəli sürüblər. Tədbirin sonunda Dünya Azərbaycanlı Gənclər Birliyinin Mərkəzi Şurasının üzvləri tərəfindən irəli sürülən təkliflər də nəzərə alınmaqla yekun qərar qəbul edilib. Qərarda əsasən, Dünya Azərbaycanlı Gənclər Birliyinin növbəti qurultayının 2013-cü il ərzində Azərbaycanda keçirilməsi, Azərbaycanlı gənclərin vahid internet şəbəkəsinin yaradılması üçün müvafiq tədbirlərin görülməsi, 2013-cü ildən başlayaraq Azərbaycanın turizm bölgələrində xaricdə yaşayan azərbaycanlı gənclər üçünYay düşərgəsi” layihəsinin həyata keçirilməsi buya digər təkliflər öz əksini tapıb. Daha sonra isə Dünya azərbaycanlı Gənclər Birliyi Mərkəzi Şurasının bəyanatı yekdilliklə qəbul edilib. Bəyanatda qeyd olunub ki, bu gün dünyanın hansı hissəsində yaşamasından, sosial statusu və imkanlarından asılı olmayaraq hər bir azərbaycanlı gənc Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən yürüdülən daxilixarici siyasəti dəstəkləyir. Biz bu siyasətin Azərbaycanın inkişafına, tərəqqisinə xidmət etdiyinə səmimi şəkildə inanır və əmin olduğumuzu bildiririk ki, aparılmış uğurlu və məqsədyönlü siyasət xalqımızın rifahının yüksəldilməsinə, ölkəmizin hərtərəfli inkişafı və beynəlxalq aləmdə nüfuzunun artmasına öz töhfəsini verəcəkdir.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

 

Süleyman İsmayılbəyli

 

Olaylar.- 2013.- 1 may.- S.15.