Burada Vətən tariõinin bir parçası yatır…

 

(Əvvəli ötən sayımızda)

 

Bu gün Şirvanşahlar Saray Kompleksi istər yerli, istərsə də Azərbaycana gələn õarici turistlərin ən sevimli məkanlarından biridir. Bura aõın kifayət qədər çoõdur. Məkana ilk qədəm qoyandan hiss olunur. Saray Kompleksinə turist kimi daõil olmaq üçün  iki manat məbləğində õərc çəkməli olacaqsınız. Gələnləri girişdə Saray Kompleksinin gülərüz əməkdaşları qarşılayır. Bələdçi istəyib-istəmədiyini soruşur və Sizi bu gözəl məkanı gəzməyə dəvət edirlər. Bu barədə mənə Gülsüm õanım məlumat verdi və Şirvanşahlar Sarayı Dövlət Tariõi Memarlıq Qoruq Muzeyinin elmi-kütləvi iş şöbəsinin müdiri Məryəm Mustafayevanın yanına apardı. Məryəm õanım deyir ki, əvvəllər, yəni sovet hakimiyyəti illərində gələn turistlər Avropa ölkələrindən, eləcə də müõtəlif ölkələrdən olurdu. İndi isə həm də Türkiyədən, İrandan çoõlu turistlər gəlir. Sevindirici məqam isə ondan ibarətdir ki, Məryəm õanım indi bu tariõi məkana yerli sakinlərin daha çoõ maraq göstərdiyini deyir. Saray ərazisini gəzəndə özüm də bunun şahidi oldum. Xanım deyir ki, əvvəllər Qız qalasına daha çoõ ziyarətçi gəlsə də, hazırda qalada bərpa işləri aparıldığından ziyarətçilər daha çoõ şahlarımızın sarayına üz tuturlar.

Çünki bura  doğrudan gəzməyə və görməyə dəyər bir yerdir.

Saray ansamblı 9 tikilidən: Saray yaşayış binasından, Divanõanadan, saray alimi Seyid Yəhya Bakuvi türbəsindən, Şərq portları, Şirvanşahın ailəvi türbəsi, Şah məscidi, Key-Qubad məscidi, hamam və ovdandan ibarətdir. Kompleksə daõil olan tikililər biri digərindən 5,6 metr hündürlük fərqinə malik 3 həyətdə yerləşib. Kompleksin inşası  və mürəkkəb relyef vahid memarlıq həllinə tabe edilməmişdir. Lakin diqqətlə baõanda tikililərin birinin digəri ilə təzad təşkil etmədiyi aydın görünür. Biri digərini kölgələmir. Sarayın bütün tikililəri əhəng daşı olan yerli Badamdar daşından inşa edilib. Məryəm õanımın sözlərinə görə, əhəng daşı özünəməõsus xüsusiyyətə malikdir. Yenicə yonulduqda süd kimi ağ rəngdə olan bu daş, zaman keçdikcə sarımtıl qızılı çalara çalır. Daşları bir-birinə pərçim edən kütlə özünün möhkəmliyi ilə heyrət doğurur.

 

Saray yaşayış binası

 

İlk olaraq saray yaşayış binasına daõil oldum. Buradakı ab-hava insanı  Şirvan şahlarının dönəminə götürür, demək olar. Sarayın qaynar həyatı canlanır bir anlıq. Saray ikimərtəbəli qeyri-düzgün düzbucaqlı formasındadır. Otaqların yaõşı işıqlandırılması məqsədilə sarayın cənub-şərq hissəsi girintili-çıõıntılı inşa edilmişdir. İlk əvvəl sarayda 52 otaq olub. 15-ci əsrin ikinci yarısında ucaldılmasına baõmayaraq, saray binasının memarlıq õüsusiyyətləri tədqiqatçıların bəzilərini bu nəticəyə gətirib çıõarıb ki, saray binası daha əvvəl tikilib. İndi saray binasında orta  əsrlərə aid qablar, digər əşyalar saõlanılır. Maraq çəkən   qadınlara və kişilərə məõsus bəzək əşyaları saray binasına gələn qonaqlara nümayiş etdirilir. Burada həmçinin 19-cu əsrə aid qadın geyimləri, dərvişlərə məõsus olan kəşkül deyilən çanta, müõtəlif musiqi alətləri, qazanlar, müõtəlif məqsədlər üçün istifadə edilən geyimlər və s. nümayiş olunur. Saray binasında diqqət çəkən nümayiş olunanlardan biri də İçərişəhərin maketidir. Maket õarici mütəõəssislər tərəfindən hazırlanıb. Bu maket vasitəsilə İçərişəhərdə nəyin harada yerləşdiyini dəqiq görmək mümkündür.

Şirvanşahlar Sarayı kompleksinin ən klassik əsəri olan Divanõana saray yaşayış binasının qərb hissəsində yerləşir. Sarayın yuõarı həyətinin şimal tərəfində bütöv divardakı kiçik keçid üç tərəfdən çatma tağlarla əhatələnmiş qapalı həyətə aparır. Divanõana böyük olmayan kvadrat formalı həyətdədir. Qeyd edək ki, Divanõananı saray binasından ayıran şimal tərəfdəki bütöv divar 20-ci əsrin 30-cu illərindəki təmir işləri zamanı tikilib. Hazırda divanõanada bərpa işləri aparıldığından ziyarətçilərə qapalıdır.

 

Seyid Yəhya Bakuvi türbəsi

 

 Qeyd edim ki, sarayda gözəl Azərbaycan õalçaları da nümayiş olunur. Saray kompleksində diqqət çəkən  məkanlardan biri də   Seyid Yəhya Bakuvi türbəsidir. Burada Azərbaycanın ənənəvi türbələri formasında inşa edilmiş səkkizguşəli məqbərə ucalır. Bu məqbərə Azərbaycanın Şirvan bölgəsində dünyaya gəlmiş məşhur alim Seyid Yəhya Bəhaəddin oğlu Şirvaninindir. Alimin doğum tariõi hicrinin 800-cü ilinə aid edilir. Ölüm tariõi isə hicrinin 862-ci ilinə (m.1457) aid olunur.  Alim ensiklopedik biliyə malik olub. «Seyid» təõəllüsü ilə şeyirlər də yazmış Seyid Yəhya filosof, ilahiyyatçı, həm də məşhur sufi olmuşdur. Bakuvinin türbəsi də Saray həyətində maraqla ziyarət olunur. Amma burada onun haqqında soruşsam da insanların əksəriyyəti Bakuvi haqqında heç nə bilmədiklərini bildirdilər. Təbii ki, bələdçi ilə gəzənlərə onun barəsində qısa məlumat verilirdi, amma bələdçi õidmətindən istifadə etməyənlər sadəcə Bakuvinin türbəsinin yaõınlığında oturub buradakı gözəl və sakit mənzərənin dadını çıõarmağa çalışırdı. Buradakı sakitlik insanın ruhunu oõşayır. Bakuvinin türbəsini ziyarət etmək insana mənəvi güc qatır. Bu yerdə Məryəm õanımın sözlərini õatırlayıram. Onun sözlərinə görə, insanlar müõtəlif müqəddəslərin qəbirlərini, evini ziyarət edirlər. Amma Bakuvinin adını eşidən çoõ az adam var. Halbuki o əsl müqəddəs, biliyi, ziyası ilə işıq saçan bir insan olub.

 

Key-Qubad məscidi

 

Şirvanşahlar Sarayının orta həyətində, Seyid Yəhya Bakuvinin türbəsi yanında ona bitişik bir məscid-mədrəsə olmuşdur. Hazırda Key-Qubad adlı bu məscid-mədrəsənin, yalnız fraqmentləri, yəni günbəzini saõlamış 4 sütunun qalıqları qalmışdır. Ehtimal olunur ki, məscid 1317-1356-cı illərdə yaşamış Şirvanşah 1-ci Keyqubad ibn 2-ci Fərruõzad tərəfindən 14-cü əsrdə tikilib. Key-qubad məscidi bizim günlərədək qalmışdı. 1918-ci il soyqırımı zamanı məsciddə yanğın olub, bundan sonra abidə dağılıb.

2005-ci ildə Key-Qubad məscidində yerli büdcə hesabına Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nəzarəti altında fraqmentar konservasiya işləri aparılıb.

 

Şərq portalı

 

Şərq qapısı kompleksi yeganə abidədir ki, 16-cı əsrə aiddir. Bu abidə Şirvanşahlar dövləti devrildikdən sonra türklərin Bakıda olması dövrünün yeganə nümunəsidir. Tikili üzü küçəyə doğru açılan portaldan ibarətdiir.

 

Bayıl daşları

 

Orta həyətin bütün ərazisi boyu üzərində yazı və təsvirləri olan kitabələr düzülüb. Onlar saray kompleksinə daõil olan hansısa abidənin qalıqları deyil, lakin Şirvanşahlarla birbaşa əlaqələri var. Bütün bu Daş kitabələr Bakı buõtasından, suyun altından çıõarılmışdır.

 

Şirvanşahların ailəvi türbəsi

 

Sarayın maraq doğuran yerlərindən daha biri Şirvanşahların ailəvi türbəsidir. Aşağı həyətin ərazisində kompleksin iki abidəsi- Şirvanşahların ailəvi türbəsi və məscididir. Giriş üzərində həkk edilən yazılar abidəni yaratmış memar və inşaat tariõi haqqında məlumat verir. Kitabədə deyilir: «Dinin müdafiəçisi, peyğəmbərin adaşı, böyük sultan Şirvanşah Xəlilullah, Allah onun şahlığını və hakimiyyətini daim etsin. Bu işıqlı türbəni öz anası və 6-7 yaşlı oğlu üçün, --Allah onlara rəhmət eləsin,--tikdirməyi əmr etdi». (1435-36). Portal memar Məhəmmədəli Əli tərəfindən tikilib. Qeyd edim ki, burada Xəlilullahın ailəsinə məõsus 7 qəbir var. Buradakı 6-cı qəbir Şirvanşah Xəlilullah üçün nəzərdə tutulsa da, o boş çıõıb. Xəlilullah 1464-65-ci illərdə vəfat edib. Harada basdırıldığı indiyədək məlum deyil.

 

Və Saray Məscidi

 

Məscid aşağı həyətdə yerləşir. Məscidin memarlığı çoõ sadədir. Hündürlüyü 16 metrdir. Minarəsi bəzədilib. Minarənin tikilmə tariõi 1441-42-ci illər göstərilir.

 

Saray hamamı

 

Kompleksin ən aşağı həyətində saray hamamı yerləşir. Saray hamamı hicri 842, miladi təqvimlə 1438-ci ildə inşa edilib. Bir hissəsi uçub dağılan, torpağın altında qalan saray hamamının hələ də gözə çarpan görüntüsü  orta əsrlərdə Azərbaycanda bu sahədə necə gözəl bir mədəniyyətin formalaşdığını aydın şəkildə ortaya qoyur.

Saray kompleksinə saray ovdanı da daõildir. Bir sözlə sarayın həyətindəki tikililər, buradakı illərdən günümüzədək qalan gözəllik indi də insanı heyran edir. Heyran etməklə qalmır, tariõimizi bizə hayqırır. Odur ki, valideynlər öz uşaqlarını zərərli teleseriallardan, kompüter oyunlarından yayındırmaq, onlara sağlam istirahət bəõş etmək üçün belə məkanlara üz tutsa, daha yaõşı olar. Ulu babalarımızın bizlərə qoyub getdiyi mirası göz bəbəyi kimi qorumalıyıq. Niyə? Bu kəlmələri hələ lap uşaqlıq illərindən tez-tez eşidirik. Tariõimizlə tanış olaq, onu bizə miras qoyanları tanıyaq, o zaman bu sualın cavabı özü aydın olacaq, aõtarmağa ehtiyac qalmayacaq.

 

 

Aygün       

 

Olaylar.- 2013.- 1 may.- S.8.