Diasporumuza yaradılan elektron xidmətlər

 

Son illər inkişaf dövrünü yaşayan Azərbaycan diasporu öz təcrübəsini daha da artırmaq üçün yeni-yeni müasir texnologiyalardan, imkanlardan istifadə edir. Xüsusilə, diasporumuz üçün informasiya kommunikasiya texnologiyalarından istifadə günümüz üçün zərurətə çevrilib. Bu zərurəti nəzərə alan ayrı-ayrı diaspor təşkilatlarımız öz fəaliyyətlərində informasiya kommunikasiya texnologiyalarından istifadəyə daha çox üstünlük verirlər.

 

Artıq dünyanın əksəriyyət ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəsmi internet səhifələri, hətta onların təsis etdikləri portal və kütləvi informasiya vasitələri mövcuddur. Diaspor təşkilatlarımız mövcud olan həmin imkanlar vasitəsilə Azərbaycanı dünyada layiqincə təmsil edirlər. O da danılmaz bir faktdır ki, əldə edilən bu nailiyyətlər diaspor sahəsində işin düzgün qurulmasının nəticəsidir. Eyni zamanda bu sahəyə məsul olan dövlət qurumunun da öz fəaliyyətində yuxarıda qeyd edilən istiqamətlərə üstünlük verməsidir. Belə ki, Azərbaycan dövlətinin diaspor siyasətini həyata keçirən rəsmi dövlət qurumu olan Diasporla İş üzrə Dövlət Komitəsi öz internet səhifəsində bəzi yeniliklər edib. Belə ki, Dövlət Komitəsinin yeni saytında bu sahə ilə maraqlanan, xüsusilə xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarının sözügedən dövlət qurumu ilə əlaqələrini daha da asanlaşdıran imkanlar yaradılıb. Saytın elektron xidmət bölümü ayrıca 4 məsələni özündə ehtiva edir. Xidmətin “Ümumi məlumat” bölümündə “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqinda” Azərbaycan Respublikası prezidentinin fərmanı yerləşdirilib. Fərmanda qeyd olunub ki, Azərbaycanın davamlı və dayanıqlı sosial-iqtisadi inkişafının təmin edilməsi, dövlət idarəçiliyinin müasir prinsiplər əsasında həyata keçirilməsi məqsədi ilə informasiya və kommunikasiya texnologiyalarından istifadə olunması dövlət siyasətinin prioritetlərindən birinə çevrilmiş və bu sahədə mühüm tədbirlər görülmüşdür. “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)”, eləcə də informasiya və kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı qəbul edilən digər normativ hüquqi aktlar əsasında dövlət orqanlarının əhaliyə beynəlxalq standartlara uyğun elektron xidmətlər göstərməsi sahəsində hüquqi baza formalaşmışdır. Modern və çevik idarəetmənin təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması üçün əhaliyə elektron xidmətlərin göstərilməsi zəruridir. Bölmədə eyni zamanda "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 1-ci hissəsinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı da yerləşdirilib. Qərara əsasən Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə tapşırılır ki: bir ay ərzində elektron xidmətlər reyestrini formalaşdırsın;

Diasporla İş üzrə Dövlət Komitəsinin “Elektron xidmət” bölümündə “istifadəçinin təlimatları” və “tez-tez verilən suallar” bölmələri də mövcuddur. “Tez-tez verilən suallar” bölümündən məlum olur ki, xarici ölkələrdə yaşayan soydaşlarımızı bir qayda olaraq Azərbaycan Respublikası vətəndaşlığının bərpa edilməsi prosedurları necədir?, Azərbaycan Respublıkası vətəndaşlığını necə əldə etmək olar?, Rusiya Federasiyasında müvəqqəti yaşayış izninin alınması üçün nə etmək lazımdır?, Azərbaycana gediş gəliş vizalarının alınması qaydaları necədir?, Xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşları Azərbaycan Respublikasında keçirilən seçkilərdə necə iştirak edə bilər? Kimi suallar daha çox maraqlandırır.

Xüsusilə, qarşıdan gələn prezident seçkilərini nəzərə alaraq dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız səsvermə prosesində necə iştirak etmək mümkünlüyünü sual edirlər. Bildirilir ki, xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikasında keçirilən seçkilərdə işti­rak hüququna dair Azərbaycan Respublikasının Qanunu mövcuddur və xaricdə yaşayan azərbaycanlıların səsvermə prosesində iştirakı həmin qanun əsasında tənzimlənir. Qanunda göstərilir ki, Azərbaycan Respublikasının vətəndaşı olan və onun ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan azərbaycanlılar Azərbaycan Respublikasının ərazisində yaşayan Azərbaycan Respublikası vətəndaşları ilə bərabər hüquqlara malikdir və bərabər vəzifələr daşıyırlar. Azərbay­can Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır. Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 12.1-ci maddəsində göstərilən tələbə cavab verən, Azərbaycan Respublikasında 5 ildən az olmayaraq daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Prezident seçkiləri, Milli Məclisə seçkilər, bələdiyyə seçkiləri və ya referendum zamanı səsvermədə iştirak edə bilərlər. Azərbaycan Respublikasının Seçki Məcəl­ləsinin 12.1-ci maddəsində göstərilən tələbə cavab verən, müvafiq bələdiyyənin ərazisində 5 ildən az olmayaraq yaşayan xarici ölkənin vətəndaşları bələdiyyə seçkiləri zamanı səsvermədə iştirak edə bilərlər. Bu Məcəllənin 12.3-cü maddəsində göstərilən istisnalar nəzərə alınmaqla, əcnəbilər Azərbaycan Respublikasında aktiv və passiv seçki hüququna malik deyildir Əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, onların filial və nümayəndəlikləri (bundan sonra - xarici hüquqi şəxslər) seçkilər zamanı namizədlərin irəli sürülməsində, qeydə alınmasında, qeydə alınmış namizədlərin seçki kampaniyalarında iştirak edə bilməzlər. Bu, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin fikir azadlıqlarını və sərbəst toplaşmaq azadlığını məhdudlaşdırmır. Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin, onların filial və nümayəndəliklərinin referendum zamanı referenduma çıxarılan məsələlərin lehinə və ya əleyhinə təşviqat aparmaq, referendum üzrə təşviqat qruplarına üzv olmaq, o cümlədən onların yaradılmasının təşəbbüsçüsü olmaq və ya onların fəaliyyətində bu və ya digər formada iştirak etmək hüququ yoxdur.

Səsvermə günü xarici dövlətdə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsul idarəsi mövcud deyilsə və ya Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsul idarəsində Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 35.6-cı maddəsinə uyğun olaraq seçki məntəqəsi yaradıl­mayıbsa, həmin xarici dövlətdə olan Azərbaycan Respublikasının vətəndaşları səsvermədə iştirak etmirlər. Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış seçki məntəqələri üzrə seçici siyahıları Azərbaycan Respublikasının müvafiq diplomatik nümayəndəliyinin və ya konsul idarəsinin rəhbərlərinin seçi­cilər haqqında verdiyi məlumatlar əsasında, səsvermə gününə azı 25 gün qalmış müvafiq məntəqə seçki komissiyası tərəfindən təsdiq edilir. Azərbaycan Res­publikasının hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətdə olan Azərbaycan Respublikası vətəndaşlarının seçici siyahılarına daxil edil­məsi üçün onların Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi yaşaması faktı, habelə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri­nin və ya konsul idarələrinin müəyyənləşdirdiyi uzunmüddətli xarici ezamiyyətlərdə olması faktı əsas götürülür. Azərbaycan Respublikasının ərazisindən kənar­da yaşayan seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşları səsvermə prosesində ümumvətəndaş pasportu; xidməti pasport və diplomatik pasport kimi sənədlərdən istifadə edə bilərlər:

Azərbaycanlıların daha çox şimal qonşumuza üz tutduğu nəzərə alınaraq bu ölkədə qeydiyyata düşmək üçün atılması vacib olan addımlar da Dövlət Komitəsinin saytında öz əksini tapıb. Rusiya Federasiyasında miqrasiya, yaşayış üçün icazə alınması və vətəndaşlığa qəbul qaydalarına dair məlumatda qeyd olunur ki, 2007-ci ilin yanvar ayından “Rusiya Federasiyasında xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin miqrasiya qeydiyyatı haqda” Federal Qanunla və Rusiya Federasiyası hökumətinin “Rusiya Federasiyasında xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin miqrasiya qeydiyyatının həyata keçirilməsinin Qaydalarının təsdiq olunması haqda” qərarı ilə xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri üzrə qeydiyyata alınması ləğv edilmişdir və əvəzində xarici vətəndaşların Rusiya Federasiyasında yaşayış yeri üzrə miqrasiya qeydiyyatı tətbiq edilir. Rusiyada miqrasiyaya qeydiyyatına alınmanın proseduru əcnəbinin Rusiya Federasiyası ərazisinə gəlməsi barədə Federal Miqrasiya Xidmətinin ərazi orqanına dərhal məlumat verməsini tələb edir. Bundan sonra üç iş günü ərzində əcnəbinin miqrasiya qeydiyyatına alınması həyata keçirilməlidir. Bununla belə, bilmək lazımdır ki, miqrasiya qeydiyyatına alınma ilə bağlı bütün işləri Qəbul edən tərəf həyata keçirir, əcnəbinin müxtəlif təşkilatlara müraciət edərək vaxt itirməsinə ehtiyac yoxdur. Əcnəbi qalma yerinə gəldikdə qəbul edən tərəfə pas­portunu, Rusiya Federasiyası ərazisinə daxil olarkən doldurulmuş miqrasiya kartını təqdim edir. Bu zaman pasportun və miqrasiya kartının müsadirə edilməsinə yol verilmir. Qəbul edən tərəf Rusiya vətəndaşları, Rusiya Federasiyasında daimi yaşayan xarici vətəndaşlar, vətəndaşlığı olmayan şəxslər (yaşayış üçün sənədi olan), həmçinin əcnəbinin faktiki olaraq yaşadığı və ya işlədiyi hüquqi şəxslər, onların filialları və ya nümayəndəlikləri ola bilər. Əcnəbini mehmanxanada yerləşdirdikdə, qəbul edən tərəf qismində mehmanxananın müdiriyyəti çıxış edir. Mehmanxana müdüriyyəti bir sutka ərzində Federal Miqrasiya Xidmətinin ərazi şöbəsini məlumatlandırmaq, həmçinin əcnəbinin qeydiyyatı ilə əlaqədar bütün lazımi işləri həyata keçməyə borcludur və müəyyən olunmuş qanunlara riayət olunmasına cavabdehlik daşıyır. Qeydiyyata alınma üçün bütün lazımı işləri mehmanxananın müdiriyyəti həyata keçirir. Rusiya Federasiyasında müvəqqəti yaşamaq üçün icazə xarici vətəndaşa Rusiya Federasiyası Hökuməti tərəfindən təsdiq olunan kvota çərçivəsində verilə bilər. Müvəqqəti yaşamaq üçün icazənin qüvvədə olma müd­dəti üç il təşkil edir. Xarici vətəndaşlara müvəqqəti yaşamaq üçün icazə verilmə kvotası Rusiya Federasiyasının müvafiq subyektində demoqrafik vəziyyəti və xarici vətəndaşların yerləşməsi üzrə həmin subyektin imkanlarını nəzərə almaqla, dövlət hakimiyyət orqanlarının təklifləri ilə hər il Rusiya Federasiyası Hökuməti tərəfindən təsdiq olunur. Rusiya Federasiyası Hökuməti tərəfindən təsdiq olunmuş kvotalardan kənar aşağıdakı əcnəbiyə müvəqqəti yaşamaq üçün icazə verilə bilər:

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2013.- 2 may.- S.15.