Diaspor təşkilatları Heydər Əliyevin 90 illik yubileyini qeyd edir
Ümummilli lider Heydər
Əliyevin anadan olmasının 90 illik yubileyi Azərbaycanla yanaşı, ölkədən
kənarda da geniş şəkildə
qeyd ediləcək. Dünyanın müxtəlif
ölkələrində fəaliyyət
göstərən Azərbaycanın
fövqəladə və
səlahiyyətli səfirlikləri,
eləcə də diaspor təşkilatlarımızın
birgə keçirəcəyi
tədbirlərdə ümummilli
lider ehtiramla yad ediləcək, onun Azərbaycanın müstəqilliyi uğrunda
yorulmaz fəaliyyətindən
bəhs olunacaq.
Birləşmiş Ştatlardan tutmuş
Avropaya, Türkiyədən tutmuş Orta Asiya
respublikalarına qədər hər bir ölkədə Azərbaycan
diaspor təşkilatları
ümummilli lider Heydər Əliyevin 90 illiyini geniş
şəkildə qeyd edəcəklər. Bununla bağlı hər
bir diaspor təşkilatı xüsusi tədbirlər planı
hazırlayıb və həmin tədbirlər planına
uyğun olaraq müxtəlif səpkili tədbirlərin
keçirilməsi nəzərdə tutulub. Artıq bir
sıra ölkələrdəki diaspor təşkilatlarımız
ümummilli liderlə bağlı yubiley tədbirlərinə
start verib. Belə ki, Türkiyə Cümhuriyyətinin Əskişəhr
şəhərində fəaliyyət göstərən
Türkiyə Azərbaycan Kardeşlik Platformu Topluluğu Azərbaycan
Respublikasının Türkiyə Cümhuriyyətindəki səfirliyinin
dəstəyi ilə Əskişəhər Osmanqazi
Universitetində ulu öndər Heydər Əliyevin anadan
olmasının 90-cı ildönümü ilə əlaqədar
inşa müsabiqəsinə start verib. Yarışma qısa
müddətdə universitet tələbələrinin
böyük marağına səbəb olub və artıq təşkilatçılara
onlarla yazı təqdim edilib. Bundan başqa, Türkiyə Azərbaycan
Kardeşlik Platformu Topluluğu Azərbaycan və Türk gəncliyinin
uşaqlara sevgisini, qayğısını göstərmək,
Azərbaycanın daim Türkiyə Cümhuriyyətinin
yanında olduğunu isbat etmək məqsədilə aprelin
27-də “Gələcək çocuklarla gələcək!”
adlı xeyriyyə şənliyi keçirilib. Əskişəhərdəki
kimsəsiz uşaqlar evində yaşayan bütün balacalar
universitetə dəvət edilib, onlar üçün müxtəlif
oyunlar, əyləncəli yarışlar təşkil olunub,
Azərbaycana aid hədiyyələr təqdim edilib.
Aprelin 24-də
isə Litvanın Kaunas şəhərində Dünya Azərbaycanlı
Gənclər Birliyinin təşkilatçılığı
ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə “Heydər Əliyev
gecəsi” təşkil olunub. Litva-Azərbaycan əlaqələri
çərçivəsində həyata keçirilən tədbirdə
Azərbaycan diaspor nümayəndələri və gənc fəallar
çıxış edib. Tədbirdə həmçinin
ümummilli lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə
həsr olunmuş fotosərgi və qısametrajlı sənədli
film nümayiş olunub. Tədbirdə moderator kimi Dünya Azərbaycanlı
Gənclər Birliyinin üzvü Fərhad Vəliyev
çıxış edib. Qeyd
edək ki, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi
münasibətilə keçirilən tədbirdə
Litvanın ictimai xadimləri, Litva, Latviya, Estoniyada təhsil
alan azərbaycanlı və xarici tələbələr də
iştirak edib.
Almaniyada
"Heydər Əliyev kuboku-2013” beynəlxalq mini futbol turniri
çərçivəsində ölkə üzrə milli
seçim turlarına yekun vurulub. Ümummilli lider Heydər Əliyevin
90 illik yubileyinə həsr olunmuş turnir çərçivəsində
keçirilən Almaniya yarışında müxtəlif
şəhərlərdə yaşayan azərbaycanlılardan
ibarət həvəskar komandalar güclərini
sınayıblar. Gərgin mübarizə şəraitində
keçən oyunlarda Hamburq şəhərinin
“İnternational Bund” komandası qalib gələrək, turnirin
ümummilli lider Heydər Əliyevin ad günü ərəfəsində
Bakıda keçiriləcək “Böyük Final” mərhələsinə
vəsiqə qazanıb. İlk 3 yeri tutan komandalara
(“İnternational Bund”, “Makkabi" və “Atlantik”) medallar, qalib
komandaya “Heydər Əliyev Kuboku” təqdim olunub. Mükafatları qaliblərə “Verein Yugens Arbeit
in Bergedorf” cəmiyyətinin
prezidenti Aleks Gaal təqdim edib. Məlumat üçün qeyd edək ki, "Heydər Əliyev kuboku-2013”
beynəlxalq mini futbol
turnirinin Almaniya üzrə seçim turlarını “Buta” cəmiyyəti həyata keçirib. Turnir 8 ölkədə
- Böyük Britaniya,
Almaniya, Avstriya, Cexiya, Rumıniya, Litva, Ukrayna və Rusiyada keçirilir. Hər bir
ölkədə 8 komanda
öz aralarında yarışır və qalib komanda Bakıya
gələrək “Böyük
Final” oyununda iştirak
hüququ qazanır.
“Böyük Final”ın mayın ikinci yarısı keçirilməsi nəzərdə
tutulur. Artıq 6-cı ildir keçirilən
beynəlxalq turnir Azərbaycan Gənclər
və İdman nazirliyi, Rusiyanın Azərbaycanlı Gənclər
Birliyi və Böyük Britaniya Odlar Yurdu Təşkilatının
dəstəyi ilə təşkil edilir.
Ümummilli lider Heydər
Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar Almaniyanın
Maqdeburq şəhərində
yaşayan azərbaycanlılar
xüsusi aksiya keçiriblər. Aprelin 28-də ölkənin Zahsen-Anhalt əyalətində
fəaliyyət göstərən
Alman-Azərbaycan Mədəniyyət
Cəmiyyəti “Sağlamlığa
və Oksigenə diqqət!” şüarı
ilə təmizlik və adablıq aksiyası təşkil edib. Dörd saat davam edən aksiya çərçivəsində Maqdeburq şəhərində
ağaclar əkilib, küçə və həyətlərdə təmizlik
işləri görülüb,
ətraf ərazilər
abadlaşdırılıb. Aksiyada Maqdeburq şəhərində
yaşayan azərbaycanlılarla
yanaşı, almanlar da fəal iştirak
ediblər. Ulu öndərin
90 illik yubileyi ilə əlaqədar Maqdeburqda, həmçinin
Almaniyanın digər
şəhərlərində də müxtəlif aksiyaların keçirilməsi
planlaşdırılıb.
Qardaş Türkiyə Cümhuriyyətində isə
Türkiyə-Azərbaycan Dərnəkləri,
Türkiyə-Azərbaycan Dostluq
Cəmiyyəti, Türkiyə-Azərbaycan
Dərnəkləri Federasiyası
və bu kimi digər diaspor təşkilatlarının
təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar silsilə tədbirlər keçiriləcək. Qardaş ölkədə
keçiriləcək yubiley
tədbirlərində Azərbaycan
və Türkiyənin
dövlət rəsmiləri,
millət vəkilləri,
qeyri-hökumət təşkilatlarının
rəhbərləri iştirak
edəcək. Yaxın günlərdə
bu məqsədlə Azərbaycan nümayəndə
heyətinin Türkiyə
Cümhuriyyətinə səfər
edəcəyi nəzərdə
tutulur.
Rusiya Federasiyasının paytaxtı Moskva şəhəri və bu ölkənin müxtəlif subyektlərində
də ümummilli liderin anadan olmasının 90 illik yubileyi qeyd olunacaq. Heydər Əliyev Fondunun Rusiya nümayəndələri,
Rusiyanın Azərbaycanlı
Gənclər Təşkilatı
və ÜmumRusiya Azərbaycanlıları Konqresinin
təşkilatçılığı ilə keçirilən tədbirlərdə Rusiya
rəsmiləri, Dövlət
Dumasının üzvləri
də iştirak edəcək.
Belarusda isə Beynəlxalq Diaspor Mərkəzinin bu ölkədəki nümayəndəliyi
və Belarus Azərbaycanlıları
Konqresinin təşkilatçılığı
ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar olaraq bir sıra
tədbirlərin keçirilməsi
nəzərdə tutulub.
Yubiley tədbirlərində iştirak
etmək üçün
artıq Azərbaycandan
Beynəlxalq Diaspora Mərkəzinin
rəhbərliyinin də
daxil olduğu nümayəndə heyəti
Belarusa səfər edib. Yubiley tədbirləri çərçivəsində
iştirakçılara Heydər
Əliyevin Azərbaycanın
müstəqilliyi uğrunda
yorulmaz fəaliyyəti
barədə məlumat
veriləcək. Həmçinin tədbirlərdə ümummilli
liderin həyatından
bəhs edən sənədli film nümayiş
olunacaq.
Azərbaycanın Bütövlüyü
Uğrunda Cəmiyyətin
Azərbaycan Respublikasının
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi
Şurasının maliyyə
dəstəyi ilə həyata keçirdiyi “Korrupsiyaya qarşı mübarizədə vətəndaş
cəmiyyəti institutlarının
və medianın birgə mübarizəsinin
təşkili” layihəsi
çərçivəsində çap olunur.
Olaylar.- 2013.- 3 may.- S.15.