19 May – Türklüyün tarixində dönüş yaradan ulusal olay

 

Tarixdə böyük mərhələlər yaşanır, ötür, ancaq onun içərisindəki ciddi hadisələrin mənası ölmür, itmir, ulusun ruh yaddaşına yazılır, yüzillər boyunca ona mənəvi güc verir.

19 May bu anlamda türklüyün tarixində ciddi olaylardan biridir. Atatürkün qəhrəmanlığıtürklük ruhunu bənzərsiz şəkildə gerçəkləşdirməsi oldu.

Mustafa Kamal Atatürk 1919-cu il mayın 19-da Samsuna gəldi: bu, Türkiyənin tarixində ciddi bir dönüş, xalqın, dövlətçiliyin təsdiqinin başlandığı gündür.

Bu günü yaradan Atatürk idi.

Türkiyəni Atatürkün varlığı, yenilməz cəsarəti xilas etdi.

 

***

 

Milli kimliyimizi, xarakterimizi, bəşəri siqlətimizi, insansevərliyimizi çağdaş dünya gözəl tanıyır, bilir, tanıdığı dərəcədə görmək, etiraf etmək istəmir. Dünyada türklüyə qarşı açıq gizli savaşların açıldığı bir çağda Atatürkü hər an yaşatmaq gərəkliyi yaranır. Bu, o deməkdir ki, hər birimiz müstəqil, yenilməz varlığımızı yaratmalıyıq.

Əgər türklüyümüz yaşayırsa, deməli, Atatürk yaşayır. Atatürk az qala yox yerdən Türkiyəni yaratdı, onu var elədi. İndi Türk xalqı o dərəcədə ulusal ölçüyə əsaslanmalı özgəliklərdən əl çəkməlidir ki, varlığını qoruyub saxlaya bilsin. Bu, Atatürkün şəxsi, şöhrəti üçün deyil, Türk xalqının sabahı üçün gərəkdir.

 

***

 

Atatürkün min bir əzabla qurduğu Türkiyə Cümhuriyyəti ideoloji baxımdan mahiyyətcə çıxış yolu tapa bilmədi. Atatürk sözün böyük anlamında sərkərdə, qurucu idi. İdeyasını Ziya Göyalpdan almalı oldu: bu ideologiya isə türkçülük, batıçılıq islamçılığın birliyi idi. Atatürk ölkədə dinin hegemonluğuna son qoydu, daha çox Qərbə meyilləndi. Baxmayaraq ki, Türkiyə yırtıcı Qərbin caynağından qurtulmuşdu, bir yandan da SSRİ ilə ilişkilərdə son dərəcə ayıq olmalı idi. Atatürkdən sonra onun yaratdığı yol inkişaf etmək yerinə yavaşıdı, indi lap yoxa çıxmaqdadır.

 

***

 

Çanaqqala savaşı türkün varlığını sübut etməsi baxımından böyük önəm daşıyırdı. Bu savaş türkün Vətənində onu yox etmək istəyənlərə qarşı hünəri ləyaqəti dirənişi idi. İnsani xislətə malik türklərin mövcudluğu zaman-zaman onu sevməyənlərin kinlərini, amansızlıqlarını qabardıb. Onlar heç bir halda türkün varlığını sinirə bilməyiblər. Yalnız 1915-1916-cı illərdə Çanaqqala uğrunda savaşlar zamanı türkün düşmənlərinin istəyi çökməkdə olan Osmanlı imperiyasının örnəyində türklük duyğusunu silmək, türkləri bütünlüklə dövlətsizləşdirmək idi. Bu savaşda türklərin dünyanı heyrətə gətirən döyüşkənliyi artıq 100 ilə yaxındır ki, söz konusudur. Bir xalqın özünü ən qorxulu, ölümcül məqamda belə ayaqda saxlaması, ümidsizləşməməsi, gücə qarşı durması, yenilməzliyi onun qeyri-adiliyindən soraq verir. Daim fitri imkanlarına inanan, imkansızlıqdan üstün olan, yenilməyi ölüm sayan türk mahiyyətcə həmişə qələbə haqqında düşünüb çox hallarda buna nail olub. Çünki türk ruhu bütünlüklə xeyirlə yoğrulub.

 

***

 

Atatürk doğrudan da, bütün türklərin sevgisinə layiqdir. O, elə bir gərgin, çətin, təhlükəli dönəmdə meydana atıldı ki, bütövlükdə Türkiyə yox olmaq gerçəyilə üz-üzə idi. Yalnız onun böyük sərkərdəlik, dövlətçilik, qəhrəmanlıq keyfiyyətləri sayəsində artıq çökməkdə olan Osmanlı imperiyasının qalıqları üzərində Türkiyə Cümhuriyyəti quruldu. Az bir çağda Türkiyə dövlətini qurmaq, dövləti daim ayaqda saxlamaq üçün ideyalar düşünmək Atatürkün güclü iradə yiyəsi olduğunu göstərdi.

Bu gün Türkiyədə Atatürkə olan hücumların artması müşahidə edilir. Onun həyatının, fəaliyyətinin müxtəlif məqamları bilərəkdən müzakirə edilir. Atatürkün həyatını təftiş etmək əslində Türkiyə dövlətçiliyini ondan məhrum etmək istəyi daşıyır. Atatürksüz Türkiyə ola bilməz. O, türk dövlətçiliyi tarixində əvəzsiz xidmətlərinə görə həmişə yaşayacaq.

Asif Ata deyir: “Azərbaycan – Türk dünyasının beyni və ürəyi, Türkiyə – Türk dünyasının qolu və kürəyi”. Asif Ata Türkçülüyün ruhani, tarixi, ideoloji kimi üç yönünü göstərir. Ataya görə, ideoloji türkçülüyün Ziya Göyalp, Əlibəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə kimi təmsilçiləri var: “İdeoloji türkçülük türkün xilasını Türk dünyasının bərqərar olmasında görürdü, türkləri bu birliyə çağırırdı. İdeoloji türkçülüyün fəlakəti pantürkizmin dinçilik və qərbçiliklə birləşməsi idi. Qərbin tanrısı varidat və siyasətdir: bunların hər ikisi türk mahiyyətinə qarşıdır. Möhtəşəm əraziyə, güclü ruhaniyyata, hərbi gücə malik olan Türk dünyası birliyini yarada bilmədi. Əksinə, dünyadan asılı vəziyyətə düşdü, türklük kimi əzəli mahiyyətindən uzaqlaşdı.”

Çıxış yolu Asif Atanın Mütləqə İnamı əsasında birliyimızi yaratmaqdadır. Türk ruhuna, Türk dünyasına Mütləqə İnam dünyabaxışının gəlişi Atatürkün də ölməz, müqəddəs Türk sevgisinin, Türk dövlətçiliyının yaşaması deməkdir.

Atamız var olsun!

 

 

İşıqlı ATALI,

Mütləqə İnam Ocağının

Yükümlüsü

 

Olaylar.- 2013.- 18-20 may.- S.4.