Azərbaycanın
haqq səsini dünyaya çatdıran diaspor təşkilatları
Xaricdə
yaşayan soydaşlarımızın hüquq və
azadlıqlarının qorunması, onların problemlərinin
həlli, eləcə də ölkəmizin mədəniyyətinin
təbliği, Azərbaycanın üzləşdiyi problemlərin
dünya ictimaiyyətinə çatdırılması hər
zaman diaspor təşkilatlarımızın diqqət mərkəzində
olub. Bu baxımdan son illər ərzində qeyd edilən
istiqamətlərdə diaspor təşkilatlarımızın
keçirdiyi tədbirlər xüsusi əhəmiyyət kəsb
edib.
Danimarkanın
Kopenhagen şəhərində “Vətən” Cəmiyyətinin
təşkilatçılığı ilə “Azərbaycanlıların
Avropaya inteqrasiyasının perspektivləri”
mövzusunda konfrans keçirilmişdir. Konfransda Azərbaycan
diasporunun lobbiçilik istiqamətində fəaliyyəti və
dost xalqların diaspor təşkilatları ilə əlaqələrinin
gücləndirilməsi yolları müzakirə olunmuşdur.
Konfransda həmçinin Kopenhagen şəhərinin kütləvi
informasiya vasitələrinin nümayəndələri də
iştirak etmişdir. Almaniyanın Berlin şəhərində
keçirilən Avropa Azərbaycanlıları Konqresinin
IV Qurultayında da Avropada fəaliyyət
göstərən Azərbaycan diaspor təşkilatları
arasında əməkdaşlığın inkişafı sahəsində
qarşıda duran vəzifələr, xalqımızın
tarixi və müasir həyatı ilə bağlı həqiqətlərin
dünya ictimaiyyətinə çatdırılmasının
yeni metod və texnologiyaları müzakirə olunmuş və
bu istiqamətdə tədbirlərin həyata keçirilməsinə
dair bir sıra mühüm qərarlar qəbul olunmuşdur.
Mayssen şəhərində isə Azərbaycan-Alman Dostluq Cəmiyyəti
tərəfindən “Etnik konfliktlərin tarixi və psixoloji
mexanizmi” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir. Tədbir
zamanı Azərbaycanın tarixi, milli-mənəvi dəyərlərinin
təbliği, Azərbaycan diasporunun lobbiçilik istiqamətindəki
fəaliyyəti və dost xalqların diaspor təşkilatları
ilə əlaqələrin gücləndirilməsi ilə
bağlı məsələlər müzakirə
olunmuşdur.
“Xəzər”
Azərbaycan İsveç Dostluq Cəmiyyətinin səyləri
nəticəsində Malmö şəhəri Mərkəzi
Kitabxanasında rəsmi Azərbaycan şöbəsi
açılmışdır. Diasporla İş üzrə
Dövlət Komitəsi tərəfindən Azərbaycanın
tarixi, mədəniyyəti, adət-ənənələri,
turizm potensialı haqqında məlumatları əks etdirən
1000 ədəd kitab Malmö şəhəri Mərkəzi
Kitabxanasınà hədiyyə edilmişdir. Parisdə Ermənistanın
Fransadakı Səfirliyi qarşısında Almaniya,
İsveçrə, İsveç, Hollandiya, Belçika,
Böyük Britaniya, Lüksemburq və digər ölkələrdə
fəaliyyət göstərən Azərbaycan və Türk
diaspor təşkilatlarının birgə etiraz aksiyası
keçirilmişdir. Aksiyanın məqsədi Ermənistanın
işğalçılıq və soyqırım siyasətinə
yerli və beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək
olmuşdur. Aksiya Avropada fəaliyyətə göstərən
kütləvi informasiya vasitələri tərəfindən
işıqlandırılmışdır. Àksiyanın sonunda qəbul
olunmuş bəyanatda Ermənistanın
işğalçılıq siyasəti kəskin şəkildə
pislənilmiş, azərbaycanlılara qarşı törədilmiş
terror və soyqırım aktlarına hüquqi-siyasi qiymət
verilməsi tələb olunmuşdur. Almaniyadakı Azərbaycanlıların
Koordinasiya Mərkəzində isə Azərbaycan dili
kursları açılmışdır. Bu təşəbbüsün
əsas məqsədi Almaniyada böyüyən azərbaycanlı
uşaqlarda Azərbaycana qarşı məhəbbət hissi
aşılamaq, Azərbaycan mədəniyyəti və incəsənətinə
maraq oyatmaq, onlarà Ana dilini öyrənmələri
üçün şərait yaratmaqdır.
2012-ci
il oktyabrın 11-də Berlində Azərbaycanın
qaçqın və məcburi köçkünlərinə
həsr olunmuş “Evə dönən beş yol” adlı fotosərginin
açılışı olmuşdur. Tanınmış
fotoqraf Filip Ratmerin (Philipp
Rathmer) fotoşəkillərindən ibarət sərgi Avropa-Azərbaycan
Cəmiyyətinin (TeAS) təşkilatçılığı
ilə keçirilmişdir. Sərgidə nümayiş etdirilən
50 fotoşəkil Azərbaycanın erməni işğalı
altında olan Dağlıq Qarabağ və yeddi ətraf
rayonundan olan bir milyondan çox qaçqın və məcburi
köçkünün həyatını
işıqlandırır. Oktyabrın 23-26-sı tarixlərində
Fransa Yəhudi İnstitutları Təmsilçilər
Şurasının nümayəndə heyəti Azərbaycana
səfər etmişdir. Nümayəndə heyəti səfər
çərçivəsində Quba rayonundakı “Soyqırım Memorial Abidə
Kompleksi”ni ziyarət etmiş, habelə azərbaycanlı məcburi
köçkünlərlə görüşmüşlər.
Bundan başqa nümayəndə heyətinin bir sıra
dövlət orqanlarının rəhbərləri ilə də
görüşü olmuşdur.
Niderland
Krallığında fəaliyyət göstərən “Vahid,
Bölünməz Demokratik Azərbaycan uğrunda Birlik” cəmiyyətinin
təşəbbüsü və Azərbaycan
Respublikasının Diasporla İş üzrə Dövlət
Komitəsinin dəstəyi ilə Niderlandın Valkenburq bələdiyyəsinin
sədri Martinus Yorlinqsin başçılıq etdiyi nümayəndə
heyəti ölkəmizdə səfərdə olmuşdur. Səfər
Azərbaycanın mədəniyyəti, tarixi, gəzməli-görməli
yerləri ilə tanışlıq
məqsədi daşımışdır. Niderlandın
nümayəndə heyəti Azərbaycanın bir sıra
dövlət orqanlarında görüşlər
keçirmiş, Azərbaycan-Niderland münasibətlərinin
müxtəlif aspektlərinə dair bir çox məsələlər
müzakirə edilmişdir. 2012-ci il dekabrın 29-da 26 təşkilatı
özündə birləşdirən İsveç Azərbaycanlıları
Konqresinin II Qurultayı keçilmişdir. Qurultay zamanı
Konqresin iki illik fəaliyyətinə dair hesabat məruzəsi
dinlənilmiş, İAK-ın ötən dövrdəki fəaliyyətinə
dair fikir mübadiləsi aparılmışdır. Qurultayda
Konqresin İdarə heyətinin üzvləri
seçilmişdir.
Müstəqil
Dövlətlər Birliyi məkanının əhatə
etdiyi ölkələrdə keçirilən tədbirlərin
və diaspor quruculuğu işinin əsas məqsədi burada
məskunlaşmış azərbaycanlıların hüquq və
azadlıqlarının qorunmasına, onların yerli cəmiyyətə
inteqrasiyasına dəstək vermək olmuşdur. 2012-ci il ərzində
Ümumrusiya Azərbaycan Konqresi tərəfindən
Rusiyanın müxtəlif regionlarında Azərbaycan həqiqətlərinin
yerli ictimaiyyətə çatdırılması,
soydaşlarımızın cəmiyyətə
inteqrasiyası, ictimai-siyasi fəallığının
artırılması məqsədilə müxtəlif tədbirlər təşkil
edilmişdir. İyul ayında ÜmumRusiya Azərbaycanlıları
Konqresi Mərkəzi Şurası Krasnodar diyarında baş
vermiş daşqın fəlakəti ilə əlaqədar zərərçəkənlərə
yardım təşkil etmişdir. Sentyabr ayında isə
konqresin təşkilatçılığı ilə Azərbaycan
diaspor nümayəndələrinin ölkəmizin bir qrup
yaradıcı ziyalısı ilə görüşü
olmuşdur. Oktyabr ayında Ümumrusiya Azərbaycanlılar
Konqresinin mərkəzi ofisində
konqresin Rusiyanın Mərkəz Federal dairəsinin regional və
yerli bölmələrinin rəhbərləri ilə
müşavirə keçirilmişdir. Ìüşavirənin əsas
müzakirə mövzuları azərbaycanlıların Rusiya
cəmiyyətinə inteqrasiyasına kömək, regionlarda
millətlərarası həmrəylik, yerli hakimiyyət
orqanları, həmçinin Moskvanın və Rusiya
regionlarının müxtəlif ictimai təşkilatları
ilə əməkdaşlıq məsələləri
olmuşdur. Həmin müddətdə Ümumrusiya Azərbaycan
Konqresinin nümayəndə heyəti Rusiya
Federasiyasının Başqırdıstan Respublikasının
paytaxtı Ufa şəhərinə səfər çərçivəsində
Başqırdıstan Respublikasının Prezident
Administrasiyasının siyasi və ictimai əlaqələrin
inkişafı idarəsinin əməkdaşları ilə
görüşmüşlər. Görüşdə
ÜmumRusiya Azərbaycanlıları Konqresinın regional
bölməsinin fəaliyyəti, Başqırdıstanın
dövlət orqanları ilə əməkdaşlığa
dair bir sıra məsələlər müzakirə
olunmuşdur. Qeyd edək ki, 2012-ci ildə xüsusilə Rusiya
Federasiyası və Ukraynada azərbaycanlı gənclərin
fəallılığının artdığı
müşahidə olunmuşdur.
Belə ki, Rusiya Federasiyasında fəaliyyət göstərən
Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı
tərəfindən Azərbaycan mədəni irsinin və
tarixinin təbliği, ölkədə yaşayan azərbaycanlı
gənclərin təşkilatlanması, cəmiyyətə
inteqrasiyası, diaspor quruculuğu işinə fəal şəkildə
cəlb olunmasına xidmət edən bir sıra uğurlu layihələr
həyata keçirilmişdir.
Belə ki, 2012-ci ildə Rusiya Azərbaycanlı Gənclər
Birliyi Moskvada “Liderlik və fəal
vətəndaş mövqeyi” adlı qış məktəbi
təşkil etmişdir. Məktəb çərçivəsində
Azərbaycanın və Rusiyanın dövlət
qurumlarının, ekspertlərin və ictimai xadimlərin
iştirakı ilə məşğələlərin,
mühazirələrin və ustad dərslərinin təşkil
olunması nəzərdə tutulmuşdur. Bundan başqa, Rusiyanın Azərbaycanlı Gənclər
Təşkilatı Rusiya Dövlət Humanitar Universitetinin Azərbaycan klubu ilə birlikdə
“1918-ci il 31 mart azərbaycanlıların soyqırımı:
tarixi-hüquqi aspekt” mövzusunda “dəyirmi masa”
keçirmişdir. Tədbirin məqsədi
1918-1920-ci illərdə Azərbaycanda baş vermiş
qanlı faciəvi hadisələri bir daha təhlil etmək,
erməni millətçiləri, xüsusən də
“Daşnaksütyun” terror təşkilatı tərəfindən
planlaşdırılmış sırf milli mənsubiyyətinə
görə azərbaycanlıların kütləvi qətllərinin
səbəbləri və nəticələri barədə
fikir mübadiləsi àparmaq və bu barədə həqiqətləri
Rusiya ictimaiyyətinə çatdırmaq olmuşdur. Moskvada
isə Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının dördüncü hesabat-seçki
konfransı keçirilmişdir. Konfransda RAGT-nin Moskva və
regional bölmələrinin 104 nümayəndəsi
iştirak etmişdir.
Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının fəaliyyətinin yekunları barədə
hesabat məruzəsi dinlənilmiş, təşkilatın
gördüyü işlər haqqında ətraflı məlumat
verilmiş, gələcək planlar ətrafında müzakirələr
aparılmışdır. Êonfrans iştirakçıları
təşkilati məsələləri nəzərdən
keçirmiş, nəzarət-təftiş komissiyasının
məruzəsini dinləmişlər. Leyla Əliyeva yenidən
yekdilliklə Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının
sədri seçilmişdir. Görüş çərçivəsində
Azərbaycan və Rusiya gənclərinin gələcək
müştərək layihələri haqqında geniş
fikir mübadiləsi aparılmışdır. Noyabr ayında
Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı
Azərbaycan diasporuna ünvanlanmış bəyanatla
çıxış etmişdir. Bəyanatda xəbərdarlıq
edilir ki, ermənilərin çəkdiyi “Yarımçıq
qalmış mahnı” kinofilmi təhrikçilikdir və bu təhrikə
uymaq lazım deyildir. Qeyd edək ki, RAGT «Xocalıya Ədalət»
təbliğat-təşviqat kampaniyası çərçivəsində
də bir sıra ölkələrdə uğurlu tədbirlər
həyata keçirməyə müvəffəq olmuşdur
Göstərilən
müddət ərzində Ukrayna Azərbaycanlı Gənclər
Birliyinin təşəbbüsü ilə Odessa şəhərində
“Azərbaycan: Qərb ilə Şərqə açılan pəncərə”
mövzusunda tədbir keçirilmişdir. Odessa vilayət
administrasiyasının, diplomatik korpus nümayəndələrinin,
azərbaycanlı gənclərin və diaspor fəallarının
qatıldığı tədbirdə Azərbaycanın
Avropaya və dünya birliyinə inamlı inteqrasiya siyasəti,
beynəlxalq mədəni, iqtisadi layihələr barədə
müzakirələr aparılmışdır..
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.- 2013.- 22 may.- S.15.