Türkiyədəki görkəmli diaspor nümayəndələrimiz

 

Bu gün Azərbaycan diasporunun ən geniş yayıldığı ölkələrdən biri də Türkiyə Cümhuriyyətidir. Müxtəlif illərdə qardaş ölkədə diaspor təşkilatı yaratmış dəyərli soydaşlarımız hazırda da bu işi uğurla icra edirlər. Azərbaycanı Türkiyədə layiqincə təmsil edən, ölkəmizin problemlərini Türk cəmiyyətinə çatdıran insanlardan biriYücel Artantaşdır.

 

O, 1952-ci ildə İqdır şəhərində anadan olub. Ankara Qazi Universitetinin İqtisadi və idarəetmə elmləri fakültəsinin İctimaiyyətlə əlaqələr bölməsini bitirib. Yücel Artantaş Ankara Böyuk Şəhər Bələdiyyəsinin Baş katibinin köməkçisi olub. SSK İdarəetmə Qurumunun üzvü kimi də fəaliyyət göstərib. Hazırda Əmək İnşaat və İşlətmə İdarəetmə Qurumunda sədr müavinidir. Cümhuriyyət Xalq Partiyasının 33-cu qurultayında sabit millət vəkili olaraq Partiya Məclisinə təkrarən seçilib. Qeyd edək ki, Yücel Artantaş Partiya Məclisinə seçilən 53 nəfərdən biridir. Yücel Artantaş hazırda sindikatçı və İqdırdan olan millət vəkilidir. “Kent” Korporasiyasının icraedici üzvüdür. 2006-cı il, martın 13-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif olunub.

Samil Ayrim-1950-ci ildə Türkiyənin Qars şəhərində anadan olub. İstanbul Texniki Universitetinin Maşınqayırma fakültəsinin Gəmi inşaat və maşınqayırma üzrə yüksək mühəndisi olaraq məzun olub. Türkiyə Gəmiçilik Sənayesinin A.Ş. baş müdiri və İdarə heyəti başçısı, Dəniz Nəqliyyatının T.A.Ş baş müdirinin məsləhətcisi, İqdır və İstanbuldan millət vəkili kimi fəaliyyət göstərib. 2006-cı il martın 13-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

Turqut Arat- 1944-ci il aprelin 10- da İqdır şəhərində anadan olub. 1973-1977-ci illərdə Ege Universitetində inşaat mühəndisi kimi çalışıb. 1977-ci ildən sərbəst mühəndis və inşaatcı kimi fəaliyyət göstərir, iş adamıdır. 2006-cı ildən Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədr müavinidir. Eyni zamanda o, İzmir Azərbaycan Kültür Evi və Dayanışma Cəmiyyətinin sədridir. 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

Sinan Oğan-1967-ci il sentyabrın 1-də İqdır şəhərində anadan olub. 1989-cu ildə Mərmərə Universitetinin biznesin idarə olunması fakültəsini bitirib. 1992-ci ildə Mərmərə Universitetində “Maliyyə Hüquq-Bank işi” sahəsində “Azərbaycanda iqtisadiyyat və maliyyə sektorunun əsaslı analizi” mövzusunda elmi iş müdafiə edib. 2009-cu ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun “Beynəlxalq Münasibətlər və Politologiya” sahəsi üzrə doktorluq dərəcəsini alıb. 1992-1998-ci illərdə Mərmərə Universiteti, Türkiyə Araşdırmalar Universiteti araşdırma şöbəsində çalışıb. 1993-2000-ci illər ərzində Azərbaycan Dövlət İqtisad Universiteti Türk Dünyası idarəetmə fakültəsində dekan köməkcisi olub. 1994-1998-ci illərdə Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin tabeliyində olan Türkiyə İş Birliyi və Koordinasiya Agentinin-TİKA -Azərbaycan təmsilçiliyinə rəhbərlik edib. 2000-ci ildə Türkiyəyə qayıdaraq Avrasiya Strateji Araşdırmalar Mərkəzində Qafqaz istiqaməti üzrə çalışıb. 2004-cü ildə Türkiyə Beynəlxalq Əlaqələr və Strateji Araşdırmalar Mərkəzi – TURKSAM-ın əsasını qoyub. 2004-cü il mayın 28-də isə  Türkiyə Azərbaycan Dərnəyini yaradıb. 2006-cı ilədək Avrasiya Strateji Araşdırmalar Mərkəzinin  “Rusiya və Ukrayna” şöbəsinə rəhbərlik edib. Məşhur “Valday” qrupunun 40 üzvündən biridir. 1992-ci ildə “Türk dünyasının problemləri və çıxış yolları” mövzusunda çalışmalarına görə Türkiyənin “Milliyyət” qəzetinin “Sosial Elmlər”, 1993-cü ildə Mərmərə Universitetinin “Uğur”, 2010-cu ildə “Türk dünyasına xidmət” mükafatlarını alıb. 1992-ci ildə “Azərbaycan”, 2003-cü ildə “Siyasət və oliqarxiya” adlı və 2006-cı ildə “Narıncı inqilablar” adlı nəşr olunan kitabların müəllifidir. Oğuz boyu Mədəniyyət Dərnəkləri Federasiyası tərəfindən “Şərəf” ordeni, 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

 Nurəddin Aras-1954-cü il martın 6-da İqdır şəhərində anadan olub. İlk, orta lisey təhsilini İqdırda alıb. Liseydən sora Almaniyaya gedib Hote İnstitutunda dil təhsili alıb. Sonra Erlanqen Universitetinin İdman Akademiyasında təhsilini davam etdirib. İstanbul Universiteti Ədəbiyyat fakültəsinin coğrafiya bölümündə təhsil alıb. 1980-ci ildə İqdırda coğrafiya müəllimi təyin olunub. 1999 2004-cü illərdə keçirilən seçkilərdə qalib gələrək 10 il İqdır Bələdiyyə sədri olub. 2011-ci ildə keçirilən Türkiyə Ümumi Seckilərində Ədalət İnkişaf Partiyasından II nömrəli millət vəkili namizədi olaraq göstərilib. Azərbaycanla münasibətə həmişə böyük önəm verən Nureddin Arasın təşəbbüsü dəstəyi ilə hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar Avropa olkələrində beynəlxalq konfrans kecirilir. Turkiyə-Ermənistan sərhədlərinin açılmasına qarşı çıxan Nureddin Aras İqdırın Azərbaycanla, xüsüsi ilə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin genişlənməsində önəmli rol oynayıb. 2006-cı il martın 13-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görəTərəqqimedalı ilə təltif olunub.

İlhan Akküzüm-1947-ci il sentyabrın 11-də Türkiyənin Qars şəhərində anadan olub. Orta təhsilini Türk Təhsil Dərnəyi Ankara Kollecində alıb. 1973-cu ildə Ankara İqtisadi Ticarət Elmləri Akademiyasının Xarici ticarət turizm bölməsində ali təhsilini tamamlayıb. 1978-1983-cü illərdə sərbəst ticarətlə məşğul olub. 1983-1991-ci illər arasında iki dəfə Ana Vətən Partiyasından Qars millət vəkili seçilib. 1987-1991-ci illərdə turizm naziri, gənclər idman sahəsi üzrə dövlət naziri vəzifələrində çalışıb. 1991-1995-ci illərdə isə Türkiyə Böyük Millət Məclisinin millət vəkili olub. 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görəTərəqqimedalı ilə təltif olunub.

Hüseyn Sözlü-1965-ci ildə Ceyhan şəhərində anadan olub. 1990-cı ildə DSİACO şirkətində çalışıb. 1992-ci ildə Ceyhan Ülkü Ocağının sədri olub. Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının fəal üzvlərindəndir. 1999-cu ildə Ceyhan Bələdiyyəsinin sədri seçilib. Bələdiyyəyə rəhbərlik etdiyi dövrlərdə həyata keçirdiyi layihələrə görə yerli əhalinin rəğbətini qazanıb 2005-ci ildə İsgəndərun, Payas, Ceyhan Sarımazı, Mərsin-Toroslar, Lapseki şəhərlərinin bələdiyyə başçılarını bu ölkədə fəaliyyət göstərən Azərbaycan dərnəklərinin üzvlərindən ibarət nümayəndə heyətinin tərkibində Azərbaycanda səfərdə olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də Prezident Sarayında nümayəndə heyətini qəbul edib. Məhz onun dəstəyi ilə 2006-cı il iyulun 13-də Ceyhanda ümummilli lider Heydər Əliyevin adını daşıyanTürkiyə-Azərbaycan qardaşlığı parkıaçılıb. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan parkın təntənəli açılışında iştirak ediblər. 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görəTərəqqimedalı ilə təltif olunub.

Ertan Demirtaş-1947-ci ildə Türkiyənin Merzifon bölgəsində anadan olub. 1970-ci ildə İstanbul Universitetinin Çapa tibb fakültəsinin məzunu olub. 1989-cu ildən professor-tibb üzrə fəxri həkim, elmlər doktorudur. 1980-2003-cü  illərdə Gülhanə Askeri Tibb Akademiyasında, daha sonra 1986-1989-cu illərdə London Müqəddəs Tomas Xəstəxanasında həkim işləyib. 1997-2003-cü illərdə GATA Kardioloji Ana Bilim Universitetinin rəhbəri olub, 2001-2003-cü  illərdə isə GATA Daxili Tibb Bilimləri Bolumu rəhbəri olaraq vəzifə alıb. 2005-2007-ci illərdə İstanbul Yeditəpə Universitetində həkim-professor, 2007- 2009-cu illərdə alman xəstəxanasında həkim-professor, 1989-1995-ci illərdə ABŞ höküməti tərəfindən ABŞ-ın müxtəlif tibb mərkəzi universitetlərinə rəsmi qonaq kimi dəvət edilib. 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə xalqlar arasında dostluğun möhkəmləndirilməsi sahəsindəki xidmətlərinə görəDostluqordeni ilə təltif olunub.

Əhməd Şəfəq-1962-ci il yanvarın 1-də Türkiyənin İstanbul şəhərində anadan olub. 2007-ci ildə Bakıda keçirdiyi konsertdən əldə etdiyi bütün gəliri Azərbaycan ordusuna bağışlayıb Fəxri Fərmanmükafatına layiq görülüb. Hazırda müğənnidir. 2005-ci ildəİlin ən yaxşı kişi solistimükafatı, 2006-cı ildə isə Ənənəvi Kral TV “Video Mahnımükafatı ilə təltif olunub. 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görəTərəqqimedalı ilə təltif olunub.

Akkan Süver-1942-ci il, avqustun 8-də İstanbul şəhərində anadan olub. İstanbul Universitetinin jurnalistika fakültəsini bitirib jurnalist kimi fəaliyyət göstərib. O, Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər üzrə fəlsəfə doktorudur. Jurnalistlik karyerasına “Son saatqəzetində başlayıb, “Dünyaqəzetində redaktor köməkcisi, sonra İstanbulda gündəlik fransız dilində nəşr olunanLya Qazet”də baş redaktor olub. “Günəş”, “Hər gün”, “Orta Şərq”, “Tərcüman”, “Türkiyə Dünyaadlı İstanbul qəzetlərinin müxbiri kimi çalışıb. 1987-1995-ci illərdə Milliyyətci Hərəkat Partiyasının mətbuat katibi olub, sonralar isə partiya katibinin müavini postunu tutub. 1997-ci ildə özünün qərarı ilə tutduğu vəzifədən azad olunub. 1990-2000-ci illərdə Türkiyə Boks Federasiyasının vitse-prezidenti, Umumdunya Boks Assosiasiyasının Elmi Komitəsinin üzvü, 1997-ci ildə isə Mərmərə Fondunun prezidenti olub. Aktiv fəaliyyətinə səylərinə görə YUNESKO tərəfindən Mərmərə Qrupu Fondu Mədəniyyətlərarası Dialoq Komissiyasına uzv kimi qəbul olunub.  2009-cu il martın 4-də təsis olunmuş Qara dəniz Xəzər dənizi Əməkdaşlıq Tərəfdaşlıq Beynəlxalq Fondunun vitse-prezidenti təsisçi üzvüdür. Hazırda Mərmərə Qrupu Fondunun prezidentidir, AzərbaycandaAtatürk Mərkəzi”nin Elmi Şurasının üzvüdür.  2005-2006-cı illərdəYaşıl yarpaqlar mövsümüAtatürkun həyatıadlı kitabları nəşr olunmuşdur. 2007-ci ilin martında Vatikanda Müqəddəs Papa XVI  Benedikt tərəfindən “XVI BenediktXatirə medalı ilə təltif edilmişdir. 2006-cı ilin avqust ayında MonqolustanınCingiz xanmedalı ilə təltif edilib. 2006-cı il martın 13-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görəTərəqqimedalı ilə təltif olunub.

Bilal Dundar-1946-cı il oktyabrın 15-də Qars şəhərində anadan olub. 1970-ci ildə Ankara Ticarət Turizm Yüksek Oğretmen Okulunu bitirib. 1970-1973-cu illərdə Çorum Ticarət liseyində, 1973-1978-ci illərdə İzmit Axşam Günduz liseyində, 1979-cu ildə isə Kocaelidə məslək yuxarı siniflərdə müəllim, Ədliyyə Nazirliyində ekspert, Anadolu Dərnəklər Birliyində sədr vəzifəsində çalışıb. 1995-ci ildənKocaeliqəzetinin müxbiridir. 2002-ci ildəYazdıqlarım”,  2004-cu ildəSezdiklərim”, 2008-ci ildəBildiklərim”, 2009-cu ildəDüşündüklərim”, 2011-ci ildəGördüklərimadlı kitabları nəşr olunub. 2004-cu ildən Kocaeli Azərbaycan Evi Dərnəyinin sədridir. 2006-cı ildən Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının  sədri, 2010-cu ildən isə Avropa Azərbaycan Konqresinin vitse-prezidentidir. 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorəTərəqqimedalı ilə təltif olunub.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

 

Olaylar.- 2013.- 23 may.- S.15.