Nağdsız
ödəniş sisteminin inkişafını
stimullaşdırmaq lazımdır
Bu
sistemin genişləndirilməsi sürətlə dünya
elitasına inteqrasiya olunan Azərbaycanın maliyyə-iqtisadi
siyasətinin əsas istiqamətlərindən biridir
Dünyanın inkişaf etmiş ölkələrinin
maliyyə bazarında nağdsız ödəniş sistemi
geniş yayıldığından adi əməliyyat mexanizminə
çevrilib. Nağdsız ödəniş pul və pul vəsaitlərinin
nağd olmadan banklar və səlahiyyəti olan digər maliyyə
mənbələri vasitəsilə həyata keçirilən
pul dövriyyəsinin formasıdır. Təbii ki, bunun
üçün etibarlı əməliyyat sistemi, geniş
texniki imkanlar və subyektlər arasında inam
olmalıdır. İlk iki məsələni yalnız maddi
imkanlar hesabına, özü də qısa müddətdə
reallaşdırmaq mümkündürsə,
üçüncü məsələ xeyli zaman və təbliğat
tələb edir...
Son illər
Azərbaycanda da nağdsız ödəniş sisteminin
inkişafı məqsədilə müvafiq addımlar
atılır. Düzdür, hələ ki, bəzi maliyyə
subyektlərinin bu sistemi həyata keçirmək
üçün POS-terminalların tətbiqinə və eyni
zamanda əhalinin də nağd ödənişlərin
aparılmasına az maraq göstərmələri
müşahidə edilir. Bunu statistik rəqəmlərdən
də hiss etmək olur. Belə ki, nağd pul kütləsinin
ümumi pul dövriyyəsində xüsusi çəkisi
inkişaf etmiş ölkələrdə 7-10 faiz arasında
olduğu halda, ötən ilin məlumatına əsasən,
bu göstərici Azərbaycanda 50-55 faiz təşkil edib. Bu rəqəmləri
başqa cür təqdim etsək qeyd etmək olar ki, son illər
dünyada nağdsız ödənişlərin həcmi
artmaqdadır və hər il 7-8 faiz çoxalaraq təqribən
280-300 milyard dollar təşkil edir. Bunun 80 faizi inkişaf
etmiş dövlətlərin, konkret olaraq 40 faizi ABŞ-ın
payına düşür və bu ölkə dünya üzrə
lideridir. İkinci yerdə ümumi nağdsız ödənişlərin
21 faizinin həyata keçirildiyi Avrozona gəlir. Hesablamalara
görə, 2020-ci il üçün Avropa Birliyi ölkələrində
ümumi hesablaşmaların 30%-i nağdsız aparılacaq.
Ona görə də bu gün nağdsız ödənişlərin
genişləndirilməsi sürətlə dünya
elitasına inteqrasiya olunan Azərbaycan hökumətinin də
maliyyə-iqtisadi siyasətinin əsas istiqamətlərindən
biridir.
Bu sahədə
beynəlxalq təcrübədən, inkişaf etmiş
ölkələrdə tətbiq olunan
stimullaşdırıcı və məhdudlaşdırıcı
tədbirlərdən istifadə etməklə, habelə əhalinin
maarifləndirilməsi və məlumatlandırılması
yolu ilə sözügedən sistemin genişləndirilməsinə,
populyarlaşdırılmasına nail olmaq mümkündür.
Məsələn, dünya ölkələrinin bir
çoxunda bir əqd üzrə nağd qaydada aparılan
hesablaşmanın məbləği müvafiq həcmdə məhdudlaşdırılır
və artıq məbləğlərə cərimələr
tətbiq edilir. Eyni zamanda, vergi sistemi vasitəsilə müəyyən
güzəştlərdən istifadə olunmaqla
stimullaşdırıcı addımlar atılır. Bu məqsədlə
artıq Azərbaycanda da Vergi Məcəlləsinə dəyişiklikləri
nəzərdə tutan təkliflər paketi hazırlanaraq
hökumətə təqdim olunub...
Nağdsız
ödəniş sisteminin müsbət əhəmiyyəti
Nağdsız
ödəniş sistemi maliyyə vəsaitlərinin dövriyyəsinin
sürətlənməsi,
nağd pul kütləsinin ixtisarı, ödəniş
məbləğinin dəqiq aparılması kimi iqtisadi, vaxt
itkisinin aradan qaldırılması, pul itirmə kimi sosial əhəmiyyətli
üstünlüklərə malikdir. Çünki əsasən
bankların və digər maliyyə təşkilatlarının
yaratdığı sistem vasitəsilə həyata keçirilən
nağdsız ödəniş əməliyyatlarında
bütün hüquqi və fiziki şəxslər sərbəst
şəkildə iştirak etmək imkanlarına malik olurlar.
Bu işdə dövlətin də maraqları genişdir.
Çünki bu sistem maliyyə intizamına nəzarət etməyə,
maliyyə əməliyyatlarında şəffaflığın
qorunmasına, makroiqtisadi proseslərin nizama salmasına, eyni
zamanda vətəndaşların rahatlığının təmin
olunmasına, müştərilərin və bankların əməliyyatlarının
təhlükəsizliyinə əhəmiyyətli təsir
göstərə bilər.
Mütəxəssislərin
fikrincə, nağdsız hesablaşmalar nağd ödənişlə
müqayisədə bir çox üstünlüklərə
malikdir. Belə ki, bu sistem hesablaşmaların elastikliyilə
fərqlənir, əməliyyatların dəqiqliyi və təhlükəsizliyinə
xidmət edir, nagd ödənişlərdə olduğu kimi
pulların bir və ya bir neçə dəfə təkrar
hesablanmasını tələb etmir. Bunlarla yanaşı,
vergidən yayınma hallarının qarşısının
alınması, əhaliyə dövlət təşkilatları
tərəfindən göstərilən kommunal və sair xidmətlərin
haqlarının rahat şəkildə ödənilməsi,
canlı ünsiyyətin
azalması nəticəsində rüşvət
hallarının aradan qaldırılması nağdsız
ödəniş sisteminin üstünlüklərindəndir.
Həmçinin
nağdsız ödəniş sistemindən istifadə etməklə
nağd pulun daşınmasına, saxlanılmasına, yoxlanılmasına sərf ediləcək
xərclərdən azad olmaq mümkündür. Xüsusilə
böyük məbləğlərlə işləyən
şirkətlər buna daha çox önəm verməlidir.
Çünki təbii ki, bu işləri yerinə yetirmək
üçün şirkət bir neçə işçi
saxlamalıdır.
Nağdsız
ödəniş sisteminin növləri
Nağdsız
ödənişlər bir neçə növ üzrə -
ödəniş tapşırığı, ödəniş
tələbnaməsi, hesab qəbzləri (çeklər), akkreditivlərlə və ən
geniş yayılmış növ olan plastik kartlar vasitəsilə
aparılır.
Ödəniş
tapşırığı ilə hesablaşma bankda hesabı
olan müəssisənin həmin hesabdan müəyyən məbləğin
başqa müəssisənin hesabına daxil edilməsi
haqqında banka verdiyi tapşırıqdır. Ödəniş
tapşırıqları ilə hesablaşmanı icra etmək
üçün bank müştərinin
tapşırığı ilə onun hesabından müəyyən
pul vəsaitinin bu və ya başqa bankda (benefisiar bankda) ödəyicinin
göstərdiyi şəxsin hesabına ödəyir. Bu
öhdəliyi bank, bank hesabı müqaviləsində
ayrı müddət nəzərdə tutulmayıbsa, ödəniş
tapşırığının banka daxil olduğu
günün ertəsi günündən gec olmayaraq icra edir.
Ödəniş
tələbnaməsi müqavilə üzrə göndərilmiş
mallar, görülmüş xidmətlərin dəyərini
ödəyiciyə xidmət edən banka göndərilmiş
hesablaşma və yük sənədləri əsasında
ödəmək barədə mal göndərənin
alıcı qarşısında tələbidir. Mal göndərən
bu tapşırığı müqavilə, hesablaşma və
yük göndərmə sənədləri ilə birlikdə
alıcının bankına göndərir. Bu sənədlər
banka çatdıqdan sonra pul, mal göndərən təşkilatın
hesabına köçürülür. Ödəyicinin pul və
mal sənədlərinin ödənilməsi barədə
verdiyi razılıq aspekt adlanır.
Akkreditivlərlə
hesablaşmalar alıcı bankının satıcı
bankına akkreditiv ərizəsində göstərilən məbləği
ödəmək barədə tağşırığıdır.
Akkreditiv, malların göndərilməsi və xidmətlərin
göstərilməsini təsdiq edən sənədlər təqdim
olunarkən göndərilmiş malların, xidmətlərin
dəyərini benefisianara ödəmək barədə
bankın öhdəliyidir. Benefisiar müəyyən məbləğdə
pulu almaq üçün hesablaşma sənədində
göstərilmiş hüquqi və ya fiziki şəxsdir.
Nağdsız
hesablaşmaların həyata keçirilməsi
formalarından biri də hesab qəbzlərlə- çeklərlə
hesablaşmalardır. Çek müəyyən edilmiş
formada istifadə edilən qiymətli kağızların
geniş yayılmış formasıdır. Bu bankın
müştərisinin onun cari hesabından müəyyən məbləğin
onu təqdim edən şəxsə və ya çekdə
göstərilən digər bir şəxsə ödənilməsinin
qəti əmridir.
Yuxarıda
qeyd etdiyimiz nağdsız
ödəniş növləri əsasən sahibkarlıq fəaliyyəti
ilə məşğul olan
hüquqi və fiziki şəxslərə aiddir. Lakin bu
gün dünyada nağdsız ödənişlərdə
böyük paya və nüfuza sahib olan plastik kartlarla ödəmə
mexanizmdir ki, bu imkandan istənilən sıravi vətəndaş
yararlana bilir. Statistik rəqəmlərə görə, bu
gün dünyada nağdsız ödənişlərin təqribən
60-65 faizi kartlarla ödəmələrin payına
düşür. Dünyada elektron hökumətin, elektron ticarətin
və mobil ödəmələrin tətbiqi də
nağdsız ödənişlərin inkişafına təkan
verib.
Azərbaycanda
nağdsız hesablaşmalara marağı necə artırmaq
olar?
Hazırda
Azərbaycanın maliyyə bazarında nağdsız ödəniş
sisteminin yüksək səviyyədə inkişaf etdiyini
söyləmək çətindir. Çünki hələ
də sahibkarlıqla məşğul olan orta səviyyəli bir
çox hüquqi və fiziki şəxslər pul vəsaitlərinin
daha tez əldə edilməsi mənasında nağd şəkildə əməliyyatlara
üstünlük vermələri ilə yanaşı,
sıravi vətəndaşların da çox cüzi bir hissəsi
nağdsız ödənişlərə maraq göstərirlər.
Lakin nəzərə almaq lazımdır ki, nağdsız
ödənişlər, xüsusilə də böyük həcmli
məbləğlərdə, vəsaitə
üçüncü şəxslərin müdaxiləsi
imkanlarını, saxta pul əskinaslarından istifadə
hallarını aradan qaldırır.
Vətəndaşların
isə nağdsız ödənişlərə az maraq
göstərmələri bu sistemin imkanlarından məlumatsızlıqları
və ümumiyyətlə sistemin hələ ki, maliyyə
bazarını tam əhatə etməməsidir. Digər tərəfdən
hər hansı ticarət obyektindən alış-veriş edən
şəxsin ödənişi nağd deyil, plastik kart vasitəsilə
nağdsız şəkildə ödəməsinə əsas
yaradan amillər yoxdur. Yəni, başqa sözlə desək,
alıcını indiyə qədər adət etdiyi nağd
ödəniş sistemindən imtina edərək, plastik kart əldə
etməyə, ondan istifadə qaydalarını öyrənməyə,
istifadə etməyə maraqlandıran
stimullaşdırıcı səbəblər
olmalıdır.
Qeyd
etmək lazımdır ki, hazırda Azərbaycanda iri müəssisələrin
demək olar ki, əksəriyyəti nağdsız ödəniş
sistemindən istifadə edirlər. Lakin bu ölkənin maliyyə
sektorunda dövr edən vəsaitin bir hissəsini təşkil edir.
Çünki ölkəmizdə böyük pul kütləsinin
dövr etdiyi ticarət və xidmət sektorunda ödəniş
sistemi demək olar ki, bütünlüklə nağd şəkildədir.
Bu mənada Azərbaycanın nağdsız ödənişlərin
ölkə iqtisadiyyatındakı çəkisini artırmaq
üçün kompleks tədbirlərin həyata
keçirilməsi tələb olunur. Yəni, hökümət
tərəfindən qanunverici bazanın təkmilləşdirilməsi,
maliyyə sektorunun aparıcı subyektləri olan banklar və
digər maliyyə təsərrüfatları isə
nağdsız ödəniş sisteminin tətbiqinin texniki tərəflərini
həll etməklə yanaşı, ictimaiyyətin maarifləndirilməsi
və maraqlandırılması istiqamətində də
geniş təbliğat-taşviqat işi
aparılmalıdır.
Hazırda
ölkədə elektron hökumətin inkişaf etdirilməsi,
elektron bazarların yaradılması, yaxın zamanlarda Vergi Məcəlləsinə
edilməsi gözlənilən dəyişikliklər
nağdsız ödəniş sisteminin inkişafına xidmət
edən addımlardır. Qeyd edək ki, qanunvericilik müəyyən
mənada inzibati qaydada sistemin inkişafına təkan verə
bilər. Yəni, qanunla nağd qaydada aparılan
hesablaşmanın məbləği müvafiq həcmdə məhdudlaşdırılmaqla
nağdsız ödənişlərin
həcmini artırmaq olar. Həmçinin, plastik kartlardan
istifadəni qəbul etməkdən imtina edən satış
və xidmət obyektlərinə qarşı da qanuni şəkildə
inzibatı cəzalar tətbiq etmək mümkündür. Digər
bir variant isə cəza deyil, həvəsləndirici metod kimi
vergi sistemi vasitəsilə müəyyən güzəştlərin
tətbiq edilməsi ola bilər.
Lakin
inzibati qaydalarla sıravi vətəndaşları bu sistemə
cəlb etmək imkanları olmadığından, deməli bu
istiqamətdə əsas vasitələrdən biri
stimullaşdırıcı tədbirlərdir. Misal
üçün, plastik kartların müştəriyə bugünkündən daha
ucuz qiymətə təqdim edilməsi, plastik kart sahibləri
arasında müxtəlif həvəsləndirici, uduşlu
kampaniyaların keçirilməsi, ay, rüb və il ərzində
plastik kart vasitəsilə edilən ödənişlərin
müəyyən faizi həcmində bonus mükafatların
verilməsi və s. kimi həvəsləndirici addımlar
atıla bilər.
Pərviz Rəhimoğlu
Azərbaycan Mətbuat Şurası və
“Vergilər” qəzetinin birgə elan etdiyi “Heydər Əliyev
və Azərbaycanda vergi siyasəti” mövzusunda fərdi
jurnalist yazıları müsabiqəsinə təqdim edilir
Olaylar.- 2013.- 23 may.- S.7.