Uşaqların
övladlığa verilməsi üçün hansı sənədlər tələb olunur?
Azərbaycanda
övladlığa uşaq
götürülməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin
117-135-ci maddələri və Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin
20.09.2000-ci il tarixli,
172 nömrəli Qərarı ilə tənzimlənir. “Olaylar” Fermida.
az saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikasının vətəndaşı
ilkin qeydiyyata
alınmaq üçün müvafiq sənədlər toplayaraq
(sənədlərin siyahısı əlavə olunur) pasport
qeydiyyatında olduğu Rayon
İcra Hakimiyyətinin (RİH) Qəyyumluq
və Himayəçilik Komissiyasına müraciət edərək
qeydiyyata götürülür.
Qeydiyyata
alındıqdan sonra övladlığa 0-3 yaş arası
uşaq götürmək istədiyi təqdirdə vətəndaşa
məxsus sənədlər Səhiyyə Nazirliyinə,
övladlığa 3-18 yaş arası uşaq götürmək
istədiyi təqdirdə isə Təhsil Nazirliyinə
ünvanlanır. Beynəlxalq övladlığa verilmə
isə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi tərəfindən həyata keçirilir.
Azərbaycan
Respublikası Ailə Məcəlləsinin 120-ci maddəsinə
əsasən, aşağıdakılar istisna
olmaqla, hər iki cinsdən
olan yetkinlik
yaşına çatmış şəxslər
övladlığa götürən ola
bilərlər:
1.
məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti
olmayan və ya məhdud
fəaliyyət qabiliyyətli hesab edilən
şəxslər;
2.
məhkəmə tərəfindən valideynlik
hüquqlarından məhrum edilmiş və
ya valideynlik
hüquqları məhdudlaşdırılmış şəxslər;
3.
qanunla üzərinə qoyulan
vəzifəni yerinə yetirmədiyinə görə qəyyum
və ya himayəçi vəzifələrindən
kənarlaşdırılmış şəxslər;
4.
əvvəllər məhkəmə tərəfindən təqsirkar
bilinərək bu hüququ
ləğv edilmiş şəxslər;
5.
səhhətinə görə valideyn vəzifələrini
həyata keçirə bilməyən şəxslər.
6.
Övladlığa götürməyə, qəyyumluğa və
himayəyə qəbul etməyə imkan
verməyən xəstəliklərin siyahısı müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən olunur. (Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin 15.08.2000-ci il
tarixli, 141 nömrəli Qərarı )
7.
Aralarında nikah olmayan
şəxslər birlikdə eyni
uşağı övladlığa götürə bilməzlər.
Övladlığa
uşaq götürmək üçün
lazım olan sənədlərin siyahısı:
1.
Vətəndaşların (ər-arvad) Rayon
İcra Hakimiyyəti və ya Təhsil İdarəsində fəaliyyət
göstərən Qəyyumluq və Himayəçilik
komissiyasına yazdıqları ərizə (Notariusda
təsdiq edilmiş).
2.
Şəxsiyyət vəsiqəsinin surəti. (uşaq nikahda olmayan şəxs tərəfindən
övladlığa götürüldükdə—övladlığa
götürənin doğum haqqında
şəhadətnaməsinin surəti;)
3.
Uşaq nikahda olan şəxslər (şəxs) tərəfindən
övladlığa götürüldükdə—övladlığa
götürənlərin (götürənin) nikah
haqqında şəhadətnaməsinin surəti
4.
Uşaq ər-arvaddan
biri tərəfindən
övladlığa götürüldükdə—digərinin
razılığı və ya ər-arvadın
ailə münasibətlərinə xitam
verməklə 1 ildən artıq müddətdə birgə
yaşamadıqlarını təsdiq edən sənəd.
Müvafiq sənədi ərizəyə əlavə
etmək mümkün olmadıqda ərizədə
həmin faktları təsdiq edən sübutlar
göstərilməlidir;
5.
Yaşayış yerindən istifadə etmək hüququnu və ya
yaşayış yerinə mülkiyyət hüququnu
təsdiq edən sənəd.
6. Övladlığa
götürənlərin (götürənin) səhhətinin
vəziyyəti barədə tibbi rəy;
(Hepatit “B”, “C” və “QİÇS”
yoxlanılması üzrə məlumatlar, həmçinin dəri-zöhrəvi,
vərəm, onkoloji, psixonevroloji
və narkoloji dispanserlərin cavabı.)
7. Övladlığa
götürənlərin (götürənin) tutduğu
vəzifə və əmək haqqı barədə iş yerindən arayış və ya gəlirlər haqqında digər sənəd;
(Fərdi əməklə məşğul olanlar
üçün verginin
ödənilməsi haqqında arayış.)
8.
Övladlığa götürənlərin tərcümeyi-halı.
9.
Rayon və Şəhər İcra Hakimiyyətləri yanında fəaliyyət
göstərən Qəyyumluq və Himayəçilik
Komissiyasından mənzil şəraitinin müayinə
aktı.
Övladlığa
götürməyə, qəyyumluğa və himayəyə imkan verməyən xəstəliklərin
siyahısı:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2000-ci il
15 avqust tarixli, 141
nömrəli qərarı ilə təsdiq
edilmişdir
1.
Vərəm (aktiv və xroniki)
– lokalizasiyasından asılı olmayaraq,
I, II və V qrup dispanser
qeydiyyatında olan xəstələr;
2.
Daxili orqanların, sinir
sisteminin, dayaq-hərəkət
aparatının xəstəlikləri – dekompensasiya
mərhələsində olan xəstələr;
3.
Bədxassəli onkoloji xəstəliklər
– lokalizasiyadan asılı olmayaraq;
4.
Narkomanlıq, toksikomanlıq, xroniki alkoqolizm;
5.
İnfeksion xəstəliklər – dispanser qeydiyyatından çıxarılana qədər
olan xəstələr;
6.
Ruhi xəstəliklər – müəyyənləşdirilmiş
qaydada fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət
qabiliyyətli hesab edilən xəstələr;
7.
Əmək qabiliyyətini itirməklə I və II qrup əlilliyə gətirib çıxaran bütün travmalar və
xəstəliklər.
Olaylar.- 2013.- 23 may.- S.11.