Yaqub Mahmudov – Azərbaycanın
milli məfkurəli tarixçisi və ictimai xadimi
Yaqub
Mahmudovun “qısqanclıq” böhranı yaşayan opponentlərinə
cavab
Əvvəli
ötən saylarımızda
Fəaliyyəti
ümumbəşəri dəyərlərin təbliğinə,
milli ideologiyaya, milli ruha xidmət edən Yaqub Mahmudovun elmi əsərləri
bu gün təkcə keçmiş SSRİ məkanında,
İranda, Türkiyədə deyil, Avropa ölkələrində,
ABŞ-da, Cənubi Koreyada da tanınmışdır. Alimin
monoqrafiyaları Moskvada, Kiyevdə, Londonda, Nyu-Yorkda,
Vaşinqtonda, Los-Ancelesdə, İslamabadda, Seulda müxtəlif
xarici dillərdə - rus, Ukrayna, türk, ingilis, macar, Koreya
dillərində çap edilmişdir.
Yaqub Mahmudov Azərbaycan Respublikası
Prezidenti yanında Heraldika Şurasının, «Əsir və
itkin düşmüş, girov götürülmüş vətəndaşlarla
iş üzrə Dövlət Komissiyası»nın, Azərbaycan-Özbəkistan
Dostluq Cəmiyyəti İdarə Heyətinin, Qafqaz Müsəlmanları
İdarəsi elmi-dini şurasının, Azərbaycan Milli
Ensiklopediyası Baş Redaksiya Şurasının, Dünya Azərbaycanlılarını
Əlaqələndirmə Şurasının üzvü, həmçinin
LütfiZadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının
həqiqi üzvüdür. Yaqub Mahmudov Dağıstan
Respublikasının Əməkdar Elm xadimidir.
O, Yusif Məmmədəliyev, Rəsul
Rza, «Qızıl qılınc», «Qızıl qələm»,
«Samir Əsgərxanov» mükafatları laureatıdır. Azərbaycan
Respublikasının Əməkdar Elm xadimidir. Ölkə
üzrə tarix ixtisası sahəsində Dissertasiya
Şurasının, Tarix Elmləri üzrə Əlaqələndirmə
Şurasının, Təhsil Nazirliyi Elmi-Metodik Şurası
Tarix bölməsinin sədridir.
Yaqub Mahmudov geniş ictimai fəaliyyətlə
məşğul olmaqda davam edir. O, Yeni Azərbaycan
Partiyası Siyasi Şurasının üzvüdür. 2000-ci
ilin noyabrında Azərbaycan Respublikasının
Milli Məclisinə (II çağırış) deputat
seçilmişdir. 2005-ci ilin
noyabrında yenidən Azərbaycan Respublikasının
Milli Məclisinə (III çağırış) deputat
seçilmişdir. 2010-cu ilin noyabrında yenidən Azərbaycan
Respublikasının Milli Məclisinə (IV
çağırış) deputat seçilmişdir. Azərbaycan
Respublikasının «Şöhrət» və «Şərəf»
ordenləri ilə təltif olunmuşdur. Onun həmmüəllifi
olduğu 12 dildə nəşr olunmuş “Qarabağ tarixi” və
3 dildə nəşr olunmuş “İrəvan tarixi” Azərbaycan
Respublikasının Prezidenti İlham Əlyevin Sərəncamı
ilə 2012-ci ildə Dövlət Mükafatına layiq
görülmüşdür.
Yaqub Mahmudovun
araşdırmalarının başlıca istiqamətləri
– Azərbaycanın dövlətçilik tarixi və mədəni
irsi, Azərbaycan dövlətlərinin xarici siyasəti və
diplomatiya ənənələri, Azərbaycan tarixi üzrə
mənbələr, tarixi şəxsiyyətlərin yeri və
rolu, «itirilmiş torpaqlarımız»ın tarixi və
ümumiyyətlə, sahib olduğumuz
TARİXİMİZDİR. Yaqub Mahmudov məktəbinin əsasını,
«kvintessensiyası»nı qərəzsiz, hər hansı bir
siyasi təmayülsüz, obyektiv araşdırma metodları və
heç şübhəzis ki, AZƏRBAYCANÇILIQ ideyası
təşkil edir.
Azərbaycanın Manna dövlətindən
başlayaraq XXI yüzilliyə qədər gəlib
çıxan böyük, şanlı, zəngin dövlətçilik
tarixini araşdıran Yaqub Mahmudov, əslində, Azərbaycan
tarixinin yeni konsepsiyasını təqdim etmişdir. Bu
konsepsiya Azərbaycan xalqının unikallığı və
təkrarsızlığı, geniş tarixi ərazidə
yayılmaqla zəngin maddi və mənəvi mədəniyyətə,
milli məfkurəyə və tarixi yaddaşa sahib olduğu
faktına söykənir.
Yaqub Mahmudov və onun məktəbi Azərbaycanın
zəngin dövlətçilik tarixinin bütün mərhələlərini
araşdırmaqla, əslində, Azərbaycan tarixinin milli
konsepsiyasını təqdim etmişdir və bu konsepsiya Azərbaycan
xalqının geniş tarixi ərazidə yayılmaqla zəngin
maddi və mənəvi mədəniyyətə, milli məfkurəyə
və tarixi yaddaşa sahib olduğu faktına söykənir.
Bu araşdırmalara və prinsiplərə əsaslanan Azərbaycan
tarixi konsepsiyası AMEA Tarix İnstitutu tərəfindən
artıq işlənib hazırlanmışdır.
Bakı Dövlət Universitetində
Yaqub Mahmudovun rəhbərlik etdiyi «Qədim dünya və orta
əsrlər tarixi» kafedrası Azərbaycanda mediyevistikanın
yeganə, Qafqazda başlıca mərkəzidir. Bu gün Yaqub
Mahmudov məktəbinin davamçıları öz tədqiqatlarında
tələbəsi olduqları alimin elmi istiqamətinə, onun
dövlətçilik tariximizə olan hörmətinə
sadiq qalaraq araşdırmalar aparırlar; Azərbaycanın qədim,
orta əsrlər, yeni və müasir tarixini, mədəniyyətini,
milli irsini, xarici siyasətini və diplomatiya ənənələrini
araşdıran Yaqub Mahmudovun davamçılarının tədqiqatları
ümumilikdə Azərbaycan tarix elmini zənginləşdirmişdir,
desək, yanılmarıq.
Bu gün Yaqub Mahmudovun rəhbərlik
etdiyi AMEA Tarix İnstitutunda dünya tarixinin ən əhəmiyyətli,
elmi həllini gözləyən problemləri
araşdırılır və elmi dövriyyəyə
buraxılır. Bu baxımdan, Tarix İnstitutunda son illərdə
görülən işlər Yaqub Mahmudov məktəbinin fəaliyyətinin
tərkib hissəsi sayılır. Yeri gəlmişkən,
2012-ci ildə Beynəlxalq Sokrat Komitəsi Oksford sammitində
AMEA Tarix İnstitutu elmi-tədqiqat fəaliyyətinə
görə ən yaxşı müəssisə - «Best
Enterprises» diplomuna layiq görülmüşdür. 2012-ci ildə
Beynəlxalq Sokrat Komitəsi Dublin sammitində Yaqub Mahmudova
böyük elmi nailiyyətinə görə «The Name in
Science» («Elmdə ad») fəxri titulu almışdır. Bununla
da, Yaqub Mahmudov dünya elminin inkişafına verdiyi töhfəyə
görə medalla təltif edilərək XXI əsrin ən məşhur
elm adamlarının siyahısına daxil edlmişdir.
Aparılan böyük əməyin nəticəsidir
ki, bu gün AMEA-nın A.A.Bakıxanov adına Tarix
İnstitutu Azərbaycan tarix elminin başlıca qurumuna, milli
ideologiyanın formalaşdığı mərkəzlərdən
birinə çevrilmişdir.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev «Azərbaycan Milli Elmlər
Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutu
ölkəmizdə tarix üzrə araşdırmaların mərkəzidir»
deyərək, Tarix İnstitutuna çox yüksək qiymət
vermişdir.
Yaqub Mahmudovun milli təəssübkeşliyi
heç zaman onun alim obyektivliyini üstələməmişdir,
ona görə də onun tədqiqatları həm elmi ictimaiyyətin,
həm geniş oxucu kütləsinin, həm siyasətçilərin
nəzər-diqqətindədir.
Yaqub Mahmudovun
araşdırmalarının başlıca istiqamətləri
və təməl prinsipləri müasir Azərbaycan tarix
elminin bütövləşməsinə xidmət edir.
Azərbaycanın
tarixçi ziyalıları adından
prof. Adil Məmmədov, prof. Tamilla
Musayeva, prof. Şahin Fərzəliyev,
prof. Fəzail İbrahimli, prof. Həsən
Əlibəyli, prof. Kərim Şükürov,
prof.
Nərgiz Axundova, prof. İradə Bağırova, prof. Camal Mustafayev,
t.e.d.
Məryəm Seyidbəyli,
t.e.d. Ədalət Qasımov, t.e.d. Qasım Haciyev
dos. Cəbi
Bəhramov, dos. Tofiq Nəcəfli, t.ü.f.d. Göhər Məmmədova,
t.ü.f.d.
Hacı Həsənov,
t.ü.f.d. Elmar Məhərrəmov,
t.ü.f.d. Natiq Məmmədzadə,
t.ü.f.d.
İlqar Niftəliyev,
t.ü.f.d. Kamran İsmayılov, t.ü.f.d.
Güntəkin Nəcəfli,
t.ü.f.d.
İradə Məmmədova,
dos. Yeganə Gözəlova,
dos. Kərəm Məmmədov,
dos. Elvira Lətifova,
dos. Fəridə Əliyeva,
Nazilə Məmmədova,
dos. Səidə
Əliqızı, t.ü.f.d.
Gülzar Novruzova, t.ü.f.d. Sevinc Əliyeva,
t.ü.f.d.
Dilavər Əzimli, Sevinc Zeynalova
Olaylar.- 2013.- 25-27
may.- S.11.