Diaspor təşkilatları Azərbaycanın
problemlərini finlandiyalılara çatdırır
Azərbaycan həqiqətləri,
Dağlıq Qarabağ problemi,
eləcə də ölkəmizin zəngin tarixi-mədəni
irsimizin dünya
ictimaiyyətinə çatdırılmasında aktiv rol oynayan
diaspor təşkilatlarından biri də Finlandiya-Azərbaycan
Assossiasiyasıdır. 2008-ci ilin mart ayında Helsinki şəhərində təsis edilən
təşkilat ötən müddət ərzində
yuxarıda qeyd edilən istiqamətlərdə
bir sıra tədbirlər, layihələr
həyata keçirib. Xüsusilə, Azərbaycanın
haqq səsinin dünya
ictimaiyyətinə çatdırılması üçün
assosiasiya bütün
mümkün imkanlardan
istifadə edib. Bu məqsədlə
assosiasiya rəhbərliyi müntəzəm
olaraq Finlandiya
parlamentində görüşlər keçirir,
bu ölkə parlamentarilərini Azərbaycanın
üzləşdiyi problemlər, Dağlıq Qarabağ
münaqişəsi barədə məlumatlandırırlar.
Bir müddət öncə də
Finlandiya-Azərbaycan Assosiasiyasının rəhbərliyi bu
ölkə parlamentində görüş keçirib. Belə ki, Finlandiya-Azərbaycan
Assosiasiyasının sədri Vasif Muradlı və təşkilat
sədrinin müavini Arzu Oqtay Finlandiya parlamentində olublar. Görüşdən
öncə azərbaycanlı qonaqlar və Assosiasiyanın
üzvləri Eduskuntanın (Finlandiya Parlamenti) iclasında
iştiraka dəvət ediliblər. Parlamentin spikeri Eero
Heynyaluomanın sədrliyi ilə keçən iclasda
Finlandiyada işçilərin əmək
hüquqlarının qorunması, iş yerlərində təhlükəsizlik
məsələləri müzakirə olunub. Sonra Finlandiya-Azərbaycan
Parlamentlərarası Dostluq Qrupunun sədri Eero Lehti ilə
görüş olub. Görüşdə Azərbaycan və
Finlandiya arasında münasibətlərin inkişafından,
ötən ilin noyabrında Finlandiya parlamentində Azərbaycan-Ermənistan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı aparılan dinləmələrdən
danışılıb. Deputat iqtisadi sahədə iki ölkə
arasında əməkdaşlıq üçün geniş
imkanların olduğunu vurğulayıb. Eyni zamanda parlamentin
deputatı ilə Finlandiyada yaşayan azərbaycanlıların
təşkilatı məsələlərinin həlli də
müzakirə edilib. Eeri Lehti azərbaycanlıların
Helsinkidə təşkil edəcəyi tədbirlərdə məmnuniyyətlə
iştirak edəcəyini bildirib. Görüşdə Eero
Lehtiyə Azərbaycanın mədəniyyəti, tarixi,
Dağlıq Qarabağ münaqişəsi, Xocalı
soyqırımı haqqında kitablar təqdim edilib. Deputat bu
kitabların Azərbaycanı təbliğ etməkdə zəruri
vəsait olduğunu bildirib. Finlandiya-Azərbaycan
Assosiasiyası 20 Yanvar və Xocalı faciələrinin
dünya ictimaiyyətinə çatdırılması
işində də xüsusi fəallıq nümayiş
etdirir. Belə ki, assosiasiyanın təşkilatçılığı
ilə Helsinki şəhərinin "Caisa" Mədəniyyət
Mərkəzində 20 Yanvar faciəsinin ildönümünə
həsr olunmuş "20 Yanvar 1990-cı il-Azərbaycan
xalqının unudulmayan tarixi"
adlı seminar keçirilib. Tədbiri Finlandiya-Azərbaycan
Assosiasiyasının sədr müavini, Azərbaycanlı
Qadınlar Cəmiyyətinin sədri Arzu Oqtay açaraq, 1990-ci il yanvarın
19-dan 20-nə keçən gecə Ermənistana havadarlıq
edən Sovet Ordusunun dinc Azərbaycan xalqına qarşı
törətdiyi qırğın, erməni
terrorçularının Azərbaycana qarşı hərbi təcavüzü haqda geniş məlumat verib. Tədbirdə Vaasa
universitetinin tələbəsi
Elxan Qəhrəmanlı və Zakir bəy
işğalçılıq siyasəti və digər məsələlərə
dair məruzələrlə çıxış ediblər. Finlandiya-Azərbaycan
Assosiasiyasının fəal üzvləri tərəfindən qonaqları
maraqlandıran suallara geniş və ətraflı cavab
verilib. Tədbirdə təqdim olunan sənədlər, 20
Yanvar hadisələrinə dair müxtəlif dillərdə kitablar, sənədli filmlər qonaqları heyrətləndirib.
26
Fevral-Xocalı soyqırımının ildönümü də hər zaman Finlandiya Azərbaycanlıları
Assosiasiyası tərəfindən qeyd edilib. Belə ki,
Helsinki Caisa mədəniyyət mərkəzində Xocalı soyqırımınının 21-ci
ildönümünə həsr olunmuş “XX əsrin ən
böyük faciəsi- Xocalı
soyqırımı” adlı konfrans keçirilib.
Konfransda Helsinki parlamentinə Xocalı soyqırımı tanınması haqqda müraciət qəbul olunub.
Müraciətdə qeyd olunub ki, Xocalı soyqırımı Azərbaycan
xalıqının XX əsrdə üzləşdiyi dəhşətli
faciələrdən biridir. Xocalı faciəsi Xatın,
Lidisa, Oradur soyqırımı kimi insanlıq tarixinə
düşmüş qanlı olaydır. Azərbaycan
xalqına qarşı törədilmiş qətliamlardan biri
və bəlkə də, ən amansızı Xocalıda quduz
ermənilər tərəfindən törədilmiş
soyqırımdır. Şəhidlərimizi unutmamaq və birgə
anmaq hər birimizin müqəddəs borcudur. Artıq bəşəriyyət
XX əsrin ən böyük faciəsi olan- Xocalı soyqırımını tanımalı
və buna siyasi qiymət verməlidir.
Finlandiya-Azərbaycan
Assosiasiyası ölkəmizin zəngin tarixi-mədəni
irsinin təbliğində də yaxından iştirak edir. Bu məqsədlə
Finlandiya-Azərbaycan
Assosiasiyasının təşkilatçılığı
ilə Finlyandiyanın paytaxtı Helsinkidə “Novruz”
bayramı keçirilib. Helsinkinin mərkəzində yerləşən
ən böyük mədəniyyət mərkəzi
sayılan CAİSA mədəniyyət mərkəzində
keçirilən tədbirdə Finlyandiyanın Mədəniyyət
Nazirliyinin, Xarici işlər Nazirliyinin, Təhsil Nazirliyinin, Helsinki və Espoo
şəhərlərinin meriya
nümayəndələri, Finlandiyadakı Türk səfirliyinin diplomatları,
Türkiyə Cümhuriyyəti,
Başbakanlik Yurd Dışı Türkləri
Danışma Kurulu Finlandiya Təmsilçiliyinin nümayəndələri
iştirak edib. Finlandiya-Türk cəmiyyəti də Novruz
bayramını Finlandiya-Azərbaycan Assosiasiyası ilə birgə
qeyd edib. Novruz bayramı və adət ənənələrini
bu ölkədə tanıtmaq məqsədi daşıyan
“Novruz” bayramında Finlyandiya-Azərbaycan Assosiasiyasının nəzdində fəaliyyət
göstərən Yeniyetmə Gənclər Təşkilatının
hazırladığı bayram proqramı nümayiş
etdirilib. Milli geyimlərdə olan gənclərimiz gülər üzlə gələn
qonaqları qarşılayıblar.
Milli geyimlərimiz gələn qonaqları heyran edib. Tədbiri
Finlyandiya-Azərbaycan
Assosiasiyasının nəzdində fəaliyyət göstərən
Yeniyetmə Gənclər Təşkilatının sədiri
Günay Muradlı və Yeniyetmə Gənclər Təşkilatının
sədir müavini Vəfa
Muradlı aparıb. Yeniyetmə Gənclər Təşkilatının
sədiri Günay Muradlı və Yeniyetmə Gənclər Təşkilatının
sədir müavini Vəfa Muradlı fin və azərbaycan dillərində
Novruz bayramı və onun adət ənənələri, Azərbaycanda və digər
türk dilli ölkələrdə bu bayramın necə qeyd
olunması haqqında maraqlı məlumatlar veriblər. Tədbir
zamanı Azərbaycanda Novruz bayramı şənliklərindən
bəhs edən video nümayiş etdirilib. Bayramın rəsmi
hissəsi bitdikdən sonra səhnəyə Ülviyyə Cabbarovanın
rəhbərlik etdiyi Azər-Türk uşaq musiqi qrupu dəvət olunub.
Onlar azərbaycan və türk mahnıları ifa ediblər. Ülviyyə
Cabbarova və Leyli Hüseynovanın
ifa etdikləri canlı musiqi bayram şənliyində qonaqları heyran edib.
Bütun ifaçılara Finlandiya-Azərbaycan Assosiasiyası tərəfindən
Novruz hədiyyələri təqdim olunub.
Finlandiya-Azərbaycan
Assosiasiyasının mədəniyyət və musiqi işlər
üzrə müdiri Ülviyyə
Cabbarovanın rəhbərlik etdiyi “AZƏR-TÜRK “
uşaq musiqi qrupu isə Dünya Azərbaycanlılarının
Həmrəylik Günü ərəfəsində Helsinki mədəniyyət mərkəzində
maraqlıı konset proqramı ilə çıxış
etdilər. Konsertdə “AZƏR-TÜRK” uşaq qrupu azəri,
türk, fin, polyak və digər
xalqların mahnılarını ifa ediblər. “AZƏR-TÜRK”
uşaq qrupunun maraqlı konsert proqramı qonaqların
böyük marağına səbəb oldu və
alqışlarla qarşılanıb. Helsinki mədəniyyət
mərkəzinin rəhbərliyi
tərəfindən konsertin sonunda “AZƏR-TÜRK”
uşaq musiqi qrupunun rəhbəri,
Finlandiya-Azərbaycan
Assosiasiyasının mədəniyyət və musiqi işlər
üzrə müdiri Ülviyyə
Cabbarovaya, 2013-cü ildə Helsinkidə keçiriləcək
bir neçə konset proqramlarında
çıxış etmək təklif olunub.
Finlandiya-Azərbaycan Assosiasiyası həm
yerli, həm də xarici kütləvi informasiya vasitələri
ilə də yaxından əməkdaşlıq edir, onlarla
birgə layihələr, tədbirlər həyata keçirir.
Belə tədbirlərdən biri bir müddət əvvəl
baş tutub. Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAC)
və Finlandiya-Azərbaycan Assosiasiyasının birgə təşkilatçılığı
ilə Helsinkinin “Caisa” mədəniyyət mərkəzində
görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın
90 illik yubileyinə həsr olunmuş “Qadınların cəmiyyətdə
rolu” mövzusunda tədbir keçirilib. Tədbirdə AzərTAC-ın
Helsinkiyə ezam edilmiş əməkdaşları, Finlandiya
Türk Cəmiyyətinin, Finlandiya-Azərbaycan
Assosiasiyasının, Finlandiya Türk Dərnəyinin
nümayəndələri və bu ölkənin fəal
qadınları, həmçinin digər qonaqlar iştirak
ediblər. İştirakçılar əvvəlcə AzərTAC-ın
görkəmli alim, akademik Zərifə xanım Əliyevanın
90 illik yubileyi münasibətilə hazırladığı
videoçarxa baxıblar.
Mərasimdə çıxış edən
Finlandiya-Azərbaycan Assosiasiyasının nəzdində fəaliyyət
göstərən Azərbaycanlı Qadınlar Cəmiyyətinin
sədri Arzu Muradlı AzərTAC-la birgə təşkil
edilmiş bu tədbirin əhəmiyyətindən
danışıb, akademik Zərifə xanım Əliyevanın
keçdiyi şərəfli həyat yolu, tibb elminə verdiyi
töhfələr barədə söhbət açıb.
Bildirilib ki, Zərifə xanım Əliyeva ümummilli lider
Heydər Əliyevin vəfalı ömür-gün
yoldaşı, sədaqətli dostu və etibarlı
silahdaşı olub. Görkəmli dövlət xadimi, tibb elmləri
doktoru, professor Əziz Əliyevin ailəsində doğulan Zərifə
xanım ulu öndər Heydər Əliyevə mənəvi
dayaq, arxa olub. Arzu Muradlı akademik Zərifə Əliyevanın
timsalında bütün Azərbaycan qadınlarının
qazandıqları uğurlar barədə də
danışıb. O, bu gün yüksək intellektual
düşüncəyə malik, dünya
görüşlü Azərbaycan xanımlarının həyatımızın
müxtəlif sahələrində
çalışdığını diqqətə
çatdırıb. Mərasimdə çıxış edən
Türkiyənin xaricdə yaşayan türklərlə iş
komitəsinin Finlandiyadakı təmsilçisi Mina Eray belə
tədbirlərin keçirilməsinin vacibliyini diqqətə
çatdırıb. Türkiyə təmsilçisi bunun Azərbaycan,
türk mədəniyyətinin, incəsənətinin, tarixi
reallıqlarının təbliği baxımdan böyük əhəmiyyət
daşıdığını qeyd edib. Eyni mədəniyyətə,
incəsənətə, tarixə malik Azərbaycan və
Türkiyə birliyinin, qardaşlığının xaricdə
daha çox diqqət çəkdiyi bildirilmiş, türk
qadınlarının bu gün daha böyük uğurlara imza
atdığı diqqətə çatdırıb. Mərasimdə
çıxış edən Finlandiya-Türkiyə
Körpüsü Cəmiyyətinin İdarə Heyətinin
üzvü Anna Liza ölkəsində yaşayan azərbaycanlılar
və türklərlə dostluq münasibətindən söz
açıb, xalqlarımızın tarixi, mədəniyyəti
və mətbəxi ilə yaxından tanış olduğunu
diqqətə çatdırıb. Tədbirin əhəmiyyətinə
də diqqət çəkən fin xanım, ölkəsində
Azərbaycanın tanınmış oftalmoloq alimi Zərifə
xanım Əliyevanın 90 illik yubileyi ilə bağlı tədbirin
keçirilməsindən məmnunluq ifadə edib.
İştirakçılara ölkəmizin tarixi, mədəniyyəti
haqqında kitablar, Azərbaycan və türk mətbəxinin
nümunələri də təqdim edilib.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.-
2013.- 28-29 may.- S.15.