Diaspor təşkilatlarının mədəniyyətimizin təbliğində xidmətləri

 

Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarımız həmin ölkələrdə zaman-zaman keçirdikləri mədəni-kütləvi tədbirlərlə Azərbaycan mədəniyyətini də təbliğ etmiş olurlar. Təkcə son illərin statistikasına nəzər salsaq görərik ki,  diaspor təşkilatlarımız sözügedən istiqamətdə kifayət qədər tədbirlər keçiriblər. Belə ki, ötən il ərzində də azərbaycanların yaşadıqları ölkələrin ictimai, siyasi, iqtisadi və mədəni həyatında fəal iştiraklarının təmin olunması istiqamətində mühüm addımlar atılmışdır. Məhz bu istiqamətdə xarici ölkələrdə 104 mədəni-kütləvi tədbir təşkil olunmuşdur. Xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarımız, o cümlədən burada yaşayan həmvətənlərimiz Azərbaycanın əlamətdar tarixi hadisələrinin, milli bayramlarının, milli-mənəvi dəyərlərinin, qədim mədəniyyətinin, zəngin irsinin  təbliğ olunması, o cümlədən Azərbaycan tarixində mühüm silinməz izlər buraxmış görkəmli şəxsiyyətlərin yad edilməsi  məqsədilə bir sıra mühüm bayram tədbirləri, konsert proqramları təşkil etmiş, milli kinomuzun və teatrımızın təbliği məqsədinə xidmət edən layihələr həyata keçirmişlər.

Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş anma mərasimləri, konfranslar, konsert proqramları, futbol turnirləri təşkil olunmuşdur. Azərbaycanın mədəni irsinin təbliği istiqamətində həyata keçirilmiş mühüm tədbirlərdən biri kimi Türkiyənin Kocaeli vilayətinin İzmit şəhərində Azərbaycan Mədəniyyət Evinin açılış mərasimini qeyd etmək olar. Açılış mərasimində Azərbaycan Respublikasının və Türkiyə Respublikasının dövlət və hökumət nümayəndələri, jurnalistlər, qeyri-hökumət təşkilatlarə təmsilçiləri, habelə bələdiyyə sədrləri və digər şəxslər iştirak etmişlər. Òədbir zamanı Azərbaycan Mədəniyyət Evinin nəzdində “Soyqırım Muzeyi” və “Heydər Əliyev adına kitabxanada açılmışdır. Birləşmiş Ştatlarda fəaliyyət göstərən Qarabağ Fondu isə VaşinqtondaNizami Gəncəvi: XII əsr Azərbaycan şairinin irsimövzusunda sərgi təşkil etmişdir. Nizaminin əsərlərinin təxminən 50 orijinal əlyazması və miniatürlərinin nümayiş etdirildiyi sərgi Misirdə İsgəndəriyyə kitabxanası və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəstəyi ilə keçirilmişdir. Nadir əlyazmalar dünyanın ən tanınmış kitabxanaları və muzeyləri tərəfindən təqdim edilmişdir. Ümumiyyətlə, ötən  il ərzində keçirilmiş 24 tədbir xarici ölkələrin ictimai-siyasi xadimləri, dövlət orqanları, siyasi partiyaları, nüfuzlu beynəlxalq təşkilatlar, müxtəlif ölkələrin parlament üzvləri, kütləvi informasiya vasitələri ilə əlaqələrin qurulmasına xidmət etmişdir. Məhz bu tədbirlər nəticəsində dünyanın bir sıra ölkələrinin parlament üzvləri, dövlət rəsmiləri, ictimaisiyasi xadimləri, kütləvi informasiya vasitələri nümayəndələri ilə görüşlər keçirilmiş, onların bir çoxunun Azərbaycana səfərləri təşkil olunmuşdur. Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində isə Azərbaycan dili kursları açılmışdır. Bu təşəbbüsün əsas məqsədi Almaniyada böyüyən azərbaycanlı uşaqlarda Azərbaycana qarşı məhəbbət hissi aşılamaq, Azərbaycan mədəniyyəti və incəsənətinə maraq oyatmaq, onlarà Ana dilini öyrənmələri üçün şərait yaratmaqdır.

Məlum olduğu kimi Azərbaycanda 57-ci Avroviziya musiqi yarışmasının keçirilməsi ilə əlaqədar xüsusilə  Avropa ölkələrində Azərbaycana maraq və diqqət artmışdır. Məhz buna görə də Azərbaycanın qədim tarixi və zəngin mədəni irsi, turizm potensialı, ölkəmizin müasir inkişaf səviyyəsi, əldə etdiyi nailiyyətlər, qarşılaşdığı müxtəlif problemlər, î cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında Avropa ictimaiyyətinin məlumatlandırılması işinə xüsusi diqqət yetirilmişdir. Bununla yanaşı, Azərbaycan diaspor təşkilatları Avropanın müxtəlif ölkələrində xalqımızın mədəniyyətini, incəsənətini təbliğ edən tədbirlər təşkil etmiş, ölkəmiz haqqında obyektiv ictimai rəyin formalaşdırılması üçün müxtəlif layihələr həyata keçirmişlər.

“Xəzər” Azərbaycan İsveç Dostluq Cəmiyyətinin səyləri nəticəsində Malmö şəhəri Mərkəzi Kitabxanasında rəsmi Azərbaycan şöbəsi açılmışdır. Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələri, turizm potensialı haqqında məlumatları əks etdirən 1000 ədəd kitab Malmö şəhəri Mərkəzi Kitabxanasınà hədiyyə edilmişdir. Niderland Krallığında fəaliyyət göstərən VVODA “Vahid, Bölünməz Demokratik Azərbaycan uğrunda Birlik” cəmiyyətinin təşəbbüsü və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Niderlandın Valkenburq bələdiyyəsinin sədri Martinus Yorlinqsin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdə olmuşdur. Səfər Azərbaycanın mədəniyyəti, tarixi, gəzməli-görməli yerləri ilə tanışlıq  məqsədi daşımışdır. Niderlandın nümayəndə heyəti Azərbaycanın bir sıra dövlət orqanlarında görüşlər keçirmiş, Azərbaycan-Niderland münasibətlərinin müxtəlif aspektlərinə dair bir çox məsələlər müzakirə edilmişdir. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, Ümumrusiya Azərbaycanları Konqresinin (ÜAK) və konqresin yerli nümayəndəliyinin dəstəyi ilə Rusiyanın Çuvaş Respublikasının paytaxtı Çeboksarı şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyi münasibətilə silsilə tədbirlər təşkil olunmuşdur. Òədbirdə Azərbaycandan geniş tərkibli nümayəndə heyəti ilə yanaşı, ÜmumRusiya Azərbaycanlıları Konqresinın Moskva nümayəndəliyi və Rusiyanın müxtəlif regionlarındakı diasporumuzun rəhbərləri də iştirak etmişlər. Səfərin əsas məqsədi dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyinin qeyd edilməsi olsa da, nümayəndə heyəti həm Çeboksarı şəhərinin azərbaycanlı sakinləri, həm də respublikanın dövlət rəsmiləri ilə də görüşlər keçirmişlər. Ukrayna Azərbaycanlı Gənclər Birliyinin təşəbbüsü ilə Odessa şəhərində “Azərbaycan: Qərb ilə Şərqə açılan pəncərə” mövzusunda tədbir keçirilmişdir. Odessa vilayət administrasiyasının, diplomatik korpus nümayəndələrinin, azərbaycanlı gənclərin və diaspor fəallarının qatıldığı tədbirdə Azərbaycanın Avropayadünya birliyinə inamlı inteqrasiya siyasəti, beynəlxalq mədəni, iqtisadi layihələr barədə müzakirələr aparılmışdır. Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı Azərbaycan diasporuna ünvanlanmış bəyanatla çıxış etmişdir. Bəyanatda xəbərdarlıq edilir ki, ermənilərin çəkdiyi “Yarımçıq qalmış mahnı” kinofilmi təhrikçilikdir və bu təhrikə uymaq lazım deyildir. Qeyd edək ki, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı “Xocalıya Ədalət” təbliğat-təşviqat kampaniyası çərçivəsində də bir sıra ölkələrdə uğurlu tədbirlər həyata keçirməyə müvəffəq olmuşdur.

Birləşmiş Ştatların Florida ştatının Hallandale Beach şəhərinin meri Coy Kuper Hanandale azərbaycanlılarla görüşündə oktyabrın 18-ni Azərbaycanın Müstəqilliyi günü elan edilməsi haqqında imzaladığı rəsmi sənədi açıqlamışdır. Şəhər meriyası bu qərarı Hallandale Beach şəhərində yaşayan təxminən 150 amerikalı azərbaycanlının müraciətini nəzərə alaraq və Azərbaycanın müstəqillik qazanmasının 21-ci ildönümü münasibətilə qəbul åtmişdir.

Cari il, oktyabrın 18-də Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində (AAKM) 18 oktyabr - Azərbaycan  Respublikasının Dövlət Müstəqilliyi Gününə  həsr  edilmiş axşam təşkil edilmişdir. Tədbir Azərbaycanın inkişafını, ənənə və müasirliyini göstərən sənədli filmin nümayişi ilə başlamışdır. Daha sonra tədbirin rəsmi hissəsini Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin icraçı direktoru Samira Patzer-İsmailova giriş sözü ilə açaraq, qonaqları hər bir xalqın tarixində önəmli gün olan müstəqillik bayramı münasibətilə təbrik etmiş və Azərbaycanın artıq 22 ildir ki,  müstəqillik yolunda inamla və şərəflə addımladığını, əldə etdiyi nailiyyətləri qeyd etmişdir. Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyinin müşaviri Rizvan Nəbiyev  Azərbaycanın tarixinə və müasir dövrdəki inkişafına dair  çıxış edərək,  Azərbaycan dövlət quruculuğu işində  iqtisadisosial dəyişikliklərin həyata keçirilməsindən, beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsindən, digər  uğurlarından bəhs etmişdir. O, Avropanın Azərbaycanla əlaqələri, eyni zamanda mədəniyyətin inkişafı və diasporun səmərəli  fəaliyyətinə toxunmuşdur. Tədbirin bədii hissəsində Azərbaycanın tarixindən bəhs edən  Cavad xan” bədii filmi nümayiş etdirilmişdir. Qəhrəmanlıq mövzusunda olan filmi tamaşaçılar maraqla qarşılayıb. Tədbirdə Səfirliyin birinci katibi Fikrət Axundov, Berlində yaşayan  azərbaycanlılar, gənclər və tələbələr iştirak etmişlər.

Birləşmiş Ştatların Texas Ştatının senatı, Amerika Azərbaycanlıları Şəbəkəsi ilə birgə Azərbaycanın müstəqillik günü ərəfəsində qətnamə qəbul edib. Qətnamədə deyilir ki, 70 il Sovet Birliyinin tərkibində qaldıqdan və 1991-ci il 18 oktyabrda müstəqilliyini elan etdikdən sonra Azərbaycan ABŞ tərəfindən tanındı, təhlükəsizliyin, suverenliyin, əmin-amanlığın və sülhün qorunub saxlanılmasında ölkəmizin dəyərli müttəfiqi oldu. Sənəddə həmçinin qeyd olunur ki, Amerika Azərbaycanlıları millətin və dövlətin etnik müxtəlifliyində mühüm rol oynayaraq, öz cəmiyyətlərinin inkişaf və tərəqqisinə müstəsna töhfələr verib. Son 22 ildə, 400 min Amerika azərbaycanlıları da daxil olmaqla dünyada yaşayan 40 milyon azərbaycanlının 18 oktyabr tarixini Azərbaycanın müstəqillik günü kimi qeyd etməsini nəzərə almış Texas ştatının senatı Qafqazda azadlıq və demokratiyanın yayılması üçün azərbaycanlıların fəaliyyətinə öz töhfəsini verərək, Azərbaycanın müstəqillik günü ilə əlaqədar ən səmimi və xoş arzularını çatdırıb.  Qeyd edək ki, qətnamə layihəsini Texas senatına senator Con Uaytmayə təqdim edib.

Oktyabrda İsrailin müxtəlif şəhərlərindəAzərbaycan günləriuğurla keçirilib təkcə keçmiş SSRİ-dən çıxanların yox, İsrailin köklü sakinlərinin böyük marağına səbəb olub. Azərbaycan-İsrailBeynəlxalq Assosiasiyasının (Azİz) təşkil etdiyiAzərbaycan günləriAfula şəhərində keçirilib. Yüzlərlə iştirakçı şəhərin Mədəniyyət sarayına toplaşaraq Azərbaycanın Müstəqillik Gününü qeyd ediblər. Bayram tədbirində İsrail parlamentinin xarici işlər müdafiə məsələləri üzrə komissiyasının sədri, “Bizim EvimizİsrailPartiyasının lideri Aviqdor Liberman iştirakçılara videomüraciət edib. O, Azərbaycanın dünya siyasətində artan rolundan İsrail-Azərbaycan münasibətlərinin inkişafının vacibliyindən danışıb.

Mədəniyyət sarayının foyesində Azərbaycandan çıxmış rəssamların Azərbaycan təbiətinə həsr olunmuş əsərləri sərgilənib. Tədbirdə həmçinin ənənəvi Şərq şirniyyatının dequstasiyası da təşkil olunub. Bayram konsertində musiqi nömrələri Azərbaycanla bağlı çıxışlar bir-birini əvəzləyib. Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Yeganə Salman həmvətənlərini Azərbaycanın müstəqillik günü münasibətilə təbrik edib. Bayram konsertində "Jemçujina" qafqaz rəqs ansamblı, İsrail operasının doğan günəşi Məryəm Hacıyeva, İsraildə yaşayan Azərbaycan əsilli Liora Safanova, Manuel İsakov, Hava Dolev, Fərid Aloni, Tomer Əliyev hər bir azərbaycanlının ürəyini oxşayan mahnılar ifa ediblər. Azərbaycanın Müstəqillik bayramına əməkdar artist Ədalət Şükürov da qatılıb. İsraildə Azərbaycanın Müstəqillik gününün qeyd olunmasında Azİz`ə Heydər Əliyev Fondu, STMEQİ Dağ Yəhudilərin Beynəlxalq Fondu, Afula meriyası dəstək göstərib.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2013.- 1 noyabr.- S.15.