Bir azərbaycanlı alpinist var idi

- Akif Rüstəmov adlı...

  

O insan haqqında iki kəlmə ilə danışmaq mümkün deyildi. O, güclü, dözümlü, şən və müdrik insan idi. O, qaya kimi möhkəm idi, özünə və öz prinsiplərinə sadiq idi. Və istənilən yerdə həmişə diqqət mərkəzində idi. Onun bir çox tələbələri var idi və Akif müəllim onlara çox vaxt sərf edirdi. Dostları, yoldaşları və silahdaşları ona böyük hörmətlə yanaşırdılar, fikrinə qulaq asırdılar. 

Onun alpinizmdə heç vaxt təmtəraqlı titulları və ya xüsusi adları yox idi, o heç vaxt alpinizm üzrə dərəcələrin dalınca düşmürdü. Lakin onun elə bir xasiyyəti var idi ki, o da yüz tituldan üstün idi. 

Azərbaycan Respublikası ərazisində yerləşən dağları dəfələrlə fəth etmişdi, Şahdağa ümumiyyətlə gözü bağlı çıxa bilərdi. Akif Rüstəmovun ən çətin zirvəsi isə “Xan-Tenqri”(7010 m.) zirvəsi olmuşdu. Çünki həmin zirvəyə o, tək dırmanmışdı, çünki yürüşün digər iştirakçıları dırmanmadan imtina etmişdilər.

 ...Akif Rüstəmov dörd il əvvəl - 2009-cu ilin yayında dünyasını dəyişdi. Bu, bizim üçün gözlənilməz və çox güclü zərbə idi. Güman etmək çətin idi ki, belə bir insanın ömrü belə tez başa çatacaq; özünün düşündüyü kimi dağlarda deyil, öz yatağında...

 Biz hamımız onu xatırlayırıq və kədərlənirik, onun haqqında xatirələrimizi tez-tez bölüşürük.

 Artıq neçənci ildir ki, Azərbaycan Alpinizm Federasiyası(AAF) payız aylarında Akif Rüstəmovun xatirəsinə qayayadırmanma üzrə açıq kubok keçirir. Sözügedən yarışa ölkəmizin ən güclü idmançıları qatılırlar. Bu tədbir yalnız qayayadırmanma üzrə yarış deyil, eyni zamanda Akif müəllimin xatirəsinə ehtiram əlamətidir. Hər birimizin onu xatırlamağa tələbatımız var. Buna görə də bu yarışa hər bir kəs qatılır, hətta digər hallarda bəhanələri olanlar belə.

 İldən-ilə kubok yarışları daha maraqlı şəkildə keçirilir. Bu il belə oldu.

 2013-cü ilin 12-13 oktyabrı. Beşbarmaqqaya massivində Akif Rüstəmovun xatirəsinə həsr olunmuş növbəti turnir. Budur, tədbirə yeni marşrutları çəkmək üçün Rusiyanın Sankt-Peterburq şəhərindən tanınmış mütəxəssis Aleksey Tselişev təşrif buyurub. TselişevSankt-Peterburqdan gəlmiş digər mütəxəssis Sergey Şemulenk tərəfindən Azərbaycanın qaya ərazilərində bir çox müxtəlif çətinliyi olan marşrutlar salınıb.

 Bu dəfə cənab Tselişev bir aya yaxın vaxtını “Beşbarmaqqaya massivində keçirməli oldu və nəticədə idmançılar özlərini yeni alpinist marşrutlarında sınaya bildilər.

 ***

Bu ilin payız mövsümün əvvəli sərt və soyuq başlayıb. Hava şəraiti ilə əlaqədar kubok yarışları bir həftə təxirə salınmışdı. Belə bir havada yarışmaq çox çətindir, amma əsas çətinlik ondan ibarətdir ki, yağışlar “Beşbarmaqyolunun gilli torpağını palçığa döndərir. Belə halda idmançıların yarış yerinə gəlməsi demək olar ki, mümkünsüzdür.

 Əvəzində, bir həftə sonra - 12 oktyabrda havalar gözlənilmədən müsbətə dəyişdi və yarışlar əlverişli hava şəraitində keçirildi.

Bir vacib məqamı qeyd edək: AAF-ın Açıq Kuboku tarixində ilk dəfə olaraq iştirakçılar iki kateqoriyaya bölünmüşdülər:

Birinci kateqoriya – “OPEN” idi - bu qrupa təcrübəsiz idmançılar qatılmışdı. Bu tipli yarışlarda onlar öncə iştirak etməmişdilər.

 Digər kateqoriya - “ELİTE” idi. Bura təcrübəli yerli və əcnəbi İranFransa idmançıları qatılmışdılar. Bu da yarışlara avtomatik olaraq beynəlxalq status verir.

Nəhayət, üçüncü kateqoriya - uşaqlar üçün idi. Bu kateqoriyada ən gənc idmançının altı yaşı var idi.

 Ümumlikdə yarışda altı klubdan 70-dən artıq idmançı güclərini sınayıblar.

 Məmnuniyyətlə qeyd etmək istərdik ki, qayayadırmanma idman növü ildən-ilə yeni sabit pərəstişkarlarını qazanır və AAF-ın bu kubok yarışları kimi tədbirlərinin sayəsində idmançıların ustalığı daha da artır.

 Beşbarmaqkuboku iki gün davam etdi. İdmançılar bu iki gündə 3 növdə çıxış etməyi planlaşdırmışdılar – boulderinq, sürət və mürəkkəblik. Hər bir növ isə seçmə və final mərhələsinə bölünürdü. Finala təsnifat mərhələsinin yekunlarına görə səkkiz alpinist daxildir. Boulderinqin təsnifatına dörd kişidörd qadın trassları daxıl idi, finala da həmçinin dörd trass daxil olmuşdur, amma təbii ki, dəha çətin səviyyəli.

 Şənbə günü boulderinq bitəndən sonra təşkilatçılar sürət növünün təsnifat mərhələsini keçirə bilmişdirlər. Sürət növünün final mərhələsi və mürəkkəblik növü bazar gününə qaldı. Bir sözlə, idmançılar çox yarışmalı oldular.

 Adətən bu tipli yarışlar üç gün ərzində baş tutur – qayayadırmanmanın hər bir növü bir gündə keçirilir. Belə olduqda, idmançıların istirahətə də vaxtları qalır. Əgər yarışların günləri hər hansı səbəbdən azaldılırsa, o zaman qayayadırmanmanın bir növünüproqramdan çıxarırlar. Bu dəfə irimiryaslı yarışların keçirilməsi qərara alınmışdı və bu idmançıların dözümlülüyü üçün yaxşı imtahan oldu.

 Bundan sonra belə yeni salınan marşrutlar Azərbaycan Alpinizm Federasiyasının qayayadırmanma üzrə marşrutların kataloqunda qeydə alınacaq və hər bir kəs istənilən vaxtı gəlib özünü bu marşrutlarda sınaya bilər. Məsələn, “Dağçılıq İdman Klubunun” idmançıları “Beşbarmaqda Barmaqda tez-tez məşqlərini keçirirlər və burada həftə sonu gecələməyə qalırlar.

 Bazar günü bir çox idmançılar yarışların ən maraqlı hissəsini – çətinlik növünün final mərhələsini izləməyə gəlmişdirlər. Bir sözlə, AAF-ın təşkil etdiyi bu kubok çox maraqlı keçdi. Əlverişsiz hava şəraiti və digər baş verə biləcək mənfi amillər tədbirdən yan keçmişdi. Yarış əsl bayrama çevrilmişdi. Böyük İnsanın xatirəsinə böyük bayram...

 Yarışların mütləq qalibi iranlı Məsud Zeynallı və “Dağçılıq İdman Klubunun” yetirməsi Yevgeniya Şiyanova oldu. Həmçinin “Dağçılıq İdman Klubunun” yetirməsi Denis Leusovun qələbəsini də vurğulamaq lazımdır. O, sürət növündə azərkeşlərin gurultulu səsləri ilə Məsudu geridə qoyub. Həmçinin Dilarə Cəfərova(“Nikoil” klubu) hansı ki, yarışlarda bir neçə il iştirak etməmişdi, çətinlik növündə ən yaxşı nəticə göstərdi.

 Alpinizm Federasiyasının keçici qızıl kuboku bu dəfə də “Dağçılıq İdman Klubunda” qaldı.

 sonda hakimlər və təşkilatçılar haqqında bəhs etmək istərdik. Onların zəhmətləri çox böyük idi, onlar olmasaydı heç bi idman tədbiri baş tuta bilməzdi. Özünüz düşünün, bir irimiqyaslı qayayadırmanma üzrə kubok yarışı təşkil etmək üçün nə qədər qüvvə, vaxt, planlarideyalar tələb olunur! Bu insanlardan heç biri maaşya mükafat almır, onların hamısı güclü entuziastdırlar. Onların işi yarışdan xeyli əvvəl başlayır və tədbir tam qurtaranda bitir. Onlar hamıdan gec yatmağa gedirlər və hamıdan tez oyanırlar. Onlar həmişə diqqətlidirlər. Onlar saatlarla idmançıları yarış yerində sığortalayırlar və nəticələri hesablayırlar. Nəsə arzuolunmaz hadisə baş versə, onları qınayırlar, demək olar ki, heç kim heç vaxt onlaraçox sağ ol” deməz. Bununla belə, onların hamısı öz işlərini vaxtı-vaxtında görürlər. Bu çox dəyərlidir, elə deyilmi? Bu insanlar hər an kömək etməyə hazırdırlar. Bu xüsusiyyət müasir cəmiyyətin başlıca qüvvəsidir. Biz onların qarşısında baş əyirik!

 Ənənələr var ki, onları pozmaq olmaz!

Anlar var ki, onları bölüşmək istəyirsən!

Əyləncələr var ki, həyat tərzi olur!

İnsanlar var ki, onları unutmaq olmaz!

 

Olaylar.- 2013.- 1 noyabr.- S.12.