Diaspor təşkilatlarının urlu layihələrindən

biri-bazar günü məktəbləri

 

Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının həyata keçirdikləri uğurlu layihələrdən biri də həmin ölkələrdə “bazar günü” məktəblərinin açılmasıdır. Həmin ölkələrdə yaşayan azərbaycanlı ailələrin uşaqları üçün nəzərdə tutulanbazar günü” məktəblərinin başlıca məqsədi yetişməkdə olan yeni nəsli doğma dilimiz barədə məlumatlandırmaq, onlara tariximiz, mədəniyyətimiz çatdırmaqdır. Bu mənada ötən illər ərzində fərqli-fərqli diaspor təşkilatlarımız tərəfindən dünyanın bir çox ölkələrində “bazar günü” məktəbləri açılıb.

 Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyinin dəstəyi ilə Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində uşaq və yeniyetmələr üçün Azərbaycan dili kursları təşkil olunmuşdur. Diaspor fəaliyyətinin əsas sütunlarından biri irsi mənsubiyyətin, Azərbaycan mədəniyyətinin qorunub saxlanılmasıdır. Bu sahədə ilk addım sözsüz ki, Azərbaycan dilinin tədrisidir. Bu təşəbbüsün əsas məqsədi Almaniyada böyüyən azərbaycanlı uşaqlarda Azərbaycana qarşı məhəbbət hissi aşılamaq, Azərbaycan mədəniyyəti və incəsənətinə maraq oyatmaq, onları əsil mənada xaricdə yaşamalarına baxmayaraq vətənpərvər şəxsiyyət kimi boya-başa çatdırılmasına xidmət etməkdir. Ana dilində danışmaq – Azərbaycançılıq ideyasının yaşadılması üçün, Azərbaycanlı mənsubiyyətinin əsas şərtidir. Azərbaycan dili Berlində yaşayan həmyerlimiz dosent Maisə xanım Əliyeva tərəfindən tədris edilir. Kursa gələn uşaqlara Azərbaycan məktəblərində istifadə olunan “Əlifba” və “Ana sözü” dərslikləri əsasında Azərbaycan dilinin qrammatikası, morfologiyası, Azərbaycan ədəbiyyatından uşaqlar üçün yazılan hekayə və şerlər, yazıçılar haqda bilgilər verilir. Dərsdə eyni zamanda Azərbaycan dilində cizgi və bədii filmlərin tamaşası həyata keçirilir, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin müvəffəq təşşəbüslərindən biri də 2012-ci ilin oktyabr ayından Berlin şəhərinin Şteqlitz- Zelendorf bölgəsinin Ali Məktəbi ilə əməkdaşlıqda yaşlılar üçün Azərbaycan dili kursları təşkil olunmasıdır. Son zamanlar bir çox almanların, müxtəlif mənşəli Alman vətəndaşlarının Azərbaycan dilinin öyrənilməsinə marağı artmışdır. Azərbaycana, onun tarixinə və mədəniyyətinə, iqtisadiyyatına, inkişafda olan cəmiyyətinə yiyələnmək zərurətindən irəli gələn bu marağ dil kursları ilə dəstəklənir. Azərbaycan dili AAKM-ndə Dosent Naiba Hantel tərəfindən tədris olunur. Bu təşəbbüs son zamanlar Avropada geniş vüsət almış mədəniyyətlərarası dialoqlar sahəsində atılan addımlardan biridir. Xalqların bir-birinə yol tapıb ünsiyyət yaratması dilin öyrənilməsi prosesi ilə sıx bağlıdır.

Paris Azərbaycan Evinin uzun müddətdir üzərində işlədiyi layihə nəhayət reallaşıb. Təşkilat Azərbaycan Respublikasının Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzinin binasında Paris Paris ətrafı şəhərlərdə yaşayan azərbaycanlı uşaqlar üçün ilk Azərbaycan dili dərslərini təşkil edib. Paris Azərbaycan Evinin sədri Mirvari Fətəliyeva uşaqları   valideynləri salamladıqdan sonra Azərbaycan dili dərslərinin tədrisi dərs proqramı haqqında məlumat verib. Mirvari Fətəliyeva eyni zamanda Azərbaycan dili dərslərinin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, Fransada doğulub böyümüş azərbaycanlı uşaqlarının gələcəkdə milli mənsubiyyət problemlərinin yaranmaması üçün həftəsonu tədris edilən bu dərslərinin rolu çox böyükdür. Həftəsonu dərsləri 4 yaşından 13 yaşadək uşaqlar üçün nəzərdə tutulub. Şagirdlər yaş dil səviyyəsinə görə iki sinfə ayrılır. Təmənnasız tədris edilən Azərbaycan dili dərsini Azərbaycan Evinin təhsil işləri üzrə məsləhətçisi Aygün Əyyubova Azərbaycan Evinin incəsənət işləri üzrə məsləhətçisi Mehri Quliyeva aparır. Tədris proqramında Azərbaycan haqqında ümumi məlumat, onun tarixi, coğrafiyası, mədəniyyəti, incəsənəti kimi mövzular cəmləşdirilib. Novruz bayramına həsr olunmuş ilk dərsdə həm şagirdlərə dərslik dərs ləvazimatları paylanılıb. Uşaqların böyük maraqla qarşıladığı ilk dərs günü uğurla yekunlaşıb.

Danimarkada fəaliyyət göstərən "Vətən" Cəmiyyətinin təşkilatçılığı ilə bu qurumun nəzdində olan Azərbaycan Evində “Ana diliməktəbinin açılışı olmuşdur. Tədbirdə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin əməkdaşları, Cəmiyyətin üzvləri, Danimarkada yaşayan həmvətənlərimiz ilə yanaşı, türklər türkmənlər iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan "Vətən" Cəmiyyətinin sədri Səfər Sadiqi məktəb onun fəaliyyəti haqqında ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, Azərbaycan “Ana diliməktəbində şahmat musiqi siniflərinin fəaliyyəti nəzərdə tutulmuşdur. O, Danimarkada yaşayan azərbaycanlı uşaqların ölkəmizin mədəniyyətini, adət-ənənələrini doğma dilimizi öyrənməsi baxımından məktəbin əhəmiyyətini vurğulamışdır. Azərbaycançılıq ideyasını yaşatmağın bütün dünyadakı həmvətənlərimizin borcu olduğunu diqqətə çatdıran Cəmiyyətin sədri, Britaniyadakı səfirliyimizə Azərbaycan Evinin açılmasına göstərdikləri dəstəyə görə minnətdarlığını ifadə etmişdir. Skandinaviya Türk Federasiyasının sədri İlhan Esen Danimarkada qardaş ölkə Azərbaycanın “Ana diliməktəbinin açılmasının qürurverici hadisə olduğunu bildirmişdir. Azərbaycan ilə Türkiyə qardaşlığının əbədi olduğunu qeyd edən İlhan Esen dünyanın hansı nöqtəsində olmağımızdan asılı olmayaraq ana dilimizin milliyətimizin, milli kimliyimizin təməli olduğunu vurğulamışdır. Kopenhagen Tibb Universitetinin professoru Məsud Aşina "Vətən" Cəmiyyətinin fəaliyyətini yüksək qiymətləndirmiş, Cəmiyyətin Danimarkadakı həmvətənlərimizi birləşdirmək baxımından vacibliyini vurğulamışdır. “Ana diliməktəbinin açılmasının Danimarkada yaşayan azərbaycanlılar üçün böyük əhəmiyyət kəsb etdiyini deyən Məsud Aşina, cəmiyyətin uğurlarının gələcəkdə davam edəcəyinə əminliyini ifadə etmişdir. Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov “Ana diliməktəbinin açılmasının ölkəmiz üçün böyük uğur olduğunu qeyd etmişdir. Doğma dilimizi qoruyub saxlamağın milli hisslərimizin, milli şüurumuzun mənəvi dəyərlərimizin gələcək nəsillərə çatdırılması baxımından vacib olduğunu vurğulamışdır. Dilimizi qorumağın həm ədəbiyyatımızı tariximizi qoruyub saxlamaq olduğunu qeyd edən səfir, ölkəmizin əsrlər boyu bu vəzifəni şərəflə uğurla həyata keçirdiyini vurğulamışdır. Bildirmişdir ki, xüsusilə xaricdə yaşayan həmvətənlərimizin ana dilimizi dərindən öyrənmələri ölkəmizin milli mentalitetimizin təbliği baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycanın xaricdəki nailiyyətlərinin hər birimizi sevindirdiyini bildirən Fəxrəddin Qurbanov ölkəmizin diaspor təşkilatlarına, o cümlədənVətənCəmiyyətinə minnətdarlığını ifadə etmiş, uğurların davamını arzulamışdır. Tədbir çərçivəsində “Ana diliməktəbinin ilk şagirdlərindən Leyla Vahabova dövlət himnimizi səsləndirmiş, Cəmiyyətin fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilmişdir. Daha sonra səfir Fəxrəddin Qurbanov Danimarkada yaşayan azərbaycanlıların problemləri ilə maraqlanmış, onların suallarını cavablandırmışdır. Səfirlik adından Cəmiyyətə rəsm əsəri təqdim olunmuş, müxtəlif dillərdə kitablar milli mədəniyyətimizi, tariximizi əks etdirən suvenirlər hədiyyə edilmişdir. Sonda Cənubi Azərbaycandan olan Aşıq Abbas qədim musiqi alətimiz olan sazda milli musiqimizdən nümunələr ifa etmişdir.

Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində yerləşən Azərbaycanlıların Mədəniyyət Mərkəzində (AMM) yeni çapdan çıxmışAzərbaycanca-gürcücə lüğət” (Müəlliflər: professor Valeh Hacıyev, jurnalist Nəsib Nəsibov) Gürcücə-Azərbaycanca lüğət” (Müəlliflər: Nəsib Nəsibov, Venera Cangidze, Süleyman Süleymanov) kitablarının təqdimat mərasimi keçirilmişdir. Təqdimatda azərbaycanlı gürcü ziyalıları, müəllimlər, KİV QHT nümayəndələri iştirak etmişlər.  Tədbiri açan AMM-nin təhsil şöbəsinin rəhbəri Mikayıl Mustafayev  qonaqları salamlayaraq gürcü cəmiyyətinə inteqrasiyanın əhəmiyyətindən təmsil etdiyi təşkilatın bu sahədə gördüyü işlərdən danışmış, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Gürcüstanın Azərbaycandilli məktəblərində təşkil etdiyi gürcü dili kurslarının nəticələri barədə məlumat vermişdir. Son illərdə Gürcüstanın ali məktəblərinə vahid test üsulu ilə daxil olan azərbaycanlı tələbələrin sayının xeyli artmasında bu kursların xüsusi rolunu qeyd etmişdir.  Gənc alim Oktay Kazımov, “İntellektnəşriyyat evinin nümayəndəsi Zviad Kvaratsxeria çıxış edərək iki xalq arasındakı dostluq münasibətləri, azərbaycanlıların cəmiyyətə inteqrasiyası barədə danışmış, təqdim olunanGürcücə-azərbaycanca”, “Azərbaycanca-gürcücədanışıq lüğətinin əhəmiyyətini qeyd etmişlər.

Almaniyanın Frankfurt şəhərində keçirilən Dünya Azərbaycanlı Gənclərin I Konqresi çərçivəsində “Virtual həftə sonu məktəbi»nin təqdimatı olub. Təqdimat mərasimi tədbirin ikinci günü baş tutub. Bu yeni layihə barədə iştirakçılara qonaqlara Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev məlumat verib.

Qeyd edək ki, layihənin məqsədi xarici ölkələrdə yaşayan azərbaycanlı uşaqlara gənclərə müasir informasiya texnologiyaları vasitəsilə ana dili, Azərbaycan tarixi, mədəniyyəti coğrafiyasının tədris edilməsi, soydaşlarımızın milli ruhda tərbiyə olunmasına xidmət etməkdir. "Virtual həftə sonu məktəbi" xarici ölkələrdə yaşayan və Azərbaycan haqqında yetərli bilgisi olmayan hər bir azərbaycanlı gəncə virtual məkanın imkanlarından istifadə edərək ana dilini öyrənmək, doğma Vətənin tarixini, coğrafiyasını, ədəbiyyatını və mədəniyyətini mənimsəmək imkanı yaradır. Burada bir neçə istiqamət üzrə məlumat əldə etmək mümkündür. “Ana dili” bölməsində Azərbaycan dilinin qramatikası, fonetika, leksika, morfologiya, köməkçi nitq hissələri, sintaksis dərsləri yerləşdirilib. Burada Azərbaycan dilinin qanunauyğunluqları barədə ətraflı məlumat əldə etmək olar. Bölmədə hər bir mövzu ayrıca dərs kimi yerləşdirilib. “Azərbaycan coğrafiyası” bölməsində Azərbaycanın fizikiiqtisadi coğrafiyası barədə məlumatlar öz əksini tapıb. Burada Azərbaycanın relyefi, flora və faunası, iqlimi barədə ətraflı məlumat verilir. İqtisadi coğrafiya alt bölməsində Azərbaycanın iqtisadi regionları, onların ölkənin iqtisadi sistemində yerirolu, ölkəmizin təbii sərvətləri, sənaye və kənd təsərrüfatının inkişaf tempi barədə informasiyalar yer alıb. “Azərbaycan tarixi” bölməsi Azərbaycanın ən qədim dövrlərdən müasir günümüzə qədər olan tarixini əhatə edir. Bu bölmədə tarixi proseslər barədə xronoloji ardıcıllıqla məlumat verilib. “Azərbaycan tarixi” bölməsindən, həmçinin Azərbaycan ərazisində yaranmış dövlətlər, onların taleyi, xalqımızın görkəmli tarixi şəxsiyyətləri haqqında zəruri məlumatları əldə etmək mümkündür. Bu ideya ilk dəfə olaraq, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2007-ci ilin noyabrın 17-19-da Bakıda keçirilmiş Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayında irəli sürülüb. Layihənin həyata keçirilməsinə 2009-cu ildə başlanılıb. Bu zaman müxtəlif ölkələrin bu sahədəki təcrübəsi öyrənilib. Layihə Azərbaycan Təhsil Nazirliyinin müvafiq tədris proqramları, dərs vəsaitləri, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının test vəsaitləri əsasında hazırlanıb.

 

 Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2013.- 2-4 noyabr.- S.15.