Azərbaycan diasporunu təbliğ edən aktiv
elektron
informasiya vasitəsi- www. azerbaijans.com
saytı
Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ problemi, eləcə də diasporumuzun gördüyü işlər,
həyata keçirdiyi
layihə və tədbirlərin istər yerli, istərsə də beynəlxalq ictimaiyyətə çatdırılmasına
xidmət edən elektron informasiya vasitələrindən biri
də www. azerbaijans.com
saytıdır. Məlumat üçün
qeyd etmək yerinə düşər ki, azerbaijans.com saytı 2 dekabr 2011-ci ildə istifadəyə verilmişdir.
Saytın qurucusu və ideya müəllifi
İlham Abduyevdir. Həmin vaxt saytın açılışını və onun Azərbaycanın
həm ictimai həyatındakı, həm
də internet-informasiya məkanındakı
əhəmiyyətini 20-dən çox
media qurumu, o cümlədən
televiziyalar və ölkənin xarici dillərdə fəaliyyət
göstərən bir
çox kütləvi
informasiya vasitələri
işıqlandırmışdır. İndiyə qədər Azərbaycanın 122 tanınmış
ziyalısı (bunlar arasında
siyasət, mədəniyyət,
incəsənət, idman,
elm və s. sahəsində
çalışanlar üstünlük
təşkil edir) sayt haqqında müsbət fikirlərini
bildirib. Saytın ünvanına minlərlə
elektron məktub daxil olub ki,
onların əksəriyyəti
saytın fəaliyyətini
ardıcıl izlədiklərini
bildirmişlər. İl ərzində
www.azerbaijans.com saytına 400 yeni link əlavə edilmişdir. Təkcə “Son 10 il” bölməsinə 12 yenilənmə edilmişdir.
Saytda
200-ə yaxın fotoqalereya,
ümumilikdə isə
5000-dən artıq fotogörüntü
yer alıb. 41 bölmədə
isə 1500-ə yaxın
video material toplanmışdır. Bu
əlavələr saytın ayrı-ayrı bölmələrindəki
informasiyaların ətraflı
işıqlandırılmasına əhəmiyyətli dərəcədə
təsir göstərmişdir. Sayt qısa müddətdə “İnternet – radio” istifadəyə vermişdir.
İnternet istifadəçiləri bu radio vasitəsilə Azərbaycanın
muğam, xalq, estrada, instrumental musiqilərini,
aşıq havalarını, milli caz ifalarını, Avroviziya,
türk və xarici estrada nümunələrini dinləmək
imkanı əldə etmişlər. Azərbaycan
televiziyasının aparıcı kanallarını (o cümlədən regional
kanalları) izləmək üçün
“İnternet – TV” bölməsi də
saytın çoxsaylı istifadəçilərinin
ixtiyarına verilmişdir. Sayt təkcə
intellektual deyil, həmçinin
texniki imkanlarını da
genişləndirərək “AZEtube” video serverini
hazırlamışdır. Bu həm
saytın vizual təqdimat
imkanlarını, həm də istifadənin
rahatlığını artırmışdır. Bundan əlavə, il ərzində
kino həvəskarlarının klassik kino salnaməmizi
çətinlik çəkmədən izləməsi üçün
Azərbaycan internet məkanında ilk dəfə olaraq “Kino” bölməsinə
350-ə yaxın sənədli, tam və
qısametrajlı film əlavə edilmişdir. Azyaşlı istifadəçilərin
internetdən faydalı və şüurlu
şəkildə yararlanması məqsədilə sayt tərəfindən “Cizgi
filmləri” bölməsinə 50-ə yaxın cizgi filmi yüklənmişdir. Bu istiqamətdə
işlər davam etdirilərək yenə
də internet məkanında ilk dəfə sayta 60 televiziya tamaşası və 320 “Mozalan” satirik kino jurnalı nümunələri əlavə
edilmişdir. Eyni zamanda
saytın “Rəssamlıq” bölməsində yeni
“Rəsm qalereyası” linki
hazırlanmış və linkə Azərbaycan rəssamlarının
dünya incəsənətinin inciləri
hesab edilən, ölkəmizdə, eləcə
də xaricdə ən məşhur sərgi salonlarında nümayiş etdirilən 270 məşhur sənət əsərinin
görüntüsü əlavə edilmişdir ki, bu da Azərbaycan internet məkanında ilk
dəfə həyata keçirilmişdir.
Sayt vasitəsilə “Azərbaycanı tanı!” sloqanı
ilə ölkədən kənarda 1 milyon
647 min insana, o cümlədən 70-ə yaxın ölkənin
rəsmi adminstrasiyasına,
parlamentarilərinə, beynəlxalq təşkilatlara,
dünyanın çeşidli şirkətlərinə,
qeyri hökumət təşkilatlarına,
nüfuzlu media
orqanlarına, universitet və digər təhsil ocaqlarına, hətta
keçmiş dövlət məmurlarına
www.azerbaijans.com saytı haqqında informasiya
xarakterli məlumatları özündə
əks etdirən elektron məktub göndərilmişdir.
Azerbaijans.com saytını bu günə qədər
120 milyondan çox insan izləmişdir. Gün
ərzində saytı 50 mindən çox
internet istifadəçisi ziyarət edir.
Fəaliyyətə
başladığı müddət astanasında il ərzində
azerbaijans.com saytı 4 yeni layihə
həyata keçirmişdir: Bunlar www.garabagh.net, www.azerbaijanphoto.com
www.butalife.com; www.butacolor.net
layihələridir.
Bu saytların hər biri
məqsədinə, mövzusuna və texniki imkanlarına görə dünya
internet məkanında özünəməxsus
yer
almışdır. Sevindirici haldır ki, saytın
hazırlanmasının bir ili tamam olmamış,
2012-ci oktyabr ayında www.azerbaijans.com,
www.azerbaijanphoto.com, www.butalife.com
saytlarının ideya müəllifi
və qurucusu İlham
Abduyev Avropa Biznes Assambleyasının Sokrat
Komitəsi tərəfindən veb
resursların inkişafı və həyata keçirilməsi
üçün innovativ
ideyalara görə “Ən yaxşı iş” diplomuna və “İlin meneceri” medalına
layiq görülüb.
Bununla da bu sayt Avropanın ən nüfuzlu brendini
qazanmışdır.
Nəhayət bu yaxınlarda www.azerbaijans.com saytı bütövlükdə Azərbaycanı
əks etdirən yeni foto
albom və diski istifadəçilərə təqdim edəcək.
Daha sonra videoların
təqdimi və yüklənməsi saytı da tezliklə internet
həvəskarlarının ixtiyarına veriləcək.
Keçən illər ərzində təxminən 50-ə
yaxın internet xəbər portalı və
ölkə qəzetləri azerbaijans.com saytının fəaliyyətini
ümumi və ya
ayrıca şəkildə işıqlandırmış, xüsusi məqalələr dərc etmişlər.
Bütün bu
göstərilənlər
www.azerbaijans.com
saytının 1 illik fəaliyyəti
dövründə həyata keçirilmişdir.
Bununla
yanaşı qeyd edək ki,
saytın zənginləşməsi və yenilənməsi
istiqamətində fəaliyyət davam etdirilir. Qarşıdakı ildə də internet istifadəçilərini yeni layihələr və sürprizlər
gözləyir.
www. azerbaijans.com saytı artıq xaricdə də vətənimizi
tanıtmaqdadır. 17-18 aprel 2012-ci il tarixində saytın kollektivinin
təşkilatçılığı ilə “Azərbaycanı
tanı!” sloqanı ilə ölkədən kənarda 1 milyon 647 min insana, o cümlədən
70-ə yaxın ölkənin rəsmi adminstrasiyasina, parlamentarilərinə, beynəlxalq
təşkilatlara, dünyanın çeşidli
şirkətlərinə, qeyri hökumət
təşkilatlarına, nüfuzlu media orqanlarına, universitet
və digər təhsil ocaqlarına, hətta keçmiş
dövlət məmurlarına www.
azerbaijans.com saytı haqqında informasiya xarakterli məlumatları özündə əks
etdirən elektron məktub göndərilmişdir.
Bu, dünyanın müxtəlif ölkələrində
Azərbaycan haqqında ətraflı bilgi
yaradacaq və ölkəmizə olan marağı daha da artıracaqdır.
21 avqust
2013- cü il tarixində
azerbaijans.com saytı yeni layihəsini təqdim
etdi. Prezident İlham Əliyevin ötən
10 illik prezidentlik fəaliyyətinin
nəticələrini əks etdirən və yeddi dildə təqdim
olunan www.president-az.com adlı bu sayt internet
texnologiyalarının ən yeni nailiyyətləri
əsasında hazırlanmışdır və orijinal təqdimat
üslubuna malikdir. Sayt cəmi 40 bölmədən
ibarətdir. Bölmələr Azərbaycanda prezident İlham
Əliyevin ötən 10 ili əhatə
edən hakimiyyəti dövründə iqtisadiyyatdan
başlayaraq
sosial təminata , ordu
quruculuğundan xarici
siyasətə, mədəniyyətə, idmana
və digər sahələrə dair görülmüş işlərin, həyata
keçirilmiş islahatların nəticələrini
əks edirir. Bölmələrdə 300-dən
çox məqalələr toplusu yerləşdirilmişdir.
Həcmcə yığcam olan bu məqalələr faktlar
və rəqəmlər, inkişaf
dinamikasına dair göstəricilər
üzərində qurulmuşdur.
Saytda həmçinin “Yenilənmələr” bölməsi
vasitəsilə Prezidentin növbəti beş illik fəaliyyəti
ərzində görülmüş
işlərin, əldə edilmiş
nailiyyətlərin müntəzəm qaydada
təhlili və ictimaiyyətə çatdırılması da nəzərdə tutulmuşdur. Sayt eyni
zamanda 2020-ci ilə hədəflənmiş
inkişaf istiqamətlərini də izləyib
nəticələrini təqdim etməyə hesablanan
informasiya resursudur. Bundan əlavə, verilən informasiyaları
dolğunlaşdırmaq və vizuallaşdırmaq məqsədilə
saytın video və foto
qalereya bölməsi də fəaliyyət
göstərir.
www.butacolor.net-14 noyabr 2012-ci ildə Azərbaycanda ilk foto sosial
şəbəkə olan butacolor.net
saytı istifadəçilərin ixtiyarına verilib.
Azerbaijans.com saytının yeni layihəsi
olan bu veb
resurs foto rəsmlərin
paylaşılması və mübadiləsi məqsədi ilə
hazırlanmışdır. Bundan əlavə,
beynəlxalq statuslu sayt
fərdi səhifələrdə mövzular
üzrə foto albomlar
təşkil etmək və istifadəçilər
arasında virtual ünsiyyət qurmaq imkanı yaradır. Dünyanın hər
yerindən foto həvəskarlar 7 dildə
fəaliyyət göstərən saytın bazasına müxtəlif
mövzulu fotolar əlavə
edib onları mübadilə və ya müzakirə edib, yaymaq imkanına malik olacaqlar.
www.azerbaijanphoto.com
-1 oktyabrda azerbaijans.com saytı daha bir layihəsini həyata
keçirib. www.azerbaijanphoto.com adlı bu sayt Azərbaycanın
ayrı-ayrı bölgələrini, əsrarəngiz təbiət
lövhələrini hər bir azərbaycanlıya
və dünyaya tanıtdırmaq məqsədi
ilə hazırlanmışdır. Eyni zamanda
sayt Azərbaycanın ən böyük elektron foto arxividir. 7 dildə fəaliyyət
göstərən saytın texniki
imkanları olduqca genişdir
və istifadəçilər üçün
rahat istifadə imkanlarına malikdir.
www.butalife.com-azerbaijans.com
saytı 17 sentyabrda ən böyük
layihələrindən birini həyata keçirib. Yeni layihə
butalife.com ünvanlı beynəlxalq statuslu
sosial şəbəkədir. Sayt müasir informasiya cəmiyyətində
sosiallaşmanı Azərbaycandan dünyaya
istiqamətləndirmək məqsədi ilə
yaradılmışdır. butalife.com-da informasiya təminatından sosiallaşmaya
qədər hər şeyi təmin edə
biləcək bütün imkanlar
nəzərə alınmışdır. Sosial şəbəkədə fəaliyyət
göstərən bölmələr həm texniki,
həm də intellektual baxımdan
sosiallaşmanın bütün
sferalarını özündə ehtiva edir.
Təqdim etdiyimiz www.garabagh.net saytı Azərbaycanın
Qarabağ bölgəsi haqqında geniş informasiyaları özündə əks
etdirən bir layihədir. Saytın
7 dildə fəaliyyət göstərməsi bütövlükdə Qarabağ həqiqətlərini
dünyanın hər yerinə çatdırmaq zərurətindən
irəli gəlir və zəngin informasiya
bolluğu yaradacaqdır ki,
biz bunu əsas
strategiyamız hesab edirik.
Qeyd edək ki, Qarabağ həqiqətləri haqqında zəngin
məlumatlar bazası olan sayt
(xüsusən “Dövlət siyasəti”, “Xocalı
soyqırımı” və s. bölmələr)
yenilənməkdə və genişlənməkdə davam edəcəkdir. Bu
yenilənmə və genişlənmə bütün
7 dildə olacaqdır. Bundan əlavə,
verilən informasiyaları dolğunlaşdırmaq və
vizuallaşdırmaq məqsədilə saytın video və foto qalereya bölməsi də fəaliyyət
göstərir.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.-
2013.- 5 noyabr.- S.15.